Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə44/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   40   41   42   43   44   45   46   47   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

138 


fəzilət açıq-aşkar tamamilə digər maraqlar naminə tövsiyə edilirsə 

və  bu  sənin  xoşbəxtliyinə  aşkar  ziddirsə,  o  zaman  bu,  həmin 

məntiqsizliklərdən  biridir  ki,  onun  sayəsində  hər  bir  sistemdə 

bilavasitə  dərk  olunan,  yaxud  necə  deyərlər,  hiss  olunan  həqiqət 

əqli hökmlərin əksinə olaraq düzgün yola çıxır. Biz bunu, deyək ki, 

Spinozanın  etikasında  görürük,  belə  ki,  o,  eqoistik  suum  utile 



quaereredən  (öz  mənfəətini  axtarmaq)  aşkar  sofizm  vasitəsilə 

təmiz  fəzilət  təlimini  üzə  çıxarır.  Stoisizm  etikasının  ruhunu  başa 

düşdüyüm  kimi,  onun  mənbəyi  belə  bir  fikirdədir  ki,  insanın  bu 

böyük  üstünlüyü,  özünün  dolayı,  planauyğun  fəaliyyəti  və  onun 

nəticələri  ilə  insan  həyatının  yükünü  bu  dərəcədə  yüngülləşdirən 

bu üstünlük, yəni zəka bilavasitə, yəni təkcə idrak vasitəsilə, insanı 

bəri başdan bütünlüklə, ya da qismən onun həyatını bürüyən hər 

cür  əzab-əziyyətlərdən  azad  etməyə  qadir  deyilmi?  Ağlın 

üstünlüyü ilə ilk baxışda bir araya sığmayan həm də bu idi ki, onun 

sayəsində  şeylərin  və  vəziyyətlərin  intəhasızlığını  əhatə    və  seyr 

edən həmin zəka bəxş edilmiş məxluq indinin və belə qısa, ötəri, 

əsrarəngiz  həyatın  bəzi  illərini  çulğayan  təsadüflərin  ehtiras 

coşquları  nədənsə  qaçmaq  ehtirası  və  arzusunun  şiddəti  ilə 

yaranan güclü əzabların, bu dərəcədə böyük qorxu və əziyyətlərin 

hökmü  altına  verilmişdir;  güman  edilirdi  ki,  lazımi  tətbiq  insanı 

bundan  qoruya  və  onu  xətərsiz  edə  bilər.  Antisfen  bununla  bağlı 

demişdir:  «Ya  ağıl  tapmaq  lazımdır,  ya  da  ilgək»  (Plut.  de  stoic. 

refugn,  c.  14),  yəni  həyat  başdan-başa  əzablarla,məşəqqətlərlə 



dolu olduğu üçün ya zəki fikirlə ondan yüksəyə qalxmalısan, ya da 

onu  tərk  etməlisən  (seçdirmə  redaktorundur).  Anlaşılmışdı  ki, 

məhrumiyyət,  iztirab  bilavasitə  və  labüd  şəkildə  yoxluqdan  deyil, 

təmin edilməmiş malik olmaq istəyindən irəli gəlir, odur ki, malik 

olmaq  arzusu  yoxluğun  məhrumiyyətə  çevrilməsinin  və  qəm-




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

139 


qüssə  doğurmasının  zəruri  şərtidir.  “Kədəri  yoxsulluq  deyil,  arzu 

doğurur”  (Epict.  fragm,  25).  Bundan  savayı,  təcrübədən  dərk 

olunub  ki,  yalnız  ümid,  yalnız  iddia  arzunu  yaradır  və  qidalandırır 

və bizi narahat edən və əziyyət verən hamı üçün ümumi və labüd 

olan  bəlaların  çoxluğu,  əlçatmaz  nemətlər  deyil,  insanın  nədən 

qaça və nəyə nail ola bilməsinin cüzi artımı və ya azalmasıdır; təkcə 

mütləq  yox,  həm  də  nisbi  əlçatmaz  və  ya  labüd  olan  bizi  tam 

biganə qoyur, buna görə əbədi olaraq bizim fərdiliyimizə xas şəri, 

yaxud labüd surətdə ona verilməsindən imtina etdiyimiz nemətləri 

biz  soyuqqanlılıqla  müşahidə  edirik  və  bu  bəşəri  xüsusiyyət 

üzündən  istənilən  arzu  tezliklə  ölür  və  deməli,  əgər  ona  ümid 

bəslənmirsə,  daha  əzab-əziyyət  verə  bilməz.  Bütün  bunlardan 

aydın  olur  ki,  hər  hansı  xoşbəxtlik  bizim  iddialarımız  və  nail 

olduqlarımız  arasındakı  münasibətə  əsaslanır:  vacib  deyil  ki,  bu 

münasibətlərin hər iki kəmiyyəti nə dərəcədə böyük və kiçikdir və 

o, birinci kəmiyyətin azalması, eləcə də ikincinin artması ilə bərpa 

oluna  bilər;  eynilə  bu  cür  hər  bir  iztirab  bizim  tələb  və 

ümidlərimizin, 

əslində, 

müvəffəq 

olduqlarımızla 

uyğunsuzluğundan  baş  verir,  bu  uyğunsuzluq  isə,  görünür, 

idrakda

*

  kök  salıb  və  daha  düzgün  baxış  onu  bütünlüklə  ləğv 



edərdi.  Bu  məsələ  ilə  əlaqədar  Xrisipp  demişdir  ki,  elə  yaşamaq 

lazımdır  ki,  dünyanın  işlərinin  gedişatını  düzgün  başa  düşəsən 

(Stob. Ecl., L, II, c. 7, s.134). çünki hər dəfə insan təmkinini itirdikdə 

və  ya  hansısa  bədbəxtlik  ona  üz  verdikdə,  yaxud  qəzəb  və  ya 

məyusluq  gəldikdə,  o,  görür  ki,  şeylər  gözlədiyindən  büsbütün 

başqadır, deməli, o, yanılıb, dünyanı və həyatı tanımayıb, bilmirdi 

                                                           

*

 «Onların fikrincə, bütün həyəcan və narahatlıqlar insanların fikri və 



baxışları  ilə  yaranır»,  Siseron,  Tuse,  4b  6.  «İnsanları  şeylərin  özləri 

yox, şeylər haqqında fikir narahat edir.» Epiktet, s. 5. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

140 


ki, ayrıca məxluqun iradəsinin hər addımbaşı qarşısı alınır – cansız 

təbiətdə təsadüfdən, canlıda isə onun əks məqsədlərilə və ya kin-

küdurət  üzündən;  deməli  o,  həyatın  bu  xüsusiyyətinin  ümumi 

dərkinə  çatmaqdan  ötrü  ya  öz  ağlından  istifadə  etməmişdir  və 

əgər  ona  ümumilikdə  məlum  olanı  təfərrüatlarında  tanımırsa  və 

buna  görə  heyrətlənib,  özündən  çıxırsa,  mühakimə  qabiliyyəti 

onda yetərincə güclü deyil.

**

 Eynilə bu cür hər növ həqiqi sevinc də 



yanılma,  arzudur,  çünki  həyata  keçmiş  heç  bir  arzu  bizi  uzun 

müddət təmin edə bilməz və ona görədir ki, hər bir malikolma və 



hər  bir  xoşbəxtlik  təsadüf  nəticəsində  sanki  borc  kimi  qeyri-

müəyyən  müddətə  verilir  və  sonradan  geri  tələb  oluna  bilər 

(seçdirmə  redaktorundur).  Hər  bir  iztirab  belə  arzunun  yox 

olmasına  əsaslanır;  deməli,  hər  iki  hadisə,  təzahür  səhv  idrakdan 

törəyir  və  bu  səbəbdən  filosof  həmişə  heyrət  və  əzaba  eyni 

dərəcədə yaddır, heç bir hadisə onun təmkinini pozmur. 

Stoisizmin  bu  ruhu  və  məqsədinə  uyğun  olaraq  Epiktet 

həmişə  elə  ondan  başlayır  və  öz  müdrikliyinin  özəyi  kimi  onun 

üzərinə qayıdır: yəni bizdən asılı olan və olmayanı  yaxşı düşünməli 

və  ayırd  etməli  və  heç  vaxt  sonuncuya  ümid  etməməli;  bu  bizi 

hökmən hər hansı ağrıdan, iztirabdan və qorxudan xilas edəcəkdir. 

Bizdən  isə  yalnız  iradə  asılıdır.  Fəzilət  barədə  təlimə  tədrici  keçid 

buradaca  başlanır  –  o  xüsusi  qeydlə  ki,  bir  halda    xoşbəxtliyi  və 

bədbəxtliyi  bizdən  asılı  olmayan  xarici  aləm  müəyyən  edir,  daxili 

məmnunluq və ya özündən narazılıq iradədən irəli gəlir. Sonra sual 

olunur: bonum et malum (xeyir və şər) adını iki birinciyə aid etmək 

lazımdır,  yoxsa,  sonuncuya?  Doğrusunu  desək,  məsələnin  belə 

                                                           

**

  «Bütün  bəşəri  bədbəxtliklərin  səbəbi,  ümumi  anlayışları  xüsusilərə 



uyğunlaşdırmağı bacarmamaqdadır.» Epiktet, Dissert, III, 26. 


Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə