Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə51/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   47   48   49   50   51   52   53   54   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

əqidə  kimi  onu  yalnız  dəlixanada  tapmaq  olar,  bu  halda  isə  o, 



arqumentlərdən daha çox, müalicə tələb edir. Elə buna görə də, 

biz onun üzərində daha dayanmayacağıq və bizim gözümüzdə o, 

skeptisizmin  yalnız  həmişə  polemik  xarakterə  malik  olan 

sonuncu qalası olacaqdır. Əgər, beləliklə, bizim həmişə fərdiliyə 

bağlı  olan  və  məhz  bununla  da  məhdudlanan  idrakımız  onu 

zəruri olaraq gətirib çıxarırsa ki, hər kəs yalnız nəsə  bir şey ola 

bilər,  digər  hər    şeyi  isə  o,  dərk  də  bilər  (bu  məhdudiyyət  də, 

əslində,  fəlsəfəyə  tələbat  doğurur),  onda  biz,  məhz  buna  görə 

də  öz  idrakımızın  sərhədlərini  fəlsəfə  ilə  genişləndirməyə 

çalışaraq,    nəzəri  eqoizmin  əleyhimizə  çıxış  edən  bu  skeptik 

arqumentini  kiçik  sərhəd  qalası  kimi  nəzərdən  keçirəcəyik,  bu 

qalanı,  doğrudur  ki,  heç  bir  vaxt  almaq  olmaz,  amma    onun 

qarnizonu da heç bir vaxt onun hədlərindən kənara çıxa bilmir, 

buna  görə  də  onu  cəbhə  xətti  arxasında  saxlamaqdan 

qorxmayaraq, cəsarətlə onun yanından ötüb keçmək olar. 

Beləliklə, biz  bədənimizin mahiyyəti və fəaliyyəti barədə 

indi    aydınlaşdırdığımız,  bizə  ikili,  iki  tamamilə  müxtəlif  şəkildə 

verilmiş idrakdan təbiətdə hər hansı bir hadisənin mahiyyətinə 

açar  kimi  istifadə  edəcəyik.    Bədənimiz  olmayan  və  buna  görə 

də  bizim  şüurumuza  ikili  olaraq  deyil,  yalnız  təsəvvür  olaraq 

verilən  bütün  obyektləri  biz  bədənlə  analoji  olaraq  nəzərdən 

keçirəcəyik və buna görə də qəbul edirik ki, onlar, bir tərəfdən, 

bədənə  oxşar  olaraq  təsəvvürlərdir  və  bu  halda  onunla 

tamamilə bircinslidir və digər tərəfdənsə, əgər onların subyektin 

təsəvvürləri olan varlığı aradan qaldırılsa, onda alınmış qalıq öz 

daxili  mahiyyətinə  görə  o  şey  olmalıdır  ki,  onu  biz  iradə 

adlandırırıq. Zira bəs varlığın və ya reallığın başqa hansı növünü 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

qalan  fiziki  dünyaya  aid  etmək  mümkündür?  Belə  bir  reallığı 



qurmaq  üçün  elementləri  haradan  götürmək  gərəkdir? 

Təsəvvürdən  və  iradədən  savayı  biz  daha  heç  nə  bilmirik  və 

düşünə  də  bilmərik.  Əgər  biz  bilavasitə  olaraq  yalnız  bizim 

təsəvvürümüzdə olan fiziki dünyaya bizə məlum olan ən böyük 

reallığı  aid  etmək  istəyiriksə,  onda  biz  ona  o  reallığı  verməliyik 

ki,  bu,  hər  bir  kəs  üçün  öz  bədənidir:  zira  sonuncu  hər  bir  kəs 

üçün  ən  real  olandır.  Amma  əgər  biz  bu  bədənin  və  onun 

əməllərinin  reallığını  analizə  məruz  qoysaq,  onda,  biz  onun 

daxilində onun bizim təsəvvürümüz olması ilə yanaşı  iradədən 

savayı  heç  nə  tapmayacağıq: onun  bütün  reallığı  bununla  bitir. 

Beləliklə,  biz  fiziki  dünya  üçün  heç  bir  yerdə  başqa  bir  reallıq 

tapa  bilmərik.  Əgər,  fiziki  dünya  sadəcə  olaraq  bizim 

təsəvvürümüz olmaqdan nə isə daha artıq olmalıdırsa, onda biz 

deməliyik  ki,  o,  təsəvvür  olmaqdan  savayı,  özlüyündə,  həm  də 

öz daxili mahiyyətinə görə odur ki, onu biz özümüzdə bilavasitə 

olaraq  iradə  kimi  görürük.  Mən  öz  daxili  mahiyyətimə  uyğun 

olaraq  danışıram,  amma  bu  iradənin  mahiyyətinə  artıq  özünə 

yox,    onun  bir  çox  dərəcələrə  malik  olan  təzahürünə  aid 

olandan  fərqləndirməyi  bacarmaq  üçün  biz  onu  öncə  daha 

konkret olaraq dərk etməliyik; belə ki, məsələn, iradənin idrakla 

müşayiət  olunması  və  bununla  onun  motivlərilə  şərtləndirilmiş 

müəyyənliyi  sonradan  görəcəyimiz  kimi,  onun  mahiyyətinə 

deyil,  yalnız  onun  heyvanda  və  insanda  ən  aşkar  təzahürünə 

aiddir.  Elə  buna  görə  də,  əgər  mən  desəm  ki:  daşı  yerə  cəlb 

edən  qüvvə,  öz  mahiyyətinə  görə,  özlüyündə  və  hər  hansı  bir 

təsəvvür  olmaqla  yanaşı,  həm  də  iradədir,  onda  bu 

mühakiməyə  cəfəng  bir  məna  şamil  etməyəcəklər  ki,  guya  daş 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

şüurlu  motivə  uyğun  olaraq  hərəkət  edir,  zira  iradə  insanda 



məhz belə təzahür olunur

*



Bu  vaxta  qədər  yalnız  ilkin  olaraq  və  ümumi  cizgilərdə 

şərh  olunanı  indi  tam  inkişaf  etdirərək  və  əsaslandıraraq,  daha 

müfəssəl və aydın bir tərzdə sübuta yetirək

**

.  



  

§ 20 


Özlüyündə  öz  məxsusi  bədəninin  mahiyyəti  olan,  seyr 

obyekti,  təsəvvür  olan  bu  bədən  həm  də  başqa  məna  verən 

iradə,  deyildiyi  kimi,  hər  şeydən  öncə  bədənin  ixtiyari 

hərəkətləri  ilə  ifadə  olunur,  zira  onlar  ayrıca  iradə  aktlarının 

görüntüsü  olmaqdan  başqa  bir  şey  deyildir,  bu  iradə  aktları 

onlarla  bilavasitə  olaraq  və  tamamilə  eyni  zamanda  nəsə  eyni 

bir şey  kimi verirlər, iradə aktları onlardan yalnız dərk olunma 

formasına  görə  fərqlənir.  Çünki  iradə  aktları  bədənin  ixtiyari 

hərəkətləri vasitəsilə ifadə olunmaqla təsəvvürə çevrilmişlər. 

                                                           

*

 Beləliklə, biz Bekonla qətiyyən razı deyilik, Bekon iddia edirdi (De 



augm.  scient.  L.  4  in  fine)  ki,  bədənin  bütün  mexaniki  və  fizioloji 

hərəkətləri  bu  bədəndə  baş  verən  persepsiyanın  yalnız  ardınca  gəlir, 

baxmayaraq  ki,  düzgün  olmayan  bu  mühakimə  də  həqiqətin 

qabaqcadan duyulmasından irəli gəlir. Keplerin müddəası ilə də (onun 



De  planeta  Martis  traktatında)  məsələ  bu  cürdür.  Kepler  belə 

düşünürdü ki, planetlər öz elliptik orbitlərinə düzgün əməl etmək üçün 

və  radius-vektoru  ilə  cızılan  sahənin  zamanla  həmişə  mütənasib 

dəyişməsini  saxlamaqdan  ötrü  sürətlərini  uzlaşdırmaq    üçün  idraka 

malik olmalıdırlar. 

**

 II cildin 19-cu fəsli buraya aiddir. 




Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə