Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə6/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   2   3   4   5   6   7   8   9   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

21 


materiyanın  saxlanması  ilə  keyfiyyət  və  formanın  dəyişməsini 

kəsb edir.

*

 

Dünya  tək  bir  məkanda  hərəkətsiz  və  ətalətli,  sonrasız



dəyişikliksiz,  fəaliyyətsiz  olardı,  hərəkətsiz  materiyanın  isə 

təsəvvürü  də  yoxdur.  Tək  bir  zamanda  hər  şey  axıcı  olardı: 

sabitlik, yanında olmazdı, birlikdə və deməli yaşama da olmazdı: 

üstəlik  materiya  da  olmazdı.  Yalnız  zaman  və  məkanın 

birləşməsindən  materiya,  başqa  sözlə,  eyni  vaxtda  mövcud 

olma  və  bu  səbəbdən  də  yaşama  imkanı,  ondan  isə  halların 

dəyişməsi ilə substansiyanın sabitliyi imkanı törəyir

**

.  Materiya 



mahiyyəti etibarilə zaman  və  məkanın birləşməsi  olduğu üçün, 

bütövlükdə  hər  ikisinin  izini  özündə  daşıyır.  Materiya,  öz 

mənşəyini  qismən  ondan  (çünki  dəyişmə  yalnız  zamana 

məxsusdur,  yalnız  onda  mövcuddur,  özü-özlüyündə  nəsə  sabit 

bir  şey  deyildir),  ələlxüsus  özünün  daimiliyi  (substansiya)  ilə 

ayrılmaz  olan  forma  ilə  məkandan  götürdüyündən  xəbər  verir 

və  onun  aprior  həqiqiliyi  buna  görə  bütünlüklə  məkanın 

həqiqiliyi  ilə  izah  edilə  bilər.

***

  Zamandan  mənşəyini  isə  o, 



özünün  keyfiyyətliliyi  (aksidensiya)  ilə  aşkar  edir,  bunsuz  heç 

vaxt  aydınlaşmır  və  bu  həmişə  yalnız  səbəbiyyətdir,  başqa 

materiyaya  təsirdir,  yəni  dəyişiklikdir  (zaman  anlayışı).  Bu 

hərəkətin  qanunauyğunluğu  həmişə  bəri  başdan  məkana  və 

zamana  aiddir  və  yalnız  buna  görə  əhəmiyyət  kəsb  edir.  Bu 

                                                           

*

 Materiya və substansiyanın eyni şey olması əlavədə göstərilmişdir. 



**

  Bu,  Kant  tərəfindən  materiyanın  izahının  əsasını  da  aşkara  çıxarır. 

Ona  görə  materiya  «məkanda  hərəkətdə  olan»

 

şeydir:  axı  hərəkat 



məkan və zamanın yalnız birləşməsindən ibarətdir. 

***


  Kantın  düşündüyü  kimi,  zamanı  dərketmədən  yox:  təfsilatı  ilə 

əlavəyə bax. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

22 


zaman  bu  yerdə  hansı  vəziyyət  olmalıdır  –  səbəbiyyətin 

qanunverici  qüvvəsinin  şamil  edildiyi  təyin  budur.  Materiyanın 

əsas  təriflərinin  idrakımızın  bizə  məlum  formalarının  

priorisindən  gəlinən  bu  nəticə  ona  əsaslanır  ki,  onların  bəzi 

xüsusiyyətlərini  biz  a  priori  olaraq  dərk  edirik,  yəni  məkanın 

dolması,  anlaşılmazlıq,  başqa  sözlə  təsir  qüvvəsi,  sonra  ölçü, 

sonra  əbədi  bölünmə,  mühafizə  edilmə,  yəni  pozulmazlıq  və 

nəhayət,  mütəhərriklik;  əksinə  ağırlığı,  o  istisna  təşkil  etməsə 

də,  a  posteriori  idraka  aid  etmək  lazımdır,  hərçənd  Kant 

«Təbiətşünaslığın  metafiziki  başlanğıcı»  (səh.  71:  nəşr 

Rozenkrants, səh. 372) əsərində onu a priori olaraq dərk edilən 

sayır. 

Lakin  obyekt  subyekt  üçün  onun  təsəvvürü  olaraq 



mövcud olduğu kimi, hər bir xüsusi təsəvvür sinfi də subyektdə 

yalnız  elə  bu  cür  xüsusi  təyin  üçün  mövcuddur,  onu  bu  və  ya 

digər  idrak  qabiliyyəti  adlandırırlar.  Özü-özlüyündə  natamam 

forma  kimi  zaman  və  məkanın  mühüm  korrelyatını  Kant  sırf 

hissiyyat  adlandırmışdır:  burada  ilk  cığırı  Kant  açdığı  üçün,  bu 

ifadə  saxlanıla  bilər,  hərçənd  ki  çox  da  uğurlu  ifadə  deyildir, 

çünki  hissiyyat  artıq  materiyanı  nəzərdə  tutur.  Materiyanın, 

yaxud  səbəbiyyətin  (bunlar  eyni  şeydir)  subyektiv  korrelyatı 

düşüncədir,  bundan  artıq  bir  şey  deyildir.  Səbəbiyyəti  dərk 

etmək  –  onun  yeganə  funksiyası,  onun  müxtəlif  cür  tətbiq 

olunan,  lakin  bu  zaman  özünün  bütün  təzahürlərində  şəksiz 

eyni olan müstəsna, böyük, irihəcmli qabiliyyəti budur. Əksinə, 

hər cür səbəbiyyət və deməli hər cür materiya, onunla birlikdə 

isə  bütün  gerçəklik  yalnız  idrak  üçün,  idrak  vasitəsilə,  idrakda 

mövcuddur.  İdrakın  birinci,  ən  sadə  və  daimi  təzahürü  gerçək 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

23 


dünyanın  seyridir;  o,  bütövlükdə  hərəkətin  səbəbinin  dərk 

olunmasıdır,  buna  görə  hər  bir  seyr  əqlidir.  Əgər  məlum 

hərəkətlər bilavasitə dərk olunmasaydı və bu yolla çıxış nöqtəsi 

xidmətini  görməsəydi,  ona  heç  vaxt  nail  olmaq  olmazdı.  Bu, 

heyvani  bədənlərə  təsirdir  və  onlar  bunun  ucbatından 

subyektin  bilavasitə  obyektləri  kimi  çıxış  edirlər:  bütün  digər 

obyektlərin  seyri  onların  vasitəsilə  baş  verir.  Hər  bir  heyvan 

bədəninin hiss etdiyi dəyişikliklər bilavasitə dərk edilir, yəni hiss 

olunur və bu hərəkəti dərhal onun səbəbinə aid etdikləri üçün, 

sonuncunun obyekt kimi dərki meydana çıxır. Səbəbə bu keçid 

abstrakt  anlayışlarda  nəticə  deyildir,  o,  nə  refleksiya,  nə  də 

qeyri-ixtiyari baş verir, əksinə bilavasitə, zəruri və düzgün olaraq 

baş verir. Bu, təmiz idrakın dərk etmə üsuludur, onsuz heç vaxt 

seyr  baş  verməzdi,  yalnız  bitkilərdə  olduğu  kimi,  bilavasitə 

obyektin  dəyişikliklərinin  dumanlı  dərk  olunması  qalardı.  Bu 

dəyişikliklər  mənasız  olaraq  əgər  ağrı  və  ya  məmnunluq 

keyfiyyətində  iradə  üçün  əhəmiyyət  kəsb  etməsə,  biri-birini 

əvəz edərdilər. Günəşin doğması ilə xarici aləm göründüyü kimi, 

idrak da bir zərbə ilə, özünün yeganə, adi funksiyası ilə dumanlı, 

heç nə deməyən hissi seyr şəklinə salır. Gözün, qulağın, əlin hiss 

etdiyi  seyr  deyil,  bu  adi  hissi  məlumatlardır.  İdrak  yalnız 

hərəkətdən səbəbə keçdiyi vaxt onun qarşısında məkanda seyr 

kimi  öz  qiyafəsinə  görə  dəyişkən  olan  dünya  açılır,  çünki  idrak 

materiyanın,  yəni  gerçəkliyin  təsvirində  məkan  və  zamanı 

birləşdirir.  Bu  dünya  təsəvvür  kimi  yalnız  idrak  vasitəsilə 

mövcud  olmaqla,  yalnız  idrak  üçün  də  mövcuddur.  «Görmə  və 

rəng  haqqında»  traktatımda  hisslərin  çatdırdığı məlumatlardan 

idrakın  seyri  necə  yaratdığı,  eyni  bir  obyektdən  müxtəlif 

hisslərlə  əldə  edilən  təəssüratların  müqayisəsindən  körpənin 



Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə