Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə43/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   39   40   41   42   43   44   45   46   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

135 


əyani  olanın  dərk  edilməsinə  münasibətindən  ibarətdir.  Bu 

səbəbdəndir ki, adi insan abstrakt anlayışlardan, sırf fikirdən daha 

çox,  bilavasitə  və  əyani  dərk  olunanı    dəyərləndirir:  o,  empirik 

idrakı  məntiqi  idrakdan  üstün  tutur.  İşdən  çox  sözlə  yaşayanlar, 

gerçək  aləmdən  çox  kağız  və  kitablara  dərindən  qərq  olanlar 

bunun  tam  əksinə  meyl  bəsləyir,  bütünlüklə  cırlaşaraq  pedanta, 

hərfgüdənə  çevrilirlər.  Bütün  ardıcılları  ilə  birlikdə  Leybnits 

vəVolfun  belə  dərin  yanılmaları,  yalnız  bununla  izah  edilir,  yəni 

onlar  Duns  Skotun

36

 izi  ilə  gedərək,  əyani  idrakı  tutqun  abstrakt 



idrak  sayırdılar.  Spinozaya  ehtiram  naminə  xatırlatmalıyam  ki,  o, 

özünün  düzgün  iç  duyğusu  ilə,  əksinə,  bütün  ümumi  anlayışların 

mənşəyini əyani dərk olunanın qarışması ilə izah etmişdir (Eth. 2, 

prop.  40,  schol.  1).  Bu  təhrif  olunmuş  anlama  isə  ona  gətirib 

çıxartdı  ki,  riyaziyyatda  onun  orijinal  aşkarlığı  inkar  edilmiş  və 

yalnız  məntiqi  cəhəti  saxlanılmışdır;  ümumiyyətlə  hər  növ  qeyri-

abstrakt idrak hissin geniş adı ilə işarələnmişdir və biz ona məhəl 

qoymamışıq;  nəhayət,  Kant  etikası  bilavasitə  bu  vəziyyətlərdə 

özünü  büruzə  verən,  ədalətli  və  xeyrli  əməllər  təhrik  edən  təmiz 

xoş məramı heç bir qiyməti və xidməti olmayan adi hiss və coşqu 

olaraq bəyan etmişdir,  abstrakt prinsiplərdən irəli gələn əməlləri 

isə mənəvi dəyərlərə malik olanlar kimi qəbul etməyə razılaşırdı.  

Zəka  sayəsində  insanın  heyvan  qarşısında  üstünlüyünü 

təşkil  edən  həyatı  bütövlükdə,  küll  halında  hərtərəfli  gözdən 

keçirmək imkanını onun həyat yolunun həndəsi, rəngsiz, abstrakt, 

qısaldılmış  eskizilə  müqayisə  etmək  olar.  Bu  mənada  insanın 

heyvana münasibəti xəritənin, kompasın və kvadrantın köməyi ilə 

dənizdə yolu və istənilən yeri yaxşı bilən kapitanın yalnız dalğaları 

və  səmanı  görən  avam  dənizçilərə  münasibətinə  bənzəyir.  Çox 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

136 


maraqlı və hətta heyrətamizdir ki, insan özünün in concreto həyatı 

ilə  yanaşı  həmişə  başqa  bir  həyat–  in  abstracto  həyat  sürür. 

Birincidə  o,  gerçəkliyin  bütün  fırtınalarının  və  indinin  təsirinin 

ixtiyarına buraxılmış, heyvan kimi axtarışa, əzaba, ölümə məhkum 

olunmuşdur. Lakin onun şüurlu seyri qarşısında duran in abstracto 

həyatı  yaşadığı  dünyanın  və  birincinin  sakit  inikası,  mənim 

söylədiyim kiçildilmiş eskizdir. Burada, sakit fikrə dalma sferasında 

orada bütünlüklə ona hakim olan və güclü narahat edən şey ona 

soyuq,  rəngsiz  və  cari  məqama  yad  görünür:  burada  o,  yalnız 

tamaşaçı və müşahidəçidir. Refleksiya sahəsinə baş vurmaqla o öz 

rolunu  oynayıb  səhnədən  düşərək  yeni  çıxışa  qədər  tamaşaçılar 

arasında  yer  tutan  və  oradan  pyesdə  baş  verənlərə,  hətta  öz 

ölümünün  belə  necə  hazırlanmasına  sakitcə  oturub  tamaşa  edən 

aktyora  bənzəyir;  lakin  məlum  bir  anda  o,  səhnəyə  qayıdır  və 

etməli olduğu hərəkəti edir, əzab çəkir. Bu ikili həyatdan heyvani 

gerçəklikdən tam fərqli olan insan təmkini törəyir, belə ki, bir dəfə 

təmkinlə  nəsə  düşünüb,  qərar  qəbul  edib  və  ya  zərurəti  dərk 

edərək  insanlar  soyuqqanlılıqla  ən  vacib  və  bəzən  isə  onlar  üçün 

ən  dəhşətli  nəyəsə  dözür,  yaxud  törədirlər:  intihar,  edam, 

təkbətək  vuruş,  həyat  üçün  təhlükəli  əməllərin  törədilməsi  və 

ümumiyyətlə, o şeylər ki, onların bütün heyvani təbiəti ona qarşı 

üsyan  edir.  Məhz  bu  anlarda  ağlın  nə  dərəcədə  heyvani  təbiətin 

hakimi  olması  üzə  çıxır  və  biz  ona,  güclüyə  üz  tuturuq:  “Sənin 

ürəyin, şübhəsiz, dəmirdəndir” (İliada, XXIV, 521)

37

. Ədalət naminə 



demək  lazımdır  ki,  burada  ağıl  praktiki  çıxış  edir:  deməli,  zəkanın 

fəaliyyətə  rəhbərlik  etdiyi,  abstrakt  anlayışların  motiv  olduğu, 

müəyyənedici məqamın aşkar təkcəli təsəvvürlər və heyvanın ram 

olduğu  ani  təəssüratlar  olmadığı  hər  yerdə  praktiki  zəka  təzahür 

edir.  Lakin  bunun  hərəkətin  etik  dəyərliliyindən  tam  fərqlənməsi 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

137 


və  asılı  olmaması,  ağıllı    hərəkət  etməklə  iki  tamamilə  fərqli  şey 

olmasını,  ağlın  həm  böyük  pislik,  həm  də  böyük  yaxşılıqla  birləşə 

bilən  olmasını  və  öz  əməkdaşlığı  ilə  hər  ikisinə  böyük  bir  qüvvə 

verməsini,onun  eyni  dərəcədə  həm  nəcib,  həm  də  zəlil  niyyətin, 

həm    mənalı  dərk  edilmiş,  həm  də  mənasız  prinsipə    xidmət 

etməyə hazırl olması ki, burda da onun müstəqil  yaradıcı təbiəti 

yox, qəbul edərək qoruyub saxlayan qadın təbiəti üzə çıxır- bütün 

bunları 


mən 

əlavədəki 

misallarla 

ətraflı 


göstərib  

aydınlaşdırmışam. Orada deyilənlər, əslində, burada da özünə yer 

tapmalı idi, ancaq Kantın yalançı praktiki zəkasına  qarşı polemika 

üzündən mən bunu əlavəyə keçirməli oldum. 

Bu  sözün  həqiqi  mənasında  praktiki  zəkanın  ən  tam 

inkişafı,  təkcə  bir  zəkanın      köməyi  ilə  insanın  yetə  biləcəyi    və 

onun  heyvandan  fərqinin  ən  aydın  irəli  çıxdığı  son  zirvə  –    stoik 

müdrikin idealında ifadə olunmuşdur. Zira stoik etika öz mənbəyi 

və  məğzi  etibarilə  heç  də  fəzilət  barədə  təlim  deyil,  məqsədi  və 

təyinatı  hüzur,  qəlb  dincliyi,  səadəti  olan  zəkalı  həyata  çağırış, 

yönəltmədir.Fəzilətli  davranış  buraya  yalnız  məqsəd  kimi  yox, 

vasitə  kimi  sanki  accidens  (təsadüfi)  qoşulur.  Buna  görə  stoisizm 

etikası özünün xarakteri və baxışı ilə köklü şəkildə bilavasitə fəzilət 

üzərində  duyulan  etik  sistemlərdən  fərqlənir–  Vedalar,  Platon, 

xristianlıq  və  Kantın

38

 nəzəriyyələri  belədir.  Stoisizm  etikasının 



məqsədi – xoşbəxtlikdir

39

, – deyə biz Stobey



40

 tərəfindən stoisizmə 

verilmiş şərhdə oxuyuruq. (Ecl., L, II, s. 7, h 114, həmçinin s. 138). 

Lakin stoisizm etikası sübut edir ki, xoşbəxtliyi yalnız daxili aləmdə 

və hüzurda tapmaq olar, onlara isə yenə də yalnız fəzilətlə çatmaq 

mümkündür:  fəzilət  ən  yüksək  rifahdır  ifadəsinin  mənası  da 

bundadır.  Əgər  məqsəd  tədricən  vasitə  xatirinə  unudulursa  və 



Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə