Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə8/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   4   5   6   7   8   9   10   11   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

27 


göstərir  ki,  təsəvvürdə  biz  yalnız  hərəkəti  görürük,  səbəbi  yox, 

yəni  biz  heç  vaxt  varlığı  dərk  etmirik,  həmişə  obyektlərin 

hərəkətini  dərk  edirik;  lakin  sonuncu  ola  bilsin  ki,  birinciyə 

qətiyyən bənzəmir və ümumiyyətlə, tamamilə yanlış qavranılır, 

ona  görə  ki,  səbəbiyyət  qanunu  yalnız  təcrübədən  törəməlidir, 

sonuncunun  reallığı  isə  yenə  də  onun  özünə  əsaslanmalıdır. 

Bununla  bağlı–  hər  ikisinə  ibrət  olsun  deyə–  qeyd  etmək 

lazımdır  ki,  əvvəla,  obyekt  və  təsəvvür  eyni  şeylərdir;  ikincisi, 

göz qabağında olan əşyaların varlığı məhz onların hərəkətidir və 

şeylərin həqiqiliyi məhz sonuncuya bağlanır, obyektin varlığının 

subyektin  təsəvvüründən  kənarda,  həqiqi  şeyin  varlığının  isə 

onun  hərəkətindən  əlahiddə  tələbi  mənasızdır  və  ziddiyyət 

təşkil  edir;  buna  görə hər  hansı  dərk  edilmiş hərəkət üsulunun 

qavranılması  bu  obyektin  özünü  də  tükəndirir,  çünki  o, 

obyektdir,  yəni  təsəvvürdür,  belə  ki,  bundan  əlavə  onda 

dərkedilmə üçün heç nə qalmır. Bu mənada məkan və zamanda 

seyr  edilən,  sırf  səbəbiyyət  kimi  özünü  göstərən  dünya 

tamamilə  realdır;  o,  şübhəsiz  ki,  necə  varsa,  elədir  və  özünü 

bütünlüklə və sona qədər səbəbiyyət qanunu ilə bağlı təsəvvür 

kimi  göstərir.  Onun  empirik  reallığı  da  bundadır.  Lakin  digər 

tərəfdən  hər  hansı  səbəbiyyət  yalnız  idrakda  və  idrak  üçün 

mövcuddur  və  deməli,  bütün  bu  həqiqi,  yəni  hərəkətdə  olan 

dünya  özlüyündə  həmişə  idrakla  şərtlənib  və  onsuz  heç  nədir. 

Lakin  təkcə  buna  görə  yox,  həm  də  ona  görə  ki,  ümumiyyətlə, 

ziddiyyət  olmadan  bir  obyekti  də  subyektsiz  təsəvvür  etmək 

olmaz, biz xarici aləmin reallığının belə doqmatik qavranılmasını 

bütünlüklə  rədd  etməliyik,  çünki  belə  anlayış  reallığı  bu 

dünyanın  subyektdən  müstəqilliyində  görür.  Bütün  obyektlər 

aləmi  təsəvvürdür  və  təsəvvür  olaraq  da  qalır  və  məhz  buna 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

28 


görə  o,  tamamilə  və  həmişəlik  subyektlə  şərtlənib,  yəni 

transsendental  mükəmməlliyə  malikdir.  Lakin  bu  səbəbdən  o, 

nə  yalandır,  nə  də  ilğım:  o,  özünü  əsil  həqiqətdə  necə  varsa, 

eləcə  də  göstərir  –  təsəvvür  kimi  və  hətta,  bir  sıra  təsəvvürlər 

kimi.  Ümumi  əlaqəsi  də  əsas  qanunudur.  Özlüyündə  dünya, 

hətta  özünün  daxili  mənasında  belə  sağlam  təfəkkürə 

anlaşılandır  və  onunla  tam  anlaqlı  danışır.  Yalnız  əllaməliklə 

təhrif olunmuş ağıl onun reallığı barədə mübahisə edə bilər və 

bu, həmişə  əsas qanununun  yanlış  tətbiqi  ilə təklif  oluna  bilər; 

qanun bütün təsəvvürləri, hansı sinfə mənsub olursa- olsun, bir-

biri ilə bağlasa da, heç vaxt onları subyektlə, yaxud nə subyekt, 

nə də obyekt olmayan, yalnız obyektin əsası olan nə isə bir şeylə 

bağlamır:  belə  əlaqə  barədə  fikrin  özü  cəfəngiyatdır,  ona  görə 

ki,  yalnız  obyektlər  əsas  ola  bilər  və  həm  də  yalnız  və  yalnız 

obyektlərin əsası. 

Əgər  xarici  aləmin  reallığı  haqqında  məsələnin 

mənşəyini  yaxından  tədqiq  etsək,  görərik  ki,  əsas  qanununun 

onun  sahəsindən  kənarda  olanlara  yuxarıda  göstərilən  yanlış 

tətbiqindən savayı, onun formalarının xüsusi qarışığı da qoşulur, 

yəni  onun  yanlış  anlayışlara  və  ya  abstrakt  təsəvvürlərə 

münasibətdə  malik  olduğu  forma  əyani  təsəvvürlər,  real 

obyektlər  üzərinə  keçirilir  və  belə  obyektlərdən  dərketmənin 

əsası  tələb  olunur,  halbuki  onlar  yalnız  bərqərar  olma  əsasına 

malik  ola  bilərlər.  Əsas  qanunu  mücərrəd  təsəvvürlər,  fikrə 

bağlanmış  anlayışlar  üzərində  bu  mənada  hökmranlıq  edir  ki, 

onlardan hər birinin öz dəyəri, öz mənası var, bu halda özünün 

həqiqət  adlandırılan  bütün  mövcudluğunu  müstəsna  dərəcədə 

fikrin ondan kənarda nəyinsə üzərinə, özünün dərketmə əsasına 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

29 


(bunun  üzərinə  isə  daim  qayıtmaq  lazımdır)  keçirməklə  əldə 

edir.  Əksinə,  əsas  qanunu  real  obyektlər,  əyani  təsəvvürlər 

üzərində  dərketmə  əsası  kimi  yox,  bərqərar  olma  əsası, 

səbəbiyyət  qanunu  kimi  hökmrandır:  bu  obyektlərdən  hər  biri 

ona öz xəracını bununla ödəmişdir ki, o, ayağa durmuşdur, yəni 

səbəbdən  hərəkət  kimi  baş  vermişdir;  dərketmə  əsasının 

tələbləri  burada  qüvvə  və  məna  kəsb  etmir,  o,  tamamilə  digər 

obyektlər sinfinə aiddir. Bu səbəbdən gözlə görünən dünya, nə 

qədər  ki,  biz  onun  üzərində  dayanmışıq,  müşahidəçidə 

etimadsızlıq  və  şübhə  oyatmır:  burada  nə  yanılma  var,  nə  də 

həqiqət,  onlar  mücərrədlik,  refleksiya  sahəsinə  çəkilmişlər. 

Burada isə dünya hiss və idrak üçün açıqdır, sadəlövh həqiqətlə 

özünü  olduğu  kimi  göstərir  –  səbəbiyyətlə  bağlı  qanunauyğun 

inkişaf edən əyani təsəvvür kimi. 

Xarici aləmin reallığı məsələsi, bizim indiyədək nəzərdən 

keçirdiyimiz kimi, daim şüurun özü-özünü anlamama dərəcəsinə 

çatan  yolunu  azmasından  irəli  gəlirdi  və  bu  suala  yalnız  onun 

məzmununu  izah  etməklə  cavab  vermək  olardı.  Əsas 

qanununun  bütün  mahiyyətini,  obyekt  və  subyekt  arasında 

münasibətləri  və  hissi  seyrin  əsl  xüsusiyyətlərini  tədqiq 

etdikdən  sonra  haqqında  bəhs  edilən  məsələ  öz-özünə  aradan 

qalxmalıdır,  çünki  onda  artıq  heç  bir  məna  qalmamışdır.  Lakin 

adı  çəkilən,  sırf  mücərrəd  mənşədən  savayı  onun  bambaşqa, 

özünəməxsus  empirik  mənbəyi  də  vardır,  hərçənd  burada  o, 

hələ  də  spekulyativ  məqsədlə  qoyulur.  Onun  axırıncı  mənada 

məqsədi 


birinciyə 

nisbətən 

qat-qat 

anlaşılandır. 

O, 

aşağıdakından  ibarətdir:  biz  yuxular  görürük–  həyatımız  yuxu 



deyilmi?  Yaxud  daha  aydın:  yuxu  və  gerçəklik,  arzu  və  real 


Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə