MüASİr dövrdə Bİosferdə baş verən ekoloji ÇİrkləNMƏLƏr s. T. Məhərrəmova



Yüklə 42,72 Kb.
Pdf görüntüsü
tarix03.05.2018
ölçüsü42,72 Kb.
#41089


“ADAU-nun elmi əsərləri”.-2009.-№3.-S.29-32.

MÜASİR DÖVRDƏ BİOSFERDƏ

BAŞ VERƏN EKOLOJİ ÇİRKLƏNMƏLƏR

S.T. Məhərrəmova,

Alim - aqronom Azərbaycan Beynəlxalq Universiteti

Tamamilə dinamik planetar ekosistem olan biosfer özünün təkamül inkişafının bütün dövrlərində müxtəlif

təbii proseslərin təsiri altında dəyişmişdir. Uzunmüddətli təkamül nəticəsində biosfer özünü nizamlama və neqativ

proseslərin  neytrallaşdırılması qabiliyyətinə  malik  olmuşdur.  Bu,  maddələrin  dövriyyəsinin  mürəkkəb  mexanizmi

vasitəsi  ilə  əldə  edilmişdir.  Biosferin  təkamülünün  əsasını  orqanizmlərin  növdaxili  informasiyasının  dəyişməsi

xarici  şəraitlə  uyğunlaşması  təşkil  edirdi.  Milyard  illər  ərzində  biosferin  dinamik  stabillik  qarantı  zəruri  həddə

ekosistem  və  birliklər  halında  olan  biot  idi.  Lakin  yeni  texnologiyalar  yaranıb,  təkmilləşib  yayıldıqca,  təbii

amillərin  təsirinə  uyğunlaşmış  planetar  ekosistem  yeni  gücünə,  qüvvətinə  və  müxtəlifliyinə  görə  görünməmiş

mütəmadi təsirlərə çox məruz qalmışdır.

Sənaye  inqilabı  ilə  bağlı  olan  təbii  ehtiyatların  istifadəsinin  miqyası  artdıqca  biosferə  və  onun

komponentlərinə  olan  antropogen  təsir  obyektiv  olaraq  artır.  Hələ  XX  əsrin  40-cı  illərində  V.İ.Vernadski  qeyd

edirdi  ki,  insanın  istehsalat  fəaliyyəti  geoloji  dəyişkənliklərlə  müqayisə  oluna  biləcək  həddə  çatır.  Meşələrin

qırılması, xam torpaqların istifadəsi, eroziyaya və torpaqların şorlaşmasına, bioloji müxtəlifliyin azalmasına ekoloji

təhlükəni dərinləşdirən, daim təsir edən yeni mexaniki və fiziki-kimyəvi amillər əlavə olunmuşdur [1].

Müxtəlif  məlumatlara  əsasən,  insan  qurunun  55%-dən  çoxunu  istismar  edir,  çay  sularının  13%-ə

qədərindən  istifadə  edir,  meşələrin  qırılma  surəti  ildə  18  min/ha  təşkil  edir.  Dağ  və  tikinti  işləri,  səhralaşma  və

şorlaşma nəticəsində hər il 50-70 min/km

2

 torpaq itirilir. Tikinti və dağ-mədən işləri zamanı ildə 4 min/km



2

 süxur


qarışır.  Yerin  təkindən  nər  il  100  milyard  ton  filiz  çıxarılır,  7  milyard  ton  şərti  yanacaq  yandırılır,  800  milyon

tondan artıq müxtəlif metallar əridilir, torpağa  500 milyon ton mineral gübrələr və 4 milyon tondan çox bitkilərin

mühafizəsinin kimyəvi vasitələri verilir ki, onların da 1/3 hissəsi atmosferdə qalır və ya səth suları ilə sututarlarına

düşür [2].

Çirklənmə  -  ətraf  mühitin  əlverişsiz  dəyişməsidir.  Bu  dəyişmə  bütövlükdə  və  ya  qismən  insanların

antropogen fəaliyyətinin nəticəsidir, və ya dolayısı ilə gələn enerjinin bölünməsini, radiasiyanın səviyyələrini, ətraf

mühitin fiziki-kimyəvi xassələrini dəyişdirir. Bu dəyişikliklər insana birbaşa  və ya kənd təsərrüfatı məhsulları, su

və ya digər bioloji məhsullar vasitəsilə təsir  edə  bilər.  Onlar  eləcə  də  insanın mülkiyyətində  olan  əşyaların fiziki

xassələrini,  təbiətdə  istirahət  şəraitini  pisləşdirərək və  təbiətin  özünü  eybəcər  hala  salaraq,  insana  təsir  edə  bilər.

Çirklənmə,  ekoloji  sistemlərin  dönməz  dağılmasının  səbəbidir,  mühitin  qlobal  fiziki-kimyəvi  göstəricilərinə  təsir

edir;  çirklənmə  nəticəsində  münbit  torpaqlar  itir,  ekoloji  sistemlərin  və  bütövlükdə  biosferin  məhsuldarlığı aşağı

düşür;  çirklənmə  nəticəsində  insanın  fiziki  və  mənəvi  vəziyyəti  bilavasitə  pisləşir.  Ekoloji  baxımdan  texnosferin

biotik  dövriyyəyə  cəlb  olunmayan  bütün  məhsulları  çirkləndirici  hesab  olunur.  Hətta  kimyəvi  cəhətdən  təsirsiz

olanlar belə çirkləndirici sayılır, çünki onlar yer tutur və ekotopların artıq yükünə çevrilir. İstehsalat məhsulları da

vaxt ötdükcə çökən tullantılar kimi çirkləndiricilərə çevrilir.

Aparılan tədqiqatlar göstərir ki, hidrosferin antropogen çirklənməsi hal-hazırda qlobal xarakter almışdır və

planetdə  içməli  suyun  əlverişli  istismar  ehtiyatlarını  əsaslı  surətdə  azaltmışdır.  Sənaye,  kənd  təsərrüfatı,

mənzil-məişətin  çirkab  suları  axınlarının  ümumi  həcmi  bəzi  məlumatlara  görə  1800  km

2

-ə  çatır  ki,  onların  da



təmizlənməsi - durulaşdırılması, saflaşdırılması üçün təxminən 8,5 min km

2

, yəni dünya çaylarının 20 % tam, 60%



sabit  axarlarının  suyu  tələb  olunur.  Özü  də  ayrı-ayrı su  hövzələri  üzrə  antropogen  yük,  orta  qlobal  qiymətlərdən

xeyli yüksəkdir. Hidrosfer çirkləndiricilərinin ümumi kütləsi 15 milyad tondur.

Şirin  su  ekosistemlərinin  çirklənməsi  monitorinqində  nisbətən  yeni  istiqamət  -  dib  çöküntülərinin

çirklənməsinin təhlili və qiymətidir. Dib çöküntüləri su ekosistemlərinin ayrılmaz hissəsidir. Çirkləndirici maddələr

daxil  olduqda  dib  çöküntüləri  bir  növ  özünəməxsus  çöküntü  toplusuna  çevrilir.  Çirkləndirici  maddələr  müxtəlif

kimyəvi  çevrilmələrə  uğrayır,  bir-biri  və  ekosistemin  komponentləri  ilə  qarşılıqlı  təsirdə  olur.  Nəticədə  dib

çöküntüləri ikinci çirklənmə mənbəyinə çevrilə bilir və potensial təhlükə yaradır.

Müasir dövrdə planetin təbii sularının kəskin  azalmasının əsas  səbəbi  antropogen  çirklənmədir.  Müəyyən

edilmişdir  ki,  maddələrin  400-dən  artıq  növü  suların  çirklənməsinə  səbəb  ola  bilər.  Sanitar  -  tokstoloji,

ümumsanitar və ya orqanoleptik zərərlilik göstəricilərindən heç olmazsa biri üzrə yol verilən norma pozulduqda su

çirklənmiş  hesab olunur. Çirkləndiricilər kimyəvi, bioloji  və  fiziki  olur.  Kimyəvi  çirkləndiricilər  arasında neft  və

neft  məhsulları,  sintetik  səthi-fəal  maddələr,  pestisidlər,  ağır  metallar,  dioksinlər  çoxluq  təşkil  edir.  Bioloji

çirkləndiricilər,  məsələn,  viruslar  və  digər  xəstəlik  törədən  mikroorqanizmlər,  eləcə  də  fiziki  çirkləndiricilər  -

radioaktiv maddələr, istilik və s. suyu təhlükəli surətdə çirkləndirirlər.

Suyun tərkibində radioaktiv çirklənmə yaradan, hətta, ən cüzi miqdarda belə radioaktiv maddələrin olması

çox  təhlükəlidir.  Suda  olan  uzunömürlü  radioaktiv  elementlər  (stronsium  -  90,  uran,  radium  -  226  və  s.)  daha

zərərlidir.



Səth sularının çirklənmə prosesləri müxtəlif amillərlə əlaqəlidir. Onlardan əsaslan bunlardır:  sututarlarına

təmizlənməmiş  çirkab  suların  axıdılması,  zərərli  kimyəvi  maddələrin  leysan  sulan  ilə  yuyulması,  qaz-tüstü

tullantıları, neft məhsullarının sızması. Sənaye çirkab sulan ekosistemləri ən müxtəlif komponentlərlə çirkləndirir.

Hal-hazırda bir çox su ekosistemlərinə axıdılan sənaye çirkab sularının həcmi nəinki azalmır, həm də get-gedə artır,

Belə  ki,  Xəzər  dənizinin  sahil  boyu  dayazlıqlarının  antropogen  təsirlərə  məruz  qalması,  hövzə  boyu  çaylara

təmizlənmədən birbaşa məişət, sənaye və təsərrüfat çirkab sularının axıdılmasıdır. Bu tipli çirkab sularda müxtəlif

üzvi maddələr, eləcə də, patogen mikroorqanizmlər üstünlük təşkil edir ki, bu da bakterial çirklənmələrə səbəb olur.

Pestisidlər, ammonium və nitrat azotu, fosfor, kalium və s. çirkləndirici maddələr böyük miqyasda kənd təsərrüfatı

ərazilərində,  o  cümlədən,  heyvandarlıq  komplekslərindən  yuyulur,  sututarlarına  və  suaxarlarına  təmizlənmədən

tökülür, ona görə də üzvi maddələrin, biogen elementləri və digər çirkləndiricilərin böyük toplantısına malik olur.

Təbii suların neft və neft məhsulları ilə çirklənməsinin miqyası çox böyükdür. Hər il milyonlarla ton neft

və  neft  məhsulları neftdaşıma  gəmilərində,  neft  mədənlərində  və  sahilyanı bölgələrində  qəzalar  zamanı dəniz  və

şirin  su  ekosistemlərini  çirkləndirir.  Çay  və  göllərin  texnogen  çirklənməsi  elə  bir  həddə  çatmışdır  ki,  artıq

çirklənmə  bir  çox  bölgələrdə  özünütəmizləmə  qabiliyyətini  ötüb  keçmişdir.  Axar  çirkab  sular  yaxşı

təmizlənmədiyindən qida elementlərinin - azotun, fosforun xeyli hissəsi sututarlarına düşür. Torpağın, üzvi maddə

qalıqlarının və mineral gübrələrin xeyli miqdarı daşqın və güclü yağışlardan sonra kənd təsərrüfatı ərazilərindən su

obyektlərinə düşür. Sututarların biogenlərlə həddən artıq zənginləşməsi onların evtrofiyasına, yəni fitoplanktonun,

ilk  növbədə  göy  yaşıl yosunların  kütləvi  surətdə  çoxalmasına  və  bioməhsuldarlığın  kəskin  surətdə  yüksəlməsinə

səbəb olur. Suyun rənglənməsi və yosun kütlələrinin tədricən ölməsi ikinci çirklənməyə səbəb olur, bütün oksigen

ehtiyatlarının işlədilməsinə və «sututarların tədricən ölümünə» gətirib çıxarır. Beləliklə, antropogen evtrofikləşmə

zəhərli çirklənmələr nəticəsində yox, həmişə zərərsiz sayılan torpaq və gübrə hissəcikləri tərəfindən yaranır. Bu bir

daha onu təsdiq edir ki, hər hansı bir təbii amilin möhkəm dəyişməsi ekosistemin tarazlığını poza bilər.

Biosferin  mineral  əsasmı təşkil  edən  litosferin  üst  təbəqəsi  hal-hazırda  getdikcə  artan  antropogen  təsirə

daha  çox  məruz  qalır.  Müasir  məlumatlara  görə  litosferə  il  ərzində  85  milyard  ton  antropogen  tullantı atılır.  Bu

kütlənin böyük əksəriyyəti kimyəvi cəhətdən hərəkətsiz olsa belə, onu yer üzərində yerləşdirmək üçün insan xeyli

ərazidə təbii ekosistemləri məhv edir.

1990-cı  illərin  əvvəllərində  ağır  metalların  dünya  istehsalı  ildə  36  milyon  ton  təşkil  edirdi.  Təxmini

hesablamalara  görə,  XX  əsrin  sonunda  dünyada  300  milyon  ton  mis,  70  milyon  ton  sink,  70  milyon  xrom,  20

milyon  ton  qurğuşun,  3,5  milyon  ton  nikel,  0,6  milyon  ton  kadmium,  0,5  milyon  ton  civə  toplanmışdır.  Təbiət

əvvəllər  heç  bir  zaman  yer  səthində,  ekosferdə  ağır  metalların  belə  yükünü  görməmişdir.  Lakin  litosferin  ağır

metallarla  çirklənməsi  təkcə  göstərilən  miqdarda  müəyyən  edilmir.  Ağır  metalların  litosferə  enerji,  sənaye  və

nəqliyyat müəssisələrinin emissiyaları ilə birlikdə aerozol, toz və his şəklində, məhlulların tərkibində, bərk sənaye

tullantıları ilə, eləcə də, mineral rəngləyicilər, məişət texnikası və digər mallarla düşür.

Torpağın əsas çirkləndiriciləri  - pestisidlər, mineral gübrələr, istehsal tullantıları, atmosferdə  çirkləndirici

maddələrin  qaz  -  tüstü  tullantıları  və  s.-dir.  Dünyada  hər  il  milyon  ton  pestisid  istehsal  olunur.  Azərbaycan

Respublikasında 1990-cı illərə qədər kənd təsərrüfatında hər il 25-30 min tona yaxın pestisidlərdən istifadə edilib.

Hazırda respublikamızda təqribən 8,5 min tona yaxın DDT və digər pestisid qalıqları xüsusi poliqonda müvəqqəti

olaraq saxlanılır.

Mineral  gübrələr  lazımi  miqdarda  istifadə  edilmədikdə,  istehsal  olunduqda,  daşmanda  və  saxlanılanda,

itkiyə yol veriləndə də torpaqlar mineral gübrələrlə çirkləndirilir. Məlum olmuşdur ki, nitratların böyük əksəriyyəti

torpaqda  oksigenin  miqdarını  azaldır,  bu  isə  atmosferə  yüksək  dərəcədə  iki  «istixana»  qazının  -  azot  oksidi  və

metanın  buxarlanmasına  səbəb  olur.  Nitratlar  insan  üçün  də  təhlükəlidir.  Belə  ki,  nitratlar  insan  orqanizminə  50

mq/l-dən yüksək qatılıqda daxil olduqda, onların birbaşa ümumitoksik təsiri qeyd olunur. Mineral gübrələrin hədsiz

işlədilməsi  bəzi  rayonlarda  torpaqların  arzuedilməz  turşulaşmasına  səbəb  olur.  Torpaqda  müxtəlif  kimyəvi

birləşmələrin  -  toksikantların  toplantısı  torpaq  orqanizmlərinin  həyat  fəaliyyətinə  öldürücü  təsir  edir.  Bu  zaman

torpaq özünü xəstəlik törədən və digər arzuedilməz mikroorqanizmlərdən təmizləyə bilmir ki, bu da insan, bitki və

heyvan aləmi üçün ağır nəticələr verə bilər. Məsələn, güclü çirklənmiş  torpaqlarda qarın yatalağının törədiciləri il

yarıma qədər qala bilər, halbuki təmiz torpaqlarda bu müddət 2-3 gündür.

«Yararsız» adlandırılan torpaqlarda isə vəziyyət tamamilə başqa cürdür. İntensiv kənd təsərrüfatı üçün bu

torpaqlar  yararsızdır.  Eroziya,  şorlaşma,  bataqlaşma,  faydalı  qazıntıların  açıq  (karxana)  və  qapalı  (şaxta)

çıxarılmaları,  zəhərli  maddələrlə  çirklənmə,  sənaye  və  tikinti  materialları  tullantıları,  çirkab  sularının  relyefə

axıdılması və s. torpaqlan yararsız hala salır. Belə yararsız torpaqlar hər il getdikcə artır.



Torpağın çirklənmə dərəcələri

Çirklənmə

dərəcəsi

Torpaqların çirklənmə

dərəcələrinin qiymətləndirilməsi

Çirklənmiş, lakin praktiki olaraq

çirklənməmiş hesab olunan

torpaqlardan alınan məhsulun kəmiyyət

və keyfiyyətinin aşağı düş mə göstəricisi, 

%-lə


1

Praktik olaraq çirklənməmişdir

5-dən az

2

Zəif çirklənmişdir

6-10

3

Mülayim çirklənmişdir

11-25

4

Güclü çirklənmişdir

26-50

5

Çox güclü çirklənmişdir

51-75

6

Həddən ziyadə çirklənmişdir

75-dən yuxarı

Torpaqların  məhsuldarlığının  aşağı  düşməsi,  istehsal  edilən  biokütlənin  miqdarına  görə  cədvəldən

göründüyü kimi, torpaqların çirkləndirilməsinin 6 dərəcəsini (0-5) müəyyən etmişlər, çirklənmənin növlərinə görə

isə çirkləndirici maddələri 4 sinfə ayırır: fiziki, kimyəvi, bioloji və radioaktiv.

Çirkləndirici  hesab  edilən  maddələrin  siyahısı  və  onlar  üçün  müəyyən  olunmuş  yol  verilən  son  hədd

toplantıları müxtəlif ölkələrdə bir-birindən xeyli fərqlənir. Yol verilən son hədd toplantılarının normaları becərilən

bitkilər, mal-qara və ya insan üçün zərərlilik meyarlarına görə müəyyən edilə bilər.

Nəticə:  Elmi  araşdırmalar  göstərdi  ki,  dinamik  planetar  ekosistem  olan  biosfer  özü  təkamülünün  bütün

mərhələlərində  endogen,  ekzogen  və  antropogen  təsirlərə  məruz  qalaraq  deformasiyaya  uğramışdır.  Kimyəvi

maddələr,  ağır  metallar,  sənaye  tullantıları,  insanların  antropogen  fəaliyyəti,  qlobal  eroziya  prosesi,  şorlaşma,

şorakətləşmə,  külxana  qazlan,  meşələrin  sistemsiz  qırılması,  otlaqların  dağıdılması  atmosferə,  litosferə,

ümumiyyətlə biosferə çox böyük ziyanlar vurmuş, yaşadığımız mühiti çirkləndirmişdir.

ƏDƏBİYYAT

1.  Федоров  Л.А.,  Яблоков  A.B.  Пестициды  -  токсический  удар  по  биосфере  и  человечеству.  М.:

Наука, 1999

2. İbrahimov Z.Ə. Ekologiya. Gəncə ş. "Ələsgəroğlu" nəşriyyatı, 2006. səh. 25-119.



С.Т. Магеррамова

Экологические загрязнения биосферы в современное время

РЕЗЮМЕ

С возрастанием использования природных ресурсов, непосредственно связанной с  промыш ленной

революцией,  возрастает  влияние  на  биосферу  и  его  компоненты.  Загрязняющие  вещества  бы вают

химические, биологические и физические.

В  результате  научных  исследований,  было  доказано,  что  биосфера  во  всех  этапах  деформиро

валась, подвергаясь эндогенным, экзогенным и антропогенным влияниям.




Yüklə 42,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə