www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
təsəvvür, bədən əsla təsəvvür kimi deyil, nəsə ondan toto
genere fərqli – iradə kimi malikdir. Ona görə də mən bu
həqiqəti bütün başqa həqiqətlərdən ayırmaq və onu κατ'
εξοχην fəlsəfi həqiqət adlandırmağı arzu edərdim. Onu müxtəlif
üsullarla ifadə etmək mümkündür; belə də demək olar: mənim
bədənim və mənim iradəm – bunlar eyni şeydir; və ya: əyani
təsəvvür olaraq mən öz bədənim adlandırdığımı məxsusi, heç
nə ilə müqayisə olunmaz bir tərzdə dərk etdiyimdən onu öz
iradəm adlandırıram; və ya: bədənim iradəmin obyektliyidir; və
ya: bədənimin təsəvvürüm olmasından asılı olmayaraq, o, həm
də yalnız mənim iradəmdir və i.a...
*
§ 19
Əgər biz birinci kitabda daxili müqavimət ilə,öz
bədənimizi bu əyani dünyanın bütün digər obyektlərinə oxşar
olaraq, yalnız dərk edən subyektin təsəvvürü ilə qəbul etdiksə,
onda indi bizim üçün aydın oldu ki, hər bir kəs öz məxsusi
bədəni barədə təsəvvürü digər hər bir şeydə onunla tamamilə
oxşar olan bütün başqa təsəvvürlərdən məhz şüurda
fərqləndirir: bu, o deməkdir ki, bədən şüurda həm də tamamilə
başqa, toto genere fərqli şəkildə meydana çıxır ki, bunu da iradə
sözü ilə işarə edirlər; öz məxsusi bədəni barədə məhz bu ikili
bilik bizə bu bədənin özünün, onun fəaliyyətinin və motivlərə
görə hərəkətlərinin və həmçinin onun xarici təsirlərə məruz
*
II cildin 18-ci fəsli buraya aiddir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
qalmalarının sirrini açır, bir sözlə, onun sirrini ki, nədən o,
təsəvvür deyildir, amma bundan savayı ki, o, bilavasitə olaraq
bizdə olmayan bütün başqa real obyektlərin mahiyyətinin,
fəaliyyətinin və məruz qalmalarının sirridir.
Dərk edən subyekt məhz bir bədən bu xüsusi
münasibətin təsiri üzündən fərddir, həmin bu bədən isə onun
üçün bu münasibətlə yanaşı bütün digərlərinə oxşar olaraq
təsəvvürlərdən biri fərddir. Amma o münasibət ki, dərk edən
subyekt onun təsiri ilə, onun üzündən fərddir, buna görə də
yalnız onunla onun bütün təsəvvürlərindən yeganələri arasında
mövcuddur; elə buna görə də, yalnız bu yeganəni o, yalnız bir
təsəvvür olaraq deyil, həm də eyni zamanda tamamilə başqa
cür – iradə olaraq dərk edir. Amma əgər bu xüsusi
münasibətdən, eyni şeyin bu ikili və tamamilə müxtəlifcinsli
idrakından yayınsaq, onda bu bir bədən, bütün başqalarına
oxşar olaraq, əlbəttə ki, təsəvvürdür; buna görə də, burada
oriyentasiyanı istiqamətlənməkdən ötrü dərk edən fərd
ikisindən birini qəbul etməlidir: ya bu bir təsəvvürün
fərqləndirici cəhəti yalnız ondan ibarətdir ki, onun, fərdin, idrakı
yalnız bu təsəvvürə ikili münasibətdədir, yalnız bu bir əyani
obyektə daxil olmaq üçün, eyni zamanda, ikili giriş imkanına
malikdir,– amma bu, verilmiş obyektin bütün başqalarından
fərqi ilə deyil, yalnız onun, fərdin, idrakın bu bir obyektə
münasibətinin onun başqa obyektlərə münasibəti ilə
müqayisədəki fərqi ilə izah olunur; ya da bu bir obyekt
mahiyyəti etibarı ilə bütün başqa obyektlərdən fərqlənir, bütün
bunlar arasında təkcə o, eyni zamanda, həm iradə, həm də
təsəvvürdür, bütün digərləri isə – yalnız təsəvvürdür, yəni sadə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
xəyallar, kabuslardır və insanın bədəni də, deməli, dünyada
yeganə real fərddir, yəni iradənin bilavasitə yeganə təzahürü və
subyektin yeganə bilavasitə obyektidir.
Sadəcə olaraq, təsəvvür kimi nəzərdən keçirilən başqa
obyektlərin subyektin bədəninə oxşar olması, yəni onun məkanı
doldurması (ola bilsin, o da yalnız təsəvvür olaraq mövcuddur)
və onun məkan daxilində fəaliyyət göstərməsi ki, səbəb
olmadan heç bir təsiri mümkün etməyən səbəbiyyət
qanununun təsəvvürləri üçün şəksiz a priori olandan çıxış
edilərək, mübahisəsiz sübut olunmasına baxmayaraq, amma
(hətta onu belə deməsək ki, təsirlərdən eyni səbəbi deyil,
ümumiyyətlə, səbəbi nəticə kimi çıxarmaq olar) bu, bizi hələ ki
xalis təsəvvür sahəsindən çıxarmır, xalis təsəvvür sahəsi üçün
isə yalnız səbəbiyyət qanunu qüvvəyə malikdir və o, bizi heç bir
vaxt ondan o tərəfə apara bilməz. Amma fərdə yalnız təsəvvür
olaraq məlum olan obyektlər olacaqdırmı, onlar hər halda,
onun öz bədəni kimi iradə hadisələri olacaqlarmı, – artıq əvvəlki
kitabda deyildiyi kimi, xarici dünyanın reallığı barədə məsələnin
həqiqi mənası bundan ibarətdir. Bu suala mənfi cavab nəzəri
eqoizmin mahiyyətini təşkil edir, nəzəri eqoizm məhz buna görə
də öz fərdi varlığından savayı bütün hadisələri kabus hesab edir,
– bu, ona oxşardır ki, praktik eqoizm də praktikada eynilə bu
tərzdə hərəkət edir: o, yalnız öz şəxsiyyətini gerçək olaraq
qiymətləndirir, bütün digər hər bir şeydə isə yalnız kabusları
görür və onlarla uyğun bir tərzdə rəftar edir. Doğrudur, nəzəri
eqoizm heç bir vaxt heç bir sübutla təkzib oluna bilməz; amma
fəlsəfədə ondan həmişə müstəsna dərəcədə skeptik sofizm
olaraq, yəni gözdən pərdə asmaq üçün istifadə etmişlər. Ciddi
Dostları ilə paylaş: |