Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə42/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   38   39   40   41   42   43   44   45   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

132 


ardıcıl, dəyişkən seyri, ümumiyyətlə geniş anlayış olan hisslə bağlı 

və onun tərəfindən dumanlı, qeyri-abstrakt bilik kimi yalnız  mənfi 

olaraq  müəyyən  edilən  hər  şeyi  məhz  bu  cür,  dəyişməz  biliyə 

çevirmək və  yüksəltməkdir.  Bu səbəbdən fəlsəfə bütün dünyanın 

mahiyyətini həm bütövlükdə, həm də onun bütün hissələrində in 

abstracto  ifadə  etməlidir.  Amma  intəhasız  çoxsaylı  xüsusi 

mühakimələr  içərisində  itib-batmamaqdan  ötrü  abstraksiyaya  əl 

atmalı  və  tək  olan  hər  şeyi  ümumidə  düşünməli,  onun  fərqlərini 

isə  yenə  də  ümumidə  görməlidir;  buna  görə  o,  dünyanın 

ümumiyyətlə  çoxcəhətliliyini  onun  mahiyyətinə  uyğun  yığcam 

şəkildə  biliyə  verməkdən  ötrü  onu  az  sayda  abstrakt  anlayışlara 

qismən  parçalamalı,  qismən  birləşdirilməli  olur.  Dünyanın 

mahiyyətini cəmləşdirdiyi anlayışların köməyi ilə ümumi ilə yanaşı, 

tamamilə təkcəli də dərk olunmalı və hər ikisinin dərk olunması ən 

dəqiq şəkildə əlaqəli olmalıdır. Buna görə fəlsəfi qabiliyyət məhz, 

Platonun güman etdiyi kimi, təkin çoxda və çoxun təkdə dərkindən 

ibarətdir.  Beləliklə,  fəlsəfə  olduqca  ümumi  mühakimələrin 

məcmusudur ki, onların da dərkinin əsasını heç bir istisnasız  bütün 

dünya,    yəni  insan  şüurunda  olan  hər  şey  təşkil  edir;  fəlsəfə 



mükəmməl  təkrar,  bir  növ  dünyanın  abstrakt  anlayışlarda 

inikasıdır,  bu  isə  mühüm  əhəmiyyət  kəsb  edən  eyninin  bir 

anlayışda  birləşməsi  və  müxtəlifin  başqa  bir  anlayışa  ayrılması 

vasitəsilə  mümkündür.  Bu  vəzifəni  fəlsəfə  qarşısında  hələ  

Verulamlı Bekon aşağıdakı sözləri ilə qoymuşdur: “Yalnız o fəlsəfə 

həqiqidir ki, o, mükəmməl dəqiqliklə dünyanın özünün səsini ifadə 

edir, sanki dünyanın diktəsi ilə  yazılmışdır, onun obraz və əksidir

heç nə özündən əlavə etmir, yalnız əks-sədaları təkrarlayır və ifadə 

edir”  (De  augm  seient.  1,  2,  səh.  13).  Biz  bunu  Bekonun  öz 

vaxtında düşündüyündən daha geniş mənada başa düşürük. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

133 


Dünyanın  bütün  tərəfləri  və  hissələrinin  öz  aralarında 

həmahəng uzlaşmada olmaları – məhz ona görə ki, onlar bir tama 

mənsubdurlar  –  dünyanın  abstrakt  inikasında  təkrar  olunmalıdır. 

Buna görə mühakimələrin haqqında bəhs etdiyimiz məcmusunda 

tək müəyyən dərəcəyədək başqasından bir çıxarış ola bilərdi, özü 

də  həmişə  qarşılıqlı.  Lakin  bunun  üçün  əvvəlcə  mühakimələr 

mövcud olmalı və deməli, onları qabaqcadan dünyanın in concreto 

bilavasitə dərk olunması əsasında müəyyənləşdirmək lazımdır, özü 

də  hər  hansı  bir  bilavasitə  əsaslandırma  vasitəlidən  daha 

dürüstdür.  Buna  görə  belə  mühakimələrin  harmoniyası  –  onun 

sayəsində  bu  mühakimələr  bir  fikrin  vəhdətində  birləşir  və  o, 

onların  ümumi  idrakının  əsası  olan  əyani  dünyanın  özünün 

harmoniyası və vəhdətindən irəli gəlir – onları əsaslandırmaq üçün 

ilkin  dəlil  kimi  yox,  yalnız  onların  həqiqiliyini  möhkəmləndirmək 

üçün  istifadə  edilə  bilər.  Bu  vəzifənin  özü  yalnız  onun  həlli 

prosesində tam aydınlaşa bilər. 

*

 

 



§ 16 

Şüurun yalnız insana xas olan idrak qabiliyyəti kimi zəkanın 

və  bundan  irəli  gələn,  insan  təbiətinə  xas  nailiyyətlər  və 

fenomenlərin bütün bu tədqiqlərindən sonra mənə bir daha zəka 

haqqında danışmaq qalır, çünki o insanların hərəkətinə  rəhbərlik 

edir  və  bu  mənada  praktiki  adlana  bilər.  Lakin  mənim  burada 

deməli  olduqlarımın  əksəriyyəti  başqa  bir  fəsildə,  xüsusilə  bu 

kitaba  əlavədə  göstərilmişdir.  Mən  həmin  kitabda  Kantın  praktiki 

zəka adlandırdığı şeyin mövcudluğunu mübahisələndirməli oldum. 

                                                           

*

 II cildin 17-ci fəsli buraya aiddir. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

134 


Kant  bunu  (əlbəttə,  böyük  məmnuniyyətlə)  hər  növ  ləyaqətin 

bilavasitə  mənbəyi  və  mütləq  (yəni  göydən  düşmə)  borcun 

məskəni kimi təqdim edir. Kantın bu əxlaq prinsiplərinin müfəssəl 

və  ətraflı  təkzibini  mən  sonradan  “Etikanın  əsas  problemləri” 

əsərimdə  vermişəm.  Buna  görə  mən  burada  zəkanın  –  bu  sözün 

əsl  mənasında  –  hərəkətlərə  həqiqi  təsiri  barədə  azacıq 

danışmalıyam. 

Hələ zəkanın tədqiqinin başlanğıcında biz ümumən insanın 

öz  fəaliyyəti  və  davranışında  heyvandan  güclü  surətdə 

fərqləndiyini  gördük  və  başa  düşdük  ki,  bu  fərqi  yalnız  şüurda 

abstrakt  anlayışların  mövcudluğunun  nəticəsi  saymaq  lazımdır. 

Onların bizim bütün varlığımıza təsiri o qədər dərin və böyükdür ki, 

o,  bizi  müəyyən  dərəcəyədək  gözlü  heyvanlar  gözsüz  heyvanlara 

(bəzi  sürfələr,  qurdlar,  zoofitlər)  hansı  münasibətdədirlərsə, 

heyvanlara  həmin  münasibətdə  qoyur:  sonuncular  (gözsüzlər) 

məkanda  bilavasitə  onların  yaxınlığında  olan,  təmasda  olduqları 

şeyi toxunma ilə dərk edir,  birincilər üçün-  sə əksinə, uzaqda və 

yaxında  olanların  geniş  dairəsi  açıqdır.  Zəkanın  yoxluğu  da  eynilə 

bu  tərzdə  heyvanları  verilən    anda  bilavasitə  onlarda  olan  əyani 

təsəvvürlərlə, yəni real obyektlərlə məhdudlaşdırır: biz isə əksinə, 



in abstracto idraka əsasən indinin məhdud gerçəkliyindən savayı, 

mümkün olanın geniş sahəsi ilə birlikdə bütün keçmişi və gələcəyi 

də əhatə edirik. Biz sərbəst şəkildə həyatı bütün istiqamətlər üzrə 

seyr edir, indinin və gerçək olanın hüdudlarından çox-çox uzaqlara 

çıxırıq. Məkanda və hissi idrak üçün göz nədirsə, zamanda və daxili 

idrak üçün zəka da müəyyən dərəcədə odur. Əşyaların görüntüsü 

dəyər və əhəmiyyətini onların duyulması barədə bilik verməsindən 

götürdüyü  kimi,  abstrakt  idrakın  da  bütün  dəyəri  həmişə  onun 




Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə