www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
qərarlarına və düşüncələrinə baxmayaraq, öz fəaliyyətini
dəyişmir və həyatının əvvəlindən sonuna kimi eyni, onun özü
tərəfindən belə bəyənilməyən xarakter nümayiş etdirməli, sanki
bir dəfə öz üzərinə götürdüyü rolu sona qədər oynamalıdır.
Mən burada bu mülahizə üzərində bundan daha çox dayana
bilmərəm, ona görə ki, o, etik xarakterə malikdir və bu kitabın
başqa bir yerinə aiddir. Burada mən hələ ki yalnız onu
göstərmək istəyirəm ki, özlüyündə əsasdan məhrum olan
iradənin təzahüri hər halda bu statusda zərurətə, yəni əsas
qanununa tabedir, – ona görə ki, təbiət hadisələrində özünü
göstərən zərurət onlarda iradənin nümayişini görməkdə bizə
mane olmasın.
Bu vaxta qədər yalnız o dəyişiklikləri iradə təzahürləri
hesab etmişlər ki, onlar motivdən, yəni təsəvvürdən savayı
başqa bir əsasa malik deyillər və buna görə də iradəni təbiətdə
yalnız insana və nadir halda isə heyvanlara aid etmişlər, artıq
başqa bir yerdə mənim xatırlatdığım kimi, zira idrak, təsəvvür –
əlbəttə ki, həyatiliyin həqiqi və həm də müstəsna xarakteridir.
Amma iradənin ona rəhbərlik etmədiyi yerlərdə də fəaliyyət
göstərməsini daha yaxşı heyvanların instinkti və bədii şövqlə
göstərir
*
.
Sonuncuların təsəvvürlərə və idraka malik olmaları
burada hesaba alınmır, zira onların yaxınlaşdıqları və şüurlu
motiv ola bilən məqsəd onlara tamamilə naməlum qalır;
onların əməlləri motivlər üzrə baş vermir, təsəvvür tərəfindən
idarə olunmur, və buradan hər şeydən öncə və hər şeydən
*
Bu barədə xüsusi olaraq II cildin 27-ci fəslində danışılır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
aydın bir şəkildə görünür ki, iradə hər hansı bir idrak olmadan
da fəaliyyət göstərir. Biryaşlı quş yumurtalar barədə təsəvvürə
malik deyildir, amma onlar üçün yuva qurur, gənc hörümçək isə
şikarı barədə təsəvvürə malik deyildir, amma onun üçün tor
qurur; mirmelion ilk dəfə qarışqa üçün çuxur qazıdığı zaman
qarışqa barədə təsəvvürə malik deyildir; erkək böcəyə
çevriləcək böcək sürfəsi ağacda bu çevrilmənin baş verməsi
üçün sanki deşik açır və bu deşiyin ölçüsü dişi böcəyə çevriləcək
böcək sürfəsinin ağacda açdığı deşikdən iki dəfə böyük olur:
birinci halda o, bunu buynuzlar üçün yer hazırlamaqdan ötrü
edir, o buynuzlar üçün ki, onların barəsində heç bir təsəvvürə
malik deyildir. Aşkardır ki, heyvanların, bu və həmçinin də digər
belə əməllərində iradə özünü göstərir, amma onun fəaliyyəti
kordur və idrakla müşayiət olunmasına baxmayaraq, onun
tərəfindən idarə olunmur. Təsəvvürün iradənin fəaliyyəti üçün
bir motiv olaraq zəruri və mühüm şərt olmadığına biz əmin olan
kimi, onun təsirinin daha az dərəcədə aşkar göründüyü
hallarda, bu iradəni dərk etmək bizə daha asan olur: məsələn,
biz ilbizin genini ona yad olan, amma idrakla idarə olunan
iradənin məhsulu hesab etməyəcəyik, eləcə də bizim tikdiyimiz
evi öz məxsusi iradəmizin nəticəsi deyil, hansısa digər iradənin
nəticəsi hesab etməyəcəyik; yox, biz həm bu, həm də digər
məskəni hər iki hadisədə obyektivləşən iradənin yaradıcılığı kimi
tanıyırıq, bu iradə bizə motivlər üzrə, ilbizdə isə hələ ki, kortəbii,
kənara yönələn qurucu instinkti kimi təsir göstərir. Bəli bizim
özümüzdə də həmin eyni iradə çox cəhətdən kortəbii təsir
göstərir; bizim bədənimizin idrakla idarə olunmayan bütün
funksiyalarında, onun bütün heyvani və bitkisəl proseslərində,
həzmdə, qan dövranında, ifrazatda, artımında, yenidən
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
yaratmasında. Bədənin yalnız hərəkətləri deyil, onun özü də,
yuxarıda göstərildiyi kimi, bütövlükdə iradənin təzahürü,
obyektivləşdirilmiş iradə, konkret iradədir; buna görə də onda
baş verən hər bir şey iradə tərəfindən törədilir, baxmayaraq ki,
verilmiş halda o, idrakla idarə olunmur və kortəbii fəaliyyət
göstərərək, motivlərlə deyil, bu halda qıcıqlandırıcılar adlanan
səbəblərlə müəyyənləşir.
Mən sözün dar mənasında materiyanın o halını səbəb
adlandırıram ki, o, zəruri olaraq digər bir halı doğurur, özü də
həmin, yaratdığı dəyişikliyə məruz qalır; bu, qanunla ifadə
olunur: təsir əks-təsirə bərabərdir. Bunun ardınca qeyd etmək
lazımdır ki, məxsusi mənada səbəb halında təsir səbəbə ciddi
mütənasib olaraq artır; eləcə də, deməli, əks-təsir də artır, elə
buna görə də, əgər təsirin növü məlumdursa, onda səbəbin
intensivlik dərəcəsinə görə təsirin dərəcəsini də ölçmək
mümkündür və əksinə. Bu məxsusi mənada səbəb
adlandırılanlar mexanikiliyin, kimyəviliyin və i.a. bütün
təzahürlərində – bir sözlə qeyri-üzvi maddələrin bütün
dəyişiklikərində fəaliyyət göstərirlər. Əksinə, mən o səbəbi
qıcıqlandırıcı adlandırıram ki, özü onun təsirinə uyğun gələn
əks-təsirə məruz qalmır və onun intensivliyi öz dərəcəsinə görə
əsla təsirin dərəcəsi ilə paralel baş vermir, bu səbəbdən də onu
sonuncu ilə ölçmək olmaz; əksinə, qıcıqlandırıcının bir qədər
gücləndirilməsi ya təsiri əhəmiyyətli dərəcədə artıra, ya əvvəlki
təsir tamamilə məhv edilə bilər və s. Üzvi cisimlərə göstərilən
hər hansı bir təsir özlüyündə belə bir xarakterə malikdir.
Deməli, heyvani bədəndə və bitkisəl əslində bütün üzvi
dəyişikliklər sadəcə olaraq səbəblərin deyil, qıcıqlandırıcıların
Dostları ilə paylaş: |