www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
126
qüsursuzluğu nisbidir, onlar yalnız bütün elmi həqiqət fondunu
təşkil edən ali elmi müddəalara gətirib çıxarırlar, odur ki, bizim
onları yenidən sübut etməyə haqqımız yoxdur, amma yox, onlar
seyrə əsaslanmalıdırlar və bu seyr yuxarıda adları çəkilən az
miqdarda elmlərdə sırf aprior seyrdir, yerdə qalan hallarda isə
həmişə empirikdir və o, ümumiyə yalnız induksiya vasitəsilə
yüksəlir. Buna görə, təcrübi elmlərdə təkcəli ümumidən sübuta
yetirilsə də, hər halda ümumi öz doğruluğunu yalnız təkcəlidən
əldə etmiş və öz-özünü doğuran zəmin yox, olsa-olsa toplanmış
ehtiyatların anbarıdır.
Həqiqətin əsaslandırılması ilə əlaqədar bunları demək olar.
Yanılmanın mənşəyi və imkanlarına münasibətdə Platonun
dövründən bəri – yəni o, quşxana timsalında məsələnin obrazlı
həllini verdiyi vaxtdan (quşxanaya təkcə göyərçin salınmır və s.) bir
çox izah təklif olunur. (Theectet, səh. 167 və sonra) Kantın
diaqonal hərəkət obrazının köməyi ilə yanılma mənbəyinin tutqun
və qeyri-müəyyən izahını “Xalis zəkanın tənqidi”ndə (birinci nəşr,
səh. 299, beşinci nəşr, səh. 350) tapmaq olar.
Həqiqət hökmün öz idrak əsasına münasibəti olduğu üçün
problem bundan ibarətdir ki, mühakimə yürüdən necə düşünə
bilər ki, ona malik olmadan belə bir əsasa həqiqətən malikdir, yəni
yanılma, zəkanının aldanması necə mümkündür. Mən bu imkanı
görüntünün, yaxud yuxarıda izah edildiyi kimi dərrakənin aldanış
imkanının tam bir analogiyası hesab edirəm. Mənim fikrim ondan
ibarətdir ki, (bu mənim izahımın məhz burada yerinə düşdüyünə
dəlalət edir) hər cür yanılma nəticədən əsasa doğru əqli hökmdür,
belə hökm isə yalnız o zaman düzgün ola bilər ki, nəticənin məhz
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
127
bu, daha hansısa başqa bir əsasa malik olmadığı məlum olsun,
ancaq heç vəchlə başqa halda yox. Yanlışlığa yol verən şəxs
nəticəyə da elə əsası aid edir ki, ona, ümumiyyətlə, malik ola
bilməz– o, bu halda dərrakənin həqiqi çatışmamazlığını, yəni
səbəb və təsir arasındakı əlaqəni bilavasitə dərk etmək
qabiliyyətini aşkar edir; ya da, çox vaxt olduğu kimi, o, nəticəyə
mümkün əsası aid etsə də, nəticədən əsasa doğru gəldiyi qərarla
bağlı mühakiməsinə onu da qoşur ki, guya həmin nəticə “həmişə”
yalnız onun göstərdiyi əsasdan irəli gəlir, bu haqqı isə ona yalnız
nəzərdə tutduğu, amma etmədiyi tam induksiya verə bilər, bu
səbəbdən yuxarıda göstərilən “həmişə” çox geniş anlayış olduğuna
görə, onun yerinə “bəzən” və ya “çox vaxt” sözləri qoyula bilərdi;
bu şəkildə əqli nəticə problematik xarakter kəsb edə və özlüyündə
səhv olmazdı. Yanılanın bu üsulları ya tələskənlikdən, ya da
imkanların çox məhdud dərk edilməsindən baş verir və elə bu
səbəbdəndir ki, o induksiyanı yerinə yetirmək lazım olduğunu
bilmir. Buna görə yanlışlıq görüntü ilə tam oxşardır. Onların hər
ikisi əsasdan nəticəyə gələn qənaətdir: görüntü daim səbəbiyyət
qanunu üzrə, təkcə elə dərrakədən, yəni bilavasitə seyrin özündə
yaranır; yanılma əsas qanununun bütün formaları üzrə ağıl
tərəfindən, yəni əsl təfəkkürdə əmələ gəlir; çox vaxt o, həmçinin
səbəbiyyət qanunu üzrə baş verir, bunu aşağıdakı üç nümunədən
görmək olar ki, onları üç növ yanılmanın tipi və ya nümayəndələri
saymaq olar. 1) Hissi görüntü (dərrakənin aldanması) yanılmasına
(zəkanın aldanışına) aparır, məsələn, əgər rəsm əsəri qorelyef kimi
qəbul edilib, həqiqətən qorelyef sayılarsa, çox vaxt bu aşağıdakı
mühakimədən gəlinən əqli nəticə üzündən baş verir: “Əgər tünd
boz arabir bütün çalarlar vasitəsilə ağa keçirsə, o zaman bütün
hallarda bunun səbəbi yüksəklərin və çökəklərin üzərinə qeyri-
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
128
bərabər düşən işıqdır: ergo”... 2) “Əgər kassamda pul çatışmırsa,
bütün hallarda bunun səbəbi odur ki, qulluqçumda müvafiq açar
vardır: ergo" 3) “Əgər prizma vasitəsilə istiqamətini dəyişmiş, yəni
yuxarı və ya aşağı çəkilmiş günəş təsviri əvvəlki dairəvi və ağ
görüntüşü əvəzinə, qəfildən uzadılmış və rənglənmiş şəkil alırsa,
bunun səbəbi birdəfəlik odur ki, işıqda müxtəlif rəngə boyanmış və
bununla müxtəlif tərzdə sınmış işıq şüaları vardır ki, onlar da
özlərinin müxtəlif sınmaları üzündən aralandıqlarına görə uzun və
müxtəlif rəngə boyanmış obraz verirlər: ergo – bibamus (deməli –
gəlin içək!)
34
”
Çox vaxt yanlış ümumiləşdirilmiş, hipotetik, əsasın nəticə
kimi qəbul edilməsindən irəli gələn daha böyük mühakimədən bu
nəticəyə yalnız hesablamalar zamanı səhvlər istisna olmaqla hər
cür yanılma müncər edilər bilər; lakin bu, əslində, yanlışlıq yox, adi
səhvlərdir: ədəd anlayışlarının göstərdiyi əməliyyat sırf seyrdə –
hesabda baş verməmiş, onun əvəzinə isə başqa əməliyyatı yerinə
yetirmişlər.
Ümumiyyətlə, elmlərin məzmununa gəldikdə isə, o,
doğrusu, əsas qanununa görə, həmişə dünya hadisələrinin qarşılıqlı
münasibətidir və bircə onun vasitəsilə qüvvə və əhəmiyyət kəsb
edən nə səbəbə-ni rəhbər tutur. Belə münasibətə göstəriş izah
adlanır. Sonuncu bu yolla iki təsəvvür arasındakı münasibətləri
həmin təsəvvürlərin yerləşdiyi sinifdə hökmranlıq edən əsas
qanununun formasında göstərir. İzah bu həddə çatanda daha niyə
sualını vermək olmaz, çünki göstərilən münasibət məhz bu cürdür
və onu başqa cür təsəvvür etmək mümkün deyil, yəni o, hər növ
Dostları ilə paylaş: |