www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
demokritsayağı və həqiqətən də yöndəmsiz nəzəriyyələr
tamamilə o cənablara layiqdir ki, onlar rənglər barədə Höte
təliminin meydana çıxmasından əlli il keçdikdən sonra da hələ
Nyutonun bircinsli şüalarına inanırlar və bunu deməkdən, ifadə
etməkdən utanmırlar. Onlar öz məxsusi təcrübələrindən
öyrənirlər ki, uşaq (Demokrit) üçün bağışlanıla bilən böyük üçün
cəzasız qalmır. Bir zaman keçdikdən sonra onları biabırçı sonluq
gözləyə bilər; özü də, o zaman onların hamısı aradan çıxacaqlar
və özlərini elə göstərəcəklər ki, bunların onlara heç dəxili belə
yoxdur. Təbiətin ilkin qüvvələrinin bir-birinə beləcə qeyri-
düzgün olaraq müncər edilməsi ilə bağlı daha bir hal barədə də
biz tezliklə danışmalı olacağıq; hələ ki deyilənlərlə
məhdudlaşaq. Əgər belə nəzəriyyələrin düzgünlüyünü güman
etsək, onda, əlbəttə ki, bütün hər bir şey izah edilmiş və aşkara
çıxarılmış və son nəticədə hesabı məsələyə müncər edilmiş
olardı ki, bu da müdriklik məbədində ən müqəddəs olana
çevrilərdi, əsas qanunu ən sonda bizi buraya gətirib çıxarmış
olardı. Amma o zaman təzahürün hər hansı bir məzmunu yox
olmuş və yalnız forma qalmış olardı: təzahür olunan hər bir şey,
necə təzahür olunduğuna gətirilib çıxarılmış və bu, haradasa
dərkolunan və a priori olmuş, buna görə də subyektdən tam
asılı olmuş, yalnız onun üçün mövcud olmuş olardı və nəhayət,
sadəcə olaraq fenomen, bütövlükdə təsəvvür və təsəvvürün
forması olmuş olardı: hər hansı bir özündə şey barədə soruşmaq
belə olmazdı. Əgər güman etsək ki, bu, belədir, onda bütün
dünya həqiqətən də subyektdən çıxarıla bilərdi və əslində,
Fixtenin öz boşboğazlığı ilə ona nail olduğunu bəyan etdiyi şey
əldə edilmiş olardı.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Lakin bu, belə deyildir: belə qaydada elm deyil,
fantasmaqoriyalar, sofizmlər, səma qəsrləri qurulmuşdur. Ona
müvəffəq olunmuşdur ki, təbiət hadisələrinin çoxluğu və
müxtəlifliyi ayrı-ayrı əzəli qüvvələrə müncər edilmişdi; və hər bir
uğur həqiqi tərəqqiyə təkan vermişdir; əvvəlcə müxtəlif hesab
olunan bir çox qüvvələr və xassələr bir-birindən çıxarılmışdır
(məsələn, maqnetizm elektrikdən) və beləliklə, onların miqdarı
azaldılmışdır. Etiologiya öz son məqsədinə o zaman çatacaqdır
ki, bu zaman təbiətin özlüyündə bütün əzəli qüvvələrini dərk
edəcək və onların təsir üsulunu aydınlaşdıracaq, yəni o qanunu
müəyyənləşdirəcək ki, ona görə onların, bütün təzahürləri
səbəbiyyəti əldə əsas tutaraq zamanda və məkanda baş verir və
bir-birinə münasibətdə öz yerini müəyyənləşdirirlər,– amma
həmişə əzəli qüvvələr, hadisənin formaya aid edilə bilməyən və
buna görə də əsas qanununa görə nədənsə çıxış edilərək izah
edilə bilməyən məzmunu həmişə həll olunmayan bir çöküntü
olaraq qalırlar. Zira təbiətdə hər bir şeydə nəsə elə bir şey vardır
ki, onun üçün heç bir vaxt əsas tapmaq, sonrakı səbəbini
göstərmək, onu izah etmək olmaz; bu, onun fəaliyyətinin,
təsirinin spesifik üsulu, yəni onun mövcudolma tərzi, onun
mahiyyətidir. Doğrudur, şeyin hər bir ayrıca təsiri üçün səbəb
göstərmək mümkündür ki, bunun da nəticəsində bu şey öz
təsirini məhz indi, məhz burada göstərməlidir, amma heç bir
vaxt izah etmək olmaz ki, o, ümumiyyətlə, niyə təsir göstərir və
nədən məhz belə təsir göstərir. Əgər onda başqa xassələr
yoxdursa, əgər o, günəş şüalarında bir zərrədirsə, onda, ən azı,
öz ağırlığında və keçirməzliyində o, bu izah edilə bilməyən
nəyisə aşkara çıxarır ki, bu, da mən deyirəm ki, onun üçün o,
insan üçün iradə nədirsə,– ona oxşar olaraq o öz daxili
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
varlığında izaha gəlmir və onunla eynidir. Əlbəttə ki, iradənin
hər hansı bir təzahürü üçün, onun verilmiş zamanda, verilmiş
yerdə hər hansı bir ayrıca aktı üçün elə bir motiv göstərmək
mümkündür ki, onun təsiri ilə bu akt insanın məlum xarakteri
olması şərti ilə zəruri olaraq baş verməli idi. Amma onun
verilmiş xarakterə malik olmasını, onun ümumiyyətlə nə
istədiyini, onun iradəsini çoxsaylı motivlərdən başqası deyil,
niyə məhz bu motivin idarə etməsini heç bir vaxt izah etmək
olmaz. Və insan üçün onun dərkəgəlməz xarakteri nədir ki,
onun motivləşdirilmiş əməllərinin hər hansı bir izahı zamanı biz
bu xarakteri nəzərdə tuturuq, belə ki, hər bir qeyri-üzvi cisim
üçün onun mühüm keyfiyyəti, onun fəaliyyət üsulu mövcuddur
ki, onun da təzahürləri xarici təsirlərlə törədilir, halbuki, bu
üsulun özü xarici heç nə ilə müəyyənləşmir, və buna görə də
izah oluna da bilməz: onun yalnız vasitəsilə aşkara çıxdığı ayrıca
təzahürləri əsas qanununa tabedir, onun özü isə əsasdan
məhrumdur. Artıq sxolastiklər mahiyyəti etibarı ilə bunu
düzgün anlamış və forma substantial [substansial forma]
adlandırmışdılar (bu barədə baxın: Suares, Disput. Metaph.,
disp. XV, sect. 1).
Belə bir adi yanılma da o qədər böyükdür ki, guya biz
bütün hər şeydən daha yaxşı ən çoxsaylı, ən ümumi və ən sadə
hadisələri başa düşürük, halbuki, biz görməyə daha çox
alışdığımız hadisələri daha çox başa düşməməyə vərdiş etmişik.
Bizim üçün daşın yerə düşməsi heyvanın hərəkət etməsi qədər
izah olunmazdır. Yuxarıda söylənildiyi kimi, düşünürdülər ki,
guya təbiətin ən ümumi qüvvələrindən (məsələn, cazibədən,
sürtünmədən, keçirməzlikdən) çıxış edərək onların içərisində bir
Dostları ilə paylaş: |