57
adlandırılması vəziyyətin daha kəskin olduğuna dəlalət edir. «Transperensi İnterneyşnl»
təşkilatının
nəticələrinə görə, korrupsiyaya qurşanmış cəmiyyətdə ehtiyatların əsas hissəsi qeyri-
istehsal sahələrinə-polisin saxlanması, silahlı qüvvələr və digər nəzarət və güc orqanlarına
yönəlir. Belə ki, elita özünün mövcud mövqeyini saxlamağa çalışır. Sosial-iqtisadi sahələrdə
yönələ biləcək vəsaitlər təhlükəsizlik orqanlarının xeyrinə təkrar bölünür. Öz növbəsində bu
meyl demokratik institutların da süqutuna gətirib çıxarır bilər. Çünki belə şəraitdə əsas gəlir
mənbəyi kimi investisiyalar deyil, korrupsiya çıxış edir. Kəskin əlverişsiz biznes mühiti işsizlik
və qeyri-neft sektoruna az sərmayələr qoyulması biznes mühitində problemləri ağırlaşdırır.
BMT-nin Azərbaycandakı qrupu «Azərbaycan Respublikası Ümumi Ölkə Dəyərləndirilməsi»
11
adlı monitorinqdə qeyd edilir. Biznes müəssisələrinə və investorlara tətbiq olunan bir çox
qanunlar və əsasnamələr ziddiyyətli və aydın deyil. Bizneslə məşğul olanların qayğılarını bu
siyasəti müəyyənləşdirənlərə bildirməsi üçün səmərəli mexanizmlər yoxdur.
Korrupsiya
hökumət orqanlarının, özəl müəssisələrin fəaliyyətinə diskresion müdaxilələri geniş yayılıb.
Professional hökumət xidmətinin yaradılması, ictimai ödəmə məzənnələrinin təkmilləşdirilməsi,
hüquqi, məhkəmə islahatları lazımdır. Çıxış yolu kimi korrupsiya ilə mübarizədə bir vasitə
mülayim amnistiya strategiyası ola bilər. Bununla belə, dövlət məmurlarının seleksiyasının
gücləndirilməsi də prioritet məsələ olaraq qalır. Maliyyə bosslarına, potensial oliqarxlara
müəyyən şərtlər daxilində amnistiya verməklə, geniş investisiya mənbəyi də əldə etmək olar.
Bolşeviklər də hakimiyyət başına keçdikdə bu üsula üstünlük versələr də, sonradan ona əməl
etməmişlər.
Korrupsionerə qarşı əski Belçika ənənələrinə uyğun «tortla terror» və digər
paralel milli məzənmət usullarının tətbiqi də ictimaiyyət tərəfindən sınanmalıdır.
Tortalist tədbirə rəğmən Fransız Noel Qodenlinin son illərdə dövriyyəyə çıxardığı
total tortatma sistemi geniş yayılmaqdadır. Burada xüsusi özəllik ondan ibarətdir ki,
təcavüzə məruz qalan şikayət etmir.
İqtisadi obyektin mərkəzində insan faktoru dayanır. Bilik, ixtisas, səriştə, təhsilə əsaslanan
insan kapitalı və ya iqtisadi interpretasiyada insanın gələcək əmək gəlirlərinin çıxılmış dəyəri
yeni iqtisadi dəyişiklərin mühüm amilini təşkil edir. İqtisadiyyatda hər hansı yeniləşmə psixoloji
faktoru nəzərə almadan mümkün deyildir. İnstitusional təbəllüdatlar təkcə təbii inkişaf axını ilə
deyil, həm də əhəmiyyətli dərəcədə subyektiv faktorun təsir çevrəsindən keçir. Keçid
iqtisadiyyatında ilkin olan ən mühüm vəzifələrdən biri özəlləşmənin ədalətliliyinin təminatı da
insan faktorundan son dərəcə aslı olmuşdur. Özəlləşmə Azərbaycanda da əksər MDB məkanında
olduğu kimi nöqsansız ötüşməmiş, çoxlu müəssisələr bu prosesdə səmərəli mülkiyyətçisini tapa
bilməmişlər. Hazırda rəqabətli mühitin təmin olunmaması, iqtisadiyyatın qeyri-rəqabətli
xüsusiyyəti adlamaması keçid dövrünü uzadan acı amillərdəndir. Orta və uzunmüddətli iqtisadi
proqramların hazırlanması, büdcə tərtibatına istinad edən illik iqtisadi modellər ölkə
iqtisadiyyatının ətalətli inkişaf ssenarinin tərəqqisinə meydan açır.
Bütünlüklə ölkənin iqtisadi
həyatında atılan səmərəli addımlar köhnə istismar sahələrinin də iqtisadi inkişafında əks
olunacaqdır. Fikrimizcə köhnə istehsal sahələrini əhatə edən kompleksdə dövlət siyasəti
aşağıdakı məqsədlərə orentasiya olunmalıdır;
hasilatın iqtisadi səmərəliliyinin kəmiyyət hasilat göstəricisindən üstün tutulması;
köhnə istismar sahələrinin xarici kapitalın nəzarətinə keçməsinə yol verməmək;
məşğulluq faktorundan çəkinməmə;
iqtisadi artımın yüksəldilməsində köhnə istismar sahələrinin yerinin və tutumunun
qəti müəyyən edilməsi;
yataqlar üzrə rentabelliyin differensasiyası;
offoşor vergi sisteminin tətbiq edilməsi;
milli sahibkarların cəlb olunacağı səhmləşmə strategiyası;
11
Turan İA - 03.05.2001.
58
sahənin daxili enerjitutumluluğunun səmərəli standartlara uyğunlaşdırılması;
ekoloji normativlərin kəskinləşdirilməsi;
sosial sferanın kompleksin iqtisadi aslılıq çevrəsindən qismən azad edilməsi.
Neft sektoru ölkənin qeyri-şəffaf informasiya məkanıdır. Burada açıq
statistik göstəricilər
toplusu ilbəil ixtisara düşür. Sahə daha çox qapalı informasiya müstəvisinə keçir. İnformasiya
qıtlığı investorlar üçün də problemə çevrilir. Sərmayə qoyuluşu üçün daha mühüm olan
mühasibat uçotu və geoloji informasiyalar isə daha əlçatmazdır. Bu isə iqtisadi tərəqqini,
investision və lisenzion prosesi xeyli məhdudlaşdırır.
4.2. İslahat fəlsəfəsi və empirik gerçəkliklər
Bəşər tarixinin təcrübəsi göstərir ki, o, şüurlu həyatın təşəkkülü vaxtından müxtəlif templər
və daim dəyişikliklərlə əhatə olunmuşdur. Varlığın, idrakın möhkəm ümumi fundamental
prinsipi olmaq etibarilə müasir elmi dünyagörüşü obrazlı şəkildə hərəkət, dəyişmə, inkişaf
gerçəkliyinə istinad edir. Fəlsəfi gerçəklikdən
doğan elmi mülahizələrə görə, obyektin ölçü
kateqoriyasını ifadə edən kəmiyyət və keyfiyyət parametrləri əlaqə və qarşılıqlı təsirdən öncə
nəzərə çarpmayan dəyişikliklərlə tədricən öz nizamını pozur, sonradan daha dərin surətdə
sıçrayışlarla-yeniyə transformasiya olunur. Bir cəhəti də vurğulamaq lazımdır ki, elmi son
nailiyyətlərin nəticələrinə görə, obyektin ölçüləri heç də onun daxili işi deyildir. Bu ölçülər
çoxsaylı xarici faktorlardan da aslıdır. Fraktal obyektlərin timsalında ölçü dəyişkənliyi
mexanizmi daha aydın görünür.
Bütün proseslərə qarşılıqlı əlaqə, inkar, əks meyl və ya cəhətlər, daxili ziddiyyətlər xasdır.
Əksliklərin mübarizəsi inkişafa daxili impuls verərək ziddiyyətlərin artımını qaynaqlandırır ki,
müəyyən mərhələdə proses köhnəliyin yox olması, yenisinin meydana gəlməsi ilə nəticələnir.
Əvvəlki mərhələlərdə bütün
məzmunu özündə hifz edən, onları yüksək əsas üzərində
təkrarlayaraq irəliləyiş, yüksəliş səciyyəvi inkişaf inkarın inkarında xarakterizə olunur. Ümumi
inkişafın mahiyyət və prinsiplərini təcəssüm etdirən kəmiyyət və keyfiyyət dəyişiklikləri,
əksliklərin mübarizəsi və vəhdəti, inkarı inkar və digər eynən xislətli qanun va kateqoriyalar
yalnız fəlsəfi məhsul deyil, həm də cəmiyyətin irəliləyişini yırğalayan, istehsal münasibətlərinin
yeniləşdirən ciddi praktiki realıqdır.
Əhatə dairəsində, möhkəm asılılıq şəraitində olduğumuzla yanaşı,
eyni zamanda yedəyində
getdiyimiz təbii axında dəyişiklikləri dövriyyə etdirən obyektiv qanunlar, mənəvi və iqtisadi
tələblər instinktində insanı daim tərəqqiyə kökləyir. Təbiət ən ümumi əmək predmeti kimi
məhsuldar qüvvələr vasitəsilə cəmiyyət tərəfindən təsirlərə məruz qalır. Bu təsir məhsuldar
qüvvələrin səviyyəsindən, ictimai quruluşun xarakterindən, həm də insanların özlərinin
intellektindən asılıdır. Çox vaxt dəyişməyə meylli olmayan bizim
istəklərimizi fors-macor
təzahürü yuyub aparır. Eynən səbəblərlə də möhkəm təməlli konservatizm də təbiətin, eləcə də
cəmiyyətin bu obyektiv qanunauyğunluqlarından mühafizə olunmamışdır. Gec-tez labüd
dəyişkənliklər mühafizəkarlığı amansız və gözlənilməz məğlubiyyətə düçar edir.
Tədqiqatın islahatlar mərhələsinə belə fəlsəfi rəng verilməsi səbəbsiz deyildir. Məlum
faktdır ki, cəmiyyətin inkişaf qanunları, iqtisadi həyatı fəlsəfi aspektdə tədqiq və nisbi təsdiqini
tapmış bir faktdır. İnsan sosiumunun indiki mərhələsində onun bu prizmadan təhlili zənnimizcə
daha ümumi olaraq obyektivliyə cavab verəcəkdir. Bu baxışlarda çıxış edərək biz daha dəqiq
müəyyən etməliyik ki, hansı formalı cəmiyyətdə yaşayır? Hansı qanunlar əhatəsində
iqtisadiyyatımız nəfəs alır, gedəcəyimiz
yol nədən ibarətdir, ideallar və ideya seçimimiz nə qədər
ümumi və məxsusi biçimdədir? Müxtəsər geniş diapozonda diaqnostikanı təyin etməli və
islahatlar strategiyanı müəyyənləşdirməliyik.
İnsanların indiyədək təşkil etdikləri cəmiyyətlərin forma və məzmunu müxtəlif baxış
bucaqlarından qiymətləndirilərək tədqiq edilsə də, çox kəskin mahiyyət fərqliliyinə məruz
qalmamışdır. Hər bir bütöv sosial sistem, müəyyən cəmiyyət tipi, məhsuldar qüvvələr və istehsal