www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
144
vaxt gəlinən nəticələrdə bir-biri ilə düz gəlir və ilk baxışda qohum
nəzəriyyə təsiri bağışlayır. Özünün əsas ideyasında stoisizm
etikasına meyl göstərən indicə qeyd etdiyimiz daxili ziddiyyət
sonradan bu məsələdə də təzahür edir ki, onun idealı, stoik müdrik
onun özünün təsvirində belə, həyatilik, yaxud daxili poetik
həqiqət kəsb edə bilməmiş, donmuş taxta müqəvva olaraq
qalmışdı ki, onunla da heç bir iş görmək mümkün deyil və özü də
bilmir ki, bu öz müdrikliyilə nə etsin, onun təmkinli hüzuru,
məmnunluğu və bətiyarlığı birbaşa insan təbiətinə ziddir, odur ki,
biz onları aşkar təsəvvür edə bilmirik. Hind müdrikliyinin bizlərə
təqdim etdiyi və özünün həqiqətən yaratdığı dünya fətehləri və
könüllü tövbəkarlar, yaxud xristianların Xilaskarı (İsa peyğəmbər
nəzərdə tutulur), dərin həyatilik, böyük poetik həqiqət və yüksək
məna ilə dolu bu heyrətamiz obraz ondan necə də fərqlənir. Bu elə
bir obrazdır ki, kamil fəzilətinə, müqəddəsliyə və əzəmətinə
baxmayaraq, gözlərimiz qarşısında ən böyük əzabkeş kimi durur.
*
*
II cildin 16-cı fəsli buraya aiddir.
İKİNCİ KİTAB
BİR İRADƏ OLAN DÜNYA HAQQINDA
BİRİNCİ DÜŞÜNCƏ:
İRADƏNİN TƏCƏSSÜMÜ
Nos habitat, non tartara, sed nec sidera coeli:
Spiritus, in nobis qui viget, illa fasit.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
(Nə cəhənnəmdə, nə də ərşi- əlada deyil, bizim
daxilimizdə məskundur:
Və bütün bunları edən daxilimizdə yaşayan ruhdur
1
)
§ 17
Birinci kitabda biz təsəvvürü yalnız özlüyündə, yəni
yalnız onun ümumi formasında nəzərdən keçirmişdik.
Doğrudur, mücərrəd təsəvvürə, anlayışa qaldıqda, o bizə
həm də öz məzmununda məlum olmuşdur, belə ki, özünün bütün
məzmununu və mənasını o, yalnız özünün əyani təsəvvürə
münasibəti sayəsində alır, bunsuz o, nə dəyərə, nə də məzmuna
malik olardı. Buna görə də, bütövlükdə əyani təsəvvürə müraciət
edərək, biz həm onun məzmunu, onun yaxın tərifləri ilə, həm də
onun qarşımıza çıxardığı obrazlar ilə tanış olmaq istəyirik.
Bizim marağımız xüsusən onun əsl mənasının üzə çıxarılmasına
yönələcəkdir, bu məna isə, adətən, bir qayda olaraq yalnız hiss
olunur,– onun sayəsində bu obrazlar bizim yanımızdan,
gözlənildiyi kimi, nə isə tamamilə yad və heç nə danışmayan bir
şey kimi ötüb keçmir, bizə vasitəsiz olaraq, bilavasitə müraciət
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
edir, bizim üçün anlaşıqlıdır və maraq doğurur, özü də elə maraq
doğurur ki, bu, bizim bütün varlığımızı sarır.
Biz öz nəzərlərimizi riyaziyyata, təbiətşünaslığa və
fəlsəfəyə yönəldirik ki, bunlardan da hər biri bizə arzu olunan
izahın bir hissəsini vermə ümidini təlqin edir. Amma
qarşımızda hər şeydən öncə hansısa bir çoxbaşlı əjdaha fəlsəfə
kimi dayanır ki, bu başlardan da hər biri başqa dildə danışır.
Doğrudur, əyani təsəvvürün əhəmiyyəti barədə burada
toxunulan məsələyə dair onların heç də hamısı öz aralarında
fikir ayrılığına malik deyillər, zira, skeptiklər və idealistlər
istisna olmaqla, qalanları əsasən təsəvvürün əsasında yatan və
özünün bütün varlığı və mahiyyəti ilə təsəvvürdən
fərqlənməsinə baxmayaraq, bütün hissələrdə ona bir yumurta
digərinə oxşadığı qədər uyğun mülahizələr yürüdürlər. Amma
bu, bizə kömək edə bilməz, zira biz belə bir obyekti təsəvvürdən
fərqləndirməyi qətiyyən bacarmırıq: bizim gözümüzdə onların
ikisi də eynidir, belə ki, hər bir obyekt həmişə subyekti nəzərdə
tutur və buna görə də, elə həmin təsəvvür olaraq qalır; biz onu
da dərk etmişik ki, obyekt olmaq– təsəvvürün ən ümumi
formasına məxsus olmaq deməkdir və bu forma da obyektə və
subyektə parçalanmadır. Buraya o da əlavə olunmalıdır ki, bu
halda istinad edilən əsas qanunu, həmçinin bizə hər bir şeyin,
sonlunun və ya sonsuzun əlaqəsi olaraq deyil, bir sıra
təsəvvürlərin heç də təsəvvür olmayan və buna görə də təsəvvür
oluna bilməyən nə iləsə əlaqəsi olaraq deyil, yalnız təsəvvür
forması, yəni bir təsəvvürün başqası ilə qanunauyğun əlaqəsidir.
Skeptiklər və idealistlər barədə isə artıq yuxarıda, xarici
dünyanın
reallığı
barədə
mübahisənin
şərhi
zamanı
danışılmışdır.
Əyani təsəvvür barədə bilik hələ ki, bizə yalnız onun
tamamilə ümumi, xalis formal tərəfindən məlumdur. Əgər biz
əyani təsəvvür barədə arzu etdiyimiz daha konkret biliyi
riyaziyyatda axtaracağıqsa, onda o, belə təsəvvürlər barədə bizə
yalnız onların zamanı və məkanı doldurduğu, yəni onların
kəmiyyət olduqları ölçüdə danışacaqdır. O, "nə qədər" və "nə