Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə54/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   50   51   52   53   54   55   56   57   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

qəbul ediləcəkdir, bu ona bilavasitə olaraq yaxından məlumdur, 



o  özünü  ən  aydın  bir  şəkildə  aşkarladıqda  iradə  adlanır.  Yalnız 

düşüncənin  təsiri  ilə  biz  daha  hadisədə  dayanmırıq  və  özündə 



şeyə  keçirik.  Hadisə,  təzahür,  təsəvvür  deməkdir  və  başqa  heç 

nə deyildir, hansı qəbildən olursa- olsun, hər hansı təsəvvür, hər 

hansı  obyekt,  təzahür  hadisədir.  Amma  özündə  şey  –  yalnız 

iradədir  və  bu  statusda  o,  əsla  təsəvvür  deyildir,  nəsə  toto 



generedir,  ondan  fərqlidir:  odur  ki,  hər  hansı  bir  təsəvvür,  hər 

hansı  bir  obyekt  onun  təzahürü,  onun  görüntüsü,  onun 

obyektliyi  olaraq  çıxış  edir.  O,  bir  bütöv  kimi  hər  cür  xüsusinin  

əzəli,  nüvəsidir;  o,  təbiətin  hər  bir  kortəbii  fəaliyyət  göstərən 

qüvvəsində təzahür olunur, o, insanın düşünülmüş fəaliyyətində 

də  təzahür  olunur:  onlar  arasında  böyük  fərq  yalnız  təzahür 

dərəcəsinə aiddir, təzahür olunanın mahiyyətinə aid deyildir.  

 

§ 22 



Bu  özündə  şey  (Kant  terminini  sabit  formul  olaraq 

saxlayaq),  bu  statusda  heç  bir  vaxt  obyekt  olmur  (çünki  hər 

hansı  obyekt  artıq  onun  özü deyildir,  yalnız  onun təzahürüdür, 

bu  şey  hər  halda  obyektiv  olaraq  düşünülə  bilən  olmaq  üçün 

hansısa  obyektdən,  obyektiv  olaraq  verilmiş  nədənsə,  deməli, 

öz təzahürlərinin hansındansa özünə ad və anlayış götürməli idi; 

amma  sonuncu  izah  edici  məqam  olmaqdan  ötrü  onun  bütün 

təzahürlərindən  ən  mükəmməli,  yəni  ən  aydını,  ən  çox  inkişaf 

etmişi,  idrakın  gücü  ilə  bilavasitə  olaraq  ən  çox  işıqlandırılmışı 

olmalıdır: belə bir statusda məhz insan iradəsi çıxış edir. Amma 

qeyd  etmək  lazımdır  ki,  biz,  əlbəttə  ki,  yalnız  denominatio  a 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

potiori-dən  istifadə  edirik,  bunun  da  nəticəsində  iradə  anlayışı 



bu vaxta qədər malik olduğundan daha böyük həcm əldə edir.  

Müxtəlif 

hadisələrdə 

eyniyyətin 

və 

oxşarlarda 



müxtəlifliyin  dərk  olunması,  Platonun  tez-tez  qeyd  etdiyi  kimi, 

fəlsəfənin şərtidir. Amma təbiətdə hər bir səy edən və fəaliyyət 

göstərən  qüvvənin  mahiyyətinin  iradə  ilə  eyniyyəti  bu  vaxta 

qədər dərk olunmamışdır və buna görə də eyni qəbildən olanın 

müxtəlif  növlərini  təşkil  edən  cürbəcür  hadisələr  belə  hesab 

edilməmişdir, ayrıcinsli kimi qiymətləndirilmişlər: elə buna görə 

də,  cins  anlayışını  işarə  etmək  üçün  söz  olmamışdır.  Bu 

səbəbdən də, mən bütün cinsi onun növlərinin ən görkəmlisinə 

görə  adlandırıram,  onun  dərk  olunması  bizə  ən  çox  yaxın  və 

bilavasitə olandır, onun bütün digər növlərinin dərk olunmasına 

aparıb  çıxarır.  Beləliklə,  çıxılmaz  anlaşılmazlığın  hakimiyyəti 

altına o kəs düşərdi ki, o, anlayışın burada tələb olunan tərzdə 

genişləndirilməsini  yerinə  yetirə  bilmirdi  və  iradə  sözü  altında 

həmişə  yalnız  bir,  bu  vaxta  qədər  anlaşılan  növü,  yəni  idrakla 

müşayiət  olunan  və  müstəsna  dərəcədə  motivlərin  təsiri  ilə  və 

hətta yalnız abstrakt motivlərin təsiri ilə, yəni zəkanın rəhbərliyi 

altında  aşkar  olan  iradəni  başa  düşmüş  olardı;  halbuki,  artıq 

deyildiyi  kimi,  bu,  iradənin  yalnız  ən  aydın  təzahürüdür.  Məhz 

bu  təzahürün  bizə  bilavasitə  olaraq  məlum  olan  daxili 

mahiyyətini  biz  fikrən  ayırmalıyıq  və  sonra  onu  həmin 

mahiyyətin  getdikcə  daha  zəif,  daha  az  dərəcədə  aşkar  olan 

təzahürlərinə  keçirməliyik  və  bununla  da,  biz  iradə  anlayışının 

tələb olunan genişləndirilməsini yerinə yetirmiş olarıq.  

Əksinə  olaraq,  iradəni  son  nəticədə  şəxssiz  olaraq 

anlayan,  bütün  hadisələrin  bu  daxili  mahiyyətini  iradə  və  ya 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

hansısa başqa sözlə adlandırmağın təfavütü olmadığını düşünən 



kəs də məni səhv başa düşmüş olardı. Həqiqətən də, əgər biz bu 

özündə  şeyin  mövcudluğu  barədə  yalnız  mücərrəd  mühakimə 

yürütsəydik  və  beləliklə,  onu  müstəsna dərəcədə  dolayı olaraq 

və  yalnız  in  abstracto  dərk  etsəydik,  onda  belə  olmuş  olardı: o 

zaman,  əlbəttə  ki,  bu  özündə  şeyi  necə  istəsən  adlandırmaq 

olardı,  bu  halda  ad  sadəcə  olaraq  məchul  kəmiyyətin  işarəsi 

olmuş  olardı.  İndiki  halda  isə  bizə  təbiətdəki  hər  bir  şeyin  gizli 

mahiyyətini  açmalı  olan  iradə  termini  bir  sehrli  söz  olaraq 

qətiyyən,  əsla  məchul  kəmiyyəti  deyil,  əqli  nəticələrlə  əldə 

edilmiş nəyisə deyil, tamamilə bilavasitə olaraq dərk edilmiş və 

bizim  ən  yaxşı  bildiyimizi  və  başa  düşdüyümüzü  bildirir.  Biz  öz 

iradəmizi  hər  hansı  başqa  bir  şeydən  daha  yaxşı  tanıyırıq  və 

daha yaxşı başa düşürük.  

Bu  vaxta  qədər  iradə  anlayışını  qüvvə  anlayışının  altına 

gətirtmişlər, mən isə bunun əksini edirəm və təbiətdəki hər bir 

qüvvəni  iradə  kimi  anlamaq  istəyirəm.  Qoy  düşünməsinlər  ki, 

bu, sözlər barədə mənasız mübahisədir: bütün bunlar ən yüksək 

dərəcədə  vacib  və  mühümdür.  Zira  son  nəticədə  qüvvə 

anlayışının  əsasında,  hər  hansı  digər  anlayışın  əsasında  olduğu 

kimi obyektiv dünyanın əyani olaraq dərk olunması, yəni hadisə, 

təsəvvür  yatır  ki,  bu  anlayış  da  elə  buradan  götürülmüşdür.  O, 

əyani təsəvvür  sahəsindən,  yəni  o  sahədən,  mücərrədləşmişdir 

ki, burada səbəb və təsir hökmrandır və o məhz səbəbin səbəb 

kimi mövcudluğu mənasını verir, – o nöqtədə ki, bu mövcudluq 

orada  sonrakı  etioloji  izaha  qətiyyən  yatmır,  onun  özü  isə  hər 

hansı  etioloji  izahın  müqəddiməsi,  müqəddəm  şərti  kimi  çıxış 

edir.  Əksinə,  iradə  anlayışı  mümkün  olanlardan  yeganəsidir  ki, 




Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə