Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə3/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   2   3   4   5   6   7   8   9   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

12 


tərəfdən,  o  heç  vaxt  bu  cür  zənndən  qurtula  bilmir.  Amma  bu 

baxışın birtərəfliliyini,- burada bizim başlanğıc nöqtəmiz olan və 

ona  yalnız  dərin  tədqiqat,  daha  mükəmməl  abstraksiya,  eyni 

olmayanın  ayırd  edilməsi  və  eyni  olanın  birləşdirilməsi  gətirib 

çıxara  bilən  həqiqət  dərəcəsində  bilavasitə  doğru  olmayan  bir 

həqiqətin–çox  ciddi  olan  və  hər  kəsdə  qorxu  olmasa  da, 

düşüncə doğuran həqiqətin,–onun  da  “dünya–iradəmdir” deyə 

bilməsi  və  deməli  olduğu  həqiqətinin  köməyilə  növbəti  kitab 

tamamlayır. 

Amma  o  vaxtacan,  deməli,  bu  birinci  kitabda  dünyanın 

istinad  etdiyimiz  tərəfini-  dərkolunanlıq  tərəfini  diqqətlə 

nəzərdən  keçirmək  gərəkdir;  buna  uyğun  olaraq,  biz  əks-təsir  

olmadan  bütün  mövcud  obyektləri,  hətta  öz  bədənimizi  də 

(bunu  tezliklə  izah  edəcəyəm),  onları  elə  yalnız  təsəvvür 

adlandıraraq,  təsəvvür  kimi  nəzərdən  keçirməliyik.  Burada 

abstraksiya

 

olunduğumuz şey,- sonradan bu yəqin ki, hamı üçün 



şəksiz olacaqdır,– həmişə yalnız dünyanın o biri üzünü təkcə özü 

təşkil  edən  iradədir.    Nə  o,  nə  də  o  birisi  yox,  özündə  obyekt 

olası  olan  reallıqsa  (əfsus  ki,  Kantın  sayəsində  onun 

özündəşeyinin  cılızlaşıb    çevrildiyi  şey)  uydurma  cəfəngiyyatdır 

və onu zənn etmə fəlsəfənin bataqlıq işartılarıdır. 

 

§ 2 


Hər  şeyi  dərk  edən  və  heç  kəs  tərəfindən  dərk 

olunmayan şey subyektdir. Deməli, o dünyanı daşıyandır, bütün 

hadisələrin,  hər  cür  obyektin  ümumi  və  həmişə  güman  edilən 

şərtidir:  çünki  mövcud  olan  hər  şey  elə  məhz  subyekt  üçün 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

13 


mövcuddur.  Yalnız  dərk  etdiyi,  amma  dərketmə  obyekti 

olmadığı  dərəcədə  hər  kəs  özünü  belə  subyekt  bilir.  Amma 

obyekt  artıq  onun  cismidir  və  bu  səbəbdən,  onun  özünü,  bu 

nöqteyi-nəzərdən,  biz  təsəvvür  adlandırırıq.  Çünki  o  özü 

bilavasitə  subyekt  olsa  da,  bədən  obyektlər  içərisində  bir 

obyektdir  və  onların  qanununa  tabedir.  Bütün  seyr  obyektləri 

kimi  o,  sayələrində  çoxluğun  mövcud  olduğu  hər  cür  idrak 

formalarında, zaman və məkandadır. Dərk edən, heç vaxt dərk 

olunmayan subyektsə bu formalarda deyil: əksinə, o özü həmişə 

onlar tərəfindən nəzərdə tutulur və, beləliklə, ona nə çoxluq, nə 

də  onun  əksi–  təklik  gərəkdir.  Biz  onu  heç  vaxt  dərk  etmirik, 

halbuki harada olursa olsun, idrak baş verən yerdə məhz o dərk 

edir. 

Beləliklə,  bir  təsəvvür  olaraq  dünya–  burada  biz  onu 



yalnız bu cəhətdən nəzərdən keçiririk– iki mühüm və bölünməz 

yarıya  malikdir.  Onlardan  birincisi–  obyektdir;  onun  forması 

məkan və zaman, onlar vasitəsiləsə  çoxluqdur. O biri yarı olan 

subyektsə zaman və məkandan kənardadır: çünki o büsbütün və 

bölünməz  olaraq,  təsəvvür  edən  hər  bir  varlıqdadır.  Ona  görə 

onlardan  tək  bircəsi  bir  təsəvvür  olan  dünyanı  mövcud  olan 

milyonlarla  bu  cür  varlıq  kimi  obyektlə  doldurur;  ancaq  əgər 

onun  da  yeganə  varlığı  yox  olsaydı,  onda  bir  təsəvvür  olan 

dünya  da  olmazdı.  Beləliklə,  bu  yarılar  hətta  fikir  üçün  də 

bölünməzdirlər, çünki onlardan hər biri yalnız o biri vasitəsilə və 

o biri üçün varlığa və önəmə malikdir, onunla birgə mövcud və 

yox  olur.  Onlar  bilavasitə  bir-birini  məhdudlaşdırırlar:  obyekt 

başlanan  yerdə  subyekt  qurtarır.  Bu  sərhədin  ümumiliyi  məhz 

onda  aşkara  çıxır  ki,  hər  cür  obyektin  mühüm  və  buna  görə 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

14 


ümumi  olan  formalarını,-  bunlar  da  ki,  zaman,  məkan  və 

səbəbiyyətdir,-  biz  tapa  və  tam  dərk  edə  bilərik  və  obyektin 

özünü  dərk  etmədən,  təkcə  subyektə  istinad  edərək,–yəni 

Kantın  dili  ilə  desək,  onlar  a  priori  bizim  şüurumuzda  yatırlar. 

Bunun  kəşfi  Kantın  başlıca,  özü  də  ən  böyük  xidmətini  təşkil 

edir. Mənsə üstəlik iddia edirəm ki, əsas özül qanunu–bütün bu 

bizə məlum obyekt formaları üçün ümumi ifadədir və buna görə 

xalis a priori dərk etdiyimiz hər şey bu qanunun məzmunundan 

və ondan çıxan nəticələrdən başqa bir şey deyil; beləliklə, onda 

dürüst  idrakın  bütün  bizim  a  priorimiz  ifadə  olunmuşdur.  Əsas 

(özül)  qanunu  barədə  traktatında  hər  cür  obyektin  bu  qanuna 

necə tabe olduğunu, yəni başqa obyektlərə, bir tərəfdən, təyin 

olunan  kimi  digər  tərəfdən  təyinedici  kimi  labüd  münasibətdə 

olduğumu göstərmişəm; bu elə uzağa gedir ki, onlar obyektlər, 

təsəvvürlər və başqa heç nə olmadıqlarından, bütün obyektlərin 

mövcudluğu  onların  adı  çəkilən  bir-birinə  münasibətindən 

ibarət olur, məhz onun tərkibindədir və buna görə tam nisbidir; 

bu  barədə  tezliklə  müfəssəl  danışılacaq.  Mən  sonra  orada 

göstərmişəm  ki,  obyektlərin  öz  imkanlarına  görə  bölündüyü 

siniflərə  uyğun  olaraq,  ümumi  şəkildə  əsas  (özül)  qanununun 

ifadə etdiyi bu zəruri münasibət başqa formalarda təzahür edir 

ki,  bununla  da,  bu  siniflərin  bölünməsinin  düzgünlüyü  yenə 

təsdiqlənir. Mən burada daim güman edirəm ki, orada deyilmiş 

hər 


şey 

oxucuya 


məlumdur 

və 


onun 

tərəfindən 

mənimsənilmişdir;  əks  təqdirdə,  əgər  bütün  bunlar  orada 

deyilməmişsə, o hökmən burada öz yerini tapardı. 

 

§ 3 



Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə