DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   33   34   35   36   37   38   39   40   ...   50

 
115 
N
ə
fs ist
ə
kl
ə
ri, 
şə
xsi m
ə
nafel
ə

ardınca
 
getm
ə

düşmə
n nüfuzuna yüzl
ə
rl
ə
 yol 
açır
 
Əgər  müxtəlif  xətt  və  cərəyanların  hər  biri  Allahın 
razılığı  ardınca  olsa  təhlükə  yoxdur.  Təhlükə  o  zaman 
yaranır ki, insan üçün  meyar Allahın razılığı deyil. İnsan 
nəfs  istəkləri,  şəxsi  mənafelər  ardınca  olduqda  saysız 
problemlər  ortaya  çıxır.  Bu  zaman  düşmən  nüfuzu  üçün 
yollar  açılır.  Belə  bir  vaxtda  Allahın  hidayətindən  uzaq 
düşürük.  Əgər  məqsədimiz  Allahın  razılığı  olsa  Allahın 
hidayətindən  daha  çox  bəhrələnərik.  Allahın  razılığını  bir 
kənara  qoyub  nəfs  istəkləri  ardınca  getsək,  bu  zaman 
Allahın hidayətinə ümid etməyə dəyməz. Təbii ki, Allahın 
lütfü  hər  zaman  üzərimizdədir.  Sadəcə  nəfs  istəkləri 
ardınca olanda bu lütfə ümid bəsləməməliyik. Məqsədimiz 
Allahın razılığı olanda bütün işlərimizdə bu razılığı meyar 
seçirik. Hər şeydən öncə dostluğumuz və düşmənçiliyimiz 
Allahın razılığı üçün olur.
1
 
Tamaha salmaq, qorxutmaq, yalan 
düşmə
nin nüfuz 
yollarındandır
 
Bu  gün  İslam  ümmətinin,  xüsusi  ilə  haqq  uğrunda 
ayağa  qalxmış  millətlərin  iki  ehtiyacı  var.  Birincisi 
sabitqədəmlik,  ümidsizliyə  yol  verməməkdir.  Allah-Taala 
Qurani-Kərimdə Peyğəmbərinə (s) buyurur ki, sabitqədəm 
ol,  səninlə  birlikdə  olanlar  da  tüğyan  qoparmasınlar.
2
 
Başqa bir ayədə buyurulur ki, sən də onları Allahın vahid 
ayininə doğru dəvət et, sənə əmr edildiyi kimi sabitqədəm 
                                                           
1
 Parlament nümayəndələri ilə görüş, 2000 
2
 bax: Hud surəsi, ayə 112 


 
116 
ol.
1
  Həzrət  Musa  (ə)  qövmünə  xitabən  buyurur  ki, 
Allahdan  yardım istəyin, sabitqədəm olun, yer üzü Allaha 
məxsusdur;  Allah  onu  bəndələrindən  istədiyinə  tapşırar, 
sonda  isə  xoş  aqibət  təqvalılarındır.
2
  Ayağa  qalxmış 
millətlər  üçün  bu  arada  təqvanın  böyük  nümunəsi 
hərəkatlarını  dayandırmamalarıdır.  Belələrinə  xoş  aqibət 
vəd  olunub.  Hərəkata  başlamış  xalqlar  üçün  ikinci  zəruri 
məsələ  düşmən  hiylələri  qarşısında  ayıq  olmaqdır. 
İmperialist  güclər  xalqların  haqq-ədalət  yolunda 
hərəkatlarından zərbə alıblar. Onlar sakit dayanmır, bütün 
hərbi  və  siyasi  imkanlarını  işə  salırlar  ki,  yenidən 
itirdikləri  nüfuzu  geri  qaytarsınlar.  Tamaha  salmaq, 
qorxutmaq,  yalan  danışmaq  onların  üsullarıdır.  Təcrübə 
göstərir  ki,  öndə  gedən  insanlar  arasında  bu  vasitələrə 
aldananlar  olur.  Bilərəkdən  ya  bilməyərəkdən  qorxu, 
tamah,  qəflət  onları  düşmənə  xidmətə  sövq  edir. 
Gənclərin, ziyalıların, din alimlərinin diqqəti bu nöqtələrə 
yönəlməlidir.  
Küfr  cəbhəsinin  təhlükəli    planlarından  biri  hədəfə 
aldığı  ölkələrdə  yeni  üsul-idarə  yaratmaqdır.  Bütün 
imkanlarını  səfərbər  ediblər  ki,  İslam  kimliyini  kölgədə 
qoyacaq bir üsul-idarə qursunlar. Xalqına və məmləkətinə 
can  yandıran  bütün  insanlar  çalışmalıdır  ki,  İslam,  İslam 
demokratiyası  səhnədə  olsun.  Bu  arada  konstitusiyanın 
rolu böyükdür. Milli birlik, məzhəblərin, qəbilələrin rəsmi 
tanınması qələbə şərtlərindəndir.
3
 
                                                           
1
 Şura surəsi, ayə 15 
2
 bax: Əraf surəsi, ayə 128 
3
 Böyük Həcc Konqresinə müraciət, 2012 


 
117 
Şayiə
 yaymaq 
düşmə
nin nüfuz 
yollarındandır
 
Düşmənin cəmiyyətimizə nüfuz etmək üçün üz tutduğu 
yollardan  biri  şayiə  yaymaqdır.  İnqilab  başlayandan  bu 
günə  qədər  bacardıqları  qədər  şayiə  yayıblar.  Məqsədləri 
xalqın  qəlbini  titrətmək,  onları  ümidsizləşdirməkdir.  Bir 
xalq  ümidlə  irəli  gedə  bilər.  Cəbhədəki  döyüşçü  yalnız 
ümidlə  vuruşa  bilər.  Əgər  ondan  ümidi  alsaq  hər  şeyi 
almış oluruq. Düşmənin müxtəlif yollarla həyata keçirdiyi 
təbliğata  diqqət  yetirin.  Onların  təbliğatından  belə 
təsəvvür  yaranır  ki,  İranda  bütün  sahələrdə  süqut  yaşanır. 
Bütün  ümidləri  qırmaq  istəyirlər.  Lənət  olsun  belə  xəbis 
düşmənə! İnqilab bu xalqı gəncləşdirib. Xalqımız iman və 
mədəniyyətlə  irəli  gedib.  Ötən  illərdə  saysız  problemlər 
aradan  qaldırılıb,  arxada  qalıb.  Ümidsizliyə  yer  varmı?! 
Ümid  Allahdandır.  Ümidisizlik  şeytandandır.  Allah-Taala 
buyurur  ki,  onun  rəhmətindən  ümidimizi  üzməyək.
1
  Xalq 
kütlələri bilməlidir ki, qarşıdakı günlər ötən günlərdən qat-
qat  üstün  və  şirin  olacaq.  Allahın  lütfü  ilə  xalqımızın 
təlaşları sayəsində bacarmadığımız iş yoxdur. Düşmən isə 
millətin  ümidini  qırmağa  çalışır.  Ümidlər  qırılsa  işlər  də 
yarıda qalır.
2
  
                                                           
1
 bax: Yusif surəsi, ayə 87 
2
 Xürrəmabad əhli ilə görüş, 1992 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə