Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə53/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   49   50   51   52   53   54   55   56   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

orada  möhkəm  qaydaya  uyğun  olaraq  zəruri  meydana 



gəlməsini göstərə bilər, hər bir hadisənin daxili mahiyyəti isə bu 

yolda  həmişə  örtülü  qalacaq,  o,  hər  bir  etioloji  izahda  yalnız 

güman olunur və yalnız müxtəlif adlarla işarə olunur: qüvvə, və 

ya təbiət qanunu, və ya, əgər söhbət əməllərdən  gedirsə, onda 

xarakter, iradə adları ilə.  

Beləliklə,    hər  bir  ayrıca  əməl  müəyyən  bir  xarakter 

olması  şərtilə  verilmiş  motivdən  zəruri  olaraq  çıxarılır  və 

baxmayaraq ki, boy artımı, qidalanma prosesi və canlı bədəndə 

bütün  dəyişikliklərin  məcmusu  zəruri  olaraq  təsir  göstərən 

səbəblər  (qıcıqlandırıcılar)  üzrə  baş  verir,  bununla  belə 

əməllərin bütün sırası və deməli, ayrılıqda götürüldükdə onların 

hər biri, həmçinin də onların şərti, onları icra edən bədənin özü, 

deməli  və  həm də  vasitəsilə  və daxilində onun mövcud  olduğu 

proses,  –  bütün  bunlar  iradənin  təzahürü,  aşkara  çıxması, 

obyektliyi  olmaqdan  başqa  bir  şey  deyildir.  İnsani  və  həm  də 

heyvani  orqanizmin,  ümumiyyətlə,  insani  və    heyvani  iradəyə 

tam  uyğunluğu  buna  əsaslanır;  o,  xüsusi  hazırlanmış  alətin  öz 

istehsalçısının 

iradəsinə 

uyğunluğuna 

bənzəyir 

(amma 


əhəmiyyətli  dərəcədə  ondan  üstündür)  və  buna  görə  də 

məqsədəuyğunluq,  yəni  bədənin  teleoloji  izaha  yatımlılığıdır. 

Elə  buna  görə  də,  bədənin  orqanları  əsas  istəklərə  tamamilə 

uyğun  gəlməlidir,  iradə  bu  istəklərdə  özünü  göstərir,  bu 

orqanlar  onların  görünən  ifadəsi  olmalıdır:  dişlər,  udlaq  və 

bağırsaq  kanalı  –  obyektivləşdirilmiş  aclıqdır;  genitaliyalar– 

obyektivləşdirilmiş cinsi həvəsdir; yapışan əllər, cəld ayaqlar isə 

iradənin artıq daha çox vasitəli, dolayı meyllərinə uyğun gəlir və 

bu  meylləri  təmsil  edirlər.  Ümuminsani  formanın  ümuminsani 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

iradəyə  uyğun  gəlməsinə  oxşar  olaraq,  ayrıca  bir  şəxsin  fərdi 



olaraq  modifikasiya  olunmuş  iradəsinə,  xarakterinə  bədənin 

fərdi quruluşu uyğun gəlir, həmin bu fərdi quruluş da elə buna 

görə  də  tamamilə  və  özünün  bütün  hissələrində  xarakterik  və 

ifadəlidir.  Son  dərəcə  diqqətəlayiqdir  ki,  bunu  artıq  Parmenid 

özünün  aşağıdakı  şeirində  söyləmişdir  (bu  şeir  bizə  qədər 

Aristotelin Metafizikasında gəlib çatmışdır: III, 5):

  

Fasiləsiz olaraq dəyişən üzvlərdə qarışığın *elementlərin] 



proporsiyası hər an necədirsə 

İnsanların ağlına gələn fikir də elədir. Zira üzvlərin təbiəti 

onun dərk etdiyilə eynidir insanlarda  

Və  bütün  *varlıqlarda+,    hər  şeydə,  yəni:  nə  çoxdursa 

[onda], o barədə də düşünülür

.** 

HAŞİYƏ 

**

bax:kitab,səh.198

(Feofrast 

deyir: 

İnsan 

bədənində  üstünlük  təşkil  edən-fikirdir.Bax.  S.N.Trubetskoyun 

“Qədim 

Yunanıstanda 

metafizika”kitabı. 

Səh.282 

(rus 

tərcüməçisinin qeydi)) 

  

 

§ 21 



                                                           

II  cildin  20-cu  fəsli  və  mənim  «İradə  təbiətdə»  adlı  əsərimdə 



"Fiziologiya"  və  "Müqayisəli  anatomiya"  rubrikaları  buraya  aiddir. 

Mənim  burada  yalnız  qeyd  etdiklərim  «İradə  təbiətdə»  əsərində 

təfsilatı ilə işlənib hazırlanmışdır. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

Bütün  bu  mülahizələr  sayəsində  hamının  in  concrete



bilavasitə olaraq, yəni hisslər şəklində malik olduğuna həmçinin 

in  abstracto  olaraq,  yəni  aydın  və  möhkəm  şəkildə  malik  olan, 

öz  məxsusi  təzahürünün  daxili  mahiyyətini  dərk  edən  kəs  bilir 

ki,  onun  təzahürü  onun  qarşısında  təsəvvür  olaraq  onun 

əməllərində  və  onun  qərarlaşmış  olduğu  substratda,  onun  öz 

məxsusi bədənində çıxış edir, mahiyyət isə onun iradəsidir və o, 

onun  şüurunda  ən  çox  bilavasitə  olandır,  amma  özlüyündə 

bütövlükdə  təsəvvür  formasına  daxil  olmamışdır,  harada  ki 

obyekt  və  subyekt  bir-birinə  əksdirlər,  iradə  isə  özü  barədə 

subyektin  və  obyektin  tamamilə  aşkar  fərqləndirilməsi 

olmadan, bilavasitə olaraq xəbər verir və üstəlik fərd qarşısında 

bütövlükdə  deyil,  yalnız  özünün  ayrıca  aktlarında  açılır  –  mən 

deyirəm ki, mənimlə birgə bu əqidəyə gələn kəs üçün onun özü 

bütün təbiətin daxili mahiyyətinin dərkinə aparan açara çevrilə, 

əgər  o, onu  həm  də  bütün  o  hadisələrə  gətirərsə  ki,  onlar  ona 

bilavasitə idrakda deyil, vasitəli (onun öz məxsusi hadisəsi kimi) 

idrakda,  yəni  birtərəfli  olaraq,  yalnız  bir  təsəvvür  olaraq 

verilmişdir. Yalnız öz məxsusi hadisələrinə tamamilə oxşar olan 

hadisələrdə, insanlarda və həm də heyvanlarda o, onların daxili 

mahiyyəti  olan  elə  həmin  iradəni  görəcəkdir,  bitkini  hərəkətə 

gətirən  və  yaşadan  qüvvədə  də,  kristalı  quran,  maqniti  şimala 

yönəldən, müxtəlifcinsli metallarla toqquşma zamanı onu zərbə 

ilə qarşılayan, maddi cisimlərin bir-birini cəzb etməsində və dəf 

etməsində  də,  ayrılması  və  birləşməsində  də  və  nəhayət,  daşı 

yerə  doğru  çəkən  və  yeri  günəşə  doğru  çəkən,  bütün 

materiyaya  xas  olan  qüdrətli  cazibədə  də  tanımağa  gətirib 

çıxaracaqdır,  –  bütün  bunlar  onun  tərəfindən  yalnız  hadisədə 

müxtəlif  olan  kimi,  öz  daxili  mahiyyətində  isə  eyni  olan  kimi 



Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə