Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə113/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   109   110   111   112   113   114   115   116   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
A rdında gizlənən min bir kələkdən,
Q orxaq başqasına biganəlikdən.
Q orxaq, əməl q ala quru söz kimi,
Q orxm ayaq dünyanm  puç olmasından,
Q orxaq adam ların öz içindəki 
M ənəvi dünyanm  dağılmasından.
M ənəvi  aləmin  bazisi hesab edilən hikmətli və mənalı söz­
lərin  insanlar  tərəfindən obyektiv qiymətləndirilməsi  mənfi  in­
tellektual ekoloji faktorların qarşısının alınması və müsbət sfe­
ranın  əmələ  gəlməsinə  xidmət  edəcəkdir.  Şübhəsiz,  dünyanı 
məhv olm aqdan,  insan mənəviyyatı, müsbət intellektual ekolo­
ji  amillər  xilas  edəcəkdir.  Bəşəriyyət  tez-gec  bu  həqiqəti  qəbul 
edəcəkdir.  III  minillikdə,  uzaq  gələcəkdə  bu  mübarizənin  tam 
qələbəsi labüddür.  Buna biz tam  əminik, çünki başqa çıxış yolu 
yoxdur.
488
VI  FƏ SİL
KAİNATIN AGLI VƏ
NİZAMNAMƏSİ QURANİ-
KƏRİMDİR

 

Allah  yanında  (haqq  olan)  din,  əlbəttə, 
İslam dır...
Qurani-Kərim, 
Ali-İmran surəsi, ayə 19.


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
E tiq a d  in k iş a fa  ə n g ə l o la  b ilm əz,  d in  
v ə   e lm in   s in e r g e tik a s ı
1
  b ə şə riy y ə ti 
f ə la k ə td ə n   q o ru m a lıd ır
«...  Rəbbim  hər şeyi  elmlə  (öz əzəli  elmi ilə) 
ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?»
Quram-Kərim, 
əl-Ənam surəsi, ayə 80.
«Metron antropos panton 
(«insan hər şeyin meyandır»)» 
Protoqor, 
qədim yunan filosofu.
Hörm ətli oxucu,  bundan  əvvəlki fəsillərdə bəşəri  təkamülə 
təkan verən  elmi,  dini,  əxlaqi,  sosial etik,  fəlsəfi təlimlər haqda 
m əlumat vermişdik.  A raşdırm alardan  məlum  olur  ki,  insanla­
rın ruhi  aləmini  qidalandırm aq  üçün  həmişə  inanclara  ehtiyac 
olmuşdur.  H ətta  deyərdik  ki,  təbabət  və  inanc  insanlarla  bir 
yerdə  yaranm ışdır.  İbtidai  insan  acından  ölməmək  üçün 
müxtəlif yollarla  q id a  əldə  edərkən  həmişə  travmalara  məruz 
qalmış  və  kortəbii  müxtəlif üsullurla  özünü  müalicə  etmişdir. 
Bu instinkt  heyvanat  aləmində  hələ də  mövcuddur.  İbtidai  in­
1  Sinergetika,  yu nan ca  -  
« s in e r g e ia »
  sözündəndir  və  mənası  əməkdaşlıq 
dem əkdir,  adətən,  bütün  ülvi  insani  idealların:  ədalət,  bərabərlik,  xeyir, 
gözəllik, h əq iq ət və s.  Birliyinə  m ənsubluq  kimi  başa düşülür.  Bu,  habelə 
in sanın   d axili  aləm inin  bütün  sahələrinin  -   elm   və  fəlsəfənin,  din  və 
əxlaqın,  incəsən ət  və  təbabətin  əm əkdaşlığı,  lakin  hər  şeydən  əvvəl, 
varlığın 
id rak ın da 
və 
yaradılm asında 
həyati  məna 
kəsb 
edən 
yönəlm ələrin  əxlaq i  m issiyası  ilə  əm əkdaşlıqdır.  Sinergetika  insanın  və 
bütövlikdə 
bəşəriyyətin 
m ənəvi 
aləm ində 
əvvəllər  sirli 
görünən 
proseslərin  üstündən  örtüyü  bir  gədər  açm ağa  imkan  verir.  (Qoşqar 
Ə liyev, T əb ab ətin  fəlsəfəsi, Bakı,  2000,  s.  72)
490
İntellektual ekologiya
san  müxtəlif  təbiət  hadisələrindən  qorxuya  düşəndə  istər- 
istəməz nəyəsə  və harasa üz tutub,  xilas olmaq üçün yalvarmış 
və  beləliklə  də  inancın  bünövrəsi  qoyulmuşdur.  Beləliklə,  ibti­
dai  qəbilə  dinlərindən  başlamış,  milli  və  səmavi  qəbul  edilən 
dinlər,  müasir  insanın  təkamül  prosesində  inandığı  dəyərlər 
sistemidir.  Bu  dəyərlər  sisteminin  ən  sonuncusu  və  olduğu  ki­
mi, dəyişiksiz müasir dövrümüzə gəlib çatanı islam dinidir.
M əlum dur ki, Q urana gədərki səhifələr müasir dövrə gəlib 
çatmamış,  kitablar  isə  dəyişikliyə məruz qalmış,  insanlar onla­
ra  istədikləri  sözləri,  əmrvə hökmləri əlavə etmiş,  yaxud  onlar- 
daki  ayələrin  məzmunlarını  dəyişdirmiş,  hətta  bəzilərini  ta­
mamilə çıxarmışlar.  Qurani-Kərim  isə,  qeyd  etdiyimiz kimi  ilk 
olduğu  kimi  qorunmuş,  onu kimsə  dəyişə  bilməmiş,  hətta  ona 
bir kəlmə belə əlavə edilməmişdir.
Qurani-Kərimin  əl-Hədid  surəsi,  ayə  26-27-də  buyurulur: 
«And  olsun  ki,  Biz  N uhu  və  İbrahimi  peyğəmbər  göndərdik, 
peyğəmbərliyi  və  kitabı  (Tövratı,  Zaburu,  İncili  və  Quranı) 
onların  nəslinə  verdik,  O nlardan  doğru  yolda  olan  da  vardır. 
Sonra onların  ardınca (M usa, İlyas, Davud, Suleyman,  Yunus 
və  başqa)  peyğəmbərləri  yolladıq.  (Onlardan  sonra)  Məryəm 
oğlu  İsanı  göndərib,  ona  İncil  verdik.  Onların  ardınca 
gedənlərin  qəlblərində  bir-birinə  şəfqət,  mərhəmət  oyatdıq. 
O nlar  özlərindən  rahiblik  (tərki-dünyalıq)  icad  etdilər.  Onlar 
bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona layiqincə 
əməl (riayət) etmədilər. (İncili təhrif edib İsanı Allah bildilər)... 
»
İslam  sülh,  barış  dinidir,  insanlardan  həmişə  yaxşılıq 
etməyi, pisliklərdən çəkinməyi və çəkindirməyi tövsiyə edir.
Qurani-Kərimdə  buyurulur:  «Ey  iman  gətirənlər!  Hamınız 
bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki 
o  sizin  açıq-aşkar  düşməninizdir!»  (əl-Bəqərə  surəsi,  ayə  208); 
«Allah  (bəndələrini)  əmin-amanlıq  yurduna  (Cənnətə)  çağırır 
və istədiyini doğru yola salır.» (Yunus surəsi, ayə 25)
Adları  Qurani-Kərimdə çəkilən  25  peyğəmbərdən  heç  biri 
özlərinə  sitayiş  edilməsini  və  müqəddəsləşdirilmələrini  istəmə­
491


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə