Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə41/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   37   38   39   40   41   42   43   44   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

129 


idrakın  formasıdır.  Ona  görə  soruşmurlar  ki,  niyə  2  x  2  =  4-dür; 

yaxud  nə  səbəbə  üçbucaqda  bucaqların  bərabərliyi  tərəflərin 

bərabərliyini  müəyyənləşdirir;  yaxud  niyə  bu  səbəb  öz  təsirini 

doğurur;  ya  da  nə  səbəbə  mühakimələrin  düzgünlüyündən 

nəticənin  düzgünlüyü  üzə  çıxır.  Münasibətə  gətirib  çıxaran  və 

haqqında daha niyə sualını qoymaq mümkün olmayan hər bir izah 

hansısa  yol  verilmiş  gualitas  occulta  üzərində  dayanır:  lakin 

təbiətin hər növ əzəli qüvvəsi də bu növə mənsubdur. Hər bir təbii-

elmi izah son nəticədə belə bir qüvvə, yəni nəsə tamamilə qaranlıq 

qüvvə üzərində dayanmalıdır və buna görədir ki, o, həm daşın, həm 

də insanın daxili mahiyyətini eyni tərzdə izaholunmaz saxlayır: o, 

daşın  ağırlığı,  ilişməsi,  kimyəvi  xassələri  və  digər  təzahürləri  və 

eləcə  də  insanın  idrakı  və  fəaliyyəti  haqqında  bu  dərəcədə  az 

hesabat  verə  bilər.  Məsələn,  ağırlıq  –  gualitas  occulta-dır,  çünki 

fikrən  onun  üstündən    keçmək  olar,  belə  ki,  o,  səbəbiyyət 

qanunundan irəli gələn ətalət qanunu kimi nəsə zəruri olan bir şey 

kimi idrak formasından irəli gəlmir: buna görə sonuncuya müncər 

etmək,  tamamilə  yetərli  izah  vermək  deməkdir.  İki  şey  qəti 

izahedilməzdir,  yəni  əsas  qanununda  ifadə  olunan  münasibətə 

gətirilib  çıxarıla  bilməz:  əvvəla,  bu  bütün  dörd  formada  əsas 

qanununun özüdür, çünki o, hər növ izahın prinsipi, qüvvə aldığı 

şeydir; ikincisi, bu, onun üçün əlçatmaz olan şeydir, əzəli olan hər 

şey  özünün  bütün  təzahürlərində  ondan  irəli  gəlir,  başqa  sözlə, 

özündə şeydir və onun dərk edilməsi əsas qanununa qətiyyən tabe 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

130 


deyil.  Mənim  son  sözlərim  hələlik  burada  tamamilə  anlaşılmaz 

qalır: onu  yalnız növbəti  kitab izah  edəcəkdir.  Biz həmin kitabda 

elmin mümkün nailiyyətlərini bu baxımdan nəzərdən keçirəcəyik. 

Lakin  o  yerdə  ki,  təbiətşünaslıq  və  ümumiyyətlə  bütün  elmlər  öz 

obyektlərini tərk edirlər, – çünki bu həddi təkcə şeylərin elmi izahı 

yox,  hətta  bu  izahın  prinsipi,  əsas  qanunu  da  aşmır  –  orada, 

doğrusu, fəlsəfə şeylərin üzərinə qayıdır və onları elmdən tamamilə 

fərqli bir şəkildə öz bildiyi kimi nəzərdən keçirir. 

Əsas  qanunu  haqqında  fikirlərimdə,  51-ci  paraqrafda 

göstərmişəm  ki,  müxtəlif  elmlərdə  başlıca  bələdçi,  ipucu  bu 

qanunun  bu  və  ya  digər  formasıdır  və  bu  prinsipə  əsasən  elmin, 

mənə belə gəlir ki, ən düzgün təsnifatını müəyyənləşdirmək olardı. 

Lakin həmin bələdçiyə əsasən verilən hər cür izah həmişə, dediyim 

kimi,  yalnız  nisbidir:  o,  şeylərin  öz  aralarındakı  münasibəti 

müəyyənləşdirir,  lakin  həmişə  qabaqcadan  nəzərdə  tutduğu  bir 

şeyi izahedilməz saxlayır. Məsələn, riyaziyyatda məkan və zaman, 

mexanika,  fizika  və  kimyada  -  materiya,  keyfiyyət,  əzəli  qüvvələr, 

təbiət  qanunları;  botanika  və  zoologiyada  -  növlərin  fərqi  və 

həyatın özü; tarixdə – bütün təfəkkür xüsusiyyətləri və iradəsi ilə 

birlikdə  insan  nəsli  belələrindəndir  və  onların  hamısında  əsas 

qanunu onun hər bir halına xas olan formadadır. 

Fəlsəfənin  xüsusiyyəti  heç  bir  şeyi  məlum  kimi  nəzərdə 

tutmamasıdır,  onun  üçün  hər  şey  eyni  dərəcədə  yaddır  və 

problem  yaradır  –  təkcə  hadisələrin  münasibətləri  deyil,  həm  də 

hadisələrin özləri, hətta əsas qanununun özü də; digər elmlər hər 

şeyi bu qanunla  hökmü altına gətirə bildikdə razı qalırlar, halbuki 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

131 


fəlsəfə belə bundan heç nə udmazdı, çünki sıradakı üzvlərdən biri 

onun  üçün  digəri  qədər  naməlumdur;  bundan  savayı,  belə  əlaqə 

növünün özü onun üçün onun əlaqələndirdiyi şey qədər problem 

yaradır,  sonuncu  isə  istər  əlaqəyə  qədər,  istərsə  də  əlaqə  aşkara 

çıxandan sonra müəmma olaraq qalır. Belə ki, artıq deyildiyi kimi, 

məhz  elmlərin  ilkin  şərtini,  onların  şərhinin  əsasını  və  hüdudunu 

təşkil edən şey fəlsəfənin əsl problemidir, fəlsəfə isə elm qurtaran 

yerdə  başlayır  (seçdirmə  redaktorundur).  Sübutlar  onun 

fundamenti  ola  bilməz,  belə  ki,  onlar  məlum  prinsiplərdən 

naməlumları  çıxarırlar:  onun  üçün  isə  hər  şey  eyni  dərəcədə 

naməlum  və  yaddır.  Elə  bir  prinsip  ola  bilməz  ki,  dünya  özünün 

bütün təzahürləri ilə mövcudluğuna görə ona borclu olsun: bax elə 

bu səbəbdəndir ki, Spinoza istədiyi kimi, fəlsəfəni exfirmis principiis 

(möhkəm ilkin başlanğıclardan) dəlillərlə çıxarmaq olmaz. Bundan 

savayı,  fəlsəfə–  ən  ümumi  bilikdir  və  onun  başlıca  prinsipləri 

hansısa  digər,  daha  ümumi  bilikdən  çıxarıla  bilməz.  Ziddiyyət 

qanunu  yalnız  anlayışların  uzlaşmasını    hadisələrin  özünü  yox, 

əlaqəsini  izah  edir.  Odur  ki,  fəlsəfə  hansısa  causa  efficiens  (təsir 

göstərən  səbəb)-i  və  ya  bütün  dünyanın  causa  finalis



35

-ini  (son 

səbəb) axtarıb tapmağa cəhd göstərmir. Hər halda müasir fəlsəfə 

dünyanın necə və nədən ötrü mövcud olduğunu yox, yalnız onun 

nə  olmasının  əslinə  yetişmək  istəyir.  Nə  üçün  sualı  isə  burada   

sualına  tabedir,  çünki  o,  artıq  dünyaya  aiddir  və  onun  təzahür 

formasından,  əsas  qanunundan  törəyir  və  yalnız  bu  səbəbdən 

mahiyyət və qüvvə kəsb edir. Doğrudur,belə demək olar, dünyanın 

nə olmasını, bunu hər kəs kənar kömək olmadan da dərk edə bilər, 

çünki onun özü  idrakın  subyektidir, dünya  isə onun təsəvvürü  və 

bu  iddia  ədalətli  olardı.  Lakin  belə  idrak  əyanidir,  bu  in  concreto 

idrakdır;  fəlsəfənin  vəzifəsi  onu  in  abstracto  yenidən  yaratmaq, 




Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə