121
o cümlədən qeyri-dövlət müəssələrində 2599,8 min nəfər təşkil
edir. Əhalinin pul gəlirləri 30047,4 mlrd manat , adambaşına
düşən pul gəlirləri 3670,4 min manat, əhalinin pul xərcləri isə
29677,3 min manat təşkil etmişdir. 2004-cü ildə ümumi daxili
məhsul 41872,5 mlrd. manat, adambaşına düşən ÜDM
səviyyəsi 5114,8 min manat olmuşdur. Xarici ticarət dövriyyəsi
7131 mln ABŞ dollarına, o cümlədən, ixrac 3615,4 mln ABŞ
dolları, idxal isə 3515,9 mln. ABŞ dollarına bərabər olmuşdur.
Nominal əmək haqqı öz göstəricisi üzrə respublikamız MDB
ölkələri içərisində 44,8 mln. ABŞ dolları ilə 4-cü sırada
qərarlaşmışdır.
Xalq təsərrüfatı sahələrinin iqtisadiyyatının inkişaf
dinamikası. Respublikamızın cəmi ixrac əməliyyatları 1995-ci
ildə 637,2 mln. ABŞ dolları olmuşdursa, 2003-cü ildə bu
göstərici 2590,4 mln., 2004-cü ildə isə 3615,4 mln. ABŞ dolları
olmuşdur. İxrac əməliyyatlarının 1995-ci ildə MDB üzrə
göstərici 284,7 mln., 2003-cü ildə 332,3 mln., 2004-cü ildə isə
614,3 mln. ABŞ dolları olmuşdur. Azərbaycanın digər dünya
ölkələri ilə ixrac əməliyyatları 1995-ci ildə 352,5 mln. ABŞ
dolları olduğu halda, bu göstərici 2003-cü ildə 2258,1 milyon,
2004-
cü ildə isə 3001,1 milyon ABŞ dollarına çatmışdır.
Respublikamızda idxal əməliyyatları göstəricisi 2004-cü
ildə 3515,9 mln. ABŞ dolları səviyyəsində olmuşdur. Müvafiq
122
göstərici 1995-ci ildə 667,6 mln., 2003-cü ildə 2626,2 mln.
ABŞ dollarına bərabər olmuşdur. MDB ölkələri ilə idxal
əməliyyatlarının 1995-ci ildə həcmi 228,3 mln. ABŞ dolları
olmuşdursa, 2003-cü ildə bu göstərici 851,2 mln., 2004-cü ildə
1200,6
mln. ABŞ dolları olmuşdur.Azərbaycanın digər dünya
ölkələri ilə idxal əməliyyatları 1995-ci ildə 439,3 mln, 2003-cü
ildə 1775,0 mln. 2004-cü ildə 2315,3 mln. ABŞ dolları
olmuşdur.
Azərbaycanın MDB ölkələrinin ixrac əməliyyatlarının
ümumi həcmində xüsusi çəkisi 1995-ci ildə 45 faiz olduğu
halda 2003-
cü ildə 13 faizə, 2004-cü ildə 17 faizə enmişdir.
İdxal əməliyyatlarının ümumi həcmində xüusi çəki əgər
1995-
ci ildə MDB ölkələri üzrə 34 faiz olmuşdursa, bu rəqəm
2003-
cü ildə azalaraq 32 faizə, 2004-cü ildə isə təkrarən 34
faizə çatmışdır.
Dünyanın digər ölkələri ilə ixrac əməliyyatlarının ümumi
həcminin xüsusi çəkisi 1995-ci ildə 55 faizdən, 2003-cü ildə 87
faizə, 2004-cü ildə isə 83 faizə bərabər olmuşdur. Müvafiq
olaraq idxal əməliyyatlarının ümumi həcmində xüsusi çəki
1995-
ci ildə 66 faiz olduğu halda bu rəqəm 2003-cü ildə 100
faiz, 2004-
cü ildə 66 faiz olmuşdur.
Azərbaycan respublikasında son illərdə həyata keçirilən
sosial siyasətin əsas istiqamətlərindən biri də məşğulluq
123
sahəsindəki siyasətin formalaşdırılması və işçi qüvvəsindən
səmərəli istifadə edilməsidir.
Ölkədə əhalinin məşğulluq və işsizlik probleminin həll
edilməsinin mühüm aspektlərindən biri də ölkə iqtisadiyyatına
xarici investisiyaların cəlb edilməsi strategiyasının həyata
keçirilməsi ilə bağlıdır. Bu baxımdan Azərbaycan
iqtisadiyyatına yönəldilmiş xarici kapitalın ölkə əhalisinin
məşğulluq və işsizlik problemlərinin həll edilməsindəki
rolunun müəyyən edilməsi ən mühüm vəzifələrdən
biridir.1996-
cı ildən başlayaraq 2005-ci ilə kimi ölkədə
fəaliyyət göstərən xarici investisiyalı və birgə müəssisələrdə
məşğul olanların sayı 9,6 dəfə artaraq, 5,6 min nəfərdən 53,9
min nəfərə çatmışdır.
2004cü ildə 2000-ci ilə nisbətən sənaye məhsulunun
həcmi 22,1 faiz, kapital qoyuluşları 5,2 dəfə, kənd təsərrüfatı
məhsulunun həcmi 30,5 faiz, nəqliyyatda yük daşınmasının
həcmi 1,5 dəfə artmışdır.
2000-2004-
cü illərdə əhalinin real pul gəlirləri 1,5 dəfə,
əhali tərəfindən əldə edilmiş pul gəlirlərinin nominal həcmi 1,7
dəfə artmışdır.
2000-
ci ilə nisbətən 2004-cü ildə əhalinin əmək haqqı
üzrə gəlirləri də 1,7 dəfəyə yaxın artmışdır.
124
1994-
cü ildən başlayaraq
Azərbaycana xarici
sərmayələrin axını ildən-ilə artmış və 2004-cü ildə
iqtisadiyyata 4575,5 mln ABŞ dolları həcmində investisiya
qoyulmuşdur.
1994-2004-
cü illərdə ölkəmizin iqtisadiyyatına 17,2 mlrd
ABŞ dolları miqdarında olan investisiyanın 85,4 faizini
(14699,5 mln ABŞ dolları) birbaşa investisiyalar, 13,4 faizini
(2298,9 mln ABŞ dolları) isə maliyyə krediti təşkil etmişdir.
Birbaşa investisiyaların 88,2 faizi (12959,9 mln ABŞ dolları)
neft sənayesinin inkişafına yönəldilmişdir.
Azərbaycanda yaradılan iqtisadi sabitlik və əlverişli
iqtisadi şəraitdən məqsədyönlü istifadə edən yerli və xarici
investorlar il ərzində sənayeyə 2003-cü ildəkindən 30,3 faiz
çox və ya 19,6 trilyon manatlıq əsas kapitala investisiyalar
yönəltmişlər.
1992-1995-
ci illərdə kənd təsərrüfatında ümumi məhsul
istehsalı orta hesabla ildə 12 faiz aşağı düşürdüsə, artöq 1996-
2004-
cü illərdə (1997-ci il istisna olmaqla) ümumi məhsul
istehsalı orta hesabla ildə 7,0 faiz artmış və 2003-cü ilə
nisbətən 2004-cü ildə bu artım 4,6 faizə bərabər olmuşdur.
1990-2004-
cü illərdə Azərbaycanın iqtisadi və sosial
tərəqqisi tikintinin geniş miqyası ilə sıx əlaqədar olmuşdur. Bu
illərdə ölkə ərazisində istehsal təyinatlı və qeyri-istehsal
Dostları ilə paylaş: |