100
verib. Amma xalqımız möhkəm dayanıb, inqilab yolunu
əzmlə davam etdirib. Bütün problemlərdən ötüb keçmişik.
Bundan sonra da belə olacaq.
1
Amerika ilə siyasi əlaqələr bizim zərərimizədir. Əvvəla,
bu əlaqələr Amerikanın təhlükəsini azaltmır. Amerika
İraqla siyasi, diplomatik rabitələri olan bir zamanda bu
ölkəyə hücum etdi. Həmin vaxt İraqda səfiri var idi.
Amerikanın İraqda səfiri vardı, İraqın da Amerikada.
Diplomatik rabitə heç bir zorakı qüvvənin qarşısını ala
bilmir. İkincisi, Amerika üçün diplomatik münasibətlər bir
vasitədir. Onlar diplomatik münasibətlər vasitəsi ilə
ölkələrə nüfuz edirlər. Öz şəbəkələrini yaratmaq üçün
belə rabitələrdən faydalanırlar. İngilislər də belə idi.
İngiltərənin uzun illər fəaliyyət göstərmiş səfirlikləri
əslində özünü satmağa hazır olanlar üçün bir mərkəz idi.
İnqilabdan sonra Amerikanın səfirliyi eyni funksiyanı
yerinə yetirirdi. Ölkədə təxribatlar, iğtişaşlar Amerika
səfirliyində planlaşdırılırdı. Onların pozucu fəaliyyət üçün
ölkə daxilində bir mərkəzə ehtiyacları var. Bir kanal
axtarırlar ki, ölkəyə öz casuslarını rahat göndərə bilsinlər.
Hazırda bundan məhrum olublar. İndi bəziləri oturub,
Amerika ilə əlaqələrin olmamasının ölkəmizə zərər
olduğunu sübut etməyə çalışır. Xeyr cənablar! Amerika ilə
əlaqələrin olmaması bizim xeyrimizədir. Əgər bir gün
Amerika ilə münasibət qurmaq faydalı olsa bunu elan
edəcək ilk şəxs mən özüməm.
Deyirlər ki, nə üçün Amerikanı özümüzə düşmən
edirik? Məsələn, prezident bir söz deyir və bəziləri bu
sözün düşmənçiliyə səbəb olduğunu iddia edir. Xeyr
cənablar,
Amerikanın
düşmənçiliyi
bu
sözlərlə
1
Məbəs bayramı münasibəti ilə məsullarla görüş, 2012
101
şərtlənməyib. Amerika prinsiplərimizə görə bizimlə
düşməndir. İnqilabın əvvəlindən bu günə qədər düşmən
olublar. Səkkiz illik müharibə başa çatandan bu günə
qədər ardıcıl şəkildə İran xalqını hədələyiblər. Onların
hərbi təcavüz ilə qorxutması bu günün söhbəti deyil.
Unutmayın ki, düşmən təhlükəsini zəiflədəcək amil sizin
iqtidarınızdır. Zəiflik yox, qüdrət nümayiş etdirin. Sizin
özünüzü zəif göstərməyiniz düşməni tamaha salır. Amma
hiss edəndə ki, siz güclüsünüz geri otururlar. Zəifliyinizi
görsələr irəli gələcəklər. Bizim problemimiz Amerika
xaqlı yox, Amerika rejimi ilədir. Amerika xalqı ilə heç bir
düşmənçiliyimiz yoxdur. Heç bir xalqla düşmən deyilik.
Əlbəttə ki, Amerika rejimi ciddi təbliğatlar vasitəsi ilə
Amerikada ictimai fikiri dəyişib. Amerikalıların çoxu İran
həqiqətlərindən xəbərsizdir. Bilmirlər İranda nə baş verir.
Bircə bunu eşidiblər ki, İranda insan haqları pozulur, irtica
var. Bunu dövlət onlara aşılayıb. Xalq da inanıb. Bu
təbliğat olmasaydı Amerika xalqı da başqa xalqlar kimi
idi. Bir sözlə, bizim xalqlarla problemimiz yoxdur,
problemimiz Amerika rejimidir.
1
Müzakir
ə
düşmə
nin nüfuzu üçün bir
bacadır
Amerikanın imperializmin təzahürü olaraq İslam
Respublikasının qarşısındakı siyasəti aydın bir siyasətdir.
Təbliğat üsullarında bunu pərdələməyə çalışırlar. Amma
diqqətlə baxan insan bunu görür. Bu nədən ibarətdir?
Amerika onu İranın maddi və mənəvi sərvətlərindən
məhrum edən amilləri aradan qaldırmaq istəyir. Bəs bu
1
Tələbə və məktəblilərlə görüş, 1998
102
hansı amillərdir? Bu İran xalqının müstəqillik istəyi, İslam
sevgisidir. İslam bu milləti zülmün caynağından xilas
edib. Amerikanı İranın sərvətlərindən məhrum edən bu
xalqın mübarizə ruhiyyəsidir. Bu xalq zor qarşısında
təslim olmur. Amerika harada müqavimət güclüsə oranı
daha çox hədəfə alıb. Gənclərimiz bu barədə lazımınca
düşünməli və bu məsələyə diqqət yetirməlidir.
Onların insan haqları mövzusunda şüarları özləri də
bilirlər ki, sadəcə şüar, gözdən pərdə asmaqdır. Bunu
təzyiq üçün vasitə kimi istifadə edirlər. Amerika uzun
illərdir hansı dövlətlə baş-başa gəlsə insan haqlarının
pozulmasını bəhanə kimi ortaya atır. Hay-küy salır ki, bu
ölkədə insan haqları, demokratiya prinsipləri pozulur.
Özləri də gözəl bilirlər ki, bu yalandır. Artıq dünya da
bunu görür.
Onların İran İslam Respublikasından istəyi dəfələrlə
dilə gətirdikləri kimi Fələstin məsələsidir. İstəyirlər ki,
İran bu məsələdə geri çəkilsin, İsrail rəsmi tanınsın. Necə
ki, bir çox ölkələr Fələstin problemi barədə düşünmür.
İstəyirlər ki, biz Amerikanın regionda, xüsusi ilə İranda
hüzurunu qəbul edək. Amerikanın əsl istəyi budur. Amma
bu istəklərini pərdələyirlər, saxta ittihamlar, böhtanlarla
çıxış edirlər. Əsl məqsədləri isə qeyd etdiklərimdir.
Yaxşı bilirlər ki, İran xalqı nə qədər ki, İslam
prinsiplərinə sadiqdir Amerikanın istəkləri gözündə
qalacaq. İslama etiqadlı bir şəxsin zülmə boyun əyməsi
mümkünsüzdür. İslamda zülm etmək pis sayıldığı kimi
zülmə təslim olmaq da pis sayılır. Məkarimul-əxlaq
duasında bu mövzuya toxunulur. İmam Səccad (ə) duada
dilə gətirir ki, Pərvərdigara, mənə zülm olunmasına yol
vermə; Sən mənə qarşı zülmə mane olmağa qadirsən;
mənə də başqasına zülm etmək imkanı vermə, Sən buna da
Dostları ilə paylaş: |