DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   27   28   29   30   31   32   33   34   ...   50

 
97 
atdılar.  Amma  İmam  Xomeyni  (r)  mane  oldu,  buna  yol 
vermədi. 
Belələrindən 
islahat, 
azadlıq  sözünü  eşidəndə 
bədbinləşməyin  yeri  var.  Belə  bir  əzəmətli  inqilabdan 
sonra qapıdan qovulmuş Amerikanı pəncərədən qaytarmaq 
istəyirdilər. 
İndi 
azadlıq, 
islahatdan 
danışırlar. 
Belələrindən  şübhələnən,  nigaran  olan  insanın  haqqı  var. 
İstiqlal  inqilabın  əsas  prinsiplərindən  idi.  Bu  ölkəyə 
biganələrin  nüfuz  etməsinə  qadağa  qoyulmuşdu.  Artıq 
Amerika  və  İngiltərə  heç  bir  şəkildə  ölkənin  siyasi, 
ideoloji işlərinə qarışa bilməzdi.
1
 
Hakimiyy
ə
t
ə
 g
ə
l
ə

ayrı
-
ayrı
 dövl
ə
tl
ə
rin 
z
ə
ifliyi 
düşmə
n nüfuzuna yol 
açır
  
Biz  son  2-3  əsrdə  ağır  zərbələr  almışıq.  Həm  ölkə 
daxilindəki  diktatorlar,  həm  xarici düşmənlər böyük zərər 
verib.  Miladi  1800-cü  ildən  xarici  dövlətlərin  nüfuzu 
başlayıb. Yəni 200 ili keçib ki, İngiltərə Hindistana nüfuz 
edib.  200  ili  ötüb  ki,  Hindistanın  İngilis  hökumətinin 
nüfuzu  baş  verib.  O  zaman  britaniyalı  general  Con 
Malkolm  İrana  gəlir.  Tarixi  vərəqləyənlər  bu  hadisələrlə 
tanışdır.  O  zamankı  dövlətlərin  zəifliyi  düşmən  nüfuzuna 
yol  açıb.  Qərb  mədəniyyəti,  qərb  siyasəti  meydanı  alıb. 
Tədricən zəifləmişik. Bu bir gerçəklikdir. Biz məmləkətin 
bugünkü 
problemləri 
ilə 
məşğul 
olarkən, 
həmin 
problemləri  araşdırarkən  keçmiş  dövrü  nəzərdən  qaçıra 
bilmərik.  Bizə  ağır  zərbələr  vurulub.  Həm  siyasətə,  həm 
mədəniyyətə,  həm  sərvətlərimizə  böyük  zərər  dəyib. 
Təəssüf  ki,  bu  gün  həmin  sahələrdə  lazımi  işlər 
                                                           
1
 Qum əhalisi ilə görüş, 2001 


 
98 
görülməyib. 
Araşdırmaçılarımız, 
tarixçilərimiz 
məmləkətimizin 
qarət 
olunması  mövzusunu  dəqiq 
araşdırmalıdır.  Bir  ara  ingilislər,  bir  ara  ruslar,  sonra 
başqaları  və  nəhayət  Amerika  sərvətlərimizi  qarət  edib, 
xalqımızı alçaldıb, siyasi hakimiyyəti ələ keçirib. Bu  gün 
Qərbə  bağlı  siyasətçilər  və  məsullardan  eşitdikləriniz 
onların  bacarıqsızlıq  nümayiş  etdirməsi  məmləkətimizə 
Qərb  mədəniyyətinin,  Qərb  siyasətinin  nüfuz  etməsi  ilə 
bağlıdır. Bu bir gerçəklikdir.
1
 
Düşmə
n nüfuzuna yol açan amill
ə
rd
ə
n biri 
şə
xsiyy
ə
t, irad
ə
 z
ə
ifliyidir 
İmam  dağ  kimi  dayandı,  millət  də  onun  arxasında 
möhkəm  dayaq  oldu. Düşmən  də  bir  düşmən  deyil,  bütün 
bir  cəbhə  idi.  Əllərindən  gələni  etdilər,  amma  nəticəsi 
olmadı.  Küçə  döyüşləri,  tayfalar  arası  döyüşlər,  hərbi 
çevrilişlər, səkkiz illik müharibə, iqtisadi sanksiyalar, ağır 
təbliğat maşınının  işə  salınması inqilabdan  bu  günə qədər 
xalqın  iradəsini  qırmaq  üçündür.  İnqilabdan  başlayaraq  
yalan  danışırlar,  böhtan  deyirlər,  şayiə  yayırlar,  aranı 
qarışdırırlar, ölkə daxilində çaşqınlıq yaratmaq istəyirlər. 
Onların  izlədiyi  hədəflər  arasında  əsas  hədəf  İslam 
Respublikasının  süqutu  olub.  Düşünüblər  ki,  əgər  bu  işi 
görə  bilməsələr  ikinci  addımda  inqilabın  mahiyyətini 
təhrif  etsinlər.  Yəni  inqilabın  forması  qalsın,  mahiyyəti 
dəyişsin.  İnqilabdan  onun  ruhunu  alsınlar.  Bu  sahədə  çox 
çalışıblar.  Son  tamaşaları  2010-cu  il  fitnələri  oldu.  Ölkə 
daxilində  nəfsi  ardınca  gedən  bir  qrup  düşmənin 
fitnəkarlıqlarına  uydu.  Dəfələrlə  demişəm  ki,  bu 
                                                           
1
 Dövlət məsulları ilə görüş, 2014 


 
99 
fitnəkarlığın  mühəndisi  ölkə  sərhədlərindən  xaricdədir. 
Ölkə  daxilindəkilər  onlarla  həmkarlıq  edir.  Bəziləri 
bilərəkdən bu addımı atıb, bəziləri nadanlıqdan. 
Üçüncü  hədəfləri  bu  idi  ki,  İslam  Respublikası  yaşasa 
zəif  şəxsiyyətli  adamlardan  faydalansınlar.  Onları  özünə 
tərəf-müqabil  etsinlər,  iş  başına  gətirsinlər.  Yəni  elə  bir 
vəziyyət  yaransın  ki,  inqilabi  prinsiplərin  davamı 
əngəllənsin.  Nəticə  etibarı  ilə  bu  respublika  Amerikaya 
qarşı çıxmasın, müqavimət göstərməsin.  
Bütün bu planlar yaşadığımız günə qədər pozulub. Çox 
çalışıblar,  hər  yola  əl  atıblar.  Bir  an  olsun  fəaliyyətlərinə 
ara  verməyiblər.  Amma  müvəffəq  olmadılar.  Çünki  xalq 
ayıqdır.  Ölkədə  gözəl  istedadlarımız  var.  Xalqımız, 
məsullarımız  təlaş  göstərir.  Bu  günə  qədər  düşmənin 
fəaliyyətləri  səmərəsiz  olub  və  inqilab  öz  yoluna  davam 
etməkdədir.
1
 
Amerika il
ə
 rabit
ə
 
düşmə
n nüfuzuna yol 
açmaqdır
 
Bu  gün  Amerika  sionistlərin,  bəzi  müttəfiqlərinin  və 
əlaltılarının  köməyi  ilə  regionda  inqilabları  yoldan 
döndərmək istəyirlər. Bir növ inqilab dalğasına süvar olub, 
bundan 
faydalanmağa 
çalışırlar. 
Amma 
faydası 
olmayacaq.  Təbii  ki,  xalq  üçün  müəyyən  problemlər 
yaranır.  İxtilaflar  ortaya  çıxır.  Bütün  bunları  təcrübədən 
keçirmişik. 
İnqilabımızda 
da 
ixtilaf 
yaradıblar, 
sıralarımıza  nüfuz  ediblər,  tayfaları  vuruşdurublar,  ölkə 
daxilində  çaxnaşma  yaradıblar,  xarici  bir  düşməni 
ölkəmizə  hərbi  təcavüzə  vadar  ediblər.  Bütün  bunlar  baş 
                                                           
1
 Tehranda cümə namazı xütbələri, 2011 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə