Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə52/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   48   49   50   51   52   53   54   55   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

Amma  bu  iradə  aktları  həmişə  özündən  kənarda  – 



motivlərdə - da səbəbə malikdirlər. Lakin motivlər yalnız mənim 

hazırkı  zamanda,  bu  yerdə  və  bu  şəraitdə  nə  istədiyimi 

müəyyənləşdirir.  Ümumiyyətlə,  nə  istədiyimi,  yəni  bütün 

mənim 


arzumu 

səciyyələndirən 

prinsipi 

isə 


motivlər 

müəyyənləşdirmir.  Elə  buna  görə  də,  mənim  arzum  özünün 

bütün  mahiyyətində  motivlərdən  çıxış  edilərək  izah  oluna 

bilməz:  onlar  yalnız  zamanın  verilmiş  anında  onun  təzahürünü 

müəyyənləşdirir,  onlar  –  yalnız  mənim  iradəmi  aşkara  çıxaran 

vəsilədir;  iradənin  özü  isə  motivasiya  qanunu  sahəsinin 

xaricində  yatır,  yalnız  iradənin  təzahürü    zamanın  hər  bir 

vaxtında qaçılmaz olaraq bu qanunla müəyyənləşir. Motiv yalnız  

empirik  xarakterimin  şərti  daxilində    davranışımın  kafi  izah 

səbəbidir;  əgər  mən  öz  xarakterimdən  mücərrədləşirəmsə  və 

sonra  soruşuramsa  ki,  mən  ümumiyyətlə  niyə  başqa  bir  şeyi 

deyil,  məhz  bunu  istəyirəm,  onda  belə  bir  suala  cavab  vermək 

mümkün  deyildir,  ona  görə  ki,  əsas  qanununa  yalnız  iradənin 

təzahürü tabedir, özü isə tabe deyildir, iradəni bu münasibətdə 

əsassız adlandırmaq gərəkdir.  

Bu zaman mən qismən həm Kantın empirik və ağılla dərk 

edilə  bilən  xarakter  barədə  təlimi

3

 ilə  tanışlığı,  həm  də  mənim 



"Etikanın  əsas  problemləri"ndə  irəli  sürdüyüm  mülahizələri 

nəzərdə tuturam; qismən isə bizə bu barədə dördüncü kitabda 

danışmaq  lazım  gələcəkdir.  Hələlik  isə  mən  diqqəti  yalnız 

aşağıda  göstərilənə  yönəltmək  istəyirəm:  bir  hadisənin  başqa 

bir hadisə ilə (əməlin verilmiş halında – motivlə) əsaslandırılmış 

olması    qətiyyən  ona  zidd  deyildir  ki,  bu  hadisənin  daxili 

mahiyyəti iradə olacaqdır, iradənin özü isə əsasa malik deyildir, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

belə  ki,  əsas  qanunu  özünün  bütün  şəkillərində  yalnız  idrak 



forması  olaraq  qalır  və  onun  qüvvəsi,  deməli  ki,  görünməkdə 

olan  iradənin  özünə  deyil,  yalnız  təsəvvürə,  hadisəyə,  iradənin 

görüntüsünə aid olur. 

Beləliklə,  əgər  mənim  bədənimin  hər  bir  əməli  iradə 

aktının  təzahürüdürsə,  verilmiş  motivlər  olduqda  həm, 

ümumiyyətlə,  mənim  iradəm  özü  və  həm  də  bütövlükdə,  yəni 

mənim  xarakterim  izhar  olunursa,  onda,  həmçinin  hər  bir 

əməlin  qaçılmaz  şərti  və  müqəddiməsilə  iradə  təzahürü 

olmalıdır,  zira  onun  təzahürü  bilavasitə  və  müstəsna  olaraq 

özlüyündə mövcud ola bilməyəndən asılı ola bilməz, yəni ondan 

asılı  ola  bilməz  ki,  o,  onun  üçün  yalnız  təsadüfidir  və  o,  onun 

təzahürünün özünü də yalnız təsadüfi edə bilərdi; belə bir şərt 

isə  məhz  bütün  bədən  olur.  Sonuncu  elə  buna  görə  də  artıq 

iradənin  təzahürünün  özü  olmalıdır  və  bütövlükdə  mənim 

iradəmə, yəni mənim ağılla dərk edilən xarakterimə qarşı onun 

zamandakı  təzahürü  olaraq  mənim  empirik  xarakterim 

bədənimin  ayrıca  əməlinin  iradəmin  ayrıca  aktına  olacağı 

münasibətdə  olmalıdır.  Deməli,  bütün  bədən  mənim  görünən 

iradəmdən  başqa  bir  şey  ola  bilməz,  çünki  o,  əyani  obyektdir, 

birinci növdən olan təsəvvürdür. Bunun təsdiqi olaraq isə artıq 

göstərilmişdir  ki,  mənim  bədənimə  göstərilən  hər  bir  təsir 

dərhal  və  bilavasitə  olaraq  həm  də  mənim  iradəmə  təsir 

göstərir və bu baxımdan ağrı və ya həzz, aşağı dərəcədə isə xoş 

olan və ya xoş olmayan hiss adlanır və, digər tərəfdən, iradənin 

hər bir güclü hərəkəti, yəni affekt və ehtiras bədəni sarsıdır və 

onun funksiyaları pozur.  




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

Tam  mükəmməl  olmasa  da,  öz  bədəninin  meydana 



çıxmasını  etioloji  olaraq  təsəvvür  etmək  olar.  Bədəninin 

inkişafını və saxlanılmasını isə daha yaxşı təsəvvür etmək olar ki, 

bu da fiziologiyanın məzmununu təşkil edir; amma sonuncu öz 

predmetini  yalnız    motivlər  davranışı  izah  etdiyi  ölçüdə  izah 

edir.  Ayrıca  əməlin  öz  əsası  olaraq  motivə  malik  olması  və  

zəruri olaraq ondan irəli gəlməsi faktının, ümumiyyətlə, əməlin 

öz  mahiyyətinə  görə  əsassız  olan  hansısa  bir  iradənin  yalnız 

təzahürü olması faktına zidd olmamasına oxşar olaraq, bədənin 

funksiyalarının fizioloji izahı da o fəlsəfi həqiqətə xələl gətirmir 

ki,  bu  cismin  (bədənin)  bütün  varlığı  və  onun  funksiyalarının 

bütün məcmusu yalnız və elə həmin iradənin təcəssümüdür ki, 

o,  bu  cismin  xarici  hərəkətlərində  motivlərə  uyğun  olaraq 

təzahür  olunur.  Bununla  belə,  fiziologiya  hətta  bu  xarici, 

bilavasitə    ixtiyari  hərəkətləri  xalis  üzvi  səbəblərə  müncər 

etməyə, – məsələn, əzələnin hərəkətini şirələrin axması ilə izah 

etməyə  səy  edir  ("İsladılmış  kəndirin  sıxılması  kimi",  Reyl 

özünün "Fiziologiyanın arxivi"ndə belə deyir, 6-cı cild, səh. 153); 

amma əgər güman olunsa ki, bu qəbildən olan əsaslı izaha nail 

olmaq olar, bu, hər halda heç bir vaxt o bilavasitə səhih həqiqəti 

aradan  qaldırmazdı  ki,  hər  bir  ixtiyari  hərəkət  (fimctiones 



animales 

[heyvani-orqanik 

funksiyalar]) 

iradə 


aktının 

təzahürüdür. Bitki həyatının fizioloji izahı (functiones nalurales, 



vitales  [təbii,  həyati  funksiyalar])  da,  həmçinin  hansı  uğurlara 

malik olmasından asılı olmayaraq, heç bir vaxt o həqiqəti təkzib 

etmək  iqtidarında  olmayacaqdır  ki,  bizim  inkişafda  olan  bütün 

heyvani  həyatımız  iradənin  təzahürüdür.  Ümumiyyətlə,  öncə 

aydınlaşdırıldığı  kimi,  hər  hansı  etioloji  izah  yalnız  ayrıca  bir 

hadisə üçün zamanda  və  məkanda zəruri    müəyyən  yeri,  onun 




Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə