Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə2/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   2   3   4   5   6   7   8   9   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 



Əsərin tərcüməsi “Zəkioğlu” nəşriyyatı 



tərəfindən  sifariş edilmişdir: (Rus dilindən tərcümə) 

         Y.İ.Ayxenvaldın orijinaldan ruscaya tərcüməsindən çevrilmişdir 



(Moskva, “Moskovskiy klub” nəşriyyatı, 1992. 

A.Şopenhauer, “Sobrannie soçineniya, v 5 tomax, tom 1.”) 

       Minsk, Xarvest, 2007-ci il nəşri ilə müqayisəli şəkildə çap edilir 

Dahi  alman  filosofu  Artur  Şopenhauerin  (1788-1860)  Dünya 

iradə  və  təsəvvür  kimi  (1919-44)  əsəri  dünya  fəlsəfi  irsinin  ən 

möhtəşəm nümunələrindən biridir. 

Dünyanın, demək olar ki, bütün böyük dillərində dəfələrlə çap 

olunan bu əsər Azərbaycan dilində ilk dəfədir ki, nəşr olunur. 

«Zəkioğlu»  nəşriyyatının  «Fikir  antologiyası»  seriyasından 

çap  etdiyi  bu  kitab  Dünya  iradə  və  təsəvvür  kimi  (1919)  əsərinin 

birinci cildidir. Əsərin ikinci cildi də nəşriyyatda çapa hazırlanır. 

Tərcümə üzərində mülkiyyət hüququ «Zəkioğlu»  nəşriyyatına                                    

məxsusdur və müəlliflik hüququ haqqında qanunla qorunur                      

 

   ISBN 978-9952-8137-0-8 



 

                                                           ©«Zəkioğlu» nəşriyyatı 



 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 



 



ARTUR   ŞOPENHAUER 

 

 

DÜNYA  

 

İRADƏ VƏ TƏSƏVVÜR KİMİ 

 

 

Ob nicht Natur zulezt sich doch ergründe? 



(Təbiət, nəhayət, öz sirrini açmayacaqmı?) 

 

                                                     Höte

*

 

                                                           

*

 Hötenin K.G.Foqta həsr etdiyi şeirdən (1916). 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

BİRİNCİ KİTAB 



 

 

 



BİR TƏSƏVVÜR OLAN 

DÜNYA HAQQINDA 

 

 

 

BİRİNCİ DÜŞÜNCƏ: 

ƏSAS QANUNUNA TABE OLAN TƏSƏVVÜR: 

TƏCRÜBƏNİN VƏ ELMİN OBYEKTİ 

 

Sors de l`enfance, ami, réveille toi! 



(Uşaqlıqdan ayrıl, dostum, ayıl!) 

                                                      Jan-Jak Russo

1

 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

10 


§ 1 

“Dünya  mənim  təsəvvürümdür,-”  yalnız  insanın  onu 

reffektiv–mücərrəd  şüuradək  yüksəldə  bilməsinə  baxmayaraq, 

hər  bir  canlı  və  dərk  edən  varlıq  üçün  qüvvəyə  malik  həqiqət 

budur  və  o  bunu  həqiqətən  edirsə,  onda  şeylərə  fəlsəfi  baxış 

yaranır. O zaman onunçün aydın və şəksiz olur ki, o nə günəşi, 

nə  torpağı  tanıyır,  yalnız  günəşi  görən  gözü,  torpağı  sezən  əli 

tanıyır;  onu  əhatə  edən  aləm  yalnız  bir  təsəvvür  kimi,  yəni  bir 

başqasına,  müstəsna  olaraq  elə  insanın  özü  olan  təsəvvür 

edənə  münasibətdə  mövcuddur.  Hansısa  bir  həqiqət  a  priori 

deyilə  bilərsə,  o  elə  məhz  budur,  zira  o–təcrübənin  bütün  

başqalarından,  zamandan,  məkan  və    səbəbiyyətdən  daha 

ümumi xarakterə malik olan hər cür mümkün və düşünülə bilən 

formasının    ifadəsidir,  axı  onların  hamısı  onu  artıq  nəzərdə 

tuturlar  və  onlarda  əsas  qanununun  ayrı-ayrı  növlərini  qəbul 

etdiyimiz bu formalardan hər biri yalnız təsəvvürlərin ayrıca bir 

sinfi  üçün  əhəmiyyət  kəsb  edirsə,  əksinə,  obyektə  və  subyektə 

parçalanma    bütün  siniflər  üçün  ümumi  forma  olur,  elə  bir 

forma ki, ümumiyyətlə hansı qəbildən–mücərrəd və  ya intuitiv, 

xalis və ya empirik olmasından asılı olmayaraq, yalnız onda hər 

cür təsəvvür mümkün olan və düşünülə  biləndir. Beləliklə, idrak 

üçün  mövcud  olan  hər  şeyin,  yəni  bütün    bu  dünyanın    yalnız 

subyektə    münasibətdə  obyekt,  seyr  edən  üçün    seyr,  qısa 

desək,  təsəvvür  olduğu  barədə  həqiqətdən  daha  şəksiz, 

digərlərindən  daha  müstəqil,  sübuta  daha  az    ehtiyac    duyan 

həqiqət  yoxdur.  Təbiidir,  bu  həm  indiyə,  həm  hər  cür  keçmişə 

və hər cür gələcəyə, həm də ən uzağa və ən yaxına aiddir: çünki  

bu,  bütün  bu  fərqlərin  elə  məhz  olduğu  zamana  və  məkana 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

11 


şamil   edilir.  Dünyaya  məxsus  olan  və  ola bilən hər  şeyə  labüd 

şəkildə  subyekt  tərəfindən  bu  şərtləndirilmişliyin  möhürü 

vurulmuşdur  və  yalnız  subyekt  üçün  mövcuddur.  Dünya–

təsəvvürdür. 

Bu  həqiqət  yeni  bir  şey  deyil.  O,  artıq  Dekartın  istinad 

etdiyi skeptik düşüncələrdə var idi. Amma ilk olaraq qəti şəkildə 

onu Berkli söylədi: onun təlimlərindəki qalan şeylər əsassız olsa 

da, bununla o, fəlsəfə qarşısında ölməz xidmət qazandı. Kantın 

ilk səhvi, əlavədə göstərdiyim kimi, bu tezisin üstündən keçməsi 

oldu.  Əksinə,  bu  əsas  həqiqət  Vedaların  Vyasaya  aid  edilən 

fəlsəfəsinin  təməl  müddəasına  çevrilərək,  Hindistan  müdrikləri 

tərəfindən  necə  də  erkən  dərk  edilmişdir,–bu  barədə  V.Cons 

özünün  sonuncu  “Asiyalıların  fəlsəfəsi  haqqında  traktatında 

şahidlik  edir:  “Vedanta    məktəbinin  əsas  ehkamı  materiyanın, 

yəni  sıxlığın,  keçilməzliyin  və  məkanda  yer  tutmanın 

mövcudluğunun  inkarından  yox  (onları  inkar  etmək  ağılsızlıq 

olardı),  onun  barəsindəki  əsas  anlayışın  təshihindən  və  onun 

əqli  qavrayışdan  asılı  olmayaraq    mövcud  olduğunun, 

mövcudluq  və  qavranıla  bilmənin  –dönə  bilən  anlayışlar 

olduğunun  təsdiqindən  ibarət  idi”.  Bu  sözlər  empirik  reallığın 

transsendental  ideallıqla  bir  araya  sığmasını  yetərincə  ifadə 

edirlər. 

Beləliklə, bu birinci kitabda biz dünyanı yalnız göstərilən  

tərəfdən,    yalnız  bir  təsəvvür  olaraq  nəzərdən  keçiririk.  Amma 

düzgünlüyünə  xələl  gətirmədən  bu  cür  baxışın  birtərəfli  olması 

və  deməli, hansısa  ixtiyari  bir  abstraksiyadan  irəli  gəlməsi,–  bu 

hər  kəsə  elə  bir  daxili  əks–təsir  təlqin  edir  ki,  bununla  da  o 

dünyanı  yalnız  öz  təsəvvürü  kimi  qəbul  edir;  amma  digər 




Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə