Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə107/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   103   104   105   106   107   108   109   110   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
«Qabusnamə»dən:
Kim pulu canından əziz tutsa, o, tezliklə əzizlikdən zəlilliyə 
düşər.
D ü n y a  -  s o n u  ö lü m , 
h ə y a t -  s ın a q la r iç in d ə  
se v g i,  h a q s ız lıq la r a lə m in d ə  
ə z a b -işg ə n c ə
Lakin siz,  (ey  insanlar!)  dünyanı  üstün  tutur­
sunuz!  Halbuki axirət daha xeyirli  və daha  baqi­
dir.  (Çünki  orada  Cənnət  vardır).  Həqiqətən,  bu 
deyilənlər  (Qurandan)  əvvəlki  kitablarda  mövc­
uddur. İbrahimin və Musanın kitablarında!
Qurani-Kərim, 
əl-Əla surəsi, ayə 16-19.
Dünyada  Allah  yolunda  bütün  çətinliklərə 
səbir etdiyinizə görə sizə salam olsun!
Qurani-Kərim, 
ər-Rəd surəsi, ayə 24.
Dünya sevgisi bütün günahlann başlanğıcıdır.
Məhəmməd peyğəmbər (s.).
D ünyanın  çox  qəribə,  hələ  də  sirri  məlum  olmayan  möc­
üzələri var.  İnsan dünyaya gələndə ağlayır, ətrafdakılar  isə  se­
vinir,  şadyanalıq edirlər. İnsan son mənzilinə gedəndə  isə sakit 
gedir,  ətrafdakılar  ağlayır,  yas  qururlar.  İnsan  doğulan  kimi 
ağlamalıdır ki, ilk nəfəsini alsın.  Əgər uşaq doğulan  kimi ağla­
460
İntellektual ekologiya
mırsa,  oturacağına yüngül bir sillə vurub ağlamağa və nəfəs al­
mağa  məcbur  edirlər.  İnsan  can  verəndə  isə  dərindən  axırıncı 
nəfəsini  verib  dünyasını  dəyişir.  Belə  desək  daha  doğru  olar: 
«İnsan  bir  nəfəsdə  həm  doğulur,  həm  də  bir  nəfəs  dayanması 
anında ölür».
İnsanın nəfəs alması ilə dayanm ası arasm dakı zaman onun 
həyat  yoludur.  İnsan  övladı  yaranandan  indiyə  qədər,  gələn 
qalmır,  gedən  gəlmir.  D r.  İbrahim   Bazın  təbirincə  desək: 
«Dünyanın  hər  qarışı  doğum   evi  və  məzarlıqdır.  U nutm a  ki, 
«ol» əmrinə layiq olmaq üçün «öl»məyi bilmək lazımdır... Aqi­
bət ölümdür.  Ölümlü  dünyada ölümsüz həyata  hazırlaş.  Özünü 
görmədən,  eşitmədən,  bilmədən  yaranan  həyat  həqiqət  deyil, 
həqiqətdən  qaçışdır...  Sənin  kimi  dünyanın  da  qəlbi  bir  gün 
dayanacaq.  Bu  dünyadan  insana  əsa  olmaz.  Səni,  dünyanı  və 
on aydın həqiqət olan ölümü xülas edən iki beyt:
Qismətindir gəzdirən yer-yer səni,
Ərşə çıxan aqibət yer, yeyər səni...
Onun üçün onun adı yer oldu,
Öncə bəslər, sonra yeyər yer səni.
Bəli,  yer  səni  bəslər,  sonra  yeyər.  Ona  görə  ki,  səni  Xaliq 
torpaqdan yaratdı, sonra torpağın yaratdığı  istər bitki mənşəli 
və istərsə də yenə də torpağın bəslədiyi  heyvan  mənşəli qidalar 
səni bəslədi.
«Bütün  m addi nemətlər,  o cümlədən də  şəhvət yalnız insa­
nın  fiziki  bədəninə  xoş  təsir  bağışlaya  bilər.  İnsan  bədəni  isə 
təkcə  fiziki  bədəndən  ibarət  deyil  və  fiziki  bədənin  də  xidmət 
göstərməli olduğu bir ruh bədən var.  İnsan öz ruhunu qidalan­
dıra  bilməklə  daha əsas  yaşam səmərəliliyi  əldə  etmiş  olar.  Bu 
isə, təbii ki, mədəyə xidmətlə yaranmaz.»
D ünyanın  aldadıcı  bir  məkan,  ölümün  mütləq  mənasını 
anladan  bir  gözəl  nəsihəti  xatırlam aq  yerinə  düşərdi:  Peyğəm­
bər (s.) əshabına hikmət sahibi olan Quss bin Saidədən damşa-
461


Ənvər Mete Həmidov, Zərnurə Həmidova
raq   belə  buyurm uşdur:  «Quss  bin  Saidənin  Ulcaz  bazarında 
bir  dəvənin  üstündə  insanlara  belə  dediyini  görmüşdüm:  «Ey 
insanlar!  Gəlin,  dinləyin,  yaxşı  düşünün  və ibrət alın.  Yaşayan 
ölər,  ölən  fani  olar,  olacaq  da  olar.  Yağış  yağar,  otlar  bitər, 
uşaqlar  doğular,  analarının,  atalarının  yerini  tutar.  Sonra  da 
hamısı  məhv  olub  gedər.  Hadisələrin  ardı-arası  kəsilməz.  Bir- 
birini təqib edər.  Göydə xəbər var,  yerdə ibrətli  şeylər var.  Yer 
üzü  sərilmiş  bir  döşək,  göy  üzü  yüksək  bir  tavandır.  Ulduzlar 
hərəkət  edər,  dənizlər  yerində  dayanar.  Gələn  qalmaz,  gedən 
gəlməz.  Görəsən,  getdikləri  yerdən  razı  olduqları  üçün  orada 
qalırlar, yoxsa yorulub yatırlar...
Atalarınız və babalarınız hanı? H anı bəzəkli kaşanələr, ha­
nı  daşdan  evlər  tikən  A d  və  Səmud?  H anı  dünya  həyatından 
məğrur  olub  öz  qövmünə  üz  tutaraq:  «M ən  sizin  ən  böyük 
Rəbbinizəm!» -   deyən Firon və Nəmrud?
Bu yer onları dəyirm anında üyütdü, toz etdi. Sümükləri be­
lə çürüyüb dağıldı, evləri də yıxılıb xaraba qaldı. Yerlərində in­
di  köpəklər  oynayır.  Əsla  onlar  kimi  qafil  olmayın!  Onların 
yolu  üə  getməyin.  H ər  şey  fanidir,  ancaq  uca  Allah  əbədidir! 
Ölüm bulağının girəcək yerləri çoxdur,  ancaq çıxacaq yeri yox­
d u r...»   (Lokm an  Helvaçı,  «İrfan» jurnalı,  №   28,  2009,  s.24- 
25)
Ey insan, ölümü özündən çox da uzaq hesab etmə! Əzrailin 
qapımızı nə vaxt döyəcəyi hələ bu vaxta qədər heç kimə məlum 
olmayıb.  Axirətə  gedən  yol  ölümdən  keçdiyinə  görə  ondan 
qaçmağın  heç  bir  mənası  yoxdur,  ondan  yayınmaq  da 
mümkün deyil.
B.Vahabzadə:  «Bizim  xəbərimiz  olm adan  dünya  boşalır. 
Bəzən biz deyirik ki nakam dı,  am m a bir saat yaşasa da, insan­
dır.  50  yaşında,  200  yaşında,  neçə  olursa-olsun,  ölüm  acısını 
hər kəs dadacaqdır.. .»
Qurani-Kərimin  əl-Ənbiya  surəsinin  34-35-ci  ayələrində 
buyurulur:  «(Ya Rəsulum!) Səndən əvvəl də (dünyada) heç bir 
bəşərə  əbədiyyət  (ölməzlik)  verm ədik...  Hər  bir  kəs  (hər  bir 
canlı) ölümü dadacaqdır.. .»
462
İntellektual ekologiya
Dünyaya gələn getmək üçündür, bu nə qəmdir?
Bir fikir eylə, bu xilafəti-aləm nə üçündür?
Seyid Əzim Şirvani.
Beləliklə,  Həzrət Adəmdən  (ə.)  başlamış,  istisnasız,  hər bir 
insanın və canlının  başına gələcək ölüm mütləq həqiqətdir.  Hər 
bir  şüurlu  insan  həyat və  ölümün  həqiqi  mənasını dərk  etməli, 
dünyanın aldadıcı bir məkan, hər şeyin fani olduğunu anlama­
lıdır.
H aqq  yolunda olan  nümunəvi əxlaq sahibləri, dünya kita­
bının  hər  hərfini  könül  gözü  və  hikmət  nəzəriylə  oxuyarlar. 
«K ainatın  ülvi  bir  qayə  ilə  var  edildiyini,  heç  bir  şeyin  boş  və 
əbəs  yerə  yaradılmadığını,  hər  ötən  günün  ömür  təqvimindən 
bir yarpaq qoparıb insanı qəbrə bir addım da yaxınlaşdırdığını 
yaxından  idrak  edərlər.  Həyat nemətinin məna  və hikməti  nə­
dir? Dünya nə üçün insan oğlunun əmrinə verildi? İki qapılı bir 
ev olan bu cahana haradan gəldik, səfərimiz haradır?» (Osman 
N uri Topbaş,  «İrfan» jurnalı №  28,2009, s. 26-27).
«Dünya  nədir?»  -   sualına  müdriklər:  «İnsanın  gül  deyib 
bağrına  basdığı,  cazibəsi,  təravəti  və  ya  hər  hansı  parıltısı  ilə 
gözümüzü tutan və Allahdan bəşər oğlunu soyudan şər şeydir» 
-  cavabını vermişlər.
Həzrəti Mövlananın hikmət xəzinəsinə üz tutaq:
Bu dünya  bir tələdir, yemi də arzular.
Dünyada nə ilə nəşələnir, sevinirsənsə, o zaman ondan ay­
rılığı da düşün.
Əslində  görünən  bu  maddi  cismimiz,  bədənimiz  fanidir. 
Sonda torpaq altma getmək üçün yaradılmışdır.  Lakin mənəvi 
yönümüz  sonsuzluğa  qədər  əbədiyyət  nəşəli  bir  halda  yaşay­
acaqdır.
463


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə