Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə117/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   113   114   115   116   117   118   119   120   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Əziz oxucu, artıq X X I yüzillikdə bəşəriyyət anlamalıdır ki, 
bu  qədər  yüksək  sivilizasiya  şəraitində  insan  daha  heyvan  in­
stinkti  və  davranışı  ilə  yaşaya  bilməyəcək.  Bu  əkslik  artıq  o 
həddə çatıb ki,  «annihilyasiya» (lat.  annihilatio -  məhvolma) -  
bəşərin özü-özünü məhv etməsinə gətirib çıxara bilər.
Apardığımız  araşdırm alardan  belə  nəticəyə  gəlmək  olar 
ki,  bəşəriyyəti, yaşadığımız yer planetini fəlakətdən ağıl -  insa­
nın intellekti, elm,  inanc və bunların müsbət intellektual sfera­
nı,  abi-havanı  yaradan  amilləri:  mənəviyyat,  intellektual 
mədəniyyət,  mərhəmət,  şəfqət,  sevgi,  məhəbbət,  səxavət, 
doğruluq...  xilas  edəcək,  vaxt  gələcək  insanlar  bu  mənəvi 
keyfiyyətlərin  bərqərar  olması  uğrunda  şüurlu  mübarizə 
aparacaqlar.  Planetimizdə  müsbət  intellektual  sferanın,  abi- 
havanm  yaranm ası üçün başqa çıxış yolu yoxdur.
Mənəviyyatımızın nəzəri qaynağı olan Qurani-Kərimdə də 
diqqət  tez-tez  bu   məsələyə  cəlb  edilir:  «Ağıllı  olanlar  üçün 
onda ibrətlər vardır»,  «Ağlı olan kəslər üçün onda (Kainatda) 
nələr vardır?», «Hələ ağıllanmadınızmı?» və s.  «Sanki Allah bu 
ağıl  adlanan  «cihaz»ı  unutmamağımızı,  ondan  istifadə 
etməmizi  dönə-dönə  xatırladır,  bizi  düşünməyə,  aldığımız 
məlumatları 
təhlil 
etməyə, 
doğru 
nəticəyə 
gəlməyə 
istiqamətləndirir.» (F.Əkbərov, N.Camaloğlu).
Heç də təsadüfi deyildir ki,  Qurani-Kərimin 6236  ayəsinin 
mindən çoxu elmin müxtəlif sahələrinə həsr olunub.
ilk  surəsi «oxu»,  «qələm»,  «öyrətmək» sözləri ilə  başlayan 
Qurani-Kərim  elmə böyük qiymət verir, əxlaqlı olmağı insanın 
ən böyük üstünlüyü hesab edir.
«Bir  vaxt  Q ərb  bunu  başa  düşəcək  və  müsəlman  mənəvi 
saflığının  saxlanmasına  qibtə  edəcəkdir.  Müsəlman  dininin 
misilsiz  üstünlüklərindən  biri  də  məhz  budur  -   əxlaqsızlıq, 
zorakılıq  və  qanunsuzluq  arzuda,  yaxud  sözdə  yox,  işdə, 
həyatda qadağan edilir. Bu isə bütün vicdanlı və təmiz adam lar 
üçün,  ümumiyyətlə, cəmiyyət üçün faydalı və vacibdir.» (Saleh 
bəy «D ünyanın taleyi», Bakı,  1998, s. 662)
Hörm ətli  oxucu,  bu  kitabda  sizə  təqdim  etdiyimiz  araş­
504
İntellektual ekologiya
dırm alardan  belə  nəticəyə  gəlirik  ki,  islam  gələcəyin  yeganə 
dininin əsasmı  təşkil edəcək ən real namizəddir.  Qurani-Kərim 
Allah-Təalanın  bəşəriyyət  üçün  göndərdiyi  hidayət  çırağıdır, 
bu  nurlu  məşəlin  dayağı  Tanrının  son  elçisi  Məhəmməd 
peyğəmbərdir (s.).
Fikrimizi  əsaslandırmaq  üçün  bir  daha  tarixi  dəlilə 
müraciət  edək.  Əvvəllər  qeyd  etdiyimiz  kimi,  Amerika  alimi 
M aykl  H artın  «Sıra  ilə  sadalanan,  tarixdə  100  ən  əhəmiyyətli 
şəxsiyyət»  kitabında  1-ci  yeri  M əhəmməd  peyğəmbər  (s.) 
tutur.  2-ci yerdə N yuton,  sonra isə İsa,  Budda,  Konfutsi..,  52- 
ci  yerdə  3-cü xəlifə Ömər ibn əl-Xattabdır.  («XXI  əsr» jurnalı, 
1993, №   1, s. 62 və ya www.fisechko.ru/100vel/ludei)
Y uxarıda  qeyd  etdiyimiz  internet  saytından  aşağıdakı 
dörd m əlum atı sizə təqdim edirik.
M əhəm m əd 
peyğəm bər 
(s.) 
insanların 
ən 
dahisidir. 
Kom pyuter proqram ı bu cür nəticə verib.
Am erika  yazıçısı  və  alimi  M aykl  H art  bəşər  tarixinin  ən 
dahi  yüz  şəxsiyyətini  seçmək  və  onlar  haqda  bir  kitab  tərtib 
etmək  qərarına  gəlmişdi.  Alim  bu  şəxsiyyətlərin  tərcümeyi- 
hallarını  onların  cəmiyyətdəki  çəkilərinin  dərəcəsindən  asılı 
olaraq  yerləşdirməyi  düşünmüşdü.  Yüz  ən  dahi  insanın 
seçimində  və  onların  dahilik  dərəcəsindən  asılı  olaraq 
yerləşdirilməsində  qərəzsiz  və  obyektiv  olmaq  üçün  Maykl 
I lart öz köməkçiləri ilə kom pyuterdən istifadə etm işdir...
K om pyuterə bütün dahi şəxsiyyətlərin  bacarıq,  qarşılarına 
qoyduqları  məqsəd,  təşəbbüs,  əldə  etdikləri  müvəffəqiyyət  və 
bəşər  tarixinə  göstərdikləri  təsirləri  barədə  məlumatlar 
yerləşdirilmişdir.  Bu  məqsədlə  H art öz köməkçiləri  ilə  bir  neçə 
ay  vaxt  aparan,  çoxlu  səbir  və  diqqət  tələb  edən  bir  iş 
görmüşdür.  K om pyuter  təhlil  və  analiz yolu  ilə  tarixdə  ən  çox 
gözəçarpan  iz  qoymuş  yüz  adam ı  təyin  etmişdir.  İndi  isə 
kom pyuter müəyyənləşdirməli idi: kim dir yaxşıların ən yaxşısı?
H art böyük həyəcanla lazımi düyməni basır və ekranda bu 
yazı  peyda  olur:  «M ƏHƏM M ƏD  PEYĞƏMBƏR».  H art  və 
həmkarları  heyran  olurlar.  Onlar  güman  etdirlər  ki,  haradasa
505


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
səhvə  yol  verilib,  və  eksperimenti  təkrarlamağa  çalışırlar. 
Lakin  kom pyuter  yenə  də  eyni  yazmı  göstərir:  «Məhəmməd 
peyğəmbər».  K om pyuterin  cavabı  ilə  qane  olmayan  Hart  öz 
köməkçiləri  ilə  eksperimenti  bir  neçə  dəfə  təkrarlayır, 
kom pyuter  isə  inadla  öz  təkidində  davam  edir.  Nəticədə 
alimlər  bu  faktı  qəbul  etməyə  məcbur  olurlar.  Eksperimentin 
nəticələri  əsasında  M aykl  H art  “Tarixin  100  ən  dahi  adamı” 
(«The  G reatest  100  M en  in  History»)  kitabım  yazır  və  birinci 
yerə  məhz  M əhəm m əd  peyğəmbərin  (s.)  adını  təsbit  edir.  Bu 
kitab A BŞ-da  nəşr  olunub.  Yeri  gəlmişkən  onu  da  qeyd  edək 
ki,  bu   100  nəfərin  arasında  İsa  peyğəmbər  (s.)  üçüncü  yeri 
tutur.  «The G reatest  100 M en in History» kitabından bir neçə 
misranı sizlərə təqdim  edirik:
«O  (M əhəm m əd  peyğəmbər),  bəşər  tarixində  həm  dini, 
həm də dünyəvi işlərdə ən çox müvəffəqiyyət əldə edən yeganə 
insan  o lm uşdur...  H azırda,  ölümündən  XIV  əsr  keçməsinə 
baxm ayaraq,  bu  insanın  bütün  dünyaya  olan  təsiri  çox 
böyükdür.»
Qeyd  edək  ki,  dünyanın  bir  çox  dahi  və  məşhur 
şəxsiyyətləri  sevimli  Peyğəmbərimiz  (s.)  haqqında  xoş  sözlər 
söyləmiş,  onun  bəşər  tarixindəki  rolunu  son  dərəcə  yüksək 
qiymətləndirmişlər.  Biz  burada  Peyğəmbərimiz  (s.)  haqqında 
söylənilən fikirlərin bir neçəsi ilə əziz oxucularımızı tanış etmək 
istərdik.
Montqomeri
«Qərb belə şərəfə nail olmuş başqa bir şəxsiyyət tanımır».
«M əhəmməd  öz  əqidəsi  naminə  hər cür  çətinliklərə  hazır 
idi.  R əhbər olaraq o, təmkinli və sarsılmaz xasiyyətə malik idi. 
O, insanları yüksək dəyərləndirir və onlara hörmətlə yanaşırdı. 
O nun 
dahiliyinin 
sübutu 
müvəffəqiyyətlərindədir. 
Bu 
Peyğəmbərin 
(s.) 
şəxsiyyətinin 
dahiliyi 
onun 
işinin 
müvəffəqiyyətini  təmin  edir.  Bu  insanı  şarlatanlıqda  ittiham 
etmək -  çıxış yolu deyil, çarəsizlik olardı. Qərb, belə şərəfə nail 
olmuş başqa bir şəxsiyyət tanımır».
506
İntellektual ekologiya
Lamartin
«O, nadir və əvəzolunmaz insan idi.. .»
«Düşmənlər  ona  (Məhəmməd  peyğəmbərə)  təbliğ  missi­
yasından imtina etdiyi  təqdirdə yüksək rütbələr, var-dövlət söz 
vermişdilər.  Peyğəmbər  (s.)  isə  bütün  fiziki  və  mənəvi 
çətinlikləri öz üzərinə götürərək,  bunu qəti  surətdə rədd  etmiş­
dir.  Bir an belə öz işindən  çəkinməmişdir.  O, cəmiyyətdə  nifaq 
və  inamsızlığı  yayaraq  Allahın  adının  mahiyyətini  alçaldan 
qüvvələr 
qarşısında 
sarsılmaz 
qala  kimi 
dayanmışdı. 
Məhəmməd  peyğəmbər  (s.)  o  dərəcədə  nadir  və  əvəzolunmaz 
şəxsiyyət  olmuşdur  ki,  bir  çox  gözəl  şair  və  natiqlər,  o 
cümlədən  onun  müasirləri  Allahın  elçisini  təsdiq  etməyə 
məcbur olmuşdular.  Ondan  əvvəl heç kim Q uranda  təsvir olu­
nan  təbii  amil  və  hadisələrə  toxunmamışdır.  Hakimiyyət  və 
qüdrətə  malik  olduqdan  sonra  nə  üçün  o,  yoxsulluqda 
yaşamağa  və  müsibətlərə  dözməyə  davam  edirdi?..  Görəsən, 
onun  dahiliyi  müqayisə  oluna  bilərmi?  Həqiqətən  də 
Məhəmməd  (s.)  dünya  yarandıqdan  bəri  müxtəlif  dövrlərdə 
göndərilən  peyğəmbərlərin ən sonuncusudur.  Bu şəxsiyyət qar­
şısına  çox  böyük  məqsədlər  qoymuş  və  cüzi  imkanların 
sayəsində  möhtəşəm  nəticələrə  nail  olmuşdur.  Belə  olduqda 
onu  kiminlə  müqayisə  etmək  olar?  Biz  elə  tanınmış 
sərkərdələr, 
dövlət  xadimləri  və  nəhəng  imperiyaların 
hökmdarlarını 
tanıyırıq 
ki, 
onlar  ağlasığmaz  dağıdıcı 
qüvvəllərə  malik  olmuşdular.  Bəs  Məhəmməd  peyğəmbər  (s.) 
nccə?  O,  böyük  ordular,  imperiyalar  və  qayda-qanunları 
hərəkətə  gətirmək  ilə  kifayətlənmədi.  Bütün  planetin  üçdə  bir 
hissəsindən  çoxu  onun  ardınca  getdi.  M öhkəm  iradəsi,  böyük 
ideyalar  naminə  son  dərəcə  fədakarlığı,  yüksək  rütbə  və  taxt- 
tac  qarşısında  tamahsılanmamağı,  Allahla  olan  dialoqu, 
ölümü  və  işinin  zəfər  yürüşü  bu  şəxsiyyətin  və  onun  ideya­
larının  gücünü  təsdiq  edən  faktlardır.  Peyğəmbər,  filosof, 
natiq, qanunverici, mübariz, qəlblərin hamisi, ideyalara yenilik
507


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə