106
fərqlənir. Başqa ölkələrlə müzakirədə qarşılıqlı faydalar
mövcuddur. Bunu Amerikaya aid etmək olmaz.
1
Onların düşmənçilikləri İslam Respublikası nizamı
üzərində təmərküzləşib. Müzakirələrdən danışmaqları
yalnız nüfuz etmək üçündür.
2
Bu gün məmləkətimizin problemi bir qrup biganə, bir
qrup səhlənkar insanlarla bağlıdır. Əlbəttə onların sayı
azdır.
Əzəmətli inqilabi cəmiyyətlə müqayisədə belə insanlar
azlıq təşkil edir. Amma onlar fəaldırlar. Yazırlar,
danışırlar, təkrarlayırlar, düşmən də onlara kömək edir. Bu
gün İslam Respublikasının düşmənlərinin əsas işlərindən
biri öncə qeyd etdiyim kimi dövlət məsullarının
hesablamalarına şübhə yaratmaqdır. İctimai fikir üzərində
işləyirlər. Əlbəttə ki, biz bütün bunlardan xəbərdarıq və
prosesi izləyirik. İnqilabi, dini, məmləkətin xeyrinə olan
düşüncələri aradan qaldırmağa çalışırlar. Əsas hədəfləri də
gənclərdir. Belə bir vəziyyətdə gənclərimiz çox diqqətli
olmalıdır. Həmd olsun Allaha ki, ayıqdırlar. Həm
universitetdəkilər, həm silahlı qüvvələrimiz, həm asayiş
keşikçilərimiz, həm ordu, həm inqilab keşikçiləri, həm
bəsic
açıq
gözlə
fəaliyyətdədir.
Bu
baxımdan
nigarançılığım yoxdur. Bu gün tərəf müqabilim olan və
dənizdə təhlükəsizliyi öhdəsinə almış gənclər öz işlərinin
əhəmiyyətini dərk etsinlər. Bu gün İslam Respublikasında
iman düşmən cəbhəsindəki küfrlə üzbəüzdür. Mübahilə
zamanı Peyğəmbər (s) və onun ailəsinin mənəvi iqtidarı
düşməni səhnədən çıxardı. İran xalqı da Allahın yardımı
və gücü ilə öz mənəvi və maddi imkanlarını işə salaraq
1
İnqilab Keşikçilərinin Dəniz Qüvvələri komandanları ilə görüş, 2016
2
İnqilab Keşikçilərinin Dəniz Qüvvələri komandanları ilə görüş, 2016
107
düşməni meydandan çıxaracaq. (İnqilab Keşikçilərinin
Dəniz Qüvvələri komandanları ilə görüş, şəmsi 1394)
Seçkil
ə
rd
ə
diqq
ə
tsizlik
düşmə
n nüfuzuna
s
ə
b
ə
b olur
Biz nüvə müzakirələrində, “bərcam” adlandırılan nüvə
razılaşmasında düşmən nüfuzu məsələsi barədə danışdıq.
Bu çox mühüm məsələdir. Ölkədə müxtəlif sahələr barədə
informasiyası olanlar yaxşı bilirlər ki, bu xalqın düşüncə
və imanına nüfuz etmək üçün necə çirkin planlar
hazırlanıb. Bu gün fəaliyyətdədirlər. Seçkilər zamanı çox
diqqətli olmaq lazımdır. Əgər düşmənin təsiri altında olan
biri İslam Şura Məclisinə və ya Xibrə Məclisinə yol tapsa
qarışqa kimi daxildən sütunları yeməyə başlayacaq. Bəli,
bu nöqtələri nəzərə aldıqda düşmən nüfuzunun nə
dərəcədə əhəmiyyətli məsələ olduğu aydınlaşır. Bu sahədə
maarifləndirməyə ehtiyac var. İttihamsız, qarayaxmasız,
nümunələr göstərmədən cəmiyyəti maarifləndirməliyik.
Düşmən nüfuzu mövzusunda maarifləndirməyə ehtiyac
var. Qurani-Kərim müxaliflərə (o zamankı yəhudilərə)
xitabən buyurur ki, nə üçün həqiqəti batilə qatırsınız,
haqqı bilərəkdən pərdələyirsiniz?!
1
İradlardan biri budur
ki, batili haqqa qatırlar. Bu yolla həqiqəti gizləyirlər.
Həqiqəti deməliyik, bu bizim vəzifəmizdir.
Həssas
günlərdə
yaşayırıq. Dövrümüz olduqca
həssasdır. Geniş bir cəbhə inqilabımıza qarşı dayanıb.
Ortaya pul qoyurlar, silah qoyurlar, fitnəkarlıq edirlər. Öz
təbirlərincə
düşüncə mərkəzləri yaradırlar. Daim
fəaliyyətdədirlər. Səbəbi də budur ki, təhlükə hiss edirlər.
1
Ali-İmran surəsi, ayə 71
108
Haqlıdırlar. Həqiqətən də təhlükə hiss etməlidirlər. Çünki
İslam təfəkkürü İslam Respublikasının sərhədlərini aşıb.
Bu xoş çiçək ətri kimidir, onu bağçada tutub saxlamaq
olmaz. O bağın ətrafına da yayılır. Həqiqi İslam təfəkkürü
beləcə yayılır. Əlbəttə ki, biz zahirdə müqəddəs və əməl
olunmayan bir İslam nəzərdə tutmuruq. Nəzərdə
tutduğumuz İslam cəmiyyətə təsirli İslamdır, cəmiyyəti
quran İslamdır. İslam düşüncəsi bu gün dünyaya yayılır.
İslam təfəkkürü müsəlman ölkələrində təsirli şəxsiyyətlər
yetişdirib. Düşmən buna görə qorxur. Bunu da bilirlər ki,
bu düşüncənin çeşməsi İslam İslam Respublikasıdır. Bu
respublikanı siyasi, ideoloji bombardmana məruz
qoyurlar. Rəngarəng işlər görürlər. Pul xərcləyirlər,
fitnəkarlıq edirlər. Çox düşünürlər ki, İslam Respublikası
ilə necə rəftar etsinlər. Əllərindən gələn işi görüblər. Bizdə
məlumat var. Mənim sözlərim təhlil, ehtimal yox,
informasiyadır. Daxildəki fəaliyyətlər, şər qüvvələrin
fəaliyyətləri, böyük məbləğdə pullar xərclənməsi, əxlaqi
fəsadlara
meydan
açılması bu sıradandır. İslam
Respublikasına nüfuz etmək üçün bütün yollara əl atırlar.
Bu məsələyə diqqətli olmalıyıq və bu çox mühümdür.
Amerikalılar ölkəmizdəki seçkilərə də öz çirkin
niyyətlərini həyata keçirmək üçün vasitə kimi baxırlar.
İranda köklü dəyişiklik ardıncadırlar. Biz də dəyişiklik
istəyirik. Mən dəfələrlə demişəm ki, cəmiyyət bir yerdə
saya bilməz, irəli getməlidir. Cəmiyyətdə dəyişikliklər baş
verməlidir. Buna görə də tam islamlaşma istiqamətində
gedirik. Amma nəzərdə tutulan məqsədə qədər uzun
məsafə var. Ardıcıl hərəkət etməliyik ki, məqsədə
yaxınlaşa bilək. Elə bir məqsəd ki, İslam Peyğəmbəri (s)
təyin edib. Çalışmalıyıq. Necə ki, düşmən dəyişiklik
istəyir biz də dəyişiklik istəyirik. Amma onların istəkləri
Dostları ilə paylaş: |