Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə47/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   43   44   45   46   47   48   49   50   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

böyüklükdə" 



olduğunu 

yüksək 


dərəcədə 

dəqiqliklə 

müəyyənləşdirəcəkdir,  amma  bu,  həmişə  yalnız  nisbidir,  yəni 

təkcə  bir  təsəvvürün  başqası  ilə  müqayisəsidir  və  kəmiyyətə 

yalnız  bu  birtərəfli  münasibətdə  müqayisədir,  buna  görə  də 

oxşar cavab bizə bizim başlıca olaraq axtardığımız məlumatları 

verməyəcəkdir. 

Nəhayət,  əgər  biz  təbiətşünaslığın  çoxlu  hissələrə 

bölünmüş  geniş  sahəsinə  müraciət  etsək,  onda  biz  hər  şeydən 

öncə  onun  iki  əsas  bölməsini  fərqləndirə  bilərik.  O,  ya 

formaların  təsviridir,  ya  da  dəyişikliklərin  izahıdır.  Birincini 

mən  morfologiya,  ikincini  isə  etiologiya

2

 adlandırıram.  Birinci 



dəyişməz  formaları,  ikinci  isə–  onun  bir  formadan  başqasına 

keçid  qanunlarına  uyğun  olaraq  dəyişkən  materiyanı  öyrənir. 

Birinci  bütövlükdə  bir  o  qədər  də  düzgün  olmamasına  

baxmayaraq,  təbii  tarix  adlanır:  o,  xüsusən  botanika  və 

zoologiya  olaraq  bizi  müxtəlif,  fərdlərin  aramsız  əvəzlənməsi 

zamanı  dəyişilməyən  üzvi  və  buna  görə  də  davamlı  müəyyən 

edilmiş formalar ilə tanış edir. Bu formalar isə əyani təsəvvürün 

məzmununun  əksər  hissəsini  təşkil  edir.  Morfologiya  bu 

formaları  təbii  və  süni  sistemlər  üzrə  təsnif  edir,  bölür, 

birləşdirir,  bütün  formaların  nəzərdən  keçirilməsini  və 

öyrənilməsini  mümkün  edən  məlum  anlayışların  altına  gətirir. 

O, sonra bütün bu formalara nüfuz edən, sonsuz çalarlarla dolu 

olan  analogiyasını  onların  bütövlüyündə  və  təfərrüatlarındakı, 

(unite  de  plan  [planın  vahidliyi])  göstərir,  bunun  təsiri  ilə  də 

onlar  hansısa  naməlum  mövzunun  müxtəlif  variasiyalarına 

oxşayırlar.  Materiyanın  bu  formalara  keçidi,  yəni  fərdlərin 

mənşəyi  öyrənilmənin  əsas  anını  təşkil  etmir,  ona  görə  ki,  hər 

bir  fərd  özünə  oxşar  olan  fərddən  doğuluş  vasitəsilə  törəyir, 

doğuluş isə, hər bir yerdə eyni dərəcədə sirlidir, bu vaxta qədər 

tam  izahdan  yayınır,  onun  barəsində  bizim  bildiyimiz  az 

məlumat  isə  fiziologiyada  özünə  yer  tapır,  fiziologiya  isə  artıq 

etioloji təbiətşünaslığa məxsusdur. Sonuncuya, həmçinin əsasən 

morfologiyaya  aid  olan  mineralogiya  meyllidir,  –  xüsusən  o 

yerdə  ki,  o,  geologiyaya  keçir.  Etiologiya  məxsusi  mənada 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

təbiətşünaslığın  bütün  o  qollarını  əhatə  edir  ki,    onlarda  əsas  



səbəbin  və təsirin  dərk olunması  çıxış edir; onlar sanki  səhvsiz 

bir qaydaya uyğun olaraq öyrədirlər ki,  materiyanın  bir halının 

ardınca  zəruri  olaraq  onun  digər  müəyyən  bir  halı  gəlir, 

müəyyən  dəyişiklik  zəruri  olaraq  digər,  həmçinin  müəyyən  bir 

dəyişikliyi şərtləndirir və öz ardınca gətirir: bunu göstərmə izah 

adlanır.  Etiologiyaya  başlıca  olaraq  mexanika,  fizika,  kimya, 

fiziologiya aiddir.  

Amma  əgər  onların  nəyi  öyrətdiklərinə  varsaq,  tezliklə 

əmin  ola  bilərik  ki,  etiologiya  bizə  arzu  olunan  cavabı  vermir, 

onu, eləcə də, morfologiya da vermir. Sonuncu bizim qarşımıza 

saysız-hesabsız,  sonsuz  müxtəlif  və  amma  hər  halda  aşkar  ailə 

oxşarlığına  malik  olan  qohum  formaları–  bizim  üçün 

təsəvvürləri çıxarır, bu  yolda bizim üçün əbədi olaraq  yad olan 

və  yalnız  bu  baxımdan  nəzərdən  keçirilən  həmin  təsəvvürlər 

anlaşılmaz  heroqliflərə  oxşayır.  Etiologiya  isə  bizi  öyrədir  ki, 

səbəb və təsir qanununa görə materiyanın verilmiş müəyyən halı 

digər  halı  doğurur:  bununla  da,  o  onu  izah  etmiş  və  öz  işini 

yerinə  yetirmiş  olur.  Halbuki,  mahiyyəti  etibarı  ilə  o,  yalnız 

qanunauyğun  nizamı  üzə  çıxarır,  bu  qanunauyğun  nizam 

daxilində  isə  məkanda  və  zamanda  müxtəlif  vəziyyətlər 

meydana  çıxır  və  bizi  birdəfəlik  öyrədir  ki,  verilmiş  yerdə  və 

verilmiş  zaman  zəruri  olaraq  hansı  hadisə  baş  verməlidir.  

Beləliklə,  o,  qanuna  görə,  hadisələrə  onların  zamanda  və 

məkanda  yerini  göstərir,  bu  qanunun  müəyyən  məzmunu 

təcrübə  ilə  verilir,  amma  onun  ümumi  forması  və  zəruriliyi  isə 

bizim  tərəfimizdən  təcrübədən  asılı  olmayaraq  dərk  olunur. 

Amma  bu  hadisələrdən  hansınınsa  daxili  mahiyyəti  barədə  isə 

biz  buradan  kiçicik  belə  bilik  almırıq;  bu  mahiyyət  təbiət 

qüvvəsi adlanır və dəyişməzliyi təbiət qanunu adlandıran etioloji 

izah  sferasının  xaricində  qalır,  əgər  etiologiyaya  məlum  olan 

uyğun  şərait  verilmişsə,    belə  bir  qüvvənin  təzahürü  bu  cür 

dəyişməzliklə baş verir.  

Amma  bu  təbiət  qanunu,  bu  şərtlər,  müəyyən  yerə  və 

müəyyən zamana münasibətdə bu təzahür – etiologiyanın bildiyi 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

və  ümumiyyətlə,  bilə  bildiyi,  bax,  bunlardır.  Burada  təzahür 



olunan  qüvvənin  özü,    bu  qanunlar  üzrə  baş  verən  hadisələrin 

daxili mahiyyəti həm ən sadə, həm də ən mürəkkəb hadisələrdə 

onun üçün əbədi sirr, tamamilə yad və naməlum bir şey olaraq 

qalır.  Əslində,  baxmayaraq  ki,  etiologiya  bu  vaxta  qədər  öz 

məqsədinə daha yaxşı mexanikada və daha pis isə fiziologiyada 

nail olmuşdur, amma o qüvvə ki, onun sayəsində daş yerə düşür 

və  ya  bir  cisim  digərini  itələyir,  öz  daxili  mahiyyətində  bizim 

üçün  heyvanın  hərəkətinə  və  artımına  təsir  göstərən  qüvvədən 

daha  az  yad  və  sirlidir.  Mexanika  materiyanı,  ağırlığı, 

keçirməzliyi,  hərəkətin  təkan  vasitəsilə  ötürülməsini,  ətaləti  və 

sairi nəsə izaha gələn  bir şey kimi nəzərdə tutur və onları təbiət 

qüvvələri,  onların  məlum  şəraitdə  zəruri  və  müntəzəm 

təzahürünü  isə  təbiət  qanunu  adlandırır  və  yalnız  sonra  o,  öz 

izahını başlayır. Bu izah ondan ibarətdir ki, o, hər bir qüvvənin 

necə,  harada  və  nə  zaman  aşkar  olduğunu  düzgün  və  riyazi 

olaraq  dəqiq  göstərir.  Bu  izah  həm  də  ondan  ibarətdir  ki,  o, 

rastlaşdığı hər bir hadisəni bu qüvvələrdən birinə gətirib çıxarır. 

Bunu öz sahələrində fizika, kimya, fiziologiya da edir, fərq isə 

yalnız  ondadır  ki,  onlar  daha  çox  güman  edir  və  daha  az  şey 

verirlər. Elə buna görə də, bütün təbiətin ən mükəmməl etioloji 

izahı heç bir vaxt izah edilə bilməyən qüvvələrin siyahısından və 

qanunların dəqiqliklə göstərilməsindən savayı başqa bir şey ola 

bilməzdi, həmin qanunlara uyğun olaraq bu qüvvələrin təzahürü 

zamanda  və  məkanda  baş  verir,  bir-birinin  ardınca  gəlir,  yerini 

bir-birinə  verir;  beləliklə,  təzahür  olunan  qüvvələrin  daxili 

mahiyyəti isə etiologiya üçün həmişə izah edilə bilməyən olaraq 

qalmalıdır, ona görə ki, onun riayət etdiyi qanun buna gətirmir, 

və o, hadisələrlə və onların nizamı ilə məhdudlaşır. Etioloji izahı 

bu  baxımdan  mərmər  kəsiyi  ilə  müqayisə  etmək  olar:  biz  bir-

birinin  yanında  çoxlu  damarcıqlar  görürük,  amma  mərmər 

daxilində  onların  axını  bizim  üçün  onun  əks  səthinə  qədər 

örtülüdür. Və  ya– əgər zarafatsayağı müqayisəni  özümüzə rəva 

bilsək,  zira  o,  daha  çox  heyrətamizdir–  bütün  təbiətin  tam 

etiologiyası filosof-tədqiqatçıda özü də bilmədən tamamilə tanış 




Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə