Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə12/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   8   9   10   11   12   13   14   15   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

39 


Əqli  çatışmazlıq  özünün  həqiqi  mənasında  axmaqlıq 

adlanır:  bu,  məhz  əsas  qanununun  tətbiqində  korafəhmlik, 

səbəb və hərəkət, motiv və əməl arasında uzlaşmanı bilavasitə 

dərk  etmək  qabiliyyətində  olmamaqdır.  Axmaq  adam  təbii 

təzahürlərin əlaqəsini görmür – nə başlı-başına qaldıqları yerdə, 

nə də planauyğun şəkildə onlardan istifadə edilən yerlərdə, yəni 

maşınlarda:  elə  bu  səbəbdəndir  ki,  o,  həvəslə  caduya  və 

möcüzəyə  inanır.  Axmaq  görə  bilmir  ki,  üzdə  bir-birindən  asılı 

olmayan  ayrı-ayrı  təsir,  əsil  həqiqətdə  öz  aralarında  ilkin 

razılaşmaya əsasən hərəkət edir; bu səbəbdən onu çox asanlıqla 

aldatmaq  və  maraq  oyandırmaq  olar  –  o,  təklif  olunan 

məsləhətlərdə,  söylənilən  mülahizələrdə  gizli  motivləri  hiss 

etmir  və  s.  Həmişə  çatmayan  bir  şeyi  vardır:  səbəbiyyət 

qanununun tətbiqində kəskinlik, cəldlik və yüngüllük, yəni idrak 

qüvvəsi  çatışmır.  Ən  böyük  və  baxdığımız  mənada  axmaqlığın 

ən  ibrətamiz  nümunəsi,  mənim  nə  vaxtsa  gördüklərim 

içərisində  dəlixanada  müşahidə  etdiyim  on  bir  yaşlı  kütbeyin 

oğlan uşağıdır. O, şüurlu idi, yəni başa düşür və danışırdı: lakin 

idrak  səviyyəsinə  görə  bir  çox  heyvanlardan  aşağı  səviyyədə 

dayanırdı.  Nə  vaxt  gəlsəydim,  boynumdan  asılan  şüşə-gözün 

diqqətlə  oyan-buyanına  baxardı,  burada  otağın  pəncərələri  və 

onun  arxasından  ucalan  ağacların  zirvələri  əks  olunardı:  bu 

mənzərə hər  dəfə  onda böyük  heyrət  və təəccüb  doğurardı  və 

o,  valeh  olmaqdan  yorulmurdu  –  o,  inikasın  bu  bilavasitə 

səbəbiyyətini başa düşmürdü. 

Müxtəlif  insanlarda  idrakın  itilik  dərəcəsi  eyni  olmadığı 

kimi,  müxtəlif  heyvan  cinsləri  arasında  bu  fərq  daha  böyük 

nəzərə  çarpır.  Lakin  hamıda,  hətta  bitkilərə  ən  çox  yaxın 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

40 


olanlarda  belə  bilavasitə  obyektdə  hərəkətdən  səbəb  kimi 

vasitələnmiş 

obyektə, 

yəni 


obyektin 

seyrinə,                                      

qavranılmasına  keçid üçün lazım olan dərəcədə dərrakə vardır; 

çünki  məhz  sonuncu  qavrayış  onları  heyvan  edir,  belə  ki,  o, 

onlara motivlə bağlı hərəkət etmək və buna görə qidanı axtarıb 

tapmaq və ya ələ keçirmək imkanı verir– halbuki bitkilər yalnız 

qıcıqlandırıcı  üzrə  hərəkət  etdiyindən  və  yaxud  onların 

bilavasitə təsirini gözləməli, ya da haldan düşməli olduqlarından 

onları axtarıb tapmaq və ya tutmaq iqtidarında olmurlar. Biz ən 

kamil  heyvanların  –  məsələn  itin,  filin,  meymunun  fəhminə 

heyran  qalırıq.  Büffon  meymunun  ağlını  çox  ustalıqla  təsvir 

etmişdir.  Həmin  bu  kifayət  qədər  ağıllı  heyvanlara  əsasən  biz, 

yetərincə  dəqiqliklə  ağlın  köməyi  olmadan,  yəni  anlayışlarda 

mücərrəd  idrak  olmadan  dərrakənin  nə  qədər  güclü  olduğunu 

ölçə  bilərik:  biz  bunu  öz  üzərimizdə  bu  dərəcədə  yaxşı  öyrənə 

bilmərik, çünki bizim özümüzdə dərrakə və ağıl həmişə bir-birini 

dəstəkləyirlər.  Bu  səbəbdəndir  ki,  heyvanlardakı  dərrakənin 

təzahürü  gah bizim  gözləntilərimizdən  artıq,  gah  da  aşağı  olur. 

Bir tərəfdən bizi Avropanı səyahət zamanı çoxsaylı körpülərdən 

keçmiş,  ancaq  bir  dəfə  onun  ağırlığına  tab  gətirməyəcəyini 

düşünüb  bir  körpüyə  ayaq  basmaqdan  imtina  edən  filin 

dərrakəsi  heyran  qoyur.  Halbuki,  həmişə  olduğu  kimi,  insanlar 

və  atların  onun  üstündən  keçdiyini  görürdü.  Digər  tərəfdənsə, 

ağıllı  oranqutanqların  tapdıqları  tonqalın  sönməməsi  üçün  ona 

odun  atmaması  bizi  təəccübləndirir.  Sonuncu  sübut  edir  ki, 

burada  elə  dərrakəlilik  tələb  olunur  ki,  mücərrəd  anlayışlar 

olmadan o mümkün deyil. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

41 


Dərrakənin ümumi əməliyyatı kimi, hətta a priori olaraq 

səbəb  və  təsirin  dərk  edilməsi  heyvanlara  xasdır;  bunu 

tamamilə  aydın  şəkildə ondan  görmək olar  ki,  bizim  kimi  onlar 

üçün  də  idrak  xarici  aləmi  görüb  dərk  etməyin  ilkin  şərtidir. 

Əgər daha bir təsdiq də istəyirsinizsə, xatırlatmaq yerinə düşər 

ki,  məsələn,  hətta  küçük  istəsə  belə,  stoldan  yerə  tullanmağa 

cəsarət  etmir,  ona  görə  ki,  bədənin  ağırlığının  təsirini 

qabaqcadan  görür,  hərçənd  ki,  bu  vəziyyətlə  bağlı  müvafiq 

təcrübəyə  malik  deyil.  Lakin  heyvanların  dərrakəsini  müzakirə 

edərkən  biz,  instinktin  təzahürü  olan    şeyləri  onun  adına 

çıxmaqdan  çəkinməliyik:  söhbət  öz  təsirinə  görə  həm  idrak, 

həm də zəkadan fərqlənən, lakin çox vaxt hər ikisinin birləşmiş 

fəaliyyətinə olduqca bənzəyən qabiliyyətdən gedir. Bir də axı bu 

məsələnin  izahı  burada  yersizdir,  biz  bu  şərhi  harmoniyanı, 

yaxud necə deyərlər, təbiətin teleologiyasını araşdırarkən ikinci 

kitabda  verəcəyik;  əlavələrin  27-ci  fəsli  bütünlüklə  ona  həsr 

edilmişdir. 

İdrak  çatışmamazlığını  biz  axmaqlıq  adlandırdıq:  sonra 

biz  görəcəyik  ki  ağlın  təcrübədə  tətbiqi  çatışmazlığı– 

sadəlövhlükdür;  mühakimə  qabiliyyətinin  çatışmazlığı  – 

məhdudluqdur;  nəhayət,  yaddaşın  tam  və  ya  qismən 

çatışmazlığı  –  korafəhmlikdir.  Yeri  gəldikcə,  hər  biri  haqqında 

ayrılıqda danışacağıq. 

Ağlın  düzgün  dərk  etdiyi  şey–  həqiqətdir,  yəni  kifayət 

qədər  əsaslı  mücərrəd  fikirdir  (bax:  «Əsas  qanununun  dördlük 

kökü haqqında», № 29, və s.); dərrakənn düzgün dərk etdiyi şey 

–  reallıqdır,  yəni  bilavasitə  obyektlə  təsirdən  onun  səbəbinə 

düzgün  keçiddir.  Həqiqətin  əksi  zəkanın  aldanışı  kimi 




Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə