Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə49/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   45   46   47   48   49   50   51   52   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

münasibətdə  iradənin  obyektliyi  adlandırıram.  Buna  görə  də 



müəyyən  mənada,  həmçinin  demək  olar  ki,  iradə–  bədənin  

priori  olaraq  dərk  olunması,  bədən  isə  –  iradənin  a  posteriori 

olaraq idrakıdır.  

İradənin  gələcəyə  aid  olan  qərarları  məxsusi  mənada 

iradə  aktları  deyildir,–  zəkanın  yalnız  bizim  haçansa 

arzulayacaqlarımız  barədə  düşüncələridir:  qərara  özünün  son 

möhürünü  yalnız  yerinə  yetirilmə  vurur,    buna  qədər  isə  qərar, 

sadəcə olaraq, səbatsız bir niyyət olaraq qalır və müstəsna olaraq 

zəkada,  in  abstracto  mövcuddur.  Arzu  və  əməl  yalnız 

refleksiyada  müxtəlifdir:    əslində  isə  onlar  eyni  şeydir.  Hər  bir 

həqiqi,  gerçək,  bilavasitə  iradə  aktı,  eyni  zamanda,  həm  də 

bilavasitə    təzahür  olunan  bədən  aktıdır;  buna  uyğun  olaraq, 

digər tərəfdən, bədənə göstərilən hər bir təsir həm də dərhal və 

bilavasitə  olaraq  iradəyə  göstərilən  təsirdir;  o,  əgər  iradəyə 

əksdirsə  o  özlüyündə  ağrı,  əgər  onu  təmin  edirsə  həzz  adlanır. 

Onların  dərəcələri  çox  müxtəlifdir,  amma  ağrını  və  həzzi 

təsəvvür  adlandırmaq  qətiyyən  düzgün  olmazdı,  onlar  heç  də 

belə deyillər; onlar iradənin öz təzahüründə bədəndəki bilavasitə 

halları, bədəndə yaşanan təəssüratın məcburi və ani olaraq arzu 

edilməsi və ya arzu edilməməsidir. Bilavasitə  sadə təsəvvürlər 

və buna görə də deyilənlərdən istisna kimi yalnız bədəndəki bir 

neçə bəzi təəssüratları nəzərdən keçirmək mümkündür ki, onlar 

iradəni oyatmırlar və yalnız bunların sayəsində də bədən idrakın 

bilavasitə obyekti olur, halbuki, dərrakə üçün seyr olaraq o, artıq 

bütün  başqaları  kimi  vasitəli  obyektdir.  Burada  xalis  obyektiv 

hisslərin  –  görmənin,  eşitmənin  və  lamisənin  halları  nəzərdə 

tutulur,  amma  yalnız  o  ölçüdə  ki,  həmin  ölçüdə  bu  orqanlar 

onlara  xas  olan,  spesifik  və  onların  təbiətinə  uyğun  üsulla 

affiksasiya olunur, o isə, bu hissələrin  yüksək və xüsusi olaraq 

dəyişdirilmiş həssaslığının o qədər zəif oyanmasıdır ki, iradəyə 

təsir  etmir  və  onun  tərəfindən  heç  bir  oyandırma  ilə  

həyəcanlanmır,  dərrakəyə  yalnız  o  məlumatları  xəbər  verir  ki, 

seyr onlardan meydana çıxır. Bu hiss orqanlarına hər hansı daha 

güclü  və  ya  başqa  qəbildən  olan  təsirsə  ağrılıdır,  yəni  iradəyə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

əksdir,  axı  onlar  özləri  də  onun  obyektinə  məxsusdurlar. 



Əsəblərin  zəifliyi  onda  ifadə  olunur  ki,  onları    dərrakə  üçün 

materiallara  çevirməyi  mümkün  edən  dərrakə  qüvvəyə  malik 

olmalı  olan  təəssüratlar  iradəyə  toxunduqları  daha  yüksək 

dərəcəyə çatırlar, yəni ağrı və ya həzz yaradırlar,  əksər hallarda 

isə bu ağrı olur; nə qədər küt və qeyri-müəyyən olsa da, o, hər 

halda  təkcə  bəzi  səsləri  və  güclü  işığı  əzablı  bir  tərzdə  hiss 

etməyə  məcbur  etmir,  həm  də,  ümumiyyətlə,  ağrılı  ipoxondrik 

əhval-ruhiyyə doğurur, baxmayaraq ki, bütün bunlar aydın dərk 

olunmur.  Bunun  ardınca  qeyd  etmək  lazımdır  ki,  bədənin  və 

iradənin  eyniyyəti,  yeri gəlmişkən, onda aşkar olur ki,  iradənin 

hər  hansı  güclü  və  həddini  keçən  hərəkəti,  yəni  hər  hansı  bir 

affekt  bədəni  və  onun  daxili  mexanizmini  tamamilə  bilavasitə 

olaraq sarsıdır və onun həyati funksiyalarının gedişini pozur. Bu 

hal xüsusi olaraq "Təbiətdə iradə" əsərində şərh olunmuşdur.  

Nəhayət,  malik olduğum iradə barədə  bilavasitə idrakım  

olmasına  baxmayaraq  hər  halda  o,  bədənim  haqqında  idrakdan 

ayrılmazdır. Mən öz iradəmi onun bütövlüyündə, vəhdət olaraq, 

tam  şəkildə  onun    mahiyyətində  deyil,  onun  yalnız  ayrıca 

aktlarında,  yəni  hər  hansı  obyekt  kimi  mənim  bədənimin  də 

təzahür forması olan zaman daxilində dərk edirəm; buna görə də 

bədən mənim iradəmin dərk olunmasının şərti olaraq çıxış edir. 

Bu səbəbdən də  bədən olmadan əslində mən bu iradəni təsəvvür 

edə  bilmərəm.  Mənim  əsas  qanunu  haqqında  traktatımda  iradə 

(və  ya,  daha  doğrusu,  arzunun  subyekti),  doğrudur  ki, 

təsəvvürlərin  və  ya  obyektlərin  xüsusi  sinfi  kimi  təsvir 

olunmuşdur,  amma  biz  artıq  orada  görmüşdük  ki,  bu  obyekt 

subyektlə  üst-üstə  düşür,  yəni  obyekt  olmaqdan  qalır;  bu 

uyğunluğu  biz  orada  κατ'  εξοχην  [daha  çox]  möcüzə 

adlandırmışıq  və  mənim    bütün  bu  əsərim  müəyyən  dərəcədə 

onun izahıdır. 

Mən  öz  iradəmi  əslində  obyekt  kimi  dərk  etdiyimdən, 

mən onu bədən olaraq anlamış oluram; amma belə halda mən 

bir  daha  yuxarıda  göstərilən  traktatda  müəyyənləşən  birinci 

sinif  təsəvvürlərə,  yəni  real  obyektlərə  gəlib  çıxmış  oluram. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

Sonrakı  tədqiqatlar  bizi  getdikcə  daha  çox  əmin  edəcəkdir  ki, 



birinci sinif təsəvvürlər öz açarını, öz açmasını yalnız elə oradaca 

müəyyənləşmiş dördüncü sinifdə tapır, bu isə, əslində, artıq bir 

obyekt olaraq  subyektə qarşı durmaq istəmir  və  bundan  sonra 

əmin  olacağıq  ki,  buna  uyğun  olaraq  dördüncü  sinifdə  hakim 

olan  motivasiya  qanunundan  biz  birinci  sinifdə  fəaliyyət 

göstərən  səbəbiyyət  qanununun  daxili  mahiyyətini  və  ona 

uyğun olaraq baş verən hər bir şeyi anlamalı olacağıq.  

İradənin  və  bədənin  burada  qabaqcadan  nəzərdə 

tutulmuş  eyniyyəti  –  burada  mənim  bunu  ilk  dəfə  olaraq 

etdiyim  və  bunun  sonrakı  izahda  da  təkrar  olunacağı  kimi  – 

yalnız  göstərilə  bilər,  yəni  bilavasitə  şüurdan,  in  concreto 

idrakdan  əqli  biliyədək  yüksəldilə  və  ya  in  abstracto  idraka 

keçirilə  bilər.  Amma  öz  təbiəti  etibarı  ilə  o,  heç  bir  vaxt  sübut 

oluna,  yəni  vasitəli  idrak  olaraq  başqa,  bilavasitə  idrakdan 

çıxarıla bilməz, – məhz ona görə ki, o, özü ən yüksək dərəcədə 

bilavasitədir  və  əgər  biz  onu  belə  halda  qavramasaq  və 

saxlamasaq,  onda  bizim  onu  bir  daha,  hansısa  dolayı  yolla, 

törəmə idrak olaraq əldə etmək gözləntimiz əbəs olacaqdır. Bu 

eyniyyət  tamamilə  xüsusi  qəbildən  olan  idrakdır  və  onun 

həqiqiliyi  buna  görə  də,  əslində,  əsas  qanunu  haqqında 

traktatda  (§  29  və  sonrakılar)  mənim  bütün  həqiqətləri 

böldüyüm dörd rubrikadan, yəni məntiqi, empirik, metafizik və 

metaməntiqi  rubrikalardan  birinə  gətirilə  bilməz.  Zira  bu 

eyniyyətin  doğruluğu  bütün  bu  həqiqətlər  kimi  bir  mücərrəd 

təsəvvürün  başqa  bir  təsəvvürə  və  ya  intuitiv  və  ya  mücərrəd 

təsəvvür  edən  fəaliyyətin  zəruri  formasına  münasibət  deyildir: 

yox,  o,  mühakimənin  o  əlaqəyə  münasibətidir  ki,  ona  əyani 



Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə