DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   25   26   27   28   29   30   31   32   ...   50

 
91 
hər  adamla  sərt  rəftar  etmirik.  Çalışırıq  ki,  sərtlik 
göstərmədən  tədbir  görək.  Biz  düzgün  müdiriyyətlə 
düşməni  dosta  çeviririk.  İnsaflı  olanlarda  belə  rəftarın 
təsiri var. Əlbəttə, bəziləri qərəzli və fitnəkardır. Şübhəsiz 
ki,  İslam  Respublikası  belələri  ilə  qanun  əsasında  rəftar 
edir.  
Mömin  insanların,  xüsusi  ilə  gənclərin  vəzifəsi  budur 
ki,  əvvəlcə  qərəzli  adamları  müəyyənləşdirsinlər.  Qərəzli 
insanları xeyirxah insanlarla səhv salmaq olmaz. Sonradan 
məlumatsız  insanları,  bilmədən  müxalifət  göstərənləri 
ayıltmaq  lazımdır.  Gənclərin  ruhiyyəsi,  nikbinliyi 
güclüdür. Onlar daha çox məsuliyyət hiss etməlidir. Xalqı 
məlumatlandırmaq,  istənilən  bir  libasda  olan  düşməni 
tanımaq əsas vəzifələrimizdəndir.  
Düşmə
n bir mövzuya çox diqq
ə
t yetirirs
ə

bu onu göst
ə
rir ki, h
ə
min mövzu nüfuz 
etm
ə
k üçün seçilib 
Bu gün Amerika və müttəfiqləri, onların əlaltıları fürsət 
gözləyirlər.  İnqilabdan  intiqam  almaq  istəyirlər.  İnqilabi 
gənclərdən  xəbis  şah  Məhəmməd  Rzanın,  onun  zalım 
ailəsi  və  SAVAK  xəfiyyə  idarəsinin  intiqamını  almağa 
çalışırlar.  Nüfuz  etmək  üçün  nöqtə  axtarırlar.  İnqilabın 
daxilinə  nüfuz  etmək  istəyirlər.  Ayıq  olun,  necə  ki, 
keçmişdə ayıq olmusunuz.  
Xalqımız  düşmənin  uzanan  əllərini  kəsəcək.  Düşmən 
xalqımızın  düyünlənmiş  yumruğu  ilə  üzləşəcək.  Xəbis 
olmaqla  yanaşı  diqqətsiz  və  nadan  düşmənlərimizə 
deyirəm  ki,  siz  İran  xalqına  münasibətdə  səhvə  yol 
vermisiniz,  bu  xalqı  tanımamısınız.  İnqilabdan  bu  günə 
qədər  bu  xalq  və  ölkə  haqqında  apardığınız  araşdırmalar 
yanlışdır,  buna  görə  də  daim  məğlub  olursunuz.  Bu  xalq 


 
92 
İslama bağlı xalqdır. Bu xalq İslama xidmətləri sevir. Bu 
xalq öz xoşbəxtliyini İslamda axtarır. Bu xalq İslama iman 
və  sədaqəti  ilə  sizin  bütün  düyünlərinizi  açacaq  və  heç 
vaxt təslim olmayacaq. 
Bəsic  -  könüllülər  ölkə  boyu  ayıqdır.  Bütün  silahlı 
qüvvələr,  o  cümlədən  ordu,  İnqilab  Keşikçiləri,  asayiş 
keşikçiləri  -  polis  ayıq  olmalıdır.  Hamı  ayıq  olmalıdır. 
Amma Bəsicin - könüllülərin ikiqat ayıq olmasına ehtiyac 
var.  Şəhər  ya  kənd,  universitet  ya  hövzə,  harada  olursa 
olsun Bəsic ayıqlığını qorumalıdır. Düşmən zərbə vurmaq 
üçün  bir  istiqamətlə  irəliləmir.  O  müxtəlif  yollarla  irəli 
gəlir. Gözünüzü açın, düşməni tanıyın. İmam Xomeyni (r) 
bu xətləri bizim üçün aydınlaşdırıb.  
Düşmən bir mövzuya çox diqqət yetirirsə, siz də həmin 
mövzuya  diqqətli  olun.  Bilin  ki,  düşmən  həmin  nöqtəni 
fitnəkarlıq  üçün  seçib.  Düşmən  inqilaba,  xalqa,  xalqın 
sevgisinə  fokuslananda  bilin  ki,  düşmən  bütün  bunlardan 
qorxur. Sizin inqilab səhnəsində hüzurunuz, ayıqlığınız və 
hazırlığınız düşmənin ümidini qırır.
1
 
Müst
ə
qilliyin 
olmaması
 
düşmə
nin nüfuz 
yoludur 
Müstəqilliyi  olmayan  məmləkətlərlə  qəddarlıqla  rəftar 
edirlər.  Təlaş  göstərirlər  ki,  milli  kimliyi  xalqın  əlindən 
alsınlar.  Millətin  qürur  duyduğu  dəyərləri  aradan 
qaldırmaq  istəyirlər.  Onlara  tarixlərini  unutdurmağa 
çalışırlar. 
Maddi 
sərvətlərini 
çapıb-talayırlar. 
Mədəniyyətlərini, dillərini əllərindən alırlar. Bir ölkənin o 
biri  ölkə  üzərində  hakim  olması  üçün  bu  işlər  görülür. 
                                                           
1
 Hərbi Dəniz Qüvvələri, bəsic - könüllülərlə görüş, 1991 


 
93 
İstismar  dövründə  belə  idi.  Burada  istemarla  istismarı 
fərqləndirməli  oluruq.  İstemar  düşmənin  birbaşa  hakim 
olmasıdır.  Düşmənlər  İrana  heç  vaxt  belə  hakim  ola 
bilməyiblər. İngilislər bir zaman bu işi görmək istəyirdilər, 
İran  xalqı  yol  vermədi.  İstemar  alınmayanda  istismar 
başlayır.  Çalışırlar  ki,  öz  nüfuzlarını  imkan  həddində 
gücləndirsinlər.  
Mən öz yaxın keçmişimizdən, ötən yüz ildən 4 nümunə 
üzərində dayanmaq istəyirəm. Bu 4 nümunədən aydın olur 
ki,  düşmən  ölkənin  siyasi  qurumları  və  mədəniyyətinə 
hakim  olanda  o  məmləkət  və  xalq  necə  acınacaqlı 
vəziyyətə düşür.  
Bir  nümunə  Məşrutə  dövrüdür.  Qacar  istibdadı 
dövründə  xalqı  boğaza  yığdılar,  xalq  qiyam  qaldırdı.  Bu 
qiyama din alimləri başçılıq edirdi. Nəcəfdə olan mərhum 
Ayətullah  Axund  Xorasani  kimi  təqlid  mərcəsi,  Tehranda 
mərhum  Şeyx  Fəzlullah  Nuri,  mərhum  Seyyid  Abdullah 
Behbəhani,  mərhum  Seyyid  Məhəmməd  Təbatəbai 
Məşrutə  hərəkatına  rəhbərlik  edirdi.  Nəcəf  elm  hövzəsi 
onları himayə edirdi.  
Onlar  İranda  ədalətin  bərpasını  istəyirdilər.  İstəyirdilər 
ki,  istibdad  aradan  qalxsın.  O  zaman  İngiltərənin  İranda 
nüfuzu  güclü  idi.  Ziyalıları  bir  növ  öz  qəlibinə  salmışdı. 
Təbii  ki,  xalqa,  məmləkətə  can  yandıranlar  arasında  da 
ziyalılar  vardı.  Biz  onların  haqqını  tapdaya  bilmərik. 
Amma  bir  qrup  ziyalı  açıq-aşkar  ingilislərə  muzdurluq 
edirdi.  Məşrutə  İngiltərə  üslubunda  bir  hərəkat  idi. 
Ziyalılar  ədalətli  hökumət  qurmaq  əvəzinə,  məşrutəni 
hakimiyyətə  gətirdilər.  Nəticəsi  nə  oldu?  Din  alimlərinin 
rəhbərliyi  altında,  dini  şüarlarla  başlamış  hərəkat  qısa  bir 
müddətdən  sonra  mahiyyətini  dəyişdi,  qiyamın  önündə 
gedən şeyx Fəzlullah Nuri kimi bir şəxs Məşrutə hökuməti 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə