www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
qəbul ediləcəkdir, bu ona bilavasitə olaraq yaxından məlumdur,
o özünü ən aydın bir şəkildə aşkarladıqda iradə adlanır. Yalnız
düşüncənin təsiri ilə biz daha hadisədə dayanmırıq və özündə
şeyə keçirik. Hadisə, təzahür, təsəvvür deməkdir və başqa heç
nə deyildir, hansı qəbildən olursa- olsun, hər hansı təsəvvür, hər
hansı obyekt, təzahür hadisədir. Amma özündə şey – yalnız
iradədir və bu statusda o, əsla təsəvvür deyildir, nəsə toto
generedir, ondan fərqlidir: odur ki, hər hansı bir təsəvvür, hər
hansı bir obyekt onun təzahürü, onun görüntüsü, onun
obyektliyi olaraq çıxış edir. O, bir bütöv kimi hər cür xüsusinin
əzəli, nüvəsidir; o, təbiətin hər bir kortəbii fəaliyyət göstərən
qüvvəsində təzahür olunur, o, insanın düşünülmüş fəaliyyətində
də təzahür olunur: onlar arasında böyük fərq yalnız təzahür
dərəcəsinə aiddir, təzahür olunanın mahiyyətinə aid deyildir.
§ 22
Bu özündə şey (Kant terminini sabit formul olaraq
saxlayaq), bu statusda heç bir vaxt obyekt olmur (çünki hər
hansı obyekt artıq onun özü deyildir, yalnız onun təzahürüdür,
bu şey hər halda obyektiv olaraq düşünülə bilən olmaq üçün
hansısa obyektdən, obyektiv olaraq verilmiş nədənsə, deməli,
öz təzahürlərinin hansındansa özünə ad və anlayış götürməli idi;
amma sonuncu izah edici məqam olmaqdan ötrü onun bütün
təzahürlərindən ən mükəmməli, yəni ən aydını, ən çox inkişaf
etmişi, idrakın gücü ilə bilavasitə olaraq ən çox işıqlandırılmışı
olmalıdır: belə bir statusda məhz insan iradəsi çıxış edir. Amma
qeyd etmək lazımdır ki, biz, əlbəttə ki, yalnız denominatio a
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
potiori-dən istifadə edirik, bunun da nəticəsində iradə anlayışı
bu vaxta qədər malik olduğundan daha böyük həcm əldə edir.
Müxtəlif
hadisələrdə
eyniyyətin
və
oxşarlarda
müxtəlifliyin dərk olunması, Platonun tez-tez qeyd etdiyi kimi,
fəlsəfənin şərtidir. Amma təbiətdə hər bir səy edən və fəaliyyət
göstərən qüvvənin mahiyyətinin iradə ilə eyniyyəti bu vaxta
qədər dərk olunmamışdır və buna görə də eyni qəbildən olanın
müxtəlif növlərini təşkil edən cürbəcür hadisələr belə hesab
edilməmişdir, ayrıcinsli kimi qiymətləndirilmişlər: elə buna görə
də, cins anlayışını işarə etmək üçün söz olmamışdır. Bu
səbəbdən də, mən bütün cinsi onun növlərinin ən görkəmlisinə
görə adlandırıram, onun dərk olunması bizə ən çox yaxın və
bilavasitə olandır, onun bütün digər növlərinin dərk olunmasına
aparıb çıxarır. Beləliklə, çıxılmaz anlaşılmazlığın hakimiyyəti
altına o kəs düşərdi ki, o, anlayışın burada tələb olunan tərzdə
genişləndirilməsini yerinə yetirə bilmirdi və iradə sözü altında
həmişə yalnız bir, bu vaxta qədər anlaşılan növü, yəni idrakla
müşayiət olunan və müstəsna dərəcədə motivlərin təsiri ilə və
hətta yalnız abstrakt motivlərin təsiri ilə, yəni zəkanın rəhbərliyi
altında aşkar olan iradəni başa düşmüş olardı; halbuki, artıq
deyildiyi kimi, bu, iradənin yalnız ən aydın təzahürüdür. Məhz
bu təzahürün bizə bilavasitə olaraq məlum olan daxili
mahiyyətini biz fikrən ayırmalıyıq və sonra onu həmin
mahiyyətin getdikcə daha zəif, daha az dərəcədə aşkar olan
təzahürlərinə keçirməliyik və bununla da, biz iradə anlayışının
tələb olunan genişləndirilməsini yerinə yetirmiş olarıq.
Əksinə olaraq, iradəni son nəticədə şəxssiz olaraq
anlayan, bütün hadisələrin bu daxili mahiyyətini iradə və ya
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
hansısa başqa sözlə adlandırmağın təfavütü olmadığını düşünən
kəs də məni səhv başa düşmüş olardı. Həqiqətən də, əgər biz bu
özündə şeyin mövcudluğu barədə yalnız mücərrəd mühakimə
yürütsəydik və beləliklə, onu müstəsna dərəcədə dolayı olaraq
və yalnız in abstracto dərk etsəydik, onda belə olmuş olardı: o
zaman, əlbəttə ki, bu özündə şeyi necə istəsən adlandırmaq
olardı, bu halda ad sadəcə olaraq məchul kəmiyyətin işarəsi
olmuş olardı. İndiki halda isə bizə təbiətdəki hər bir şeyin gizli
mahiyyətini açmalı olan iradə termini bir sehrli söz olaraq
qətiyyən, əsla məchul kəmiyyəti deyil, əqli nəticələrlə əldə
edilmiş nəyisə deyil, tamamilə bilavasitə olaraq dərk edilmiş və
bizim ən yaxşı bildiyimizi və başa düşdüyümüzü bildirir. Biz öz
iradəmizi hər hansı başqa bir şeydən daha yaxşı tanıyırıq və
daha yaxşı başa düşürük.
Bu vaxta qədər iradə anlayışını qüvvə anlayışının altına
gətirtmişlər, mən isə bunun əksini edirəm və təbiətdəki hər bir
qüvvəni iradə kimi anlamaq istəyirəm. Qoy düşünməsinlər ki,
bu, sözlər barədə mənasız mübahisədir: bütün bunlar ən yüksək
dərəcədə vacib və mühümdür. Zira son nəticədə qüvvə
anlayışının əsasında, hər hansı digər anlayışın əsasında olduğu
kimi obyektiv dünyanın əyani olaraq dərk olunması, yəni hadisə,
təsəvvür yatır ki, bu anlayış da elə buradan götürülmüşdür. O,
əyani təsəvvür sahəsindən, yəni o sahədən, mücərrədləşmişdir
ki, burada səbəb və təsir hökmrandır və o məhz səbəbin səbəb
kimi mövcudluğu mənasını verir, – o nöqtədə ki, bu mövcudluq
orada sonrakı etioloji izaha qətiyyən yatmır, onun özü isə hər
hansı etioloji izahın müqəddiməsi, müqəddəm şərti kimi çıxış
edir. Əksinə, iradə anlayışı mümkün olanlardan yeganəsidir ki,
Dostları ilə paylaş: |