115
N
ə
fs ist
ə
kl
ə
ri,
şə
xsi m
ə
nafel
ə
r
ardınca
getm
ə
k
düşmə
n nüfuzuna yüzl
ə
rl
ə
yol
açır
Əgər müxtəlif xətt və cərəyanların hər biri Allahın
razılığı ardınca olsa təhlükə yoxdur. Təhlükə o zaman
yaranır ki, insan üçün meyar Allahın razılığı deyil. İnsan
nəfs istəkləri, şəxsi mənafelər ardınca olduqda saysız
problemlər ortaya çıxır. Bu zaman düşmən nüfuzu üçün
yollar açılır. Belə bir vaxtda Allahın hidayətindən uzaq
düşürük. Əgər məqsədimiz Allahın razılığı olsa Allahın
hidayətindən daha çox bəhrələnərik. Allahın razılığını bir
kənara qoyub nəfs istəkləri ardınca getsək, bu zaman
Allahın hidayətinə ümid etməyə dəyməz. Təbii ki, Allahın
lütfü hər zaman üzərimizdədir. Sadəcə nəfs istəkləri
ardınca olanda bu lütfə ümid bəsləməməliyik. Məqsədimiz
Allahın razılığı olanda bütün işlərimizdə bu razılığı meyar
seçirik. Hər şeydən öncə dostluğumuz və düşmənçiliyimiz
Allahın razılığı üçün olur.
1
Tamaha salmaq, qorxutmaq, yalan
düşmə
nin nüfuz
yollarındandır
Bu gün İslam ümmətinin, xüsusi ilə haqq uğrunda
ayağa qalxmış millətlərin iki ehtiyacı var. Birincisi
sabitqədəmlik, ümidsizliyə yol verməməkdir. Allah-Taala
Qurani-Kərimdə Peyğəmbərinə (s) buyurur ki, sabitqədəm
ol, səninlə birlikdə olanlar da tüğyan qoparmasınlar.
2
Başqa bir ayədə buyurulur ki, sən də onları Allahın vahid
ayininə doğru dəvət et, sənə əmr edildiyi kimi sabitqədəm
1
Parlament nümayəndələri ilə görüş, 2000
2
bax: Hud surəsi, ayə 112
116
ol.
1
Həzrət Musa (ə) qövmünə xitabən buyurur ki,
Allahdan yardım istəyin, sabitqədəm olun, yer üzü Allaha
məxsusdur; Allah onu bəndələrindən istədiyinə tapşırar,
sonda isə xoş aqibət təqvalılarındır.
2
Ayağa qalxmış
millətlər üçün bu arada təqvanın böyük nümunəsi
hərəkatlarını dayandırmamalarıdır. Belələrinə xoş aqibət
vəd olunub. Hərəkata başlamış xalqlar üçün ikinci zəruri
məsələ düşmən hiylələri qarşısında ayıq olmaqdır.
İmperialist güclər xalqların haqq-ədalət yolunda
hərəkatlarından zərbə alıblar. Onlar sakit dayanmır, bütün
hərbi və siyasi imkanlarını işə salırlar ki, yenidən
itirdikləri nüfuzu geri qaytarsınlar. Tamaha salmaq,
qorxutmaq, yalan danışmaq onların üsullarıdır. Təcrübə
göstərir ki, öndə gedən insanlar arasında bu vasitələrə
aldananlar olur. Bilərəkdən ya bilməyərəkdən qorxu,
tamah, qəflət onları düşmənə xidmətə sövq edir.
Gənclərin, ziyalıların, din alimlərinin diqqəti bu nöqtələrə
yönəlməlidir.
Küfr cəbhəsinin təhlükəli planlarından biri hədəfə
aldığı ölkələrdə yeni üsul-idarə yaratmaqdır. Bütün
imkanlarını səfərbər ediblər ki, İslam kimliyini kölgədə
qoyacaq bir üsul-idarə qursunlar. Xalqına və məmləkətinə
can yandıran bütün insanlar çalışmalıdır ki, İslam, İslam
demokratiyası səhnədə olsun. Bu arada konstitusiyanın
rolu böyükdür. Milli birlik, məzhəblərin, qəbilələrin rəsmi
tanınması qələbə şərtlərindəndir.
3
1
Şura surəsi, ayə 15
2
bax: Əraf surəsi, ayə 128
3
Böyük Həcc Konqresinə müraciət, 2012
117
Şayiə
yaymaq
düşmə
nin nüfuz
yollarındandır
Düşmənin cəmiyyətimizə nüfuz etmək üçün üz tutduğu
yollardan biri şayiə yaymaqdır. İnqilab başlayandan bu
günə qədər bacardıqları qədər şayiə yayıblar. Məqsədləri
xalqın qəlbini titrətmək, onları ümidsizləşdirməkdir. Bir
xalq ümidlə irəli gedə bilər. Cəbhədəki döyüşçü yalnız
ümidlə vuruşa bilər. Əgər ondan ümidi alsaq hər şeyi
almış oluruq. Düşmənin müxtəlif yollarla həyata keçirdiyi
təbliğata diqqət yetirin. Onların təbliğatından belə
təsəvvür yaranır ki, İranda bütün sahələrdə süqut yaşanır.
Bütün ümidləri qırmaq istəyirlər. Lənət olsun belə xəbis
düşmənə! İnqilab bu xalqı gəncləşdirib. Xalqımız iman və
mədəniyyətlə irəli gedib. Ötən illərdə saysız problemlər
aradan qaldırılıb, arxada qalıb. Ümidsizliyə yer varmı?!
Ümid Allahdandır. Ümidisizlik şeytandandır. Allah-Taala
buyurur ki, onun rəhmətindən ümidimizi üzməyək.
1
Xalq
kütlələri bilməlidir ki, qarşıdakı günlər ötən günlərdən qat-
qat üstün və şirin olacaq. Allahın lütfü ilə xalqımızın
təlaşları sayəsində bacarmadığımız iş yoxdur. Düşmən isə
millətin ümidini qırmağa çalışır. Ümidlər qırılsa işlər də
yarıda qalır.
2
1
bax: Yusif surəsi, ayə 87
2
Xürrəmabad əhli ilə görüş, 1992
Dostları ilə paylaş: |