Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə56/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   52   53   54   55   56   57   58   59   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

qərarlarına  və  düşüncələrinə  baxmayaraq,  öz  fəaliyyətini 



dəyişmir  və  həyatının  əvvəlindən  sonuna  kimi  eyni,  onun  özü 

tərəfindən belə bəyənilməyən xarakter nümayiş etdirməli, sanki 

bir  dəfə  öz  üzərinə  götürdüyü  rolu  sona  qədər  oynamalıdır. 

Mən  burada  bu  mülahizə  üzərində  bundan  daha  çox  dayana 

bilmərəm,  ona  görə  ki, o,  etik  xarakterə malikdir  və  bu  kitabın 

başqa  bir  yerinə  aiddir.  Burada  mən  hələ  ki  yalnız  onu 

göstərmək  istəyirəm  ki,  özlüyündə  əsasdan  məhrum  olan 

iradənin  təzahüri  hər  halda  bu  statusda  zərurətə,  yəni  əsas 

qanununa  tabedir,  –  ona  görə  ki,  təbiət  hadisələrində  özünü 

göstərən  zərurət  onlarda  iradənin  nümayişini  görməkdə  bizə 

mane olmasın.  

Bu  vaxta  qədər  yalnız  o  dəyişiklikləri  iradə  təzahürləri  

hesab  etmişlər  ki,  onlar  motivdən,  yəni  təsəvvürdən  savayı 

başqa bir əsasa malik deyillər və buna görə də iradəni təbiətdə 

yalnız  insana  və  nadir  halda  isə  heyvanlara  aid  etmişlər,  artıq 

başqa bir yerdə mənim xatırlatdığım kimi, zira idrak, təsəvvür – 

əlbəttə  ki,  həyatiliyin  həqiqi  və  həm  də  müstəsna  xarakteridir. 

Amma  iradənin  ona  rəhbərlik  etmədiyi      yerlərdə  də  fəaliyyət 

göstərməsini  daha  yaxşı  heyvanların  instinkti  və  bədii  şövqlə 

göstərir


*

Sonuncuların  təsəvvürlərə  və  idraka  malik  olmaları 



burada  hesaba  alınmır,  zira  onların  yaxınlaşdıqları  və    şüurlu 

motiv  ola  bilən  məqsəd    onlara  tamamilə  naməlum  qalır; 

onların  əməlləri  motivlər  üzrə  baş  vermir,  təsəvvür  tərəfindən 

idarə  olunmur,  və  buradan  hər  şeydən  öncə  və  hər  şeydən 

                                                           

*

 Bu barədə xüsusi olaraq II cildin 27-ci fəslində danışılır. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

aydın  bir  şəkildə  görünür  ki,  iradə  hər  hansı  bir  idrak  olmadan 



da  fəaliyyət  göstərir.  Biryaşlı  quş  yumurtalar  barədə  təsəvvürə 

malik deyildir, amma onlar üçün yuva qurur, gənc hörümçək isə 

şikarı  barədə  təsəvvürə  malik  deyildir,  amma  onun  üçün  tor 

qurur;  mirmelion  ilk  dəfə  qarışqa  üçün  çuxur  qazıdığı  zaman 

qarışqa  barədə  təsəvvürə  malik  deyildir;  erkək  böcəyə 

çevriləcək  böcək  sürfəsi  ağacda  bu  çevrilmənin  baş  verməsi 

üçün sanki  deşik açır və bu deşiyin ölçüsü dişi böcəyə çevriləcək 

böcək  sürfəsinin  ağacda  açdığı  deşikdən  iki  dəfə  böyük  olur: 

birinci  halda  o,  bunu    buynuzlar  üçün  yer  hazırlamaqdan  ötrü 

edir,  o  buynuzlar  üçün  ki,  onların  barəsində  heç  bir  təsəvvürə 

malik deyildir. Aşkardır ki,  heyvanların, bu və həmçinin də digər 

belə  əməllərində  iradə  özünü  göstərir,  amma  onun  fəaliyyəti 

kordur  və  idrakla  müşayiət  olunmasına  baxmayaraq,  onun 

tərəfindən  idarə  olunmur.  Təsəvvürün  iradənin  fəaliyyəti  üçün 

bir motiv olaraq zəruri və mühüm şərt olmadığına biz əmin olan 

kimi,  onun  təsirinin  daha  az  dərəcədə  aşkar  göründüyü 

hallarda,  bu  iradəni  dərk  etmək  bizə  daha  asan  olur:  məsələn, 

biz  ilbizin  genini  ona  yad  olan,  amma  idrakla  idarə  olunan 

iradənin məhsulu hesab etməyəcəyik, eləcə də bizim tikdiyimiz 

evi  öz məxsusi iradəmizin nəticəsi deyil, hansısa digər iradənin 

nəticəsi  hesab  etməyəcəyik;  yox,  biz  həm  bu,  həm  də  digər 

məskəni hər iki hadisədə obyektivləşən iradənin yaradıcılığı kimi 

tanıyırıq, bu iradə bizə motivlər üzrə, ilbizdə isə hələ ki, kortəbii, 

kənara  yönələn  qurucu  instinkti  kimi  təsir  göstərir.  Bəli  bizim 

özümüzdə  də  həmin  eyni  iradə  çox  cəhətdən  kortəbii  təsir 

göstərir;  bizim  bədənimizin  idrakla  idarə  olunmayan  bütün 

funksiyalarında,  onun  bütün  heyvani  və  bitkisəl  proseslərində, 

həzmdə,  qan  dövranında,  ifrazatda,  artımında,  yenidən 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

yaratmasında.  Bədənin  yalnız  hərəkətləri  deyil,  onun  özü  də, 



yuxarıda  göstərildiyi  kimi,  bütövlükdə  iradənin  təzahürü, 

obyektivləşdirilmiş  iradə,  konkret  iradədir;  buna  görə  də  onda 

baş verən hər bir şey iradə tərəfindən törədilir, baxmayaraq ki, 

verilmiş  halda  o,  idrakla  idarə  olunmur  və  kortəbii  fəaliyyət 

göstərərək,  motivlərlə  deyil,  bu  halda  qıcıqlandırıcılar  adlanan 

səbəblərlə müəyyənləşir.  

Mən  sözün  dar  mənasında  materiyanın  o  halını  səbəb 

adlandırıram  ki,  o,  zəruri  olaraq  digər  bir  halı  doğurur,  özü  də 

həmin,  yaratdığı  dəyişikliyə  məruz  qalır;  bu,  qanunla  ifadə 

olunur:  təsir  əks-təsirə  bərabərdir.  Bunun  ardınca  qeyd  etmək 

lazımdır  ki,  məxsusi  mənada  səbəb  halında  təsir  səbəbə  ciddi 

mütənasib olaraq  artır; eləcə  də,  deməli,  əks-təsir  də  artır, elə 

buna  görə  də,  əgər  təsirin  növü  məlumdursa,  onda  səbəbin 

intensivlik  dərəcəsinə  görə  təsirin  dərəcəsini  də  ölçmək 

mümkündür  və  əksinə.  Bu  məxsusi  mənada  səbəb 

adlandırılanlar  mexanikiliyin,  kimyəviliyin  və  i.a.  bütün 

təzahürlərində  –  bir  sözlə  qeyri-üzvi  maddələrin  bütün 

dəyişiklikərində  fəaliyyət  göstərirlər.  Əksinə,  mən  o  səbəbi 

qıcıqlandırıcı  adlandırıram  ki,  özü  onun  təsirinə  uyğun  gələn 

əks-təsirə məruz qalmır və onun intensivliyi öz dərəcəsinə görə 

əsla təsirin dərəcəsi ilə paralel baş vermir, bu səbəbdən də onu 

sonuncu  ilə  ölçmək  olmaz;  əksinə,  qıcıqlandırıcının  bir  qədər 

gücləndirilməsi ya təsiri əhəmiyyətli dərəcədə artıra, ya əvvəlki 

təsir  tamamilə  məhv  edilə  bilər  və  s.  Üzvi  cisimlərə  göstərilən 

hər  hansı  bir  təsir  özlüyündə  belə  bir  xarakterə  malikdir. 

Deməli,  heyvani  bədəndə  və  bitkisəl  əslində  bütün  üzvi 

dəyişikliklər  sadəcə  olaraq  səbəblərin  deyil,  qıcıqlandırıcıların 



Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə