Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə106/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   102   103   104   105   106   107   108   109   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Qurani-Kərimdə buyurulur:
Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün (Allah qarşı­
sında)  a n caq   bir  im tahandır.  Ə n  böyük  mükafat isə məhz Al­
lah  yanındadır!
əl-Ənfal surəsi, ayə 28.
Şeytan  sizi  yoxsulluqla  qorxudaraq alçaq işlərə sövq edər, 
A llah isə (əksinə) sizə bağışlanm aq və bərəkət vədəsi verər...
əl-Bəqərə surəsi, ayə 268.
H əqiqətən,  (m alım   əbəs  yerə)  sağa-sola  səpələyənlər  şey­
tanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!
əl-İsra surəsi, ayə 27.
A llah  istədiyi  bəndənin  ruzisini  bol  da  edər,  azaldar  da. 
(M əkkəlilər)  dünya  həyatı  (bol  ruzi)  ilə  sevindilər.  Halbuki 
dünya həyatı  axirətin  yanında  çox cüzi (əhəmiyyətsiz) bir  şey­
dir (dünya nem əti müvəqqəti, axirət neməti isə əbədidir).
ər-Rəd surəsi, ayə 26.
H əqiqətən,  mal-dövlətiniz  və  oğul-uşağmız  (sizin  üçün) 
ancaq  bir  im tahandır.  Ən  böyük  mükafat  (Cənnət)  isə  Allah 
dərgahındadır!
ət-Təğabun surəsi, ayə 15.
• 
Sizə verilən  hər hansı  bir  şey fani dünya mahdır.  Allah ya­
nında olan (axirət m ükafatları) isə daha yaxşı və daha baqidir.
əş-Şura surəsi, ayə 36.
(Sərvətinizin) xalqın mal-dövləti hesabına artması üçün sə­
ləmlə  (faizlə)  verdiyiniz  malın  Allah  yanında  heç  bir  bərəkəti 
(artım ı)  olm az.  A llah  rizasını  diləyərək  verdiyiniz  sədəqə  (zə­
k at)  isə  belə  deyildir.  Bunu  edənlər  (dünyada mallarının  bərə­
kətini, axirətdə isə öz mükafatlarını) qat-qat artıranlardır.
ər-Rum surəsi, ayə 39.
454
İntellektual ekologiya
İnsan  öz  Rəbbinə qarşı  çox nankordur.  Və  o  özü də  buna 
şahiddir.  Həqiqətən,  insan  var-dövlətə  çox  hərisdir.  Məgər  o 
bilmirmi  ki,  qəbirlərdə  olanlar  (dirildilib)  çıxarılacağı,  ürəklər­
də olanlar faş ediləcəyi zaman, həmin gün Rəbbi onları (özləri­
nin  bütün  əməllərindən)  xəbərdar  edəcəkdir  (cəzalarını  ve­
rəcəkdir).
əl-Adiyat surəsi, ayə 6-11.
(Ey  qafil  insanlar!)  Çoxluq  (mal-dövlət,  oğul-uşaq  və  qo­
hum-əqrəba  çoxluğu)  ilə  öyünmək  sizi  o  qədər  şirnikləndirdi 
(başınızı  o  qədər  qatdı)  ki,  hətta  (məzarlıqda  yatan  ölülərinizi 
sayıb,  onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziy­
arət etdiniz.
ət-Təkasur surəsi,  ayə 1-2.
Öz  mallarını  xalqa  göstərmək  (şöhrət  qazanmaq)  xatirinə 
xərcləyənləri, Allaha və axirət gününə inanmayanları da (Allah 
sevməz).  Şeytanla  yoldaşlıq  edənlərin  yoldaşı  necə  də  pisdir! 
Əgər onlar Allaha və axirət gününə inanıb, Allahın onlara ver­
diyi  ruzidən  (yoxsullara)  sərf etsəydilər  nə  olardı  (nə  zərər  çə­
kərdilər)?!
ən-Nisa surəsi, ayə 38-39.
Məhəmməd peyğəmbər ( s.) buyurmuşdur:
Elə  bir  zam an  gələcək  ki,  adam   bilməyəcək  aldığı  halal 
maldır, yoxsa haram  mal.
İmam Əli (ə.) buyurmuşdur:
Allah-Təala  mal-dövləti  infaq  etmək  üçün  xəlq  edib,  cəm 
edib  saxlamaq  üçün  yox!  Allah  elmi  əməl  etmək  üçün  xəlq 
edib,  mübahisə edib fəxr etmək üçün yox!  Adəmi  ibadət etmək 
üçün xəlq edib, xoşgüzaranlıq, əyyaşlıq etmək üçün yox!..
455


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Dünya o na ibrət gözü ilə baxanları bəşərin sahibi,  onun zi­
nətlərinə aldananları isə kor etdi.
N izam i Gəncəvi kəlamlarından:
Dəli o şəxsdir ki, dünya varını,
Çox sevib bərkidir ev hasarını.
***
Qəlbini çalmasın bu  mal, b u  dövlət,
Azı bir zillətdir, çoxu fəlakət.
Sevinmə əlinə çox dövlət düşcək,
Çünki çirkinlikdir pulçün sevinmək.
***
Ürəklə çalışmaz varı olanlar,
Əlindən var-yoxu getməkdən qorxar.
Bu dünya malına uym a çox, zinhar,
Hər sadə keçinən asudə yaşar.
Var-dövlətə qul olm aq bihudə bir həvəsdir, 
H əyatım n bəhrəsi bircə anlıq nəfəsdir.
Əfzələddin Xaqani kəlamlarından:
X aqani, sən uyma vara, dövlətə,
Dövlət bir kölgədir, deyil payidar.
***
Kim in qızıldadır gücü, yəqin, bil,
O quldur, qızılın sahibi deyil.
Baxm a ki, dövlətə çatdıqca xoşsan,
O ndan d a kül qalar sonda yadigar.
Dövlətin əvvəli qürur olsa da,
O rtası ləhvdir, sonu tarimar.
456
İntellektual ekologiya
***
Hünər sahibləri, ağıllılar da 
Dərdi-sər içində edir ahü-zar.
Şahlıq tacı qoyan kədərsiz olmaz 
Xəzinə üstündə yatır şahimar.
Ağlın  varsa,  gücə,  qızıla,  nüfuza  tabe olma!  Qoy sənə rəh­
bərlik edən ancaq təmiz vicdanın olsun.
Qızıl həm oğrudur, həm  də gülbədən,
Üz döndər bu kimi ikiüzlüdən.
H ər kim qızıl yığıb töksə kisəyə,
Kisə tək boğazı keçər ilməyə.
***
Uşağa xoş gələr qırmızı, sarı,
Kişi cummaz lələ, qızıla sarı.
Xaqaniyəm, sərvət eşqi ağlı başdan ala bilməz,
Sərvət -  dövlət bir kölgədir, çıxar yoxa, qala bilməz. 
Dövlətinə qürrələnən kamillikdən, bil, uzaqdır,
O d içində qarğı atla cövlan edən bir uşaqdır.
Əbülqasim Firdovsi kəlamlarından:
Hasil olur ancaq zəhmət ilə mal,
Zəhmətsiz xəzinə tapm az boş xəyal.
Sədi Şirazi hikmətləri:
Kimin  səxavəti  az,  sərvəti  çoxdursa,  o,  zahirdə varlı,  əslin­
də yoxsuldur.
Bir çörək doldurar bağırsaqları,
D ar gözü doydurmaz dünyanın malı.
457


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Yar-dövlət olm asa dərd çəkər insan,
O landa, rahatlıq yox olur ondan.
Xülasə,  belədir bu qoca dünya,
Ə zabdır olsa da, ya olmasa da.
İtaət olsaydı pul ilə əgər,
Çoxları ulağtək batardı gilə.
Yüz dəfə əlhəmd oxuyar, amma
Zərərə qatlaşm az bir dinar belə.
***
Biliklə artsaydı insanın varı,
A cından ölərdi aləmdə nadan.
Q anm aza o qədər dövlət çatır ki,
Qalır b u  əmələ yüz alim heyran.
Mövlana:
Mala,  mülkə  həddindən  artıq  sarılma  ki,  vaxtı  gəlincə 
asanlıqla onu əlindən verməyi bacarasan!  Həm asanlıqla verib 
gedəsən,  həm  də səvab  qazanasan!  Sən,  səni  belə möhkəm  tu­
tana sarıl ki,  əvvəl də odur,  axır d a odur!  Onu tapmaq  istəyir­
sənsə,  könül  gəmini  batıracaq  nə  qədər  nəfsani  varsa,  içindən 
çıxarıb at ki, m uradına nail olasan.
İmadəddin Nəsimi:
Başa keçən tacdan ötrü başdan keçər şalla soltan,
Tac sövdası daşım asan, başın qalxıb ərşə dəyər.
Dövlət fikri gecələr də qoymayır ki, uyuyasan,
Sən ölərsən, dövlətindən varislərin keflər çəkər.
Öyünmə ki, H aru n  kimi xəzinələr sahibisən,
H ansı yerdə xəzinə var -  keşiyini ilan çəkər.
458
İntellektual ekologiya
İpək üstə, atlas üstə can verənin vay halına,
Torpaq üstə, tikan üstə can çəkişən asan ölər.
Qafil olub öz ömrünü var yığmağa sərf eyləyər,
Öləndəsə Əzrailin hüzurunda boyun bükər.
İşin qalsa Əzrailə, qızılının nə faydası,
Gərək nağdı can verəsən, qızıl orda çətin keçər.
Ağlın varsa, gəl gömülmə qızıl üçün torpaqlara,
Mal hərisi məhşər günü siçan kimi çox sürünər.
Zər eşqini başdan çıxart, qəbrindəki sandıq ki, var, 
İtaətlə haqqı anm aq yeridir o, nəinki zər.
Əbdürrəhman Cami:
M alın  nə  qədər  çox  olursa-olsun,  onunla  qürrələnmə, 
çiinki gec-tez zamanın gərdişindən puç olub gedəcəkdir.
Saib Təbrizi:
Dövlətin çoxluğundan məst olm am aq kişilikdir.
Əbül Fərəc:
O adam  ki, özünə lazım olduğundan artıq pul yığmağa can 
atır, o, pulu özgəsi üçün yığır.
Məmmədbağır Xalxali:
Qızıla, gümüşə uyma dünyada,
Vermə pul yığmaqla ömrünü bada.
Nəfəsin sönməmiş, dostlarınla ye,
Öldün, düşmən yeyər,  bunu sal yada.
459


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə