DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   28   29   30   31   32   33   34   35   ...   50

 
100 
verib.  Amma  xalqımız  möhkəm  dayanıb,  inqilab  yolunu 
əzmlə davam etdirib. Bütün problemlərdən ötüb keçmişik. 
Bundan sonra da belə olacaq.
1
 
Amerika ilə siyasi əlaqələr bizim zərərimizədir. Əvvəla, 
bu  əlaqələr  Amerikanın  təhlükəsini  azaltmır.  Amerika 
İraqla  siyasi,  diplomatik  rabitələri  olan  bir  zamanda  bu 
ölkəyə  hücum  etdi.  Həmin  vaxt  İraqda  səfiri  var  idi. 
Amerikanın  İraqda  səfiri  vardı,  İraqın  da  Amerikada. 
Diplomatik  rabitə  heç  bir  zorakı  qüvvənin  qarşısını  ala 
bilmir. İkincisi, Amerika üçün diplomatik münasibətlər bir 
vasitədir.  Onlar  diplomatik  münasibətlər  vasitəsi  ilə 
ölkələrə  nüfuz  edirlər.    Öz  şəbəkələrini  yaratmaq  üçün 
belə rabitələrdən faydalanırlar. İngilislər də belə idi.  
İngiltərənin  uzun  illər  fəaliyyət  göstərmiş  səfirlikləri 
əslində  özünü  satmağa  hazır  olanlar  üçün  bir  mərkəz  idi. 
İnqilabdan  sonra  Amerikanın  səfirliyi  eyni  funksiyanı 
yerinə  yetirirdi.  Ölkədə  təxribatlar,  iğtişaşlar  Amerika 
səfirliyində planlaşdırılırdı. Onların pozucu fəaliyyət üçün 
ölkə  daxilində  bir  mərkəzə  ehtiyacları  var.  Bir  kanal 
axtarırlar ki, ölkəyə öz casuslarını rahat göndərə bilsinlər. 
Hazırda  bundan  məhrum  olublar.  İndi  bəziləri  oturub, 
Amerika  ilə  əlaqələrin  olmamasının  ölkəmizə  zərər 
olduğunu sübut etməyə çalışır. Xeyr cənablar! Amerika ilə 
əlaqələrin  olmaması  bizim  xeyrimizədir.  Əgər  bir  gün 
Amerika  ilə  münasibət  qurmaq  faydalı  olsa  bunu  elan 
edəcək ilk şəxs mən özüməm.  
Deyirlər  ki,  nə  üçün  Amerikanı  özümüzə  düşmən 
edirik?  Məsələn,  prezident  bir  söz  deyir  və  bəziləri  bu 
sözün  düşmənçiliyə  səbəb  olduğunu  iddia  edir.  Xeyr 
cənablar, 
Amerikanın 
düşmənçiliyi 
bu 
sözlərlə 
                                                           
1
 Məbəs bayramı münasibəti ilə məsullarla görüş, 2012 


 
101 
şərtlənməyib.  Amerika  prinsiplərimizə  görə  bizimlə 
düşməndir.  İnqilabın  əvvəlindən  bu  günə  qədər  düşmən 
olublar.  Səkkiz  illik  müharibə  başa  çatandan  bu  günə 
qədər  ardıcıl  şəkildə  İran  xalqını  hədələyiblər.  Onların 
hərbi  təcavüz  ilə  qorxutması  bu  günün  söhbəti  deyil. 
Unutmayın  ki,  düşmən  təhlükəsini  zəiflədəcək  amil  sizin 
iqtidarınızdır.  Zəiflik  yox,  qüdrət  nümayiş  etdirin.  Sizin 
özünüzü  zəif  göstərməyiniz  düşməni  tamaha  salır.  Amma 
hiss  edəndə  ki,  siz  güclüsünüz  geri  otururlar.  Zəifliyinizi 
görsələr  irəli  gələcəklər.  Bizim  problemimiz  Amerika 
xaqlı yox, Amerika rejimi ilədir. Amerika xalqı ilə heç bir 
düşmənçiliyimiz  yoxdur.  Heç  bir  xalqla  düşmən  deyilik. 
Əlbəttə  ki,  Amerika  rejimi  ciddi  təbliğatlar  vasitəsi  ilə 
Amerikada ictimai fikiri dəyişib. Amerikalıların çoxu İran 
həqiqətlərindən  xəbərsizdir.  Bilmirlər  İranda  nə  baş  verir. 
Bircə bunu eşidiblər ki, İranda insan haqları pozulur, irtica 
var.  Bunu  dövlət  onlara  aşılayıb.  Xalq  da  inanıb.  Bu 
təbliğat  olmasaydı  Amerika  xalqı  da  başqa  xalqlar  kimi 
idi.  Bir  sözlə,  bizim  xalqlarla  problemimiz  yoxdur, 
problemimiz Amerika rejimidir.
1
 
Müzakir
ə
 
düşmə
nin nüfuzu üçün bir 
bacadır
 
Amerikanın  imperializmin  təzahürü  olaraq  İslam 
Respublikasının  qarşısındakı  siyasəti  aydın  bir  siyasətdir. 
Təbliğat  üsullarında  bunu  pərdələməyə  çalışırlar.  Amma 
diqqətlə  baxan  insan  bunu  görür.  Bu  nədən  ibarətdir? 
Amerika  onu  İranın  maddi  və  mənəvi  sərvətlərindən 
məhrum  edən  amilləri  aradan  qaldırmaq  istəyir.  Bəs  bu 
                                                           
1
 Tələbə və məktəblilərlə görüş, 1998 


 
102 
hansı amillərdir? Bu İran xalqının müstəqillik istəyi, İslam 
sevgisidir.  İslam  bu  milləti  zülmün  caynağından  xilas 
edib.  Amerikanı  İranın  sərvətlərindən  məhrum  edən  bu 
xalqın  mübarizə  ruhiyyəsidir.  Bu  xalq  zor  qarşısında 
təslim  olmur.  Amerika  harada  müqavimət  güclüsə  oranı 
daha  çox  hədəfə  alıb.  Gənclərimiz  bu  barədə  lazımınca 
düşünməli və bu məsələyə diqqət yetirməlidir.  
Onların  insan    haqları  mövzusunda  şüarları  özləri  də 
bilirlər  ki,  sadəcə  şüar,  gözdən  pərdə  asmaqdır.  Bunu 
təzyiq  üçün  vasitə  kimi  istifadə  edirlər.  Amerika  uzun 
illərdir  hansı  dövlətlə  baş-başa  gəlsə  insan  haqlarının 
pozulmasını bəhanə kimi ortaya atır. Hay-küy salır ki, bu 
ölkədə  insan  haqları,  demokratiya  prinsipləri  pozulur. 
Özləri  də  gözəl  bilirlər  ki,  bu  yalandır.  Artıq  dünya  da 
bunu görür.  
Onların  İran  İslam  Respublikasından  istəyi  dəfələrlə 
dilə  gətirdikləri  kimi  Fələstin  məsələsidir.  İstəyirlər  ki, 
İran bu məsələdə geri çəkilsin, İsrail rəsmi tanınsın. Necə 
ki,  bir  çox  ölkələr  Fələstin  problemi  barədə  düşünmür. 
İstəyirlər  ki,  biz  Amerikanın  regionda,  xüsusi  ilə  İranda 
hüzurunu qəbul edək. Amerikanın əsl istəyi budur. Amma 
bu  istəklərini  pərdələyirlər,  saxta  ittihamlar,  böhtanlarla 
çıxış edirlər. Əsl məqsədləri isə qeyd etdiklərimdir.  
Yaxşı  bilirlər  ki,  İran  xalqı  nə  qədər  ki,  İslam 
prinsiplərinə  sadiqdir  Amerikanın  istəkləri  gözündə 
qalacaq.  İslama  etiqadlı  bir  şəxsin  zülmə  boyun  əyməsi 
mümkünsüzdür.  İslamda  zülm  etmək  pis  sayıldığı  kimi 
zülmə  təslim  olmaq  da  pis  sayılır.  Məkarimul-əxlaq 
duasında  bu  mövzuya  toxunulur.  İmam  Səccad  (ə)  duada 
dilə  gətirir  ki,  Pərvərdigara,  mənə  zülm  olunmasına  yol 
vermə;  Sən  mənə  qarşı  zülmə  mane  olmağa  qadirsən; 
mənə də başqasına zülm etmək imkanı vermə, Sən buna da 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə