DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   20   21   22   23   24   25   26   27   ...   50

 
75 
işlərdə nöqsanlar varsa bunu aradan qaldırmalıyıq. İnqilab 
keşikçiləri  tam  təchiz  olunmalıdır.  Möhkəm  inqilabi 
məntiqlə  təchiz  olmaq  lazımdır.  İnqilab  düşmənləri 
müxtəlif  yollarla  hərəkət  edir.  Nüfuz  yollarından  biri 
etiqadlarda  süstlük  yaratmaqdır.  Çalışırlar  ki,  inqilabi  və 
dini dəyərlərə etiqadı zəiflətsinlər.  
Bütün  yollardan  istifadə  edirlər.  Hər növ  adamları  var. 
Universitet  müəllimlərini  də  ələ  alıblar.  Fəal  tələbələr 
arasında  adamları  var.  Düşüncə  və  elm  sahəsində 
istedadlar  da  varlarıdır.  Təxribat  törətmək  üçün  hər 
zümrədən  əlaltıları  mövcuddur.  İnqilab  keşikçiləri  hər 
sahədə  hazırlıqlı  olmalıdır.  İnqilabdan  öncə  məntiq 
gücündən  çox  yerdə  faydalanırdıq.  Quran  və  Nəhcül-
bəlağədən  söhbətlərimiz  olurdu.  Bu  söhbətlərdən  sonra 
gənclər  deyirdi  ki,  artıq  universitetdə  marksistlərlə 
söhbətdə  aciz  qalmırıq.  Artıq  deməyə  sözləri  olurdu. 
Problem  təkcə  rədd  etməklə,  yox  deməklə  həll  olmurdu. 
Dediyini isbat etməlisən, həqiqəti sübuta yetirməlisən. Bu 
gün  inqilab  keşikçilərinin  arasındakı  gənclər  belə  bir 
iqtidara  malik  olmalıdır.  Bu  əsas  işlərdəndir.  Bu  elə 
inqilabın  keşiyində  dayanmaqdır.  İnqilabın  keşiyində 
dayanmaq,  onu  sevmək,  öhdənə  düşən  məsuliyyəti  yerinə 
yetirmək, inqilabın qədrini bilməkdir.
1
  
 
 
 
 
 
 
 
                                                           
1
 İnqilab Keşikçiləri komandanları ilə görüş, 2016 


 
76 
Düşmə
n nüfuzunun h
ə
d
ə
fl
ə
rind
ə
n biri 
xalqın
  
İslam
 
ideallarına
 r
əğbə
tini aradan 
qaldırmaqdır
  
Bu  gün  dünya  ölkələrində,  müsəlman  məmləkətlərdə 
Amerikaya,  Amerikanın  müdaxilələrinə,  Amerikanın 
əlaltılarına  nifrət  ruhu  güclənməkdədir.  Xalqlar  İslamın 
verdiyi  izzət  ardıncadır.  Düşmənin  qorxduğu  budur  ki, 
İranda  baş  vermiş  İslam  inqilabı  başqa  ölkələrdə  də 
təkrarlansın.  Müxtəlif  yollarla  bunun  qarşısını  alırlar. 
Amma  İslam  düşüncəsinin,  İslam  oyanışının  qarşısını 
almaq  mümkünsüzdür.  İslam  oyanışı  bütün  İslam 
dünyasında  genişlənməkdədir.  Bu  nöqtəyə  diqqətli 
olmalıyıq.  
İran xalqı necə böyük iş gördüyünü bilməlidir. Təbiidir 
ki,  bu  şəraitdə  düşmənlər  bütün  vücudu  ilə  İran  İslam 
Respublikasına  qarşı  səfərbər  olacaq.  Nə  üçün  bu  işi 
görməlidirlər? Hərbi yolla problem həll olmur, bunu özləri 
də  bilirlər.  Çevriliş  yoluna  da  əl  atıblar,  səmərəsiz 
olduğunu  görüblər.  Cəmi  bir  yolları  qalıb  və  bu  yol 
millətin  arasına  nüfuz  etməkdir.  Yalan,  böhtan,  şayiələrlə 
İslam və inqilaba qarşı soyuqluq yaratmaq istəyirlər. Uzun 
illər  boyu  xalqı hərəkət  və müqavimətə  şövqləndirmiş bir 
çeşmənin  qarşısında  dayanmaq  istəyirlər.  Bu  onların  əsas 
proqramlarındandır.  
Özləri  bunu  süqut  adlandırırlar.  Deyirlər  biz  İslam 
Respublikasının  süqutunu  istəyirik.  Burada  süqut  xalqın 
inqilab 
ideallarına 
qarşı 
biganələşməsi, 
inqilaba 
münasibətdə 
tərəddüddə 
olmasıdır.  Bu  düşmənin 
siyasətidir.  Dəfələrlə  təkrarlamışam,  düşməni  tanımaqdan 
da 
mühümü 
düşmənçiliyi, 
düşmənçilik 
üsulunu 
tanımaqdır.  Düşmənin  hansı  yolla  nüfuz  etdiyini  bilsək 


 
77 
diqqətimizi  həmin  yola  toplayarıq.  Düşməni  hamı  tanıyır. 
Bu  gün  İran  xalqının,  müstəqillik  və  azadlığın  düşməni 
imperialist  Amerikadır.  Buna  şübhə  yoxdur.  Özləri  də 
bunu etiraf edir. Əlbəttə  ki, bəzən riyakarlıqla deyirlər ki, 
biz İran xalqının düşməni deyilik. Amma əsl müxalifətləri 
elə İran xalqı ilədir. Çünki bu böyük hərəkatı yaradan İran 
xalqıdır. Bu gün sədaqət, qeyrətlə İslam nizamını yaşadan 
xalqdır.  İran  xalqı  Amerikanın  qarşısında  dayanıb.  Əgər 
xalq inqilab və dövlətə, məsullara dayaq durmasaydı onlar 
düşmənin  təzyiqlərinə  tab  gətirməzdi.  Biz  düşməni 
tanıyırıq.  Qalır  düşmənin  üsullarını  tanımaq.  Bu  gün 
düşmənin  üsulu  geniş  xalq  kütlələri  arasında  ixtilaf 
yaratmaqdır.  Xalqı  inqilaba  qarşı  qoymaq  istəyirlər.  Elə 
şüarlar irəli sürürlər ki, xalqın əzəmətli hərəkatı ilə heç bir 
uyğunluğu yoxdur. 
Dünyanın  bir  çox  ölkələrində  istedadlar  imperialist 
çevrələrin  təsiri  altındadır.  İngiltərənin  müstəmləkəçiliyi 
dövründə  də  belə  olub.  Sovetlər  Birliyi  də  belə  edib.  Bu 
gün  də  Amerika  eyni  yolla  gedir.  İstedadları,  alimləri 
seçib,  onları  xalq  arasında  özlərinə  sözçü  edirlər.  Bu 
istedadlar  onların  sözünü  təkrarlamalıdır.  İstedadlar 
onların  ideyalarına  cəmiyyəti  inandırmalıdırlar.  Belələri 
bizim  ölkəmizdə  də  olub.  Bu  gün  də  var.  İnqilabın 
əvvəllərində  də  belələri  vardı.  Onlar  düşmənin  ruporu 
funksiyasını  daşıyır.  Onların  mənafelərindən  çıxış  edir, 
onların  sözünü  təkrarlayırlar.  Xalqımız  aydın  şəkildə  öz 
məqsədlərini  ortaya  qoyub.  İnqilab  dövründə,  müqəddəs 
müdafiə  illərində  xalq  İmamın  arxasında  dayandı,  yüz 
minlərlə  gənc  öz  həyatını  qurban  verdi.  Bu  xalq  Qərb 
demokratiyası  ardınca  deyil.  Müsəlman  xalqımız, 
mübarizə dövründə şah rejiminin həbsxanalarında işkəncə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə