Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə50/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   46   47   48   49   50   51   52   53   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

təsəvvür,  bədən  əsla  təsəvvür  kimi  deyil,  nəsə  ondan  toto 



genere  fərqli  –  iradə  kimi  malikdir.    Ona  görə  də  mən  bu 

həqiqəti  bütün  başqa  həqiqətlərdən  ayırmaq  və  onu    κατ' 



εξοχην fəlsəfi həqiqət adlandırmağı arzu edərdim. Onu müxtəlif 

üsullarla ifadə etmək mümkündür; belə də demək olar: mənim 

bədənim  və  mənim  iradəm  –  bunlar  eyni  şeydir;  və  ya:  əyani 

təsəvvür  olaraq  mən  öz  bədənim  adlandırdığımı  məxsusi,  heç 

nə  ilə  müqayisə  olunmaz  bir  tərzdə  dərk  etdiyimdən  onu  öz 

iradəm adlandırıram; və ya: bədənim iradəmin obyektliyidir; və 

ya:  bədənimin  təsəvvürüm olmasından asılı olmayaraq, o, həm 

də yalnız mənim iradəmdir və i.a...

*

 

 



§ 19 

Əgər  biz  birinci  kitabda    daxili  müqavimət  ilə,öz 

bədənimizi  bu  əyani  dünyanın  bütün  digər  obyektlərinə  oxşar 

olaraq, yalnız dərk edən subyektin təsəvvürü ilə qəbul etdiksə,  

onda  indi  bizim  üçün  aydın  oldu  ki,  hər  bir  kəs  öz  məxsusi 

bədəni  barədə  təsəvvürü  digər  hər  bir  şeydə  onunla  tamamilə 

oxşar  olan  bütün  başqa  təsəvvürlərdən  məhz  şüurda 

fərqləndirir: bu, o deməkdir ki, bədən şüurda həm də tamamilə 

başqa, toto genere fərqli şəkildə meydana çıxır ki, bunu da iradə 

sözü  ilə  işarə  edirlər;  öz  məxsusi  bədəni  barədə  məhz  bu  ikili 

bilik  bizə  bu  bədənin  özünün,  onun  fəaliyyətinin  və  motivlərə 

görə  hərəkətlərinin  və  həmçinin  onun  xarici  təsirlərə  məruz 

                                                           

*

 II cildin 18-ci fəsli buraya aiddir. 



 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

qalmalarının    sirrini  açır,  bir  sözlə,  onun  sirrini  ki,  nədən  o, 



təsəvvür  deyildir,  amma  bundan  savayı  ki,  o,  bilavasitə  olaraq 

bizdə  olmayan  bütün  başqa  real  obyektlərin  mahiyyətinin, 

fəaliyyətinin və məruz qalmalarının sirridir. 

Dərk  edən  subyekt  məhz  bir  bədən  bu  xüsusi 

münasibətin təsiri  üzündən  fərddir, həmin  bu  bədən  isə  onun 

üçün  bu  münasibətlə  yanaşı  bütün  digərlərinə  oxşar  olaraq 

təsəvvürlərdən  biri  fərddir.  Amma  o  münasibət  ki,  dərk  edən 

subyekt  onun  təsiri  ilə,  onun  üzündən  fərddir,  buna  görə  də 

yalnız onunla onun bütün təsəvvürlərindən yeganələri arasında 

mövcuddur;  elə  buna  görə  də,  yalnız  bu  yeganəni  o,  yalnız  bir 

təsəvvür  olaraq  deyil,  həm  də  eyni  zamanda  tamamilə  başqa 

cür  –  iradə  olaraq  dərk  edir.  Amma  əgər  bu  xüsusi 

münasibətdən,  eyni  şeyin  bu  ikili  və  tamamilə  müxtəlifcinsli 

idrakından  yayınsaq,  onda  bu  bir  bədən,  bütün  başqalarına 

oxşar  olaraq,  əlbəttə  ki,  təsəvvürdür;  buna  görə  də,  burada 

oriyentasiyanı  istiqamətlənməkdən  ötrü  dərk  edən  fərd 

ikisindən  birini  qəbul  etməlidir:  ya  bu  bir  təsəvvürün 

fərqləndirici cəhəti yalnız ondan ibarətdir ki, onun, fərdin, idrakı 

yalnız  bu  təsəvvürə  ikili  münasibətdədir,  yalnız  bu  bir  əyani 

obyektə  daxil  olmaq  üçün,  eyni  zamanda,  ikili  giriş    imkanına 

malikdir,–  amma  bu,  verilmiş  obyektin  bütün  başqalarından 

fərqi  ilə  deyil,  yalnız  onun,  fərdin,  idrakın  bu  bir  obyektə 

münasibətinin  onun  başqa  obyektlərə  münasibəti  ilə 

müqayisədəki  fərqi  ilə  izah  olunur;  ya  da  bu  bir  obyekt 

mahiyyəti etibarı ilə bütün başqa obyektlərdən fərqlənir, bütün 

bunlar  arasında  təkcə  o,    eyni  zamanda,  həm  iradə,  həm  də 

təsəvvürdür, bütün digərləri isə – yalnız təsəvvürdür, yəni sadə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

xəyallar,  kabuslardır  və  insanın  bədəni  də,  deməli,  dünyada 



yeganə real fərddir, yəni iradənin bilavasitə yeganə təzahürü və 

subyektin yeganə bilavasitə obyektidir. 

Sadəcə  olaraq,  təsəvvür  kimi  nəzərdən  keçirilən  başqa 

obyektlərin subyektin bədəninə oxşar olması, yəni onun məkanı 

doldurması  (ola  bilsin, o  da  yalnız  təsəvvür olaraq  mövcuddur) 

və  onun  məkan  daxilində  fəaliyyət  göstərməsi  ki,  səbəb 

olmadan  heç  bir  təsiri  mümkün  etməyən  səbəbiyyət 

qanununun  təsəvvürləri  üçün  şəksiz  a  priori  olandan  çıxış 

edilərək,  mübahisəsiz  sübut  olunmasına  baxmayaraq,  amma 

(hətta  onu  belə  deməsək  ki,  təsirlərdən  eyni  səbəbi  deyil, 

ümumiyyətlə, səbəbi nəticə kimi çıxarmaq olar) bu, bizi hələ ki 

xalis  təsəvvür  sahəsindən  çıxarmır,  xalis  təsəvvür  sahəsi  üçün 

isə yalnız səbəbiyyət qanunu qüvvəyə malikdir və o, bizi heç bir 

vaxt ondan o tərəfə apara bilməz. Amma fərdə  yalnız təsəvvür 

olaraq  məlum  olan  obyektlər  olacaqdırmı,  onlar  hər  halda, 

onun öz bədəni kimi iradə hadisələri olacaqlarmı, – artıq əvvəlki 

kitabda deyildiyi kimi, xarici dünyanın reallığı barədə məsələnin 

həqiqi  mənası  bundan  ibarətdir.  Bu  suala  mənfi  cavab  nəzəri 

eqoizmin mahiyyətini təşkil edir, nəzəri eqoizm məhz buna görə 

də öz fərdi varlığından savayı bütün hadisələri kabus hesab edir, 

–  bu,  ona  oxşardır  ki,  praktik  eqoizm  də  praktikada  eynilə  bu 

tərzdə  hərəkət  edir:  o,  yalnız  öz  şəxsiyyətini  gerçək  olaraq 

qiymətləndirir,  bütün  digər  hər  bir  şeydə  isə  yalnız  kabusları 

görür  və  onlarla  uyğun  bir  tərzdə  rəftar  edir.  Doğrudur,  nəzəri 

eqoizm heç bir vaxt heç bir sübutla təkzib oluna bilməz; amma 

fəlsəfədə  ondan  həmişə  müstəsna  dərəcədə  skeptik  sofizm 

olaraq,  yəni  gözdən  pərdə  asmaq  üçün  istifadə  etmişlər.  Ciddi 



Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə