DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   29   30   31   32   33   34   35   36   ...   50

 
103 
qadirsən.
1
  Qurani-Kərimdə  möminlərə  tapşırılır  ki,  nə 
zülm edin, nə də sizə zülm olunsun.
2
  
Necə  ola  bilər  ki,  bir  şəxs  müsəlman  olsun,  eyni 
zamanda  zülmə  boyun  əysin?!  İranın  qədim  düşməni 
Amerikaya  münasibət  isə  aydındır.  Amerika  İran  xalqına 
çox  zərbə  vurub.  Bilirlər  ki,  İslam  durduqca  münasibət 
dəyişməyəcək.  Buna  görə  də  İslam  Respublikası  ilə 
düşməndirlər.  Bu  respublika  ilə  mübarizədə  israrlıdırlar. 
Bilirlər ki, İran xalqı və İslam Respublikası zor qarşısında 
boyun əyməyəcək.  
Təbliğat  siyasətlərini  tənzimləyirlər.  Ardıcıl  şəkildə 
birbaşa  təbliğat  aparırlar.  Ölkə  daxilində  də  əlaltıları  var. 
Əlaltı  təkcə  o  şəxslər  deyil  ki,  Amerikanın  kəşfiyyat 
orqanlarından  pul  alsınlar.  Bəziləri  müftə  nökərlik  edir. 
Təbliğat aparırlar ki, Amerika ilə əlaqələri kəsmək olmaz! 
Təlqin  edirlər  ki,  bu  əlaqələr  kəsilsə  ölkə  yaşaya  bilməz. 
Təbliğatları budur ki, Amerika ilə müzakirə aparılsa, əlaqə 
qurulsa  problemlər  aradan  qalxacaq.  Bütün  bunlar  puç  və 
həqiqətdən uzaq olan sözlərdir.
3
 
Amerika  öz  düşmənçiliyini  gizlədir.  Vəzifə  bölgüsü 
aparır.  Biri  səhnəyə  təbəssümlə  çıxır,  o  biri  fitnəkar 
planlar  hazırlayır.  Zahirdə  İranla  müzakirə  aparmaq 
istəyirlər.  Amma  bu  bir  bəhanədir.  Müzakirə  İrana  nüfuz 
etmək  üçün  bir  vasitədir.  Müzakirə  vasitəsi  ilə  öz 
istəklərini  diktə  etmək  istəyirlər.  Biz  yalnız  nüvə 
mövzusunda  müzakirələrə  icazə  vermişik  və  bunun  da 
ciddi səbəbləri var.
4
 
                                                           
1
 Səhifeyi-Səccadiyyə, dua 20 
2
 bax: Bəqərə surəsi, ayə 279 
3
 Tələbə və məktəblilərlə görüş, 1998 
4
 Xalqın müxtəlif zümrələri ilə görüş, 2016 


 
104 
Bəziləri  müzakirə  məsələsində  səhlənkarlıq  edir. 
Məsələyə  ciddi  yanaşmırlar.  Mövzunu  düzgün  dərk 
etmirlər.  Bəziləri  də  biganədir.  Onlar  üçün  ölkədə  baş 
verən  hadisələrin  əhəmiyyəti  yoxdur.  Onları  milli 
mənafelər  maraqlandırmır.  Belələri  ilə  işimiz  yoxdur. 
Amma bəziləri biganə deyil, eyni zamanda məsələyə ciddi 
yanaşmır,  mövzunun  dərinliyini  dərk  etmir.  Söhbət 
düşəndə  deyirlər  ki,  nə  üçün  Amerika  ilə  müzakirələrə 
müxalifsiniz?  Deyirlər  ki,  Əmirəlmöminin    Əli  (ə)  İmam 
Hüseyn  (ə)  də  müzakirə  aparıb.  Məsələyə  ciddi 
yanaşmadıqlarından  belə  sözlər  deyirlər.  Onların  bu 
sözləri  mövzunu  dərindən  dərk  etmədiklərini  göstərir. 
Məmləkətin  problemlərini  belə  səthi  təhlil  etmək  olmaz. 
Ümumi,  sadəlövh  baxışla  problemləri  aradan  qaldıra 
bilmərik.  Əmirəlmöminin  (ə)  Zübeyrlə,  İmam  Hüseyn  (ə) 
İbn  Sədlə  danışanda  əslində  nəsihət  verirdi.  Bugünkü 
müzakirə  fərqli  formatdadır.  Bu  gün  müzakirə  deyəndə 
müamilə  nəzərdə  tutulur.  Yəni  nəyisə  verirsən,  əvəzində 
nəyisə  alırsan.  Məgər  Əmirəlmöminin  (ə)  Zübeyrlə 
müamilə  edirdi?!  İmam  Hüseynin  (ə)  İbn  Sədlə 
sövdələşməsi vardı?! Tarixi belə dərk edirsiniz?!  
İmamların həyatını belə təhlil edirsiniz?! İmam Hüseyn 
(ə)  qarşı  tərəfə  nəsihət  verdi,  onu  Allahdan  qorxmağa 
çağırdı.  Əmirəlmöminin  (ə)  Zübeyrlə  söhbətində  ona 
Peyğəmbər  (s)  dövrünü  xatırlatdı,  nəsihət  verdi,  onu 
Allahdan  qorxmağa  çağırdı. Bunun  təsiri də oldu.  Zübeyr 
döyüş  meydanından  kənarlaşdı.  Bu  gün  isə  müzakirə 
tamam  başqa  mahiyyət  kəsb  edib.  Böyük  şeytan  olan 
Amerika  ilə  müzakirələrdən  söz  düşəndə  imamları  yada 
salmaq 
məsələni 
dərk 
etməməyin 
göstəricisidir. 
Qəzetlərdə,  saytlarda  yazırlar,  söhbətlərində  təkrarlayırlar 
ki,  Əmirəlmöminin  (ə)  Zübeyrlə  müzakirə  apardı,  amma 


 
105 
biz  Amerika  ilə  müzakirə  aparmırıq!  Bəli,  bu  həddə 
yanlışlığa uğrayıblar.  
İkincisi,  biz  elə  bugünkü  mənada  müzakirəyə  müxalif 
deyilik.  Biz  bu  gün  bütün  dünya  ilə  müzakirə  aparırıq. 
Avropa  ölkələri  ilə  müzakirələrimiz  var.  Latın  Amerikası 
ölkələri  ilə  müzakirə  aparırıq.  Müzakirə  aparmaq 
problemimiz  yoxdur.  Amerika  ilə  müzakirədən  imtina 
etməyimiz  ümumiyyətlə  müzakirədən  imtina  etmək 
mənasında  deyil.  Biz  sadəcə  Amerika  ilə  müzakirəyə 
müxalifik  və  bunun  səbəbləri  var.  Düşüncəli  insan  bunu 
anlamalıdır.  Bizim müzakirə apardığımız ölkələr arasında 
biganələr  də  var,  düşmənlər  də.  Amma  biz  müzakirələri 
davam  etdiririk.  Amma  Amerika  ilə  müzakirə  həssas 
məsələdir.  Çünki  Amerika  müzakirə  deyəndə  İslam 
Respublikasına  nüfuz  etməyi  nəzərdə  tutur.  Onlar  üçün 
müzakirənin  tərifi  budur.  Onlar  öz  hökmlərini  yeritmək 
üçün  yol  axtarırlar.  Dünyanın  nəhəng  təbliğat  maşını 
Amerikanın  əlindədir.  Bu  gün  sionizm  cərəyanı 
bəşəriyyətin  zərərinə  işləyir.  Amerika  ilə  İsrail  eyni 
əqidədədir, 
hər 
ikisi 
bəşəriyyətə 
və 
dəyərlərə 
düşməndirlər.  Bu  ölkələrlə  müzakirə  onların  iqtisadiy-
yatımıza,  mədəniyyətimizə,  siyasi  hakimiyyətimizə 
nüfuzuna yol açmaqdır.  
Nüvə müzakirələrində nə zaman imkan yarandısa nüfuz 
etməyə  çalışdılar.  Əlbəttə  ki,  İran  tərəfindən  müzakirə 
aparanlar çox diqqətli idilər. Biz Amerika ilə müzakirələri 
bu  səbəbdən  yasaqlayırıq.  Amerika  ilə  müzakirələrin  heç 
bir mənfəəti yoxdur, bu müzakirələr başdan-başa zərərdir. 
Amerika  ilə  müzakirə  bütün  başqa  ölkələrlə  müzakirədən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə