Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə36/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   32   33   34   35   36   37   38   39   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

114 


qanununa  əsasən  razılaşmalıyıq;  lakin  bunun  niyə  belə 

olduğunu  heç  vaxt  bilməyəcəyik.  Buna  görə  sehrbazın 

hoqqalarından  sonra  keçirdiyin  xoşagəlməz  hisslər  kimi  hisslər 

keçirirsən,  Evklid  tərəfindən  gətirilən  sübutların  əksəriyyəti  də 

əsl  həqiqətdə  onlara  yaman  oxşayır.  Həqiqət  demək  olar 

həmişə  arxa  qapıdan  girir,  hansısa  kənar  bir  vəziyyətdən  per 



accidens  aşkar  olur.  Çox  vaxt  apaqogik  sübutlar  qapıları  biri 

digərinin ardınca bağlayır və yalnız birini açıq saxlayır ki, sən də 

qeyri-ixtiyari  ora  daxil  olursan.  Bəzən  Pifaqor  teoremində 

olduğu  kimi  xətlər  çəkilir,  ancaq  məlum  deyil  ki,  niyə;  sonra 

aydın  olur  ki,  bunlar  bir  cələ  imiş  və  onu  qəfildən  çəkib 

şagirdlərin razılığını tuturlar və o təəccüblə daxili əlaqəsinə görə 

onun üçün anlaşılmaz qalan məsələni qəbul etməlidir. İş o yerə 

çatır  ki,  şagird  Evklidi  dərindən  öyrənir,  amma  məkan 

münasibətləri  qanunlarının  əsl  mahiyyətinə  varmadan, 

onlardan  bəzi  nəticələri  əzbərləməklə  kifayətlənmiş  olur.  Bu 

empirik və qeyri-elmi bilik deyək ki, xəstəliyi və onun dərmanını 

bilən,  lakin  onların  qarşılıqlı  əlaqəsindən  xəbəri  olmayan 

həkimin məlumatına bənzəyir. Bütün bunlar onun nəticəsidir ki, 

dərketmənin  müəyyən  növünə  xas  sübutun  və  aşkarlığın 

xarakterini  özbaşına  rədd  edir  və  zorla  onu  həmin  biliyin 

mahiyyətinə  yad  olan  başqası  ilə  əvəz  edirlər.  Yeri  gəlmişkən, 

Evklidin istifadə etdiyi üsul hər cür heyrətə layiqdir və bu heyrət 

onun yaradıcısını bir çox əsrlər boyu müşayiət etmiş və o qədər 

irəli  getmişdir  ki,  onun  riyazi  üsulları  elmi  şərhin  nümunəsi 

sayılmış, bütün digər elmlərdə onu təqlid etmiş və son nəticədə 

ondan səbəbini özləri də bilmədən, hər halda üz döndərmişlər. 

Bizimsə  gözümüz  qarşısında  riyaziyyatda  Evklid  üsulu  parlaq 

təhrif  kimi  durur.  Lakin  istər  elmdə  olsun,  istərsə  də  həyatda, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

115 


qabaqcadan  düşünülmüş  və  metodiki  xarakterə  malik  olan  və 

ümumi    bəyənilən  hər  bir  böyük  yanlışlıq  üçün  o  dövrlərdə 

hakim olan fəlsəfədə səbəb tapmaq olar. 

Eleatlar  təzahür  edən  və  düşünülən  arasındakı  fərqi, 

bəzən isə ziddiyyəti ilk dəfə kəşf etmiş və özlərinin filosofemləri 

və sofizmləri üçün bundan dəfələrlə istifadə etmişlər. Sonradan 

meqarlılar,  dialektiklər,  sofistlər,  yeni  akademiklər  və 

şəkkaklar

31

 onların  yolu  ilə  getmişlər.  Onlar  xəyaliyə,  yəni 



hisslərin,  daha  doğrusu  dərrakənin  aldanmasına  xüsusi  diqqət 

yetirmişlər, belə ki, bu aldanış həmin hissləri seyrə çevirirdi; bu 

aldanış  çox  vaxt  bizi  şüurun  inamla  gerçəklikdə  rədd  etdiyi 

şeyləri,  məsələn,  suda  sınmış  çubuğu  və  s.  görməyə  məcbur 

edir.  Aydın  idi  ki,  hissi  seyrə  şərtsiz  etibar  etmək  olmaz  və 

buradan tələsik belə nəticə çıxarılmışdır ki, yalnız şüurlu məntiqi 

təfəkkür 

həqiqətə 

zəmanət 

verir. 


Hərçənd 

Platon 


(«Parmenid»də),  meqarlılar,  Pirron

32

 və  yeni  akademiklər 



misallarla (sonradan həmin qayda ilə Sekst Empirik) göstərdilər 

ki,  digər  tərəfdən  əqli  nəticələr  və  anlayışlar  da  aldadır  və  öz 

ardınca çox asanlıqla meydana çıxan və hissi seyrdəki xəyaliliyə 

nisbətən olduqca çətin həllini tapan paralogizm

33

 və sofizmlərə 



səbəb  olur.  Bununla  belə,  empirizmin  əksi  kimi  yaranmış 

rasionalizm  üstün  gəlmiş  və  Evklid  ona  müvafiq  riyaziyyatı 

işləyərək  qeyri-ixtiyari  olaraq  yalnız  aksiomları  əyani  aşkarlıqla, 

yerdə qalanları isə əqli hökmlərlə əsaslandırmışdır. Onun üsulu 

bütün əsrlər ərzində hökmran olmuş və əgər a priori  sırf seyrlə 

empirik seyr arasındakı fərq müəyyən edilməsəydi, bunun sonu 

görünməyəcəkdi.  Qeyd  edək  ki,  artıq  Evklidin  şərhçisi  Prokl, 

görünür  bu  fərqi  tamamilə  dərk  edirdi,  bunu  Keplerin  özünün 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

116 


De harmoniya mundi kitabında latın dilinə tərcümə etdiyi yer də 

göstərir;  lakin  Prokl  bu  məsələyə  yetərincə  əhəmiyyət 

verməmiş,  onu  olduqca  təcrid  edilmiş  vəziyyətdə  qoymuş, 

gözəçarpmamış  qalmış  və  məqsədə  nail  olmamışdır.  Yalnız  iki 

min il sonra, Avropa xalqlarının biliyi, təfəkkürü və fəaliyyətində 

böyük  dəyişikliklər  etmiş  Kant  təlimi  riyaziyyata  belə  təsir 

göstərmişdir.  Çünki  yalnız  böyük  düha  bizə  məkan  və  zaman 

seyrinin  empirikdən  tamamilə  fərqləndiyini,  hissələr  hansı  bir 

təsirdən tam azad olduğunu və onunla yox, onu şərtləndirdiyini, 

yəni  aprior    və  bu  səbəbdən  hiss  illüziyaları  üçün  əlçatmaz 

olduğunu anladandan,  yalnız bundan sonra biz başa düşdük ki, 

Evklidin riyaziyyatda məntiq üsulları lüzumsuz tədbirlilik, sağlam 

ayaqlar üçün qoltuq ağacıdır, o, gecə vaxtı aydın, möhkəm yolu 

su kimi qəbul edib ona ayaq basmağa qorxan və daim ona yaxın 

çala-çuxur  yerlərlə  addımlayan  və  arabir  yalançı  suya  ayaq 

basmaqdan  sevinən  yolçuya  bənzəyir.  Yalnız  indi  biz  tam 

yəqinliklə  iddia  edə  bilərik  ki,  hansısa  fiquru  seyr  edərkən 

təsəvvürümüzə  gələn  zəruri  şey  onun  kağız  üzərində  ola  bilsin 

ki,  pis  icra  edilmiş  çertyojundan  və  bu  zaman  düşünülən  

abstrakt  anlayışından  yox,  bilavasitə  bizə  a  priori    məlum  olan 

hər  növ  idrak  formasından  irəli  gəlir.  Bu  forma  hər  yerdə  əsas 

qanunudur;  burada  o,  seyr,  yəni  məkan  formasıdır,  varlığın 

əsası qanunudur; lakin onun aşkarlığı və əhəmiyyəti idrakın əsas 

qanununun  aşkarlığı  və  əhəmiyyəti  kimi,  yəni  məntiqi  həqiqət 

kimi  böyük  və  vasitəsizdir.  Buna  görə  yalnız  sonuncuya  etibar 

etmək  və  riyaziyyata  xas  sferanı  onun  üçün  tamamilə  yad 

anlayışlar  sahəsində  ona  təsdiq  tapmaqdan  ötrü  tərk  etməyə 

heç  bir  lüzum  yoxdur.  Riyaziyyata  xas zəmində  qalmaqla biz,  o 

böyük  üstünlüyü  əldə  etmiş  oluruq  ki,  burada  nəyinsə  belə 



Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə