Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə10/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   6   7   8   9   10   11   12   13   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

33 


qayıtsaq  və  görsək  də  ki,  o,  əvvəla,  əsas  qanununun  məhz 

subyekt  və  obyekt  arasında  yanlış  tətbiqindən,  ikincisi,  onun 

formalarının  qarışmasından,  yəni  idrakın  əsası  qanununun 

bərqərar  olmanın  əsası  qanununun  hökm  sürdüyü  sahəyə 

keçirilməsindən  ibarətdir,  bununla  belə  bu  məsələ  hər  hansı 

həqiqi  məzmunundan  məhrum  olsaydı  və  onun  mahiyyətində 

əsl  mənbə  kimi  düzgün  fikir  durmasaydı,  bu  məsələ  çətin  ki, 

filosofları məşğul edərdi. Mənbə haqqında isə belə fərziyyə irəli 

sürmək  olar  ki,  o,  özünün  ifadəsinin  axtarışı  naminə  refleksiya 

sahəsinə  qədəm  qoyan  kimi  bu  cür  yanlış,  özü-özü  üçün  aydın 

olmayan  forma  və  məsələlər  əxz  etmişdir.  Mənim  fikrimcə, 

məsələ  belədir  və  problemin  onun  tapa  bilmədiyi  daxili 

mənasının  təmiz  ifadəsi  kimi  aşağıdakıları  təklif  edirəm:  Bu 

gözlə  görünən  dünya  mənim  təsəvvürüm  deyil,  bəs  nədir? 

Mənim  tərəfimdən  yalnız  bir  şəkildə,  yəni  təsəvvür  kimi  dərk 

edilən,  o,  tərəfimdən  ikili  dərk  olunan  bədənimə  bənzəmirmi, 

bir  tərəfdən  təsəvvür,  digər  tərəfdən  iradə  deyilmi?  Bu 

məsələnin izahı və ona müsbət cavab ikinci kitabın məzmununu 

təşkil  edəcək,  ondan  çıxarılan  nəticələr  isə  bu  əsərin  yerdə 

qalan hissəsini tutacaqdır. 

 

§ 6 


Hələlik  isə  bu,  birinci  kitabda  biz  hər  şeyin  yalnız 

təsəvvür  kimi,  subyekt  üçün  obyekt  kimi  nəzərdən  keçiririk  və 

bütün digər real obyektlər kimi, öz bədənimizi də biz yalnız dərk 

edilə  bilmə  sarıdan  nəzərdən  keçiririk,  odur  ki,  bizim  üçün 

bədənimiz  yalnız  və  yalnız  təsəvvürdür.  Doğrudur,  digər 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

34 


obyektlərin  tək  bir  təsəvvür  elan  edilməsinə  artıq  müqavimət 

göstərən  hər  bir  kəsin  şüuru  indi,  öz  bədənin  olsa-olsa  yalnız 

təsəvvür kimi dərk edildiyi bir zamanda daha güclü müqavimət 

göstərir.  Bu  onunla  izah  olunur  ki,  hər  bir  kəsə  özündə  şey 

bilavasitə  məlumdur,  çünki  o,  onun  öz  bədənidir,  o,  digər 

seyretmə  predmetindən  obyektivləşdiyi  üçün,  hər  bir  kəsə 

yalnız vasitə ilə məlumdur. Lakin bizim tədqiqatımızın gedişi bu 

abstraksiyanı,  bu  birtərəfli  üsulu,  mahiyyəti  etibarilə  vəhdət 

təşkil  edən  bu  zorakı  ayrılığı  zəruri  edir  və  ol  səbəbdən  belə 

müqaviməti  müəyyən  vaxtadək  boğmaq  və  bu  intizarda 

sakitləşdirmək  lazımdır  ki,  sonrakılar  indiki  düşüncələrin 

birtərəfliliyini  tamamlayacaq  və  dünyanın  mahiyyətinin  tam 

dərk edilməsinə gətirib çıxaracaqdır. 

Beləliklə, bədən bizim üçün burada bilavasitə obyektdir, 

yəni  subyekt  üçün  idrakın  başlanğıc  nöqtəsi  xidmətini  görən 

təsəvvürdür,  odur  ki,  bədən  özünün  bilavasitə  qavranılan 

dəyişiklikləri ilə səbəbiyyət qanununun tətbiqindən qabaq gəlir 

və  beləliklə  ona  ilkin  material  çatdırır.  Materiyanın  bütün 

mahiyyəti, göstərildiyi kimi, onun fəaliyyətindən ibarətdir. Lakin 

hərəkət  və  səbəb  yalnız  idrak  üçün  mövcuddur  və  bu  onların 

subyektiv  korrelyatından  savayı  bir  şey  deyil.  İdrak  isə  onun 

törətdiyi  nəsə  başqa  bir  şey  olmasaydı,  heç  vaxt  tətbiqini 

tapmazdı.  Bu  başqa  şey  isə  adi  cismani  hisslərdir,  bədənin 

dəyişikliklərini  bilavasitə  duymadır  və  bu  səbəbdən  bədən 

bilavasitə obyekt kimi göz qabağına gəlir. Odur ki, əyani dünyanı 

dərk etməkdən ötrü, fikrimizcə, iki şərt var. Birinci, əgər biz onu 



obyektiv  ifadə  etsək,  bu,  cisimlərin  biri-birinə  təsiri,  bir-birində 

dəyişiklik  doğurmaq  qabiliyyətidir,  bütün  cisimlərin  bu  ümumi 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

35 


xüsusiyyəti  olmadan  və  hətta  heyvani  bədənlərin  hissiyyatının 

mövcud  olması  ilə  belə  seyr  qeyri-mümkün  olardı;  əgər  bu 

birinci  şərti  subyektiv  ifadə  etsək,  o  belə  səslənəcəkdir:  yalnız 

idrak seyri mümkün edir, çünki səbəbiyyət qanunu, hərəkət və 

səbəbin  imkanı  yalnız  idrakdan  doğur  və  yalnız  onun  üçün 

əhəmiyyət  kəsb  edir,  buna  görə  aşkar  dünya  yalnız  onun  üçün 

və  onun  vasitəsilə  mövcuddur.  İkinci  şərt  heyvani  cisimlərin 

həssaslığı  və  ya  bəzi  cisimlərin  bilavasitə  subyektin  obyekti 

olmaq  xüsusiyyətidir.  Hissiyyat  orqanlarının  xarici  təsirlərə 

spesifik  uyğunlaşma  qabiliyyəti  üzündən  keçirdikləri  adi 

dəyişiklikləri artıq təsəvvür adlandırmaq olar, çünki belə təsirlər 

nə  ağrı,  nə  də  məmnunluq  oyadır,  başqa  sözlə,  iradə  üçün 

bilavasitə  əhəmiyyət  kəsb  etmir,  amma  yenə  də  dərk  olunur, 

təbii  ki,  yalnız  idrak  üçün  mövcud  olaraq:  bu  mənada  mən  də 

deyirəm  ki,  bədən  bilavasitə  dərk  olunandır,  bədən  bilavasitə 

obyektdir. Lakin obyekt anlayışını burada həqiqi mənada qəbul 

etmək  olmaz,  ona  görə  ki,  cismin  bilavasitə  dərk  olunmasının 

köməyi  ilə  –  düşünmənin  tətbiqinin  sələfi  və  adi  duyğu  olan 

idrak – cismin özü obyekt kimi çıxış etmir, yalnız ona təsir edən 

cisimlər çıxış edir, belə ki, öz mənasında obyektin, yəni məkan – 

əyani  təsəvvürün  hər  növ  dərki  yalnız  idrak  vasitəsilə  və  onun 

üçün mövcuddur və deməli, onun tətbiqinədək yox, sonra. Buna 

görə  bədən  həqiqətdə  obyekt,  yəni  məkanda  aşkar  təsəvvür 

kimi,  bütün  digər  obyektlər  kimi  yalnız  dolayısı,  səbəbiyyət 

qanununun  bədənin  bir  hissəsinin  digərinə  təsirinə  tətbiqi 

vasitəsilə dərk edilir – məsələn, bununla dərk edilir ki, göz onu 

görür, əl toxunmaqla hiss edir. Buna görə də bütövlükdə əhval 

bizi  öz  bədənimizin  forması  ilə  tanış  etmir,  yalnız  idrak 

vasitəsilə, yalnız təsəvvürdə, yəni yalnız beyində ilk dəfə olaraq 




Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə