Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zəmurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə109/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   105   106   107   108   109   110   111   112   ...   134

Ənvər M ete Həmidov, Zəmurə Həmidova
a r  qoyub  getmişlər.  O nlar  yaşadıqları  cəmiyyətin  yüksələn 
fəryadı, ağlayan, kədərlənən və gülən gözləri, düşünən beyinləri 
olmuşlar desək, yanılmarıq.
Hacı Yusifin ibrətam iz bir beytini bir daha yada salaq:
N ə qədər cəm  edəsən dövlətini dünyanın,
Axırı yoxdur, əzizim, gedəcəkdir zayə.
N ə qədər cəm  edəsən, axırı dünyada qalar,
Q əbrin üstündə gəlib salm ayacaqlar sayə.
Cəmi dünyam n əgər simü-zəri olsa sənin,
Bir kəfən ondan gedər qəbr evinə sərmayə.
D ünya səni aldatm ır, sən dünyaya,  var-dövlətə aldanırsan. 
D ünya o nu dərk edənlər üçün sədaqətlidir.
Ey dünyaya, var-dövlətə uyan insan!  Sən bitməz, tükənməz 
arzularla yaşayırsan,  dövlətin nə  qədər çoxalsa da,  gözün doy­
mur.  Sərvətin  artdıqca,  hakimiyyət hərisliyi xəstəliyinə mübtə­
la  olursan.  Bu  xəstəlik  sənin  yuxunu  ərşə  çəkir.  O  vaxt  qəflət 
yuxusundan  ayılarsan  ki,  ölüm başımn  üstünü  alır.  Gedəcəyin 
yer -  məzar, qalan -  əməllərindir.
H əyatın  anlarına  sevinmək  lazımdır.  İnsan  həm  sevinib, 
həm  də  kədərlənməyi  bacarmalıdır.  Bir  şeyi  unutmaq  lazım 
deyil ki, insanı sonradan yaşadan qoyduğu təmiz addır.
Çox gömüldü yer altına mənəm-mənəm deyənlər,
Ki, onlardan bu dünyada bircə ad-san qalmadı. 
T o rp aq  altda yatanlara  bir diqqətlə nəzər sal,
T o rp aq  yedi, sümüyündən belə nişan qalmadı.
Yaxşı addır Nuşirəvanı bu dünyada yaşadan,
Lakin köçdü bu dünyadan, Nuşirəvan qalmadı.
Ey filankəs, xeyirxah ol, bil həyatı qənimət,
N ə qədər ki, deməmişlər filan-filan qalmadı.
Sədi Şirazi-
468
İntellektual ekologiya
«Məhəmmədpeyğəmbərə 40 sual»dan:
«Qarışqa  Süleyman  peyğəmbərdən  (s.)  soruşur:  «Allahın 
peyğəmbəri  sən,  adın  Süleymanın  nə  məna  verdiyini  bilirsən- 
mmi?..» Süleyman: «Salim, doğru, faydalı, bərəkətli, dünya de­
məkdir.»  Qarışqa:  «Allah  sənə dünyam  bağışlayıb,  sən  isə Al­
lahın  məzlumlarını  zülmətdən,  avamlıqdan  çıxarıb,  onların 
arasında  əmin-amanlıq,  əsayiş  yaratmısan.  Lakin  külək  sənə 
üstün gəlir.  Demək istəyirəm ki, bütün dünya və onun xoşbəxt­
liyi külək kimi ötəridir, sürətlə gəlir və sürətlə gedir...  Nə qədər 
ömrün var, A llaha xidmət elə, Allahdan xahiş et ki,  səni  bağış­
lasın.  Əməllərindən,  son  m əqam da  Allahın  razı  qalması  üçün 
bu  dünyada  təkəbbürlü  olma,  ədalətli  ol,  hakimiyyətinin  mər­
həmətini göstər.»
M övzudan  bir  qədər  kənara  çıxaraq  dünya  dahilərinin 
hikmət dam lalarına müraciət edək.
Qədim yunan filosofu Əflatun:
Dünyanın  ləzzətlərindən  başım  itirib  şadlanan,  ruzigarın 
müsibətlərindən  ağlını  çaşdırıb qəmlənən  adam ı  hikmət sahibi 
hesab etmə.
* * *
Yalnız  sözdə  deyil,  həm  də  işdə  hikmət  sahibi  ol,  sözdəki 
hikmət  bu dünyada qalar, işdəki hikmət o dünyaya çatar, əbə­
di yaşar.
Hikmət  sevən  ol,  hikmət  sahiblərinin  sözlərinə  qulaq  as, 
dünyadakı aludəçilikdən uzaq ol.
* * *
Dövlətlilikdə  qudurub  yan-yörəni  qapma,  yoxsulluqda 
ruhdan düşüb yazıq-yazıq baxma.
469


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Nuşirəvatt Adil:
A dam ların ən yaxşısı olm aq istəyirsənsə, heç  nəyi xalqdan 
əsirgəmə.
**=)=
N ah aq  cəza verm ə ki, günahsız cəza almayasan.
Bağışlanması m üm kün olm ayan günah yoxdur.
Sədi Şirazi:
Diriliyində adam ın çörəyini yeməsələr, öləndən sonra adını 
çəkməzlər.
özü n d ən   gücsüzlərə  rəhm   eməyən,  özündən  güclülərin 
zülmünə rast gələr.
Səndən sonraya qalan, sənin sayılmaz.
Keykavus:
Ədalətli ol ki, ədalət görəsən, xoş de ki, xoş eşidəsən.
***
Hər  iki  dünyanın  neməti  sənətdə,  bütün  sənətlərin  açarı 
elm və tərbiyədədir.
Sufi midrikliyi:
Bir saat ədalətlilik, yüz illik ibadətə bərabərdir.
Əgər  dünyada  ədalətlilik  hakim   olarsa,  vəhşi  keçi  doy­
duğundan şir kimi olar.
470
İntellektual ekologiya
Allah  bizi  yaratmışdır  ki,  bizim  köməyimizlə həqiqət dərk 
olunsun.
Hörmətli  oxucu,  yalnız  təfəkkürlü  məxluq  bu  mənaları 
oxuyub dərk edə bilər.  Həqiqi insan beyni daim  həqiqət axtarı- 
şındadır.  Belə  ki,  təfəkkür  insanı  pillə-pillə  mərifətə  çatdırıb, 
onu öz insani vəzifələrindən xəbərdar edir.
Beləcə,  insan  təfəkkür  mərhələsində  bu  nəticəyə  gəlir  ki, 
dünyanın  yaranışı  əbəs  deyil.  İnsanın  yaranışında  son  məqsəd 
onun  təkamül  yolunu  seçib,  ilahi  nemətlərə  nail  olmasıdır.  Se­
çim  insanın  öz  istək  və  iradəsindən  asılı olduğu  üçün  o,  azğın­
lıq yolunu seçib, ilahi qəzəbə də düçar ola bilər.
Dünya pis  deyil.  Allah hər şeyi gözəl yaratmışdır.  Dünyanı 
pis  edən  ona  qarşı olan  yanlış münasibətlərdir.  Qurani-Kərim­
də,  hədislərdə  və  dahilərin  kəlamlarında  dünya  ona  görə  mə­
zəmmət  olunur  ki,  o,  aldadıcı  və  müvəqqəti  olduğu  halda, 
insanlar  ona  aldanırlar.  İlahi  kəlam lar dünyanı  məzəmmət  et­
məklə  insanı  qəflətdən  oyatmağa  çalışır.  Gördüyünə meyil  sa­
lan  insan,  Q uranın  və  müqəddəs  şəxslərin  buyurduqlarından 
nəticə çıxarmalı, öz mənəviyyatlarını təmizləməlidirlər.
Dünyanı  məzəmmət  edən  sözlərdən  insanların  səhv  nəticə 
çıxarmaması  üçün  Allah-Təala  buyurur:  «(Ya  Peyğəmbərim!) 
De:  «Allahın  Öz bəndələri üçün yaratdığı (zahirə çıxartdığı) zi­
nəti  və  təmiz  (halal)  ruziləri  kim  haram   buyurmuşdur?»  De: 
«Bunlar  dünyada  iman  gətirənlər  üçündür...»  (əl-Əraf surəsi, 
ayə 32)  Qurani-Kərimin əl-Bəqərə surəsinin  172-ci ayəsində isə 
belə  buyurulur:  «Ey  iman  gətirənlər!  Sizə  verdiyimiz  ruzilərin 
(təmiz və) halalından yeyin.. .»
O nu  d a  qeyd  etmək  lazımdır  ki,  insan  dünya  ləzzətinə 
meyil  etdiyi  üçün  onu  dünyaya  qarşı  təşviq  edən  ayələr çəkin­
dirən ayələrdən azdır.
Allah-Təala  öz bəndələrini  saysız-hesabsız  nemətlər  içində 
yaratmışdır.  Bu  nemətlər  təkcə  gözümüz  qarşısında  olan  ne­
mətlərlə məhdudlaşmır. Varhq aləmi bütövlükdə bir nemətdir.
471


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə