Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə48/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   44   45   46   47   48   49   50   51   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

olmayan cəmiyyətə düşən insanda yaranan hissi oyadardı: onun 



üzvlərindən hər biri növbə ilə onu başqasını öz dostu və qohumu 

kimi təqdim edir və tanışlıq da bununla məhdudlaşır, bu zaman 

hər  dəfə  ―çox  xoşdur‖  deyən  qonaqdan  isə  bir  sual  qopmağa 

hazırlaşır: ―Amma lənət şeytana, bütün bu cəmiyyətə mən necə 

yetişəcəyəm?‖  

Beləliklə, etiologiya da heç bir vaxt bizə bizim yalnız öz 

təsəvvürlərimiz  kimi  bildiyimiz  hadisələrə  arzu  olunan  açarı 

vermək və bizi  onların  sərhədləri xaricinə çıxarmaq iqtidarında 

deyildir. Zira onun bütün izahlarından sonra bu hadisələr bizim 

üçün  əvvəlki  kimi  mənası  bizə  anlaşıqlı  olmayan    təsəvvürlər 

olaraq tamamilə yad olmaqda qalırlar. Səbəbiyyət əlaqəsi bizim 

üçün  yalnız  qanunu  və  onun  məkan  və  zaman  daxilində  baş 

verməsinin nisbi qaydasını üzə çıxarır; amma əslində nəyin baş 

verməsini  bizim  üçün  aşkara  çıxarmır.  Buraya  o  da  əlavə 

olunmalıdır  ki,  səbəbiyyət  qanununun  özü  yalnız  təsəvvürlər 

üçün,  yalnız  müəyyən  sinifdən  olan  obyektlər  üçün  qüvvəyə 

malikdir  və  yalnız  onları  nəzərdə  tutaraq  məna  kəsb  edir; 

deməli,  o,  bu  obyektlərin  özləri  kimi  həmişə  yalnız  subyektə 

münasibətdə  mövcuddur,  yəni  şərtidir;  elə  buna  görə  də,  onu, 

Kantın  öyrətdiyi  kimi,  həm  subyektdən  çıxış  edərək,  yəni  



priori olaraq, həm  də obyektdən çıxış  edərək,  yəni  a  posteriori 

olaraq eyni dərəcədə yaxşı dərk etmək olar. 

Bizi  isə  sonrakı  tədqiqata  məhz  o  həvəsləndirir  ki,  həm 

onlar  filan-filan  şeylərdir,  həm  də  bunlar  və  məlum  qanunlara 

uyğun  olaraq  əlaqəlidirlər,  bu  qanunların  ümumi  ifadəsi    isə 

həmişə  əsas  qanunudur.  Biz  bu  təsəvvürlərin  mənasını  bilmək 

istəyirik,  biz  soruşuruq  ki,  həqiqətənmi  bu  dünya  təsəvvürdən 

savayı  bir  şey  deyil  və  belə  halda  o,  bizim  gözlərimiz 

qarşısından  bizim  diqqətimizə  layiq  olmayan  içiboş  bir 

yuxugörmə və ya bir kabus kimi gəlib keçmirmi, yoxsa o, nəsə 

başqa  bir  şeydir,  nəsə  bundan  daha  yüksəkdə  olandır  və  əgər 

belədirsə,  onda  bu  nədir?  Lap  başlanğıcdan  şübhəsiz  olan  bir 

şeydir:  bu  axtarılanın  özü  bütün  mahiyyəti  etibarı  ilə 

təsəvvürdən köklü surətdə və şərtsiz olaraq fərqlənməli və buna 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

görə də onun forma və qanunlarına tamamilə yad olmalıdır; bu 



axtarılana,  deməli,  təsəvvürdən  çıxış  edərək  qanunların  yol 

göstərən iplərindən tutaraq da, yaxınlaşmaq olmaz. O qanunların 

ki,  onlar  əsas  qanununun  formaları  olaraq  yalnız  obyektləri, 

təsəvvürləri bir-biri ilə əlaqələndirirlər. 

Biz  burada  artıq  görürük  ki,  şeylərin  mahiyyətinə 

kənardan nüfuz etmək əsla mümkün deyildir. Öz tədqiqatımızda 

biz  nə  qədər  uzağa  getsək  də,  nəticə  yalnız  obrazlar  və  adlar 

olacaqdır. Biz o insana bənzəyirik ki, qəsrin ətrafında dolaşaraq 

giriş  axtarır,  amma  bu  dəmdə  əbəs  yerə  fasadın  rəsmini  çəkir. 

Və  bununla  belə  qeyd  olunmalıdır  ki,  mənə  qədər  olan  bütün 

filosoflar məhz bu yolla getmişlər.  

§ 18 


Həqiqətən  də,  əgər  tədqiqatçının  özü  yalnız  sırf  dərk 

edən  subyekt,    qanadlı  mələyin  bədənsiz  başı  olsaydı,  onda, 

yalnız  mənim  təsəvvürüm  olaraq  mənə  qarşı  duran  dünyanın 

axtarılan mənası və ya dərk edən subyektin sadə təsəvvürü kimi 

olan dünyadan onun bundan daha yüksək ola biləcəyi şeyə keçid 

həmişəlik  gizli  qalardı.  Amma  onun  özü  bu  dünyaya 

köklənmişdir,  özünü  onun  daxilində  bir  fərd  olaraq  görür,  yəni 

onun bütöv  dünyanın  təsəvvür kimi  şərtləndirici daşıyıcısı olan 

idrakı  yenə  də  qaçılmaz  olaraq  bədənlə  vasitələnir,  onun  da 

halları,  göstərildiyi  kimi,  dünyanın  dərk  olunması  üçün 

dərrakədən  ötrü  çıxış  nöqtəsi  rolunu  oynayır.  Bu  bədən  xalis 

dərk  edən    subyekt  üçün  hər  hansı  bir  başqası  kimi  həmin 

təsəvvür,  obyektlər  arasında  bir  obyektdir:  bu  baxımdan  onun 

hərəkətləri,  əməlləri    subyektə  bütün  başqa  əyani  obyektlərin 

dəyişikliklərindən  heç  də  daha  çox  məlum  deyildir  və  əgər 

onların  mənasının  tapılması  tamamilə  başqa  yolda  olmasaydı, 

onlar da onun üçün eyni dərəcədə yad və anlaşılmaz  qalardılar. 

Başqa  cür  ona  elə  gələrdi  ki,  başqa  obyektlərdə  dəyişikliklər 

səbəblər, qıcıqlandırıcılar və motivlər əsasında baş verdiyi kimi 

onun  əməlləri  verilmiş  motivlərdən,  təbiət  qanununun 

daimiliyindən  irəli  gəlir.  Motivlərin  təsirini  isə  o,  onun 

qarşısında  üzə  çıxan  istənilən  başqa  əməlin  onun  səbəbi  ilə 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

əlaqəsindən daha yaxşı başa düşməzdi. Öz bədəninin təzahür və 



hərəkətlərinin  daxili  onun  üçün  anlaşılmaz  olan  mahiyyətini  

istədiyi  kimi  həmçinin  güc,  xassə,  xarakter  də  adlandırardı, 

amma  onun  barəsində  daha  heç  nə  bilməzdi.  Əslində,  bütün 

bunlar  belə  deyildir;  əksinə,  idrakın  fərd  kimi  çıxış  edən 

subyektinə  açma  söz  verilmişdir  və  bu  söz  –  iradədir.  O  və 

yalnız o, onun öz məxsusi hadisəsinin sirrini açan açar verir, onu 

kəşf edir, onun varlığının, onun fəaliyyətinin, onun hərəkətlərin 

daxili mexanizmini ona göstərir. Öz bədəni ilə özünün eyniyyəti 

ucbatından fərd kimi çıxış edən idrak subyekti üçün bu bədən iki 

tamamilə  müxtəlif  üsulla  verilmişdir:  əvvəla,  dərrakənin  seyr 

olunmasında  təsəvvür  kimi,  obyektlər  içərisində  onların 

qanunlarına  tabe  olan  obyekt  kimi;  amma,  eyni  zamanda, 

tamamilə  başqa  cür,  yəni  hər  bir  kəsə  bilavasitə  olaraq  məlum 

olan  kimi  verilmişdir  və  bu,  iradə  sözü  ilə  işarə  olunur.  Onun 

iradəsinin  hər  biri  həqiqi  aktı      dərhal  və  qaçılmaz  olaraq, 

həmçinin onun bədəninin hərəkəti də olur: subyekt belə bir aktın 

bədənin  hərəkətində  təzahür  olunmasını  sezmədən  onu 

həqiqətən arzu edə bilməz. İradə aktı və bədənin hərəkəti: bunlar 

səbəbiyyət  əlaqəsi  ilə  birləşmiş  iki  müxtəlif,  obyektiv    dərk 

edilmiş  vəziyyətlər  deyillər;  onlar  öz  aralarında  səbəb  və  təsir 

münasibətində  deyillər,  onlar  eyni  şeydirlər,  amma  yalnız 

müxtəlif  üsullarla  verilmişlər,–  bir  dəfə  tamamilə  bilavasitə 

olaraq və başqa dəfə isə dərrakə  üçün seyrdə. Bədənin hərəkəti 

obyektivləşdirilmiş, yəni seyrə başlamış iradə aktından başqa bir 

şey  deyildir.  Sonradan  biz  görəcəyik  ki,  bu,  yalnız  motivlər 

əsasında  baş  verən  hərəkətə  deyil,  həm  də  qeyri-iradi  olaraq 

sadə qıcıqlandırıcının ardınca gələn hər hansı bir hərəkətə aiddir

biz  görəcəyik  ki,  bütün  bədən  obyektivləşdirilmiş,  yəni 

təsəvvürə çevrilmiş iradə olmaqdan başqa bir şey deyildir (bütün 

bunlar 


sonrakı 

izahda 


aşkara 

çıxarılacaq 

və 

aydınlaşdırılacaqdır). Elə buna  görə də, mənim əvvəlki kitabda 



və  əsas  qanunu  haqqında  traktatda  verdiyim  qəsdən  birtərəfli 

nöqteyi-nəzərə  (yəni–  təsəvvür  nöqteyi-nəzərinə)  uyğun  olaraq 

bilavasitə  obyekt  adlandırdığımı  burada  mən  başqa  bir 



Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə