Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə40/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   36   37   38   39   40   41   42   43   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

126 


qüsursuzluğu  nisbidir,  onlar  yalnız  bütün  elmi  həqiqət  fondunu 

təşkil  edən  ali  elmi  müddəalara  gətirib  çıxarırlar,  odur  ki,  bizim 

onları  yenidən  sübut  etməyə  haqqımız  yoxdur,  amma  yox,  onlar 

seyrə    əsaslanmalıdırlar  və  bu  seyr  yuxarıda  adları  çəkilən  az 

miqdarda  elmlərdə  sırf  aprior  seyrdir,  yerdə  qalan  hallarda  isə 

həmişə  empirikdir  və  o,  ümumiyə  yalnız  induksiya  vasitəsilə 

yüksəlir.  Buna  görə,  təcrübi  elmlərdə  təkcəli  ümumidən  sübuta 

yetirilsə  də,  hər  halda  ümumi  öz  doğruluğunu  yalnız  təkcəlidən 

əldə  etmiş  və  öz-özünü  doğuran  zəmin  yox,  olsa-olsa  toplanmış 

ehtiyatların  anbarıdır. 

Həqiqətin əsaslandırılması ilə əlaqədar bunları demək olar. 

Yanılmanın mənşəyi və imkanlarına münasibətdə Platonun 

dövründən  bəri  –  yəni  o,  quşxana  timsalında  məsələnin  obrazlı 

həllini verdiyi vaxtdan (quşxanaya təkcə göyərçin salınmır və s.) bir 

çox  izah  təklif  olunur.  (Theectet,  səh.  167  və  sonra)  Kantın 

diaqonal hərəkət obrazının köməyi ilə yanılma mənbəyinin tutqun 

və qeyri-müəyyən izahını “Xalis zəkanın tənqidi”ndə (birinci nəşr, 

səh. 299, beşinci nəşr, səh. 350) tapmaq olar. 

Həqiqət hökmün öz idrak əsasına münasibəti olduğu üçün 

problem  bundan  ibarətdir  ki,  mühakimə  yürüdən  necə  düşünə 

bilər ki, ona malik olmadan belə bir əsasa həqiqətən malikdir, yəni 

yanılma,  zəkanının  aldanması  necə  mümkündür.  Mən  bu  imkanı 

görüntünün,  yaxud  yuxarıda  izah  edildiyi  kimi  dərrakənin  aldanış 

imkanının tam bir analogiyası hesab edirəm. Mənim fikrim ondan 

ibarətdir  ki,  (bu  mənim  izahımın  məhz  burada  yerinə  düşdüyünə 

dəlalət edir) hər cür yanılma nəticədən əsasa doğru əqli hökmdür, 

belə hökm isə yalnız o zaman düzgün ola bilər ki, nəticənin məhz 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

127 


bu,  daha  hansısa  başqa  bir  əsasa  malik  olmadığı  məlum  olsun, 

ancaq  heç  vəchlə  başqa  halda  yox.  Yanlışlığa  yol  verən  şəxs 

nəticəyə    da  elə  əsası  aid  edir  ki,  ona,  ümumiyyətlə,  malik  ola 

bilməz–  o,  bu  halda  dərrakənin  həqiqi  çatışmamazlığını,  yəni 

səbəb  və  təsir  arasındakı  əlaqəni  bilavasitə  dərk  etmək 

qabiliyyətini  aşkar  edir;  ya  da,  çox  vaxt  olduğu  kimi,  o,  nəticəyə  

mümkün əsası aid etsə də, nəticədən əsasa doğru gəldiyi qərarla 

bağlı mühakiməsinə onu da qoşur ki, guya həmin nəticə “həmişə” 

yalnız  onun  göstərdiyi  əsasdan  irəli  gəlir,  bu  haqqı  isə  ona  yalnız 

nəzərdə  tutduğu,  amma  etmədiyi  tam  induksiya  verə  bilər,  bu 

səbəbdən yuxarıda göstərilən “həmişə” çox geniş anlayış olduğuna 

görə, onun yerinə “bəzən” və ya “çox vaxt” sözləri qoyula bilərdi; 

bu şəkildə əqli nəticə problematik xarakter kəsb edə və özlüyündə 

səhv  olmazdı.  Yanılanın  bu  üsulları  ya  tələskənlikdən,  ya  da 

imkanların  çox  məhdud  dərk  edilməsindən  baş  verir  və  elə  bu 

səbəbdəndir  ki,  o    induksiyanı  yerinə  yetirmək  lazım  olduğunu 

bilmir.  Buna  görə  yanlışlıq  görüntü  ilə  tam  oxşardır.  Onların  hər 

ikisi  əsasdan  nəticəyə  gələn  qənaətdir:  görüntü  daim  səbəbiyyət 

qanunu üzrə, təkcə elə dərrakədən, yəni bilavasitə seyrin özündə 

yaranır;  yanılma  əsas  qanununun  bütün  formaları  üzrə  ağıl 

tərəfindən,  yəni  əsl  təfəkkürdə  əmələ  gəlir;  çox  vaxt  o,  həmçinin 

səbəbiyyət qanunu üzrə baş verir, bunu aşağıdakı üç nümunədən 

görmək olar ki, onları üç növ yanılmanın tipi və ya nümayəndələri 

saymaq olar. 1) Hissi görüntü (dərrakənin aldanması) yanılmasına 

(zəkanın aldanışına) aparır, məsələn, əgər rəsm əsəri qorelyef kimi 

qəbul  edilib,  həqiqətən  qorelyef  sayılarsa,  çox  vaxt  bu  aşağıdakı 

mühakimədən  gəlinən  əqli  nəticə  üzündən  baş  verir:  “Əgər  tünd 

boz  arabir  bütün  çalarlar  vasitəsilə  ağa  keçirsə,  o  zaman  bütün 

hallarda  bunun  səbəbi  yüksəklərin  və  çökəklərin  üzərinə  qeyri-



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

128 


bərabər  düşən  işıqdır:  ergo”...  2)  “Əgər  kassamda  pul  çatışmırsa, 

bütün  hallarda  bunun  səbəbi  odur  ki,  qulluqçumda  müvafiq  açar 

vardır: ergo" 3) “Əgər prizma vasitəsilə istiqamətini dəyişmiş, yəni 

yuxarı  və  ya  aşağı  çəkilmiş  günəş  təsviri  əvvəlki  dairəvi  və  ağ 

görüntüşü  əvəzinə,  qəfildən  uzadılmış  və  rənglənmiş  şəkil  alırsa, 

bunun səbəbi birdəfəlik odur ki, işıqda müxtəlif rəngə boyanmış və 

bununla  müxtəlif  tərzdə  sınmış  işıq  şüaları  vardır  ki,  onlar  da 

özlərinin müxtəlif sınmaları üzündən aralandıqlarına görə uzun və 

müxtəlif rəngə boyanmış obraz verirlər: ergo – bibamus (deməli – 

gəlin içək!)

34

” 

  Çox vaxt yanlış ümumiləşdirilmiş, hipotetik, əsasın nəticə 



kimi qəbul edilməsindən irəli gələn daha böyük mühakimədən bu 

nəticəyə  yalnız  hesablamalar  zamanı  səhvlər  istisna  olmaqla  hər 

cür yanılma müncər edilər bilər; lakin bu, əslində, yanlışlıq yox, adi 

səhvlərdir:  ədəd  anlayışlarının  göstərdiyi  əməliyyat  sırf  seyrdə  – 

hesabda baş verməmiş, onun əvəzinə isə başqa əməliyyatı yerinə 

yetirmişlər. 

Ümumiyyətlə,  elmlərin  məzmununa  gəldikdə  isə,  o, 

doğrusu, əsas qanununa görə, həmişə dünya hadisələrinin qarşılıqlı 

münasibətidir  və    bircə  onun  vasitəsilə  qüvvə  və  əhəmiyyət  kəsb 

edən  nə  səbəbə-ni  rəhbər  tutur.  Belə  münasibətə  göstəriş  izah 

adlanır.  Sonuncu  bu  yolla  iki  təsəvvür  arasındakı  münasibətləri 

həmin  təsəvvürlərin  yerləşdiyi  sinifdə  hökmranlıq  edən  əsas 

qanununun  formasında  göstərir.  İzah bu həddə  çatanda daha  niyə 

sualını vermək olmaz, çünki göstərilən münasibət məhz bu cürdür 

və  onu  başqa  cür  təsəvvür  etmək  mümkün  deyil,  yəni  o,  hər  növ 



Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə