www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
129
idrakın formasıdır. Ona görə soruşmurlar ki, niyə 2 x 2 = 4-dür;
yaxud nə səbəbə üçbucaqda bucaqların bərabərliyi tərəflərin
bərabərliyini müəyyənləşdirir; yaxud niyə bu səbəb öz təsirini
doğurur; ya da nə səbəbə mühakimələrin düzgünlüyündən
nəticənin düzgünlüyü üzə çıxır. Münasibətə gətirib çıxaran və
haqqında daha niyə sualını qoymaq mümkün olmayan hər bir izah
hansısa yol verilmiş gualitas occulta üzərində dayanır: lakin
təbiətin hər növ əzəli qüvvəsi də bu növə mənsubdur. Hər bir təbii-
elmi izah son nəticədə belə bir qüvvə, yəni nəsə tamamilə qaranlıq
qüvvə üzərində dayanmalıdır və buna görədir ki, o, həm daşın, həm
də insanın daxili mahiyyətini eyni tərzdə izaholunmaz saxlayır: o,
daşın ağırlığı, ilişməsi, kimyəvi xassələri və digər təzahürləri və
eləcə də insanın idrakı və fəaliyyəti haqqında bu dərəcədə az
hesabat verə bilər. Məsələn, ağırlıq – gualitas occulta-dır, çünki
fikrən onun üstündən keçmək olar, belə ki, o, səbəbiyyət
qanunundan irəli gələn ətalət qanunu kimi nəsə zəruri olan bir şey
kimi idrak formasından irəli gəlmir: buna görə sonuncuya müncər
etmək, tamamilə yetərli izah vermək deməkdir. İki şey qəti
izahedilməzdir, yəni əsas qanununda ifadə olunan münasibətə
gətirilib çıxarıla bilməz: əvvəla, bu bütün dörd formada əsas
qanununun özüdür, çünki o, hər növ izahın prinsipi, qüvvə aldığı
şeydir; ikincisi, bu, onun üçün əlçatmaz olan şeydir, əzəli olan hər
şey özünün bütün təzahürlərində ondan irəli gəlir, başqa sözlə,
özündə şeydir və onun dərk edilməsi əsas qanununa qətiyyən tabe
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
130
deyil. Mənim son sözlərim hələlik burada tamamilə anlaşılmaz
qalır: onu yalnız növbəti kitab izah edəcəkdir. Biz həmin kitabda
elmin mümkün nailiyyətlərini bu baxımdan nəzərdən keçirəcəyik.
Lakin o yerdə ki, təbiətşünaslıq və ümumiyyətlə bütün elmlər öz
obyektlərini tərk edirlər, – çünki bu həddi təkcə şeylərin elmi izahı
yox, hətta bu izahın prinsipi, əsas qanunu da aşmır – orada,
doğrusu, fəlsəfə şeylərin üzərinə qayıdır və onları elmdən tamamilə
fərqli bir şəkildə öz bildiyi kimi nəzərdən keçirir.
Əsas qanunu haqqında fikirlərimdə, 51-ci paraqrafda
göstərmişəm ki, müxtəlif elmlərdə başlıca bələdçi, ipucu bu
qanunun bu və ya digər formasıdır və bu prinsipə əsasən elmin,
mənə belə gəlir ki, ən düzgün təsnifatını müəyyənləşdirmək olardı.
Lakin həmin bələdçiyə əsasən verilən hər cür izah həmişə, dediyim
kimi, yalnız nisbidir: o, şeylərin öz aralarındakı münasibəti
müəyyənləşdirir, lakin həmişə qabaqcadan nəzərdə tutduğu bir
şeyi izahedilməz saxlayır. Məsələn, riyaziyyatda məkan və zaman,
mexanika, fizika və kimyada - materiya, keyfiyyət, əzəli qüvvələr,
təbiət qanunları; botanika və zoologiyada - növlərin fərqi və
həyatın özü; tarixdə – bütün təfəkkür xüsusiyyətləri və iradəsi ilə
birlikdə insan nəsli belələrindəndir və onların hamısında əsas
qanunu onun hər bir halına xas olan formadadır.
Fəlsəfənin xüsusiyyəti heç bir şeyi məlum kimi nəzərdə
tutmamasıdır, onun üçün hər şey eyni dərəcədə yaddır və
problem yaradır – təkcə hadisələrin münasibətləri deyil, həm də
hadisələrin özləri, hətta əsas qanununun özü də; digər elmlər hər
şeyi bu qanunla hökmü altına gətirə bildikdə razı qalırlar, halbuki
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
131
fəlsəfə belə bundan heç nə udmazdı, çünki sıradakı üzvlərdən biri
onun üçün digəri qədər naməlumdur; bundan savayı, belə əlaqə
növünün özü onun üçün onun əlaqələndirdiyi şey qədər problem
yaradır, sonuncu isə istər əlaqəyə qədər, istərsə də əlaqə aşkara
çıxandan sonra müəmma olaraq qalır. Belə ki, artıq deyildiyi kimi,
məhz elmlərin ilkin şərtini, onların şərhinin əsasını və hüdudunu
təşkil edən şey fəlsəfənin əsl problemidir, fəlsəfə isə elm qurtaran
yerdə başlayır (seçdirmə redaktorundur). Sübutlar onun
fundamenti ola bilməz, belə ki, onlar məlum prinsiplərdən
naməlumları çıxarırlar: onun üçün isə hər şey eyni dərəcədə
naməlum və yaddır. Elə bir prinsip ola bilməz ki, dünya özünün
bütün təzahürləri ilə mövcudluğuna görə ona borclu olsun: bax elə
bu səbəbdəndir ki, Spinoza istədiyi kimi, fəlsəfəni exfirmis principiis
(möhkəm ilkin başlanğıclardan) dəlillərlə çıxarmaq olmaz. Bundan
savayı, fəlsəfə– ən ümumi bilikdir və onun başlıca prinsipləri
hansısa digər, daha ümumi bilikdən çıxarıla bilməz. Ziddiyyət
qanunu yalnız anlayışların uzlaşmasını hadisələrin özünü yox,
əlaqəsini izah edir. Odur ki, fəlsəfə hansısa causa efficiens (təsir
göstərən səbəb)-i və ya bütün dünyanın causa finalis
35
-ini (son
səbəb) axtarıb tapmağa cəhd göstərmir. Hər halda müasir fəlsəfə
dünyanın necə və nədən ötrü mövcud olduğunu yox, yalnız onun
nə olmasının əslinə yetişmək istəyir. Nə üçün sualı isə burada nə
sualına tabedir, çünki o, artıq dünyaya aiddir və onun təzahür
formasından, əsas qanunundan törəyir və yalnız bu səbəbdən
mahiyyət və qüvvə kəsb edir. Doğrudur,belə demək olar, dünyanın
nə olmasını, bunu hər kəs kənar kömək olmadan da dərk edə bilər,
çünki onun özü idrakın subyektidir, dünya isə onun təsəvvürü və
bu iddia ədalətli olardı. Lakin belə idrak əyanidir, bu in concreto
idrakdır; fəlsəfənin vəzifəsi onu in abstracto yenidən yaratmaq,
Dostları ilə paylaş: |