DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   30   31   32   33   34   35   36   37   ...   50

 
106 
fərqlənir.  Başqa  ölkələrlə  müzakirədə  qarşılıqlı  faydalar 
mövcuddur. Bunu Amerikaya aid etmək olmaz.
1
 
Onların  düşmənçilikləri  İslam  Respublikası  nizamı 
üzərində  təmərküzləşib.  Müzakirələrdən  danışmaqları 
yalnız nüfuz etmək üçündür.
2
  
Bu  gün  məmləkətimizin  problemi  bir  qrup  biganə,  bir 
qrup  səhlənkar  insanlarla  bağlıdır.  Əlbəttə  onların  sayı 
azdır.  
Əzəmətli inqilabi cəmiyyətlə müqayisədə belə insanlar 
azlıq  təşkil  edir.  Amma  onlar  fəaldırlar.  Yazırlar, 
danışırlar, təkrarlayırlar, düşmən də onlara kömək edir. Bu 
gün  İslam  Respublikasının  düşmənlərinin  əsas  işlərindən 
biri  öncə  qeyd  etdiyim  kimi  dövlət  məsullarının 
hesablamalarına şübhə yaratmaqdır. İctimai fikir üzərində 
işləyirlər.  Əlbəttə  ki,  biz  bütün  bunlardan  xəbərdarıq  və 
prosesi  izləyirik.  İnqilabi,  dini,  məmləkətin  xeyrinə  olan 
düşüncələri aradan qaldırmağa çalışırlar. Əsas hədəfləri də 
gənclərdir.  Belə  bir  vəziyyətdə  gənclərimiz  çox  diqqətli 
olmalıdır.  Həmd  olsun  Allaha  ki,  ayıqdırlar.  Həm 
universitetdəkilər,  həm  silahlı  qüvvələrimiz,  həm  asayiş 
keşikçilərimiz,  həm  ordu,  həm  inqilab  keşikçiləri,  həm 
bəsic 
açıq 
gözlə 
fəaliyyətdədir. 
Bu 
baxımdan 
nigarançılığım  yoxdur.  Bu  gün  tərəf  müqabilim  olan  və 
dənizdə  təhlükəsizliyi  öhdəsinə  almış  gənclər  öz  işlərinin 
əhəmiyyətini dərk etsinlər. Bu gün İslam Respublikasında 
iman  düşmən  cəbhəsindəki  küfrlə  üzbəüzdür.  Mübahilə 
zamanı  Peyğəmbər  (s)  və  onun  ailəsinin  mənəvi  iqtidarı 
düşməni  səhnədən  çıxardı.  İran  xalqı  da  Allahın  yardımı 
və  gücü  ilə  öz  mənəvi  və  maddi  imkanlarını  işə  salaraq 
                                                           
1
 İnqilab Keşikçilərinin Dəniz Qüvvələri komandanları ilə görüş, 2016 
2
 İnqilab Keşikçilərinin Dəniz Qüvvələri komandanları ilə görüş, 2016 


 
107 
düşməni  meydandan  çıxaracaq.  (İnqilab  Keşikçilərinin 
Dəniz Qüvvələri komandanları ilə görüş, şəmsi 1394) 
Seçkil
ə
rd
ə
 diqq
ə
tsizlik 
düşmə
n nüfuzuna 
s
ə
b
ə
b olur 
Biz  nüvə  müzakirələrində,  “bərcam”  adlandırılan  nüvə 
razılaşmasında  düşmən  nüfuzu  məsələsi  barədə  danışdıq. 
Bu çox mühüm məsələdir. Ölkədə müxtəlif sahələr barədə 
informasiyası  olanlar  yaxşı  bilirlər  ki,  bu  xalqın  düşüncə 
və  imanına  nüfuz  etmək  üçün  necə  çirkin  planlar 
hazırlanıb.  Bu  gün  fəaliyyətdədirlər.  Seçkilər  zamanı  çox 
diqqətli olmaq lazımdır. Əgər düşmənin təsiri altında olan 
biri İslam Şura Məclisinə və ya Xibrə Məclisinə yol tapsa 
qarışqa  kimi  daxildən  sütunları  yeməyə  başlayacaq.  Bəli, 
bu  nöqtələri  nəzərə  aldıqda  düşmən  nüfuzunun  nə 
dərəcədə əhəmiyyətli məsələ olduğu aydınlaşır. Bu sahədə 
maarifləndirməyə  ehtiyac  var.  İttihamsız,  qarayaxmasız, 
nümunələr göstərmədən cəmiyyəti maarifləndirməliyik.  
Düşmən nüfuzu mövzusunda maarifləndirməyə ehtiyac 
var.  Qurani-Kərim  müxaliflərə  (o  zamankı  yəhudilərə) 
xitabən  buyurur  ki,  nə  üçün  həqiqəti  batilə  qatırsınız, 
haqqı  bilərəkdən  pərdələyirsiniz?!
1
  İradlardan  biri  budur 
ki,  batili  haqqa  qatırlar.  Bu  yolla  həqiqəti  gizləyirlər. 
Həqiqəti deməliyik, bu bizim vəzifəmizdir.  
Həssas 
günlərdə 
yaşayırıq.  Dövrümüz  olduqca 
həssasdır.  Geniş  bir  cəbhə  inqilabımıza  qarşı  dayanıb. 
Ortaya pul qoyurlar, silah qoyurlar, fitnəkarlıq edirlər. Öz 
təbirlərincə 
düşüncə  mərkəzləri  yaradırlar.  Daim 
fəaliyyətdədirlər.  Səbəbi də  budur ki,  təhlükə  hiss edirlər. 
                                                           
1
 Ali-İmran surəsi, ayə 71 


 
108 
Haqlıdırlar. Həqiqətən də təhlükə hiss etməlidirlər. Çünki 
İslam  təfəkkürü  İslam  Respublikasının  sərhədlərini  aşıb. 
Bu  xoş  çiçək  ətri  kimidir,  onu  bağçada  tutub  saxlamaq 
olmaz. O bağın ətrafına da yayılır. Həqiqi İslam təfəkkürü 
beləcə  yayılır.  Əlbəttə  ki,  biz  zahirdə  müqəddəs  və  əməl 
olunmayan  bir  İslam  nəzərdə  tutmuruq.  Nəzərdə 
tutduğumuz  İslam  cəmiyyətə  təsirli  İslamdır,  cəmiyyəti 
quran  İslamdır.  İslam  düşüncəsi  bu  gün  dünyaya  yayılır. 
İslam  təfəkkürü  müsəlman  ölkələrində  təsirli  şəxsiyyətlər 
yetişdirib. Düşmən buna görə qorxur. Bunu da bilirlər ki, 
bu  düşüncənin  çeşməsi  İslam  İslam  Respublikasıdır.  Bu 
respublikanı  siyasi,  ideoloji  bombardmana  məruz 
qoyurlar.  Rəngarəng  işlər  görürlər.  Pul  xərcləyirlər, 
fitnəkarlıq  edirlər.  Çox  düşünürlər  ki,  İslam  Respublikası 
ilə necə rəftar etsinlər. Əllərindən gələn işi görüblər. Bizdə 
məlumat  var.  Mənim  sözlərim  təhlil,  ehtimal  yox, 
informasiyadır.  Daxildəki  fəaliyyətlər,  şər  qüvvələrin 
fəaliyyətləri,  böyük  məbləğdə  pullar  xərclənməsi,  əxlaqi 
fəsadlara 
meydan 
açılması  bu  sıradandır.  İslam 
Respublikasına nüfuz etmək üçün bütün yollara əl atırlar. 
Bu məsələyə diqqətli olmalıyıq və bu çox mühümdür.  
Amerikalılar  ölkəmizdəki  seçkilərə  də  öz  çirkin 
niyyətlərini  həyata  keçirmək  üçün  vasitə  kimi  baxırlar. 
İranda  köklü  dəyişiklik  ardıncadırlar.  Biz  də  dəyişiklik 
istəyirik.  Mən  dəfələrlə  demişəm  ki,  cəmiyyət  bir  yerdə 
saya bilməz, irəli getməlidir. Cəmiyyətdə dəyişikliklər baş 
verməlidir.  Buna  görə  də  tam  islamlaşma  istiqamətində 
gedirik.  Amma  nəzərdə  tutulan  məqsədə  qədər  uzun 
məsafə  var.  Ardıcıl  hərəkət  etməliyik  ki,  məqsədə 
yaxınlaşa  bilək.  Elə  bir  məqsəd  ki,  İslam  Peyğəmbəri  (s) 
təyin  edib.  Çalışmalıyıq.  Necə  ki,  düşmən  dəyişiklik 
istəyir  biz  də  dəyişiklik  istəyirik.  Amma  onların  istəkləri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə