Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə108/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   104   105   106   107   108   109   110   111   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Dünya qu ru  b ir istək və faydasız bir oyuncaqdan ibarətdir. 
Biz də uşaqlarıq.
Bu  dünya  sənin  nəzərində  nə  qədər  böyük  və  sonsuz  olsa
da, bil ki, ilahi qüdrət qarşısında o, bir zərrə belə deyildir.
* * *
D ünya  köpükdür.  Allahın  sifətləri  də  dəniz  kimidir.  Bu 
dünya  köpüyü  dənizin  təmizliyinin  görünməsinə  pərdə  olur. 
Köpüyü acm aq lazımdır ki,  suya qovuşsun.  Dənizin köpüyünə 
deyil, içinə bax. Çünki köpük dənizin görünməsinə pərdə olur.
D ünya  həyatı  hər  bir  şəxs  üçün,  son  mənzilinə  qədərki 
məmnuniyyət, 
istirab 
və 
im tahan 
meydanıdır. 
Bu 
məmnuniyyət  və  istirabların  son  qayəsi  axirət  qazanmaqdır. 
Hər  bir  insanın  keçdiyi  həyat  yolunu  Məhəmməd  peyğəmbər 
(s.) belə səciyyələndirir: «D ünya axirətin tarlasıdır». Yəni insan
övladı bu dünyada nəyi əkərsə, axirətdə də onu biçər.
* * *
Ey  qafil  insan!  M adam   ki,  peyğəmbər  deyilsən,  olandan- 
keçəndən xəbər alm ırsan, sənə uyan kimsələr də yox:  bu yolda 
həddini  bil,  öz  səfində  qal,  irəli  getmə!  Addımladığın  həqiqət 
yolunda  d a  böyük  bir  vəlinin  arxasınca  get  ki,  bir  gün  nəfsa- 
niyyət quyusundan çıxıb Y usif kimi bir məna padşahı ola bilə­
sən.
Tanrı  dünya  həyatını  bir  im tahan  meydam  olaraq  yarat­
mışdır.  B u  səbəbdən  insan  oğlunu  xeyrə  də,  şərə  də  təmayül 
edə  biləcək  bir  qabiliyyət,  daha  doğrusu,  onu  ağılla  təchiz  et­
mişdir.
Loğm an  həkim   qəflətdən  ayılması  üçün  oğluna  bu  məslə­
həti etmişdir:
«Oğlum!  D ünya  dibsiz  bir  dəryadır.  Arif olmayan  alimlər 
və  bir  çoxları  qəflətə  düşərək  b u   yolda  həlak  oldular.  Bu 
dəryada sənin gəmin A llaha həmişə bir qəlb ilə iman etmək ol­
sun.  G əm inin yar-yaraşığı isə təqva və  ibadət olsun.  Dənizlər­
464
İntellektual ekologiya
də  seyrü-səfər  etdirən  bu  gəminin  yelkəni  də  təvəkkül  olsun! 
U m ulur ki, ancaq bu surətdə qurtuluşa çata bilərsən.
Ey  mərifət yolçusu!  Bu  yolda  səbirsizliyi  səbirlə,  unutqan- 
lığı zikrlə,  nankorluğu  şükürlə,  üsyanı itaətlə, xəsisliyi comərd­
liklə,  şübhəni yaxın ilə,  riyam ixlas ilə, xətadakı israrı tövbə ilə, 
yalanı  doğruluqla,  qəfləti  təfəkkürlə  dəyişdirmədikcə  bir  məq­
sədə gedib çata biməzsən» (Mövlana).
Əfsuslar  olsun:  «...Zavallı  insan!  Özünü  olduğu  səviyyədə 
bilmədi,  tanım ağa  gücü  çatmadı.  Çox  uzaqlardan,  ucalardan, 
əzəl  aləm indən  gəldi  bu  nöqsanlar  aləminə,  bu  təkəbbürlü 
dünyaya  düşdü,  insan  özünü  ucuza  satdı.  Halbuki  o,  çox  dəy­
ərli atlas,  bir qumaş kimi idi.» (Mövlana)
Qurani-Kərim də qeyd olunur ki,  insan öz maddi varlığının 
təsiri  altında  maddi  dünya  həyatına  meyillidir...Qurani-Kə­
rimdə buyurulur: «Lakin siz (ey insanlar!) dünyanı üstün tutur­
sunuz!»  (əl-Əla  surəsi,  ayə  16).  D ünya  ləzzətləri  ağrı-acısız  ol­
mur. ..  D ünya  nemətləri  nə  zam ansa  insamn  əlindən  çıxır  və 
sona  yetir.  Ali-İmran  surəsinin  185-ci  ayəsində  buyurulur: 
«Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatla­
rınız  qiyam ət  günü  tamamilə  veriləcəkdir...  Dünya  həyatı  isə 
aldadıcı həzzdən (əyləncədən) başqa bir şey deyildir.»
Q oşqar Əliyevin yazdığı kimi, uzaq keçmişin mütəfəkkirlə­
ri  əmin  idilər  ki,  hər  bir  insan dəyərincə ölümə  hazırlaşa  bilər, 
bu  şərtlə ki, canvermə barədə biliklərə malik  olsun.  Hələ  antik 
dövrün  filosofları israr edirdilər ki,  insamn  ölümünü faciə kimi 
qəbul  etm ək  lazım  deyil.  Platon  Sokratm   adından  yazırdı  ki, 
«ölümdən qorxm aq o deməkdir ki,  bilmədiyin şey haqqında fi­
kirləşirsən.  Axı  heç kəs  bilmir ölüm nədir,  həm də  bilmirlər ki, 
ölüm insan üçün ən ali nemətdir, çoxları bundan qorxur,  sanki 
bilirlər  ki,  ölüm ən  dəhşətli  şeylərdəndir.»  (Platon,  «Sobraniye 
soçineniy», M oskva,  1990, s. 83)
« .. .Cinsindən, yaşmdan, intellektual inkişaf səviyyəsindən, 
sosial  və  ailə  vəziyyətindən,  hər  şeydən  əvvəl  sağlamlığından 
asılı  olaraq  ölümü  hərə  bir  cür  təsəvvür  edir.  Ə n  başlıcası  isə 
hamı  hesab  edir  ki,  insanın  ölümünün  bilavasitə  onun  həyatı­
465


Ənvər M ete Həmidov

Zərnurə Həmidova
nın m ənasm a aidiyyəti var.  Belə ki,  ölüm insan həyatının p r o ­
lo q u d u r... L ak in   insandan  ötrü  ölüm  təkcə  tənəzzül  deyil. 
L .T olstoyun  fikrincə,  ölüm  də  həyat  qədər  məna  kəsb 
ed ir...Ə g ər  insanlar  öz  ölümünü  ləyaqətlə  qarşılamağa  hazır- 
dusa, o n u n  üzünə dik baxa bilirsə, ona cəsarətlə sinə gərə bilir­
sə,  yaşadığı  həyatın  paklığına  inamrsa,  onda  həyatı  bütün 
dolğunluğu  ilə  d ərk   edə,  onun  mənasını  ağılla  qiymətləndirə 
bilər.  L .T olstoy  israr  edir  ki,  «əgər  ölüm  dəhşətlidirsə,  bunun 
səbəbi  o n d a   deyil,  bizim özümüzdədir.  İnsan nə  qədər  nikbin- 
dirsə,  ölüm ündən  də  bir  o  qədər  az  qorxur.»  (L.N.Tolstoy, 
«Put jizni», M oskva,  1993, s.377)
«Y aşayırsan,  am m a həyatın mənasım başa düşmürsən, on ­
da  öm rünə  son  qoy,  bu   həyatda  baş  girləmə.»  (L.N.Tolstoy, 
«Sobraniye soçineniy», M oskva,  1960-1965,16-cı c., s.  126)
Ariflərin  dediyi  kimi,  Allah-Təala  dünya  həyatını  namə­
lum zam ana qədər ötəri və əyləncə adlandırıb. Ona görə ki, in­
sanın dünyada m övcudluğu axirət yolu üzərində ötəridir.
H əzrət  M övlanaya  görə,  dünya  insanı  maddi  həyata  əsir 
edən, ru h u n u  yüksəlməyə qoymayan ünsürdür.  Dünya insanın 
can düşmənidir.  D ünya özünü təzə gəlin kimi göstərərək insanı 
aldadan, lakin həqiqətdə sehrbaz bir qarıdır. Ona aşiq olan zə­
hərdən  şərbət  içər.  Dünya  insan  aləminin  sultanı  olsa  da, 
ölüdür.  K önlünü  dünyaya  verən  bir  tikə  çörəyə  imanını  satan 
kimidir.  D ünyaya  aşiq  olanlar,  divarda  əks  edən  işığın  günəş­
dən  gəldiyini  görməyib  divara  aşiq  olanlar  kimidir.  Dünyaya 
m öhkəm   sarılan  insan,  quşu  buraxıb,  kölgəsini  ovlayan  ovçu 
kimidir. D ünya bir röyadır.
Ey insan,  ötüb keçən ömür yolunu yada sal, xatirələrini bir 
kitab  kim i  vərəqlə,  nəyi  düz,  nəyi  səhv  etdiyini  vicdanının 
mühakim əsinə  buraxm ağa  çalış.  Həyatda  elə məsələlər  var  ki. 
insan hər gün ondan hesabat tələb edir: yaradana, valideynlərə, 
vətənə  və  millətə  məhəbbət,  ümumi  və  intellektual  ekologiya 
qarşısında məsuliyyət, mənəviyyatın qorunması və s.
Ey  insan,  nə  qədər  ki,  bu  fani dünyadasan, unutma,  daim 
xatırla b u  nəsihətləri:
466
İntellektual ekologiya
Peyğəmbər (s.) belə buyurm uşdur: «Sənin, səndən heç vaxt 
ayrılmayacaq  bir  yoldaşın  olacaq  və  o,  səninlə  birlikdə  dəfn 
ediləcək,  sən  ölü,  o  isə  diri  olacaq.  Əgər  sənin  yoldaşın  şərəfli 
olsa,  səni əzizləyəcək, yaram az olsa isə səni hadisələrin öhdəsi­
nə  buraxacaq.  Sonra  həmin  yoldaşın  səninlə  məhşərə  gələcək 
və qiyamətdə səninlə birgə olacaq və sən onun üçün məsuliyyət 
daşıyacaqsan.  Seçdiyin  yoldaşın  yaxşı  olmasına  diqqət  et. 
Çünki  o,  yaxşı  olsa sənin  ünsiyyət  vasitən  olacaq,  belə  olmasa 
(pis  olsa isə)  sənin  vəhşətinə  səbəb  olacaq.  Həmin yoldaşın sə­
nin rəftarındır.»
İnsan  ölümündən  sonra  öz  əməlindən  başqa  heç  bir  şeylə 
yoldaş  olmur.  Həqiqətən,  insan  həyatda  qonaqdan  başqa  bir 
şey deyil,  bir az orada qalır və sonra köçüb gedir.
Digər bir hədisdə deyilir: «Bu, əzablar sizin özünüzə qayta­
rılan əməllərinizdir.» Sədi Şirazi çox gözəl deyib:
Ömürdən gedir hər keçən nəfəs,
Baxıram ətrafa qalmamış bir kəs.
Ey yatan əlli il qəflətdə bütün,
Qoyma ki, boş keçsin bu qalan beş gün.
U tansın o kəs ki, ömrü puç etdi,
D ünyadan köçəndə xəcalət getdi.
Köç vaxtı səhərin şirin yuxusu 
Qoyar piyadanı yoldan, doğrusu.
Hər gələn dünyada bir bina saldı,
O getdi, mənzili özgəyə qaldı.
Çoxları dünyaya göstərmiş həvəs,
Tikdiyi mənzildə qalmamış bir kəs.
İndi ki, öləcək pis də, yaxşı da,
Xoş ona ki, çatdı yaxşı bir ada.
Bir yarpaq göndər öz qəbrinə bu gün,
Ki, sonra göndərmək deyildir mümkün.
Necə də ibratamiz sözlərdir.  Qoca Şərqin söz ustadları, d a­
hiləri  bir-birindən  gözəl,  təkrarsız kəlamları  bəşəriyyətə yadig­
467


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə