84
Cümə namazında bu barədə söhbətimiz olub. Onlar bu
yolla xalqın düşüncəsinə nüfuz etmək istəyir. Kütləvi
informasiya vasitələri onlar üçün bir silahdır. Ölkə
daxilində də bəziləri onlarla səs-səsə verib.
Təbii ki, bu sahədə xətaya yol verənlərin hamısı
düşmən deyil. Bəziləri nadan dostlardır. Mən bizim
tərəfdə olanlardan ciddi şəkildə düşüncələrini işə
salmalarını istəyirəm. Bilsinlər ki, bu gün düşmən kimdir.
Düşmənin planını bilsinlər. Ağıl budur ki, bütün bunları
görəsən. Siz atəş açanda, bomba atanda düşünməlisiniz ki,
düşmən sizin bu ərazini vurmağınızı istəyir, yoxsa yox?
Düşmənin
istəyini
həyata
keçirməyin,
işini
asanlaşdırmayın, ona sərf edən addımlar atmayın. Siyasi
təhlil gücünüz olsun. Düşmənə işləyən xətalara yol
verməməyiniz üçün məsələni yaxşı araşdırın. Təbii ki,
münafiq, riyakar düşmən özü üzə çıxa bilmədiyindən sadə,
səmimi, nadan insanların arxasında gizlənir. Bu adamları
tapıb xəbərdarlıq etmək lazımdır. Bu gün ölkənin və
millətin ehtiyacı var ki, insanlarımız iti düşüncəli və iti
baxışlı olsun. Ayıq olaq, düşməni tanıyaq, onun işləri
barədə məlumatımız olsun.
1
1
Cihad quruculuğu məsulları ilə görüş, 1999
85
Üçüncü fəsil: Düşmən nüfuzu yaradan
amillər
Düşmə
n nüfuzundan q
ə
fl
ə
td
ə
olmaq z
ə
rb
ə
almaqla n
ə
tic
ə
l
ə
nir
Qurani-Kərimdə
Uhud
savaşından
danışılarkən
buyurulur: “Sizə bir müsibət üz verən zaman deyirsiniz ki,
bu müsibət haradandır?! Hansı ki, bundan iki qat artıq
zərbə vurmusunuz. De ki, bu müsibət özünüzdəndir...”
1
Ühüd savaşında acı hadisələr baş verdi. Müsəlmanlar
əvvəlcə qalib gəldilər, sonra bir qrup onlara verilmiş
tapşırığı yaddan çıxardı və mövqeyini tərk etdi. Onlar
qənimət toplamaq üçün meydana getdilər. Fürsətdən
istifadə edən düşmən İslam qüvvələrinin arxasına keçib
onlara
zərbə
vurdular.
Bu
zaman
müsəlmanlar
qorxularından dağa dırmanmağa başladılar. Həzrət
Peyğəmbərin (s) həyatı üçün təhlükə yarandı. Peyğəmbər
(s) yaralandı. Sonradan müsəlmanlar gileyləndi ki, nə
üçün belə oldu. Dedilər ki, Allah bizə qələbə vəd etmişdi.
Cavab olaraq Allah-Taala buyurur ki, biz sizi qalib etdik,
Allahın vədi həyata keçdi; amma siz özünüz işi pozdunuz;
əvvəla düşmən sizə zərbə vurdusa, siz də onlara zərbə
yetirdiniz; təəccüb etməyin, döyüş meydanında həm
vurulmaq var, həm də vurmaq... Siyasət meydanında da,
dünya iqtisadiyyatında da vurmaq və vurulmaq var.
Vurulmamaq
intizarında
olmalı
deyilik.
Ayədə
müsəlmanların dilindən nəql olunur ki, onlar nə üçün
vurulduqlarından heyrətləndilər. Sonra Quran buyurur ki,
1
Ali-İmran surəsi, ayə 165
86
müqəssir özünüzsünüz. Bəli, müsəlmanlar müəyyən
məqamlarda öz vəzifələrini yerinə yetirmədilər. Azğın
nəfsi ayaq altına almadıqlarından bunun acısını daddılar.
Bəzi şeylərdən çəkinmək lazım idi, çəkinmədilər.
Siyasətdə də belədir. Rifah, dəbdəbəçiliyə meyilləndik.
Onlar zəif nöqtələr idi. Biz varlı yaşayanda xalq da bizə
baxıb, var-dövlət ardınca gedəcək. Bəziləri bəhanə axtarır.
Bizə baxırlar və deyirlər ki, onlar necə yaşayırsa biz də elə
yaşamaq istəyirik. Bəziləri bu əqidədədir ki, israf və ifrata
yol vermək olmaz. Amma bizə baxanda, bizdə israf və
ifrat görəndə düşünürlər ki, başçılar belə edirsə nə üçün
onlar nəfslərinə qarşı çıxmalıdır?! Bütün bunlar təhlükəli
hallardır. İnqilab və inqilabçıların yolu İslam təlimləri
əsasında dəbdəbəçilikdən çəkinməkdir. Xalq üçün
bacardığınız səviyyədə rifah yaradın. Milli gəliri
bacardığınız qədər artırın. Ölkənin sərvətli olması üçün
çalışın. Amma məsullar bu arada özlərinə yox deməli,
dəbdəbəli həyatdan çəkinməlidir.
Cihad və isar ruhiyyəsindən uzaqlıq, düşmənin ideoloji
hücumlarına diqqətsizlik, düşmənin pusquda olmasına göz
yummaq, kütləvi informasiya vasitələrində düşmən
təxribatlarına
diqqətsizlik,
beytül-maldan
istifadədə
məsuliyyətsizlik
bizim
günahlarımızdır,
zəif
nöqtələrimizdir.
1
1
Dövlət məsulları ilə görüş, 2012
87
Düşmə
n nüfuzuna diqq
ə
tsiz olanda
düşmə
n s
ə
ni borclu
çıxarır
Şəhidlərin xatirəsini unutmamalıyıq. Onların xatirəsi
əzizdir, həmişə zehnimizdə canlı olmalıdır. Ölkənin bütün
vilayətlərində bu nöqtəyə diqqət yetirilməlidir. Böyük
Xorasan vilayəti 23 min şəhid verib. Bu vilayət indi 3
vilayətə bölünüb. Bu rəqəm olduqca böyük rəqəmdir. Yol
verməyin ki, bu xatirələr unutqanlıq tozu altında qalsın.
Şəhidlərin xatirəsini əziz saxlayın. Dövlət məsulları bu işi
görməlidir. Şəhid mərkəzlərinin məsulları buna vəzifəlidir.
Başqa dövlət qurumlarının da bu sahədə məsuliyyəti var.
Ailələr də təsirləri olan mühitdə bu işi görməlidir. Şəhid
adı heç zaman unudulmamalıdır. Şəhidlərlə həmişə qürur
duymalıyıq. İnadkar düşmən təbliğatlarında şəhadət
dəyərləri də hədəfdədir. Bəzən bunu anti-dəyər kimi
göstərmək istəyirlər. Ölkəmizdə belə hadisələr baş verib.
Əlbəttə ki, qarşısı alınıb. Bəziləri o qədər həyasızlaşıb ki,
şəhid adı, şəhadət hadisəsinin özünü sual altına alıblar.
Görün düşmən ideoloji və siyasi təxribatlarında hansı
yollara əl atır. Çox ayıq olmalıyıq. Bu təxribatların qarşısı
alınmalıdır. İslam meyarlarına görə şəhidlər övliyalar və
siddiqlər sırasındadır. Bu çox uca bir baxışdır və insan
ağlına çətin sığır. Şəhid materialist baxımdan belə öz
milləti yolunda həyatını qurban verən insandır. Heç bir
vicdanlı və ləyaqətli insan bu həqiqəti inkar edə bilməz.
Ölkəmizdə elə bir zaman oldu ki, bu həqiqəti inkar etmək
istədilər. Şəhid övladları atalarının adı ilə fəxr etsinlər.
Onlar hansısa ölkəyə hücum zamanı yox, öz ölkələrini
müdafiə edərkən şəhadətə çatıblar. Onlar xalqın milli
ləyaqətini qorumaq yolunda fəda olublar. Bir zaman şər
BƏƏS rejimi dövründə İrana hücum oldu, ən azı İranın bir
hissəsini qoparmaq istədilər. Torpaqlarımıza, evlərimizə
Dostları ilə paylaş: |