Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə46/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   42   43   44   45   46   47   48   49   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

144 


vaxt gəlinən nəticələrdə bir-biri ilə düz gəlir və ilk baxışda qohum 

nəzəriyyə  təsiri  bağışlayır.  Özünün  əsas  ideyasında  stoisizm 

etikasına  meyl  göstərən  indicə  qeyd  etdiyimiz  daxili  ziddiyyət 

sonradan bu məsələdə də təzahür edir ki, onun idealı, stoik müdrik  

onun  özünün  təsvirində    belə,  həyatilik,  yaxud  daxili  poetik 

həqiqət  kəsb  edə  bilməmiş,  donmuş  taxta  müqəvva  olaraq 

qalmışdı ki, onunla da  heç bir iş görmək mümkün deyil və özü də 

bilmir  ki,  bu  öz  müdrikliyilə  nə  etsin,  onun  təmkinli  hüzuru, 

məmnunluğu və bətiyarlığı birbaşa insan təbiətinə ziddir, odur ki, 

biz  onları  aşkar  təsəvvür  edə  bilmirik.  Hind  müdrikliyinin  bizlərə 

təqdim  etdiyi  və  özünün  həqiqətən  yaratdığı  dünya  fətehləri  və 

könüllü  tövbəkarlar,  yaxud  xristianların  Xilaskarı  (İsa  peyğəmbər 

nəzərdə tutulur), dərin həyatilik, böyük poetik həqiqət və yüksək 

məna ilə dolu bu heyrətamiz obraz ondan necə də fərqlənir. Bu elə 

bir  obrazdır  ki,  kamil  fəzilətinə,  müqəddəsliyə  və  əzəmətinə 

baxmayaraq, gözlərimiz qarşısında ən böyük əzabkeş kimi durur.

*

 

 



                                                           

*

 II cildin 16-cı fəsli buraya aiddir. 




 

 

 



 

 

İKİNCİ KİTAB 



 

 

 



BİR İRADƏ OLAN DÜNYA HAQQINDA 

 

BİRİNCİ DÜŞÜNCƏ: 

İRADƏNİN TƏCƏSSÜMÜ 

 

 



 

 

 



Nos habitat, non tartara, sed nec sidera coeli: 

Spiritus, in nobis qui viget, illa fasit. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

 



(Nə cəhənnəmdə, nə də ərşi- əlada  deyil, bizim                 

daxilimizdə məskundur: 

Və bütün bunları edən daxilimizdə yaşayan ruhdur

1

 

 



 

 

 



 

§ 17 


Birinci  kitabda  biz  təsəvvürü  yalnız  özlüyündə,  yəni 

yalnız onun ümumi formasında nəzərdən keçirmişdik. 

          Doğrudur,  mücərrəd  təsəvvürə,  anlayışa  qaldıqda,  o  bizə 

həm də öz məzmununda məlum olmuşdur, belə ki, özünün bütün 

məzmununu  və  mənasını  o,  yalnız  özünün  əyani  təsəvvürə 

münasibəti sayəsində alır, bunsuz o, nə dəyərə, nə də məzmuna 

malik olardı. Buna görə də, bütövlükdə əyani təsəvvürə müraciət 

edərək, biz həm onun məzmunu, onun yaxın tərifləri ilə, həm də 

onun    qarşımıza  çıxardığı  obrazlar  ilə  tanış  olmaq  istəyirik. 

Bizim marağımız xüsusən onun əsl mənasının üzə çıxarılmasına 

yönələcəkdir, bu məna isə, adətən, bir qayda olaraq  yalnız hiss 

olunur,–  onun  sayəsində  bu  obrazlar  bizim  yanımızdan, 

gözlənildiyi kimi, nə isə tamamilə yad və heç nə danışmayan bir 

şey kimi ötüb keçmir, bizə vasitəsiz olaraq, bilavasitə müraciət 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

edir, bizim üçün anlaşıqlıdır və maraq doğurur, özü də elə maraq 



doğurur ki, bu, bizim bütün varlığımızı sarır.  

Biz  öz  nəzərlərimizi  riyaziyyata,  təbiətşünaslığa  və 

fəlsəfəyə  yönəldirik  ki,  bunlardan  da  hər  biri  bizə  arzu  olunan 

izahın  bir  hissəsini  vermə  ümidini  təlqin  edir.  Amma  

qarşımızda  hər  şeydən  öncə  hansısa  bir  çoxbaşlı  əjdaha  fəlsəfə 

kimi  dayanır  ki,  bu  başlardan  da  hər  biri  başqa  dildə  danışır. 

Doğrudur,  əyani  təsəvvürün  əhəmiyyəti  barədə  burada 

toxunulan  məsələyə  dair  onların  heç  də  hamısı    öz  aralarında 

fikir  ayrılığına  malik  deyillər,  zira,  skeptiklər  və  idealistlər 

istisna  olmaqla,  qalanları  əsasən  təsəvvürün  əsasında  yatan  və 

özünün  bütün  varlığı  və  mahiyyəti  ilə  təsəvvürdən 

fərqlənməsinə  baxmayaraq,  bütün  hissələrdə  ona  bir  yumurta 

digərinə  oxşadığı  qədər  uyğun  mülahizələr  yürüdürlər.  Amma  

bu, bizə kömək edə bilməz, zira biz belə bir obyekti təsəvvürdən 

fərqləndirməyi  qətiyyən  bacarmırıq:  bizim  gözümüzdə  onların 

ikisi də eynidir, belə ki, hər bir obyekt həmişə subyekti nəzərdə 

tutur və buna görə də, elə həmin təsəvvür olaraq qalır; biz onu 

da  dərk  etmişik  ki,  obyekt  olmaq–  təsəvvürün  ən  ümumi 

formasına  məxsus  olmaq  deməkdir  və  bu  forma  da  obyektə  və 

subyektə  parçalanmadır.  Buraya  o  da  əlavə  olunmalıdır  ki,  bu 

halda  istinad  edilən  əsas  qanunu,  həmçinin  bizə  hər  bir  şeyin, 

sonlunun  və  ya  sonsuzun  əlaqəsi  olaraq  deyil,  bir  sıra 

təsəvvürlərin heç də təsəvvür olmayan və buna görə də təsəvvür 

oluna  bilməyən  nə  iləsə  əlaqəsi  olaraq  deyil,  yalnız  təsəvvür 

forması, yəni bir təsəvvürün başqası ilə qanunauyğun əlaqəsidir. 

Skeptiklər  və  idealistlər  barədə  isə  artıq  yuxarıda,  xarici 

dünyanın 

reallığı 

barədə 

mübahisənin 



şərhi 

zamanı 


danışılmışdır. 

Əyani  təsəvvür  barədə  bilik  hələ  ki,  bizə  yalnız  onun 

tamamilə  ümumi,  xalis  formal  tərəfindən  məlumdur.  Əgər  biz 

əyani  təsəvvür  barədə  arzu  etdiyimiz  daha  konkret  biliyi 

riyaziyyatda axtaracağıqsa, onda o, belə təsəvvürlər barədə bizə 

yalnız  onların  zamanı  və  məkanı  doldurduğu,  yəni  onların 

kəmiyyət  olduqları  ölçüdə  danışacaqdır.  O,  "nə  qədər"  və  "nə 



Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə