ləsi bağlanmışdır. Müqavilə 7 bənddən və məxvi hissədən ibarət
idi. Hər iki dövlət biri-birinin müstəqilliyinə
və ərazi bütövlüyünə
təminat vermişdir. Eyni zamanda, bunların hər hansı birinə
kənardan hücum olarsa, bütün qüvvələri ilə köməklik etmək
barədə öhdəçilik götürmüşlər.
Məxfi hissədə qeyd edilirdi ki Türkiyədə hər hansı bir
(jarışıqlıq yaranarsa (Balkan yanmadasına zərər dəyməməsi
üçün), Rusiya ilə məsləhətləşərək hərbi fəaliyyətə başlaya bilərik.
Birinci müqavilədən 2 ay sonra 1912-ci ilin may ayında hər iki
ölkə arasında hərbi müqavilə bağlandı (Burada Türkiyə və
Avstriya ilə yaranacaq müharibə nəzərdə tutulurdu). Bolqarıstan
və Serbiya, eyni zamanda, Yunanıstan və Çernoqoriya ilə də
danışıqlar aparırdı. Razılaşmaya uyğun olaraq, Serbiya 150 min,
Bolqarıstran isə 200 min nəfər ordu çıxarmağı qərara almışlar. Elə
həmin vaxt Bolqarıstanla Yunanıstan arasında da müttəfiqlik
müqaviləsi bağlanmışdı. Bolqanstan və yaxud Yunanıstana
kiminsə hərbi müdaxiləsi olduqda, hər iki tərəf bütün gücü ilə
köməklik göstərmək barədə öhdəçilik götürmüşdür. Dəfələrlə
qeyd etdiyimiz kimi, Rusiya Balkan dövlətlərinin birliyinin
yaradılmasını dəstəkləyirdi. Lakin Türkiyə üzərinə hücum
etmələrini istəmirdi. Balkan dövlətləri isə öz fikrindən
dönməyirdi.
1912-
ci ildə oktyabr ayının 9-da Çernoqoriya hərbi
hərəkətə gələrək 1-ci Balkan müharibəsinin başlanğıcını qoydu.
Bir neçə gündən sonra Serbiya Bolqarıstan və Yunanıstan da
müharibəyə qoşuldular. Balkan dövlətləri qısa bir müddətdə
Türkiyə ordusunu sıxışdıraraq Türkiyənin Avropa ərazisinin
böyük bir hissəsini tutdu. Bolqanstan ordusu Konstantinopola
yaxınlaşırdılar. Bu vaxt Türkiyə sülh bağlamağı təklif etməli
olmuşdur.
240